Rusiya XİN-dən Bakının bəyanatına reaksiya .....                     Rusiyanın bəzi aviaşirkətləri .....                     "Günahkarlar tapılacaq və cəzalandırılacaq" .....                     "Təəssüf ki, heyət yerə siqnal göndərəndə Mahaçqala və Qroznı hava limanı təyyarəni qəbul etməyib" .....                     "AZAL dünyanın ən etibarlı aviaşirkətlərindən biridir" .....                     İşəgötürən bu halda tam maddi məsuliyyət daşıyır... .....                     Biri tikib YEYİR... biri də söküb YEYİR... .....                     Sabiq məmurlar 1 milyonluq mənimsəmədə ittiham edilirlər .....                     “Təəssüf ki, bizim faciəmiz məhz Rusiyada gedən bu proseslər fonunda baş verdi" .....                     TƏBİB Cəlilabad Mərkəzi Xəstəxanasında həkimin xəstəni döyməsinə münasibət bildirib .....                     Milli Məclisin bugünkü son plenar iclasının gündəliyi dəyişib .....                     Bu rayon Adil Vəliyevin əlində əsir-yesir qalıb... .....                     "Bir uşağın aylıq təminatı üçün 246 manat çox azdır" .....                     Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb .....                     KƏRƏ YAĞI MAFİYASI İŞ BAŞINDA: yeni bahalaşma dalğası... .....                     Üç ərazinin adı çəkildi, vəziyyət qarışdı: .....                     Putinin üzr istəməsi: bu, başlanğıcdır, sonra... .....                     Cənubi Koreyada bütün uçuşlar ləğv edilib .....                     Ekipaj üzvlərinin cənazələri vida mərasimi üçün hava limanına gətirildi .....                     Bankdan yox... işçidən NARAZILIQ .....                     Azərbaycanda yeddigünlük bayram tətili başlayır .....                     Əgər rəhbərlik belə göstəriş verməyibsə... .....                     Qara fəhlənin QARA DÜNYASI: 4-cü ildir ki, eyni maaşa işləyəcəyik... .....                     Vardanyan ömürlük həbs edilə bilər .....                     Rusiya ABŞ ilə silahlara nəzarət üzrə heç bir danışıqlar aparmayacaq .....                     Rusiya XİN rəhbəri Ukrayna ilə danışıqların şərtini açıqlayıb .....                     Kollecin sabiq direktoru köməkçi təyin olunub .....                     Təyyarəmiz vurulduqdan dərhal sonra Kadırovun dəhşətli əmri… .....                     Rusiya da razılaşdı: Əliyevin bu şərti qəbul edilir .....                     Kadırovdan QUDURĞAN TƏHDİD: Təyyarənin vurulmasına görə məni ittiham edənləri... .....                     Gürcüstanın yeni prezidentinin inauqurasiyası keçiriləcək .....                     ABŞ-dən Gürcüstanla bağlı ŞOK ADDIM .....                     Rusiya ilə BUNDAN SONRA NƏ EDƏK? .....                     Elsevər Ağayev hələ də səhiyyə sistemindən PUL QAZANIR .....                     Əmlak xidməti qanunları necə çeynəyir .....                     “Nar”ın dəstəyi ilə debat forum keçirildi .....                     Türkiyə və İsrail arasında: Azərbaycan körpü ola biləcəkmi? .....                     Baydendən Kiyevlə bağlı daha bir addım: Pentaqona əmr verildi .....                     "Səmimi bir şəkildə "bağışla" deməkdən çəkinməyin..." .....                     Keşiş Baqrat "səhvlərini" etiraf edib .....                 

Türkiyə polisi Ərdoğan və Gülən arasında qalıb
Tarix: 11-02-2014, 09:01 | Çap et
Türkiyə polisi Ərdoğan və Gülən arasında qalıb
ABŞ və Britaniya mətbuatı Türkiyə baş naziri ilə onun keçmiş müttəfiqi, Pensilvaniyada könüllü sürgündə olan sufi vaizi Fethullah Gülen arasında “müharibə”ni geniş işıqlandırır.

Lakin bu dəfə Britaniyanın nüfuzlu “The Guardian” qəzeti bu qarşıdurmaya, necə deyərlər, “mikroskopla” baxıb.

Qəzetin yazdığına görə, bəzi polis zabitləri Gülen-in gözəgörünməz şəbəkəsi üzərinə hücumu dəstəkləsələr də, düşünürlər ki, bütün bunlar hökumətin korrupsiya əməllərini pərdələməməlidir.

“The Guardian”ın məqaləsində, fərdi polislərdən söz açılır, hərçənd yazıda onların əsl adlarının gizlədildiyi etiraf olunur.

“Türker Yilmaz polis akademiyasındakı təlimlərinə təzəcə başlamışdı ki, sistemin necə işlədiyini anladı, - yazır “The Guardian” – yaxşı iş, yaxşı maaş, karyera – bunların hamısı baş qərargahı Pensilvaniyada olan gözəgörünməz islamçı şəbəkəyə sədaqətdən asılı idi”.

Namaz qılanlara, oruc tutanlara “5”

"Onlar hər bir kursant üçün dosye tərtib edirdilər və onlara 1-dən 5-dək qiymət verirdilər – deyir Türker, - 5 bal namaz qılanlara, oruc tutanlara və dilinə içki dəyməyənlərə verilirdi”.

Türker Yılmaz qəzetə bildirib ki, hər şey polis məktəblərindən başlanır.

O bu şəbəkəyə daxil olmaq barədə təklifi dərhal rədd edib. Lakin fethullaçılar bununla əl çəkməyiblər.

“Bir də görürsən, dostlarından kimsə səni başqa bir dostun evinə qonaq aparmaq istəyir. Orada müəyyən kitablara baxırsan, şam edirsən. Sonradan bu cür qonaqlıqlar daha müntəzəm xarakter alır. Tələbənin də pulu az olur, axı. Onlar kömək edirlər. Pulsuz yemək, qalmaq üçün pulsuz yer. Lakin elə ki, bu sistemə daxil oldun onlar sənin həyatını idarə edirlər və sistem səni sorur. Polis məktəbini qurtaranda isə istədiyin bölmədə işin təmin olunur” – deyir Yılmaz.

Ən maraqlı sual bundan ibarətdir ki, Erdoğan və Gülen arasında korrupsiya qovğası qopmasaydı, bu sistem hələ nə müddətdə belə işləyə bilərdi?

Anonim tənqid, anonim qarğış

Ötən ilin dekabrında baş nazirin yaxın çevrəsinə qarşı korrupsiya ittihamları irəli sürüləndə, Recep Tayyip Erdoğan bu daşın onun bostanına haradan atıldığını hamıdan yaxşı bilirdi.

O dərhal özünə qarşı qəsdin Gülen davamçılarından qaynaqlandığını elan etdi və korrupsiya araşdırmasında iştirak edən yüzlərlə polis və ədliyyə işçisi vəzifələrini itirdilər və ya başqa işlərə köçürüldülər.

Erdoğan elan etdi ki, söhbət dövlət içində dövlət yaratmaq istəyənlərdən gedir.
Ən maraqlısı isə budur ki, baş nazir çıxışlarında “yalançı peyğəmbər” deyə işarə etdiyi şəxsin adını indiyədək bir dəfə də açıq deməyib. Öz növbəsində Gülen də internet qarğışlarında yalnız “korrupsiyaya qarşı mübarizə aparanları hədəfləyənləri” hədələyir və ad çəkmir.

Bunun səbəbini anlamaq çətindir. Keçmiş müttəfiqlərdən heç biri cızıqdan çıxmaq istəmir, hərçənd ən adi insanlar da artıq ortada heç bir cızığın qalmadığını başa düşürlər.

Avropa ilə məxfi söhbət

“The Guardian” qəzetinin məqaləsindəki ən maraqlı məqamlardan biri Erdoğan-ın bu hadisələrdən sonra Avropa İttifaqının rəsmiləri ilə gizli aparılmış danışıqlarına müəyyən işıq salınmasıdır.

Adlarının çəkilməsini istəməyən vəzifəli Brüssel rəsmiləri qəzetə bildiriblər ki, Türkiyə baş naziri özünün Gülen-lə çarpışmasının ölüm-dirim məsələsi olduğunu etiraf edib.

Həmin rəsmilər deyiblər ki, Erdoğan “paralel dövlət” adlandırdığı adamların axırına çıxmaq əzmində olduğunu söyləyib.

“The Guardian” yazır ki, Gülen şəbəkəsinin ədliyyə və təhlükəsizlik sistemlərindəki fəaliyyəti uzun müddət nəzarətsiz qalıb.

Təhqiqat jurnalisti Ahmet Şık bu barədə məqalələrinə görə, keçmiş polis rəisi Hanefi Avcı isə şəbəkənin gizli fəaliyyətini faş edən kitabına görə həbsxanaya atılıblar.

“Lakin bunlar baş verəndə, Erdoğan və Gülen hələ müttəfiq idilər” – yazır qəzet.

ABŞ səfiri həyəcan təbili çalırdı

2009-cu ildə ABŞ-ın Ankaradkı səfiri James Jeffrey dövlət departamentinə yazırdı ki, “Türkiyə milli polisinin fethullahçılar tərəfindən idarə edildiyini qəti təsdiq etmək mümkün deyil, lakin buna şübhəsi olan demək olar, yoxdur”.

7 il polis sistemində işləmiş Oğuz Gün bildirir ki, belə gizli qruplar çox təhlükəlidir.

“Gülen-in qruplaşması isə onlarla eyni dəyərləri və həyat tərzini bölüşməyənləri hədəfləyir” – deyib Gün.

Keçmiş polis fethullahçılardan qurtulmaq üçün başqa sahələrə - məxfi kəşfiyyata, anti-terror və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə bölümünə keçirilməsi üçün ərizələr yazıb.

Lakin onun sözlərinə görə, fethullahçı hərəkatın xeyir-duası olmadan belə köçürmələr qeyri-mümkün olub.

“Əgər birisindən soruşsan ki, sən kəşfiyyat bölümündə necə iş tapmısan, cavab verərdi kİ, dualar elədim və tapdım. Elə dostlarım var ki, 6 dil bilirlər, lakin onları məntəqələrin qapısında gözətçi qoyurdular. Lakin başqa, daha az qabiliyyətli adamlar yüksək vəzifələrə fethullahçı hərəkata daxil olduqları üçün yetişirdilər”, - deyir Oğuz Gün.

“Erdoğan və Gülen bir-birinin tayıdır”

“The Guardian”-nın məqaləsində deyilir ki, Erdoğan-nın komandasının korrupsiyaya bulaşması barədə ittihamların Gülen-in düşərgəsindən qaynaqlandığı və bu ittihamların doğru olduğu heç bir şübhə oyatmır, çünki bu ittihamları təhlükəsizlik və ədliyyə sisteminə daxil olmuş fethullahçı vəzifəlilər irəli sürüblər.

“Belə görünür ki, Erdoğan indi təkcə vaizi yox, həm də özünə qarşı korrupsiya itthamlarını darmadağın etmək istəyir” – yazır qəzet.

Jurnalist Şık 2011-ci ildə yazdığı kitabda bildirirdi ki, fethullahçı hərəkata qarşı mübarizə aparılması hələ Erdoğan-ın haqlı olması demək deyildir, lakin hərəkata daxil ədliyyə və polis rəsmilərinin də korrupsiya ilə bu cür mübarizəsi demokratik sayıla bilməz.

Jurnalist bu nəticəyə gəlir ki, qarşı-qarşıya duran qüvvələr bir-birinin tayıdır və Türkiyə odla su arasında qalıb.

Bir çox polis zabitləri korrupsiyaya qarşı mübarizənin müsbət bir hal olduğunu qeyd edirlər, lakin onlar buna da inanırlar ki, dini bir hərəkatın ədliyyə sisteminə soxulmasına hökumətin özü şərait yaradıb.

Qurunun oduna yaş da yana bilər

Yılmaz Gün deyir ki, o, nəhayət polis sıralarının dini hərəkat davamçılarından təmizlənməsini alqışlayır.

O xatırlayır ki, “heç kəs səni namaz qılmağa və ya oruc tutmağa məcbur etmirdi. Lakin onlar hər bir polis nəfəri üçün dosye yığırdılar. Hamı bunu bilirdi, lakin səsini çıxarmırdı”.

“The Guardian” yazır ki, Erdoğan-ın etdiyi kurs dəyişikliyi nəhəngdir. Beləki, onun hakim Ədalət və İnkişaf Partiyası uzun illər hakimiyyətdə olması üçün Gülen-in hərəkatına, bu hərəkatın təşkilatçılığına, pul və nüfuzuna arxalanıb.

Qəzet yazır ki, hələ iki il əvvəl Gülen hərəkatına qarşı söz deyəni, hökumətin özü çox sərt şəkildə cəzalandırırdı.

Jurnalist Ahmet Şık millətçi təşkilata üzvlükdə və hərbi çevrilişə cəhddə ittiham edilərək həbsə atılıb və yalnız 2012-ci ildə şərti olaraq azadlığa buraxılıb.

​Keçmiş polis rəisi və keçmiş fethullahçı Hanefi Avcı 2010-cu ildə Gülen tərəfdarlarının polis sıralarına necə soxulduqlarını ifşa edən kitab yazdıqdan sonra terrorçuluqda ittiham olunub və həbsxanaya salınıb.

Avcı həmin kitabda polis sıralarında olan fethullahçıların telefonlara necə gizli qulaq asdqılarından və şahid ifadələrini necə saxtalaşdırdıqlarından yazmışdı.

“The Guardian” keçmiş polis zabitlərinə istinadən yazır ki, polis və ədliyyə sistemindəki fethullahçılara qarşı təmizləmə əməliyyatına əslində sakit bir şəkildə dörd il bundan əvvəl başlanıb və on minlərlə polis nəfəri barədə təhqiqat aparılıb.

Lakin bir çox polis zabiti Gülen hərəkatına qarşı təqiblərdən narahatdır.

Onlar qorxurlar ki, “qurunun oduna yaş da yana bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya XİN-dən Bakının bəyanatına reaksiya
Bu gün, 11:39
Rusiyanın bəzi aviaşirkətləri Azərbaycana reyslərini ləğv edib
Bu gün, 11:38
"Günahkarlar tapılacaq və cəzalandırılacaq" - AZAL-ın vitse-prezidenti
Bu gün, 11:29
"Təəssüf ki, heyət yerə siqnal göndərəndə Mahaçqala və Qroznı hava limanı təyyarəni qəbul etməyib" - AZAL prezidenti
Bu gün, 11:26
"AZAL dünyanın ən etibarlı aviaşirkətlərindən biridir" - Rəşad Nəbiyev
Bu gün, 11:24
İşəgötürən bu halda tam maddi məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 11:21
Biri tikib YEYİR... biri də söküb YEYİR... - ETİRAZ VAR...
Bu gün, 11:11
Sabiq məmurlar 1 milyonluq mənimsəmədə ittiham edilirlər - TƏFƏRRÜAT
Bu gün, 10:51
“Təəssüf ki, bizim faciəmiz məhz Rusiyada gedən bu proseslər fonunda baş verdi" - ŞƏRH
Bu gün, 10:48
TƏBİB Cəlilabad Mərkəzi Xəstəxanasında həkimin xəstəni döyməsinə münasibət bildirib
Bu gün, 10:45
Milli Məclisin bugünkü son plenar iclasının gündəliyi dəyişib
Bu gün, 10:39
Bu rayon Adil Vəliyevin əlində əsir-yesir qalıb... - FAKT BUDUR!
Bu gün, 10:38
"Bir uşağın aylıq təminatı üçün 246 manat çox azdır" - AKTUAL
Bu gün, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Bu gün, 10:26
KƏRƏ YAĞI MAFİYASI İŞ BAŞINDA: yeni bahalaşma dalğası... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:24
Üç ərazinin adı çəkildi, vəziyyət qarışdı: - Dünya üçün kritik ANONS
Bu gün, 10:19
Putinin üzr istəməsi: bu, başlanğıcdır, sonra... - Naumov
Bu gün, 10:17
Cənubi Koreyada bütün uçuşlar ləğv edilib
Bu gün, 10:15
Ekipaj üzvlərinin cənazələri vida mərasimi üçün hava limanına gətirildi - VİDEO
Bu gün, 09:52
Bankdan yox... işçidən NARAZILIQ - MÜRACİƏT
Bu gün, 09:47
Azərbaycanda yeddigünlük bayram tətili başlayır - Sabahdan
Bu gün, 09:42
Əgər rəhbərlik belə göstəriş verməyibsə... - GİLEY
Bu gün, 09:41
Qara fəhlənin QARA DÜNYASI: 4-cü ildir ki, eyni maaşa işləyəcəyik... - NARAZILIQ VAR...
Bu gün, 09:27
Vardanyan ömürlük həbs edilə bilər - DETALLAR
Bu gün, 09:14
Rusiya ABŞ ilə silahlara nəzarət üzrə heç bir danışıqlar aparmayacaq - Lavrov
Bu gün, 09:10
Rusiya XİN rəhbəri Ukrayna ilə danışıqların şərtini açıqlayıb
Bu gün, 08:46
Kollecin sabiq direktoru köməkçi təyin olunub - İcra başçısı bacanağını vəzifədən azad edib
Bu gün, 08:18
Təyyarəmiz vurulduqdan dərhal sonra Kadırovun dəhşətli əmri… - "İctimai rəyi başqa istiqamətə yönəltməyə çalışdılar..."
Bu gün, 08:14
Rusiya da razılaşdı: Əliyevin bu şərti qəbul edilir - AKTUAL
Bu gün, 08:11
Kadırovdan QUDURĞAN TƏHDİD: Təyyarənin vurulmasına görə məni ittiham edənləri... - Bu küçük sahibinə güvənib hürür...
Bu gün, 08:08
Gürcüstanın yeni prezidentinin inauqurasiyası keçiriləcək - Bu gün
Bu gün, 08:04
ABŞ-dən Gürcüstanla bağlı ŞOK ADDIM - “Gürcü arzusu” hökuməti TANINMAYACAQ
Bu gün, 02:26
Rusiya ilə BUNDAN SONRA NƏ EDƏK? - AKTUAL
Bu gün, 02:21
Elsevər Ağayev hələ də səhiyyə sistemindən PUL QAZANIR - DETALLAR
Bu gün, 02:18
Əmlak xidməti qanunları necə çeynəyir - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:11
“Nar”ın dəstəyi ilə debat forum keçirildi - FOTO
Bu gün, 02:02
Türkiyə və İsrail arasında: Azərbaycan körpü ola biləcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 01:59
Baydendən Kiyevlə bağlı daha bir addım: Pentaqona əmr verildi - GƏLİŞMƏ
Bu gün, 01:57
"Səmimi bir şəkildə "bağışla" deməkdən çəkinməyin..."
Bu gün, 01:55
Keşiş Baqrat "səhvlərini" etiraf edib - KİV
Bu gün, 01:53
Çeçenistanda qəhrəmanlığı terrorla səhv salırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:50
Ermənistanın növbəti təxribat planı fiaskoya uğradı - Novella Cəfəroğlu
Bu gün, 01:47
“Azərbaycan Dəmir Yolları” bir ildə 100 milyon zərər edib - HESABAT
Bu gün, 00:04
Putinin üzrxahlığının PƏRDƏARXASI: - Kremlin planı nədir?
Bu gün, 00:02
"Qarabağ" razılaşdı, Juninyo "Sevilya"ya gedir - İspan KİV
Dünən, 23:59
“Burada gecələyəcəyəm” - Zurabişvili
Dünən, 23:58
Qazaxıstanda təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirilib
Dünən, 23:55
4 fenomen saxlanıldı, 3-ü isə axtarılır
Dünən, 21:17
“Rusiya həlak olanların və yaralıların ailəsinə kompensasiya ödəməlidir” - Başqa cür ola da bilməz...
Dünən, 21:13
Bakı "qara qutu"nu necə açdı: - Əliyevin qətiyyəti geopolitik böhranı blokladı
Dünən, 21:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru