Çar tək qalıb: “Putinin dostları” onu bir-bir tərk etdi - İNCƏLƏMƏ...
Tarix: 16-12-2022, 08:29 | Çap et
Rusiya diktatoru öz hərəkətləri ilə özünün şərti olaraq “Putinin dostları” adlandırdığı bütün əlaltılarından məhrum etdi. Əvvəllər müttəfiq hesab etdiyi hər kəs ondan üz döndərməyə başladı. Əvvəlcə Qazaxıstan Prezidenti “DXR” və “LXR”i psevdo-respublika adlandırdı və onları tanımadığını bəyan etdi. Ardınca isə Rusiya Federasiyası ilə qaz ittifaqından imtina etdi. Çünki Qazaxıstan lideri Qərbin sanksiyalarına qarşı gəlməyi planlaşdırmır. Daha sonra Özbəkistanın energetika naziri də analoji bəyanatla çıxış edərək, ölkənin “milli maraqları təhdid edən siyasi şərtlərlə” razılaşmadığını vurğuladı. Tacikistan Prezidenti isə rusların ölkəsinə qarşı hörmətsizliyi ilə bağlı bütün iradlarını Putinə bildirməklə özündə cəsarət tapdığını göstərmiş oldu.
Rusiya iki səbəbdən bu vəziyyətə düşdü. Birinci səbəb odur ki, Rusiya Federasiyası Ukraynaya qarşı təcavüzə başlamaqla “sülhsevərliyi” ilə bağlı bütün mifləri dağıtdı. Axı Ukraynada baş verənləri kor belə gördükdən sonra bu illüziya nəhayət aradan qalxmalı idi. İkinci səbəb isə odur ki, bütün sivil dünyanın üz döndərdiyi, ağır sanksiyaya məruz qalan yaramaz ölkənin kimsə müttəfiqi olmaq istəmir, bundan qorxur. Çünki indi Rusiyaya yaxın olmaq öz ölkəni təhlükə altına almaq deməkdir. Bunu əslində Özbəkistanın energetika naziri dedi. İndi Rusiyaya kömək edəcək hər dövlət Qərbin sanksiyaları altına düşəcək.
Postsovet ölkələri ilə Rusiya arasında münasibətlərin siyasi hissəsində baş verənləri də unutmayaq. Məsələn, Rusiyanın Qazaxıstandakı səfiri Borodavkinin birdən qazaxları “faşist və nasist” adlandırdığı qalmaqallı açıqlamaları var. Yəni o, Ukrayna ilə bağlı səsləndirdikləri cəfəngiyyatları Qazaxıstanla bağlı təkrarladı. Ukraynaya qarşı təbliğat tezisləri ruslar tərəfindən Qazaxıstana münasibətdə tətbiq olunmağa başlayanda qazaxlar buna necə reaksiya verməlidirlər? Təbii ki, cavab adekvat olmalıdır.
Təbii ki, Rusiya Federasiyası ilə strateji tərəfdaşlığa dair boş sənədlər imzalamaq olar, bu müəyyən qərəd nəzakət xatirinədir. Çünki həyatın reallıqları var. Nəzakət üçün Qazaxıstan Prezidenti Tokayev Rusiya Federasiyasına səfər etdi və burada dostluq və tərəfdaşlıq haqqında danışdı. Amma reallıqda Qazaxıstan Rusiya ilə tərəfdaşlıq istiqamətində ciddi addım atıb-atmamaq barədə ciddi düşünəcək...
Ola bilsin ki, qazaxlar və digər postsovet ölkələrinin nümayəndələri arasında dostluq haqqında belə söhbətlər qalsın və gələcəkdə onlar işğalçı ölkə ilə münasibətlərdə balansı saxlamağa məcbur olsunlar. Amma əslində onlar Putindən getdikcə uzaqlaşacaqlar.
“Biz öz seçimimizdə azad olmaq istəyirik” – hətta bir vaxtlar özlərini Moskva ilə yaxın görən ölkələr də bu gün bu fikirdədirlər.
Və biz artıq oriyentasiyanın dəyişdiyini görürük. Məsələn, həmin Qazaxıstan artıq Çinə daha çox yaxınlaşır. Azərbaycan təbii müttəfiqi Türkiyə ilədir. Mərkəzi Asiya ölkələri də Rusiya ilə ticarət üçün alternativlər axtarışındadırlar.
Bəli, Rusiya Federasiyası Şimali Koreya, İran və müəyyən dərəcədə siyasi baxımdan Çin kimi yeni müttəfiqlər tapır. Lakin onlar rusların yanında o vaxta qədər qalacaqlar ki, Moskva heç olmasa müəyyən xətt tuta bilsin. Ukrayna Silahlı Qüvvələri Rusiyanı öz yerinə oturdan kimi onun bu müttəfiqləri də olmayacaq.
Əslində bu proses artıq başlayıb desək, yanılmarıq. Artıq Çinin Səudiyyə Ərəbistanından neft alışını artırmaq niyyətində olduğu barədə məlumatlar var. Və “Bloomberg” mənbələrinə görə, Hindistanın Baş naziri Narendra Modi "nüvə müharibəsi ehtimalı" ilə bağlı son hədələrdən sonra Putinlə görüşdən imtina edib.
Bütün bunlar təsadüf deyil. Dünyanın hər bir ölkəsi aydın başa düşür ki, Rusiya Federasiyası ilə gələcək tərəfdaşlıq onlara iqtisadi cəhətdən çox baha başa gələcək.
Hindistan çətin ki, kollektiv Qərblə münasibətləri korlamaq istəsin. Çinin xarici ticarətinin 70 faizi Avropa İttifaqı və ABŞ-la bağlıdır. Yəni Rusiyaya yardım və Qərbin sanksiyalarını pozması Çin iqtisadiyyatının sonu demək olacaq. İran isə böyük ehtimalla o həddə oynayacaq ki, ABŞ bu ölkəni həmişəlik nüvə ambisiyalarına son qoymağa məcbur edəcək tədbirlər görəcək.
Türkiyədən başqa "həm sənə, həm də mənə" oyunu oynayan ölkə yoxdur. Amma Türkiyə də İstanbula axışan ruslarla ticarət əlaqələri saxlamaqdan, minlərlə rus turistin gəlişindən ancaq qazanır. Digər tərəfdən, Türkiyənin Ukraynaya yardım etməsi, beynəlxalq hüquqa uyğun olduğunu nümayiş etdirməsi faktı var.
Faktiki olaraq Rusiya özünü tam təcrid yolu ilə aparır və Putin artıq müttəfiqsiz qalıb. Yalnız Minsk-Moskva siyasi oxu var. Lakin Lukaşenko artıq ayrı bir ölkənin lideri yox, Putinin nəzarətində olan Minsk qubernatoruna çevrilib. Dünya liderlərinin heç biri isə öz adını Putin, Lukaşenko, Gerasimov və Şoyqu ilə eyni sırada görmək istəmir.
Müəllif: Vladimir Oqrızko - Ukraynanın keçmiş xarici işlər naziri Mənbə: UNİAN Qeyd: tərcümə AYNA-ya məxsusdur
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “City Construction Group” dövlət fonduna 122 milyonluq mənzillər satdı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət təmir işləri müqabilində 6 milyondan çox pul - QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır - VİDEO
Dünən, 22:15 |
|
|
|
• Rusiya nə qədər təzminat ödəməlidir? - ARAŞDIRMA
Dünən, 21:41 |
|
|
|
• ATALARIN ƏN YAXŞISI... - BİZİM QƏHRƏMAN...
Dünən, 21:36 |
|
|
|
• ABŞ İvanişviliyə qarşı sanksiya tətbiq etdi
Dünən, 21:33 |
|
|
|
• Zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı? - "Haber Global"
Dünən, 21:31 |
|
|
|
• İrəvanın YUNAN BİRLİYİNDƏ... NƏ İTİ AZIB?
Dünən, 19:02 |
|
|
|
• Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Banklar depozit faizlərini aşağı sala bilər? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• “Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:12 |
|
|
|
• Paşinyanın Qərbpərəst mövqeyi... Lukaşenko kimi ənənəvi siyasətçiləri həmişə narahat edib
Dünən, 18:08 |
|
|
|
• Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur - Arkadi Dubnov
Dünən, 18:01 |
|
|
|
• Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - FOTO
Dünən, 17:59 |
|
|
|
• Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Dünən, 17:50 |
|
|
|
• Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri 6,4 mln. manata başa gələcək
Dünən, 17:46 |
|
|
|
• Təhsil müəssisəsi mühafizə xidməti aldı – MƏBLƏĞ
Dünən, 17:44 |
|
|
|
• Rusiya niyə üzr istəmir? - ARAŞDIRMA
Dünən, 17:39 |
|
|
|
• Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil - Rusiyalı hərbi ekspert
Dünən, 17:36 |
|
|
|
• Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub - FOTO
Dünən, 17:31 |
|
|
|
• "TikTok"er xanımlar həbs edildi
Dünən, 17:27 |
|
|
|
• Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: - “Rusiyaya imkan verməyin…”
Dünən, 17:25 |
|
|
|
• Tanınmış həkimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Qəbələ RLS-in rəhbərliyi dəyişib - ƏMR
Dünən, 17:17 |
|
|
|
• “Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri yanvarın 5-dək ləğv edib
Dünən, 17:15 |
|
|
|
• "Ərazi də Rusiyanındır, silah da!" - ODRU Kİ...
Dünən, 17:13 |
|
|
|
• Ruslar hara qədər BURCUDACAQ?.. - Peskov deyir ki...
Dünən, 17:10 |
|
|
|
• DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır - İTTİHAM VAR...
Dünən, 17:06 |
|
|
|
• Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb - AZAL-dan RƏSMİ MÖVQE
Dünən, 17:01 |
|
|
|
• Rusiya Azərbaycandan üzr istəməlidir! - İctimai xadimlərdən TƏLƏB
Dünən, 16:54 |
|
|
|
• AZAL-ın keçmiş prezidentindən sensasion müsahibə – Təyyarə qəzası ilə bağlı yeni FAKTLAR
Dünən, 16:53 |
|
|
|
• Xüsusi Təftiş Komissiyası yaradıldı - Plastik cərrahların sənədləri yoxlanılacaq
Dünən, 16:49 |
|
|
|
• Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib
Dünən, 16:37 |
|
|
|
• Dövlət qurumu 1,7 milyona çağrı mərkəzində süni intellekt həlləri - TƏTBİQ EDƏCƏK
Dünən, 16:32 |
|
|
|
• Azərbaycanın ƏN `ZASTOY` MƏKTƏBİ... - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:24 |
|
|
|
• Səhiyyə nazirliyində həbslər: KİMLƏR QANDALLANDI? - RƏSMİ AÇIQLAMA
Dünən, 16:18 |
|
|
|
• Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib - Telefon söhbəti zamanı...
Dünən, 16:15 |
|
|
|
• Qroznı üzərindəykən zərbə səsi eşidildi - Təyyarə qəzasında sağ qalan bələdçi
Dünən, 16:14 |
|
|
|
• İlahə Əhmədova 390 min manatı hansı ehtiyaclarına xərcləyib? - Dələduzluq işi
Dünən, 16:11 |
|
|
|
• Azərbaycanda 70 yaşlı "professor" həbs edildi - 15 minə FHN-də işə düzəldirmiş
Dünən, 16:10 |
|
|
|
• İş adamı MTN-nin keçmiş idarə rəisindən maddi ziyan tələb edir - TƏFƏRRÜAT
Dünən, 16:00 |
|
|
|
• Rasim Musabəyovdan Peskova CAVAB: - “Məsuliyyət "çeçen knyazı" Kadırovun üzərinə düşür”
Dünən, 15:58 |
|
|
|
• MAZIXDA CIZIĞINDAN ÇIXAN KİMDİR? - NARAZILIQ VAR...
Dünən, 15:55 |
|
|
|
• “Rosaviasiya” açıqlama verdi... BOYNUNA ALMADI... - ÜZR İSTƏYƏNƏ OXŞAMIRLAR...
Dünən, 15:47 |
|
|
|
• Distant iş Trampın və Maskın planlarına ciddi maneədir - WP
Dünən, 15:44 |
|
|
|
• Talıbovsuz Naxçıvanın ikinci ili - NƏLƏR DƏYİŞDİ?
Dünən, 15:40 |
|
|
|
• Məktəblərin yaxınlığındakı bu obyektlər bağlanmalıdır - Uşaqlar niyə zəhərlənirlər?
Dünən, 15:38 |
|
|
|
• Təyyarənin vurulmasında Zelenskinin məsuliyyət payı var? – “Dəqiq araşdırılmalıdır”
Dünən, 15:34 |
|
|
|
• Azərbaycana Rusiyadan pul köçürmələri azalıb... - NƏ BAŞ VERİR?
Dünən, 15:24 |
|
|
|
• Ərazilərin ələ keçirilməsi qələbə deyil: - Rusiya müharibəni artıq uduzub
Dünən, 15:19 |
|
|
|
|