Vladimir Putin hakimiyyətini uzatdı... - Nəticə əvvəlcədən bəlli idi
Tarix: 18-03-2024, 12:51 | Çap et
Rusiyada prezident seçkisi arxada qaldı. Rəqabət olmadı. Nəticə əvvəlcədən bəlli idi. Vladimir Putin hakimiyyətini uzatdı. Onun daxili və xarici siyasətində dəyişən heç nə olmayacaq. O, hakimiyyətdə olduğu 20 ildən çox müddətdə Rusiya iqtisadiyyatını şaxələndirə bilmədisə, ölkə ancaq enerji resurslarının satışından asılıdırsa, bu durum gələcək illərdə də davam edəcək. Ancaq Rusiyanın enerji resurslarının satışında çətinlikləri artacaq. Rusiya Ukrayna müharibəsinə görə Avropaya sata bilmədiyi neft və qazını Çin və Hindistana yönəldib. Ancaq Hindistan Rusiya neftinin alışını azaldıb, Çin isə Rusiya qazını ucuz qiymətə almağa çalışır. Bu amillər Rusiyanın gələcək illərdə gəlirlərini azaldacaq. Vladimir Putin və onun hökumətinin işini çətinləşdirən Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələrdir. Putin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməkdə “qətiyyətini” davam etdirsə də, müharibənin Rusiyaya vurduğu zərərləri də hesablamaq məcburiyyətində qalacaq. Rusiyanın müharibədə itkiləri yüzminlərlədir, maliyyənin böyük hissəsi savaşa xərclənir, sosial məsələrin həlli arxa plana keçib. Digər tərəfdən ABŞ və Avropa İttifaqı müharibəni Rusiyanın xeyrinə bitirməyə imkan verməməyə çalışacaq. Bu isə o deməkdir ki, Putin müharibə tələsindən hələ uzun müddət çıxa bilməyəcək. Putin hakimiyyətdə olduğu dövrdə Rusiyanın Qərb ölkələri ilə münasibətləri normallaşmayacaq. Putin Qərb ölkələrindən heç birinə səfər edə bilməyəcək. Rusiya vətəndaşları üçün də Qərb ölkələrinə səfərlər və bu ölkələrdə iş qurmaq məhdudiyyətləri qüvvədə qalacaq. Bu Rusiya vətəndaşları və biznesmenləri üçün diskomfort yaratsa da, onlar Vladimir Putinin hakimiyyətinə qarşı çıxmağı düşünmürlər. Rusiyada 1990-cı illərdən fərqli olaraq alternativ fikir yürütmək, hakimiyyətin siyasətini tənqid etmək həyat üçün risklidir. Buna görə də Moskva və Sankt-Peterburq kimi iri şəhərlərdə Putinin siyasəti barədə fərqli düşünənlər olsa da, Rusiya cəmiyyətinin əksər hissəsi Putinlə yola davam etmək istəyir. Rusiyada yaxın illərdə inqilabi dəyişikliyin olmayacağını Qərbdə də qəbul ediblər. Vladimir Putinin Cənubi Qafqaz siyasəti də olduğu kimi davam edəcək. Putin Azərbaycanla tərəfdaşlıqda maraqlıdır, ortaq layihələr var. Kreml sahibi Rusiyadan uzaqlaşmaq istəyən Ermənistan hakimiyyətinə isə çətinliklər yaradacaq. Putin gələcək illərdə Ermənistanda güc yolu ilə hakimiyyət dəyişikliyinə nail olarsa Kremlin Cənubi Qafqaz siyasətində yenidən Ermənistana ağırlıq verəcəyi mümkündür. Azərbaycan həmin günü gözləmədən Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılmasına nail olmalıdır.
Elxan Şahinoğlu diaaz.space
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məhkəmə “12-ci imam”la bağlı qərar çıxardı
Bu gün, 10:17 |
|
|
|
• Ermənistan Zəngəzurun Sülh dəhlizi olmasına imkan vermir - FAKT BUDUR!
Bu gün, 10:14 |
|
|
|
• Azərbaycan təhsilini NECƏ MƏHV ETMƏLİ... - İLGİNC FAKTLAR...
Bu gün, 10:10 |
|
|
|
• Rüşvətə görə həbs olunan Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri qərardan narazıdır - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
Bu gün, 09:52 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatıb - FOTO
Bu gün, 09:49 |
|
|
|
• AZAL-dan Yeni il fürsətləri: Endirimli biletlər artıq satışda - DİQQƏT!
Bu gün, 09:45 |
|
|
|
• Xaçmaz sakinləri ümid edir ki... - NARAZILIQ VAR...
Bu gün, 09:44 |
|
|
|
• Bir neçə günlük müharibə: "Ermənistan buna hazırlaşır" - NƏ ETMƏLİ?
Bu gün, 09:32 |
|
|
|
• Azərbaycan qlobal gərginliyin azaldılmasına və etibarlı körpülərin qurulmasına töhfə vermək niyyətindədir - deputat
Bu gün, 09:27 |
|
|
|
• Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ildən zərərlə çıxıb - HESABAT
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycanda 600 min manatlıq şirkət yaradıldı
Bu gün, 09:17 |
|
|
|
• Xalqın öz liderinə sarsılmaz inamı günbəgün möhkəmlənir - ŞƏRH
Bu gün, 09:11 |
|
|
|
• Qalib Ordunun Müzəffər Ali Baş Komandanı - İsrafil Kərimovun yazısı
Bu gün, 09:10 |
|
|
|
• Xalq rəssamı Tofiq Ağababayev vəfat edib
Bu gün, 09:06 |
|
|
|
• Məsuliyyətdən yayınmanın ALFANET üsulu... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01 |
|
|
|
• "Pullu və xoşbəxt olanlara qarşı bir aqressiya görürəm" - Qurbanəli Ömər
Bu gün, 08:55 |
|
|
|
• İşçiləri necə gəldi İXTİSAR ETMƏK OLMAZ... - Ekspert danışır...
Bu gün, 08:50 |
|
|
|
• Bakıda saxlanılan gizli şəbəkə üzvləri ilə bağlı yeni iddialar – Sürpriz həbslər gözlənir
Bu gün, 08:46 |
|
|
|
• "Deyir ki, bir bütöv kolbasanı iki zavod çörəyi ilə yeyir"
Bu gün, 08:43 |
|
|
|
• Millətin bitməyən KONTAKT HOME çiləsi... DAVAM EDİR!
Bu gün, 08:41 |
|
|
|
• İşlək sayğacları buna görə DƏYİŞDİRİLƏRMİŞ... - İLGİNC İDDİALAR...
Bu gün, 08:29 |
|
|
|
• Putin məqsədinə necə nail olub ki... - Kreml şefinin ziddiyyətli cavabları...
Bu gün, 08:15 |
|
|
|
• Müharibədə “hərbi zadəganlıq” illüziyası - yalnız qan, hiylə və qəddarlıq var
Bu gün, 07:10 |
|
|
|
• Bakının tələbi: Paşinyan onları sərhəddən çıxarır - GƏLİŞMƏ
Bu gün, 07:08 |
|
|
|
• "Bir çox naməlum xəbər portalları var ki, onlara etibar etmək mümkün deyil...." - Azər Həsrət
Bu gün, 06:28 |
|
|
|
• "Bəzi valideynlər evdə uşağa tərbiyə vermirlər..." - ETİRAZ
Bu gün, 06:24 |
|
|
|
• Azərbaycanın ordu həmləsi İrəvanda çaxnaşma yaratdı – “Danışırlar ki, 2025-ci ildə…”
Bu gün, 06:20 |
|
|
|
• Azərbaycanda 10 manat sərmayə ilə yeni lizinq şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 00:05 |
|
|
|
• “MilliKart” nizamnamə kapitalını azaldır
Bu gün, 00:02 |
|
|
|
• "Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... vətəndaşlarımızın qətlinin iştirakçıları cəzalandırılmalıdır"
Dünən, 23:34 |
|
|
|
• “Dostdan inciyərsən də, yaddan niyə inciyəsən ki?” - Fərda ilə bağlı suala belə cavab verdi
Dünən, 23:30 |
|
|
|
• Əgər Azərbaycana ərazi iddiamız olsaydı… - Paşinyan
Dünən, 21:40 |
|
|
|
• BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib - FOTO
Dünən, 21:38 |
|
|
|
• Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Dünən, 19:23 |
|
|
|
• AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Dünən, 19:21 |
|
|
|
• Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Dünən, 19:00 |
|
|
|
• Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Dünən, 18:58 |
|
|
|
• Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Dünən, 18:52 |
|
|
|
• Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Dünən, 18:06 |
|
|
|
• İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Dünən, 18:05 |
|
|
|
• Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Dünən, 18:02 |
|
|
|
• Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Dünən, 17:56 |
|
|
|
• Daha bir məhkum həbsdə ölüb
Dünən, 17:52 |
|
|
|
• Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Dünən, 17:49 |
|
|
|
• Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Dünən, 17:47 |
|
|
|
• Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Dünən, 17:43 |
|
|
|
• Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Dünən, 17:41 |
|
|
|
• Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Dünən, 17:34 |
|
|
|
|