"Türkiyə Rusiya ilə bir çox məsələlərdə anlaşacaq" - GƏLİŞMƏ
Tarix: 29-07-2022, 08:02 | Çap et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Rusiyaya səfər edəcək. Nəzərə alsaq ki, iyulun 19-da Astana üçlüyünün Tehran sammitində tərəflər razılığa gələ bilmədi. Ərdoğanın avqustun 5-də Rusiyaya səfər etməsi diqqət çəkir. Əslində Tehran sammitində tərəflər arasında bir yox, bir neçə mövzu müzakirə edilib. Bu mənada İran Rusiya və Türkiyənin bir yox, bir neçə mövzuda ortaq məxrəcə gələ bilmədiyini deyə bilərik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri zamanı Ali dini lider Seyid Əli Xamenei ilə görüşdə Ankara və Tehranın hansı məsələlərdə razılaşmadığı, fikir ayrılığı yaşadığı bəlli oldu. Görüş sonrası Suriya və İraqda baş verən hadisələr də bunu təsdiqləyir. Rəsmi Ankara buna görə də Moskva ilə uzlaşma yolları aramağa qərar verib. diaaz.space xəbər verir ki, "Sherg.az"a danışan siyasi şərhçi Turan Rzayevə görə, prinsip etibarilə Türkiyənin İrandan çox Rusiya ilə uzlaşması daha realdır: “Düzdür, tərəflərin Ukrayna, Suriya, Liviya, Ermənistan, Azərbaycan münaqişələrində fərqli maraq və mövqeləri olsa da biz praktikada tərəflərin gərginlik həddinə gələcək situasiyaya da səbəb olduğunu müşahidə etməmişik. Hesab edirəm, Soçidə baş tutacaq görüşdə Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə taxıl dəhlizi, Suriya məsələsi və Rusiya-Ukrayna müharibəsilə bağlı müzakirə aparacaq. Xüsusilə də bu məsələlərdən taxıl dəhlizi hazırda daha aktualdır. Görüş öncəsi belə xəbərlər yayıldı ki, Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatlarının Rusiyada birgə istehsalına dair razılaşma əldə oluna bilər. Rusiyanın Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatları ilə yaxından maraqlandığı əslində bilinən bir fakdır. Əslində təkcə Rusiya deyil, ABŞ, Almaniya, Çin, hətta İran da “Bayraqdar” pilotsuz uçuş aparatları ilə yaxından maraqlanır. Rusiyanın “Bayraqdar” ilə yaxından maraqlanmağı, şübhəsiz, davam edən və uzanan Rusiya-Ukrayna müharibəsi ilə əlaqədardır. Bu həm də ondan xəbər verir ki, Rusiya ordusunun itkiləri rəsmi məlumatlara nəzərən daha çoxdur. Kreml müharibədə ciddi nailiyyətlər əldə etsə də müharibənin gözləniləndən uzun davam etməsinin bir digər səbəbi də Ukrayna ordusunun arsenalında “Bayraqdar” pilotsuz uçuş aparatlarının olmasıdır. Kreml bu fərqi aradan qaldırıb üstünlüyü artırmaq istəyir”. Ekspertə görə, Türkiyənin Rusiya ilə birgə “Bayraqdar” istehsal etməsi prinsip etibarilə mümkündür: “Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, “Rusiya-Türkiyə hərbi-texniki əməkdaşlığı hər zaman aktualdır”. Ərdoğan da bənzər formada qeyd edib ki, “Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) “Baykar” şirkəti ilə birgə işləmək istəyir”. Digər tərəfdən, Rusiya Türkiyəyə S-400 raketləri satıb. Bundan başqa rəsmi Moskva ilə Ankara arasında S-500-in birgə istehsalına dair razılaşma da var. Bu mənada Ankaranın Kremlin bu istəyinə yox deyəcəyini düşünmürəm. Türkiyənin “Bayraqdar” pilotsuz uçuş aparatlarının Rusiya ilə birgə istehsalına dair razılaşma əldə olunsa, bu, rəsmi Ankaranın Suriyanın şimalında başlatmaq istədiyi antiterror əməliyyatları üçün də əlavə dividendlər yarada bilər. Ehtimal razılaşmanın Türkiyə-Ukrayna münasibətlərində gərginlik yaradacağını düşünmürəm. Prinsip etibarilə Türkiyə müharibənin əvvəlindən Ukraynaya həm "Bayraqdar" PUA-ları verir. Həm də PUA-ların texniki baxışı və istifadəsi üçün kadr hazırlığı keçir. Bu, Rusiya-Türkiyə münasibətlərini pozmur, eynilə Ukrayna ilə münasibətləri də pozmamalıdır. Rəsmi Ankara faktiki olaraq Rusiya-Ukrayna müharibəsində tərəfsiz olduğunu deyib və hazırda tərəfləri uzlaşdırmağa çalışan ən konstruktiv ölkədir. Bunu həm rəsmi Kiyev, həm də rəsmi Moskva bilir. Bu mənada imzalanacaq ehtimal razılaşmanın Türkiyə-Ukrayna münasibətlərində gərginlik yaradacağını düşünmürəm”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 2025-ci ildə Azərbaycanın xarici siyasətinin istiqamətləri NECƏ OLACAQ?
Bu gün, 14:00 |
|
|
|
• “Toy sahibləri xahiş edir ki, məclisimizə barbi geyimində gəlin, imic yaratmışam...”
Bu gün, 13:58 |
|
|
|
• "Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?" - Niyaməddin Musayev
Bu gün, 13:11 |
|
|
|
• Akopyan həmin oteldə 3 min manata qalıb? – Paşinyan VİDEO yaydı
Bu gün, 13:00 |
|
|
|
• Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib - "ВЧК-ОГПУ"
Bu gün, 12:49 |
|
|
|
• İrəvan ordusunu "süni intellekt"li etmək istəyir - TƏBİİ AĞILLA NƏ QƏLƏT ETDİLƏR Kİ...
Bu gün, 12:47 |
|
|
|
• Azər Baxşəliyevin həyat yoldaşı: - "Oyanmadın"
Bu gün, 12:44 |
|
|
|
• Öcalan PKK-ya nə zaman tərk-silah çağırışı edəcək?
Bu gün, 12:42 |
|
|
|
• AZAL-ın təyyarəsinə görə idarə rəisi dindirildi: - Qroznı aeroportundakı çatışmazlıq ÜZƏ ÇIXDI
Bu gün, 12:30 |
|
|
|
• Putin nüvə silahını işə salmağa hazır imiş: Rusiyanı Çin dayandırıb! - İLGİNC İDDİA
Bu gün, 12:28 |
|
|
|
• Putin yenidən "Qarabağ klanı"na "stavka" edir? - GƏLİŞMƏ
Bu gün, 12:21 |
|
|
|
• "Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək” - Sergey Markov
Bu gün, 12:20 |
|
|
|
• Bayden korrupsiyada günahlandırılır
Bu gün, 12:00 |
|
|
|
• Ukrayna Rusiyaya döyüş PUA-ları ilə hücum edib
Bu gün, 12:00 |
|
|
|
• Nazarbayevin həmin sammitdə iştirakı ölkəni qarışdırdı - Tokayev şok detalları açıqladı
Bu gün, 11:42 |
|
|
|
• Gürcüstan Milli Bankı ABŞ dolları ilə bağlı yeni qərar qəbul edib
Bu gün, 11:34 |
|
|
|
• Bakı həbsxanasında MƏHKUM ÖLDÜ
Bu gün, 11:31 |
|
|
|
• “Söz versələr də etmədilər, küsdü..” - Rafael Dadaşov kimdən incik getdi?
Bu gün, 11:17 |
|
|
|
• İran Suriyadakı silahlarını Ermənistana GÖNDƏRİR - NƏ BAŞ VERİR?
Bu gün, 11:14 |
|
|
|
• İYİ Partiya DEM heyətini qəbul etmədi
Bu gün, 11:13 |
|
|
|
• AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb - DETALLAR
Bu gün, 11:11 |
|
|
|
• Dnestryanı “donur”: Kremlin əmri ilə yardımdan imtina etdi - "Politiko”
Bu gün, 11:07 |
|
|
|
• Yeni il süfrəsini qurmaq neçəyə başa gəldi? - ARAŞDIRMA
Bu gün, 11:06 |
|
|
|
• Qazax RİH-də NƏ BAŞ VERİR? - Birinci müavin başçıya qarşı...
Bu gün, 10:47 |
|
|
|
• Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması QANUNİDİRMİ?
Bu gün, 10:38 |
|
|
|
• “Made in China 2025” işə düşüb - NƏ BAŞ VERİR?
Bu gün, 10:36 |
|
|
|
• Kirayəpulunu ödəyə bilməyən Qarabağ əlili ilə məmur arasında qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 10:33 |
|
|
|
• Əl-Culani ABŞ-dan qoşunlarını Suriya ərazisindən çıxarması üçün İsrailə təzyiq göstərməyi tələb etdi...
Bu gün, 10:29 |
|
|
|
• Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək
Bu gün, 10:26 |
|
|
|
• Müəllimlər üçün ictimai nəqliyyat pulsuz olacaq? - AKTUAL
Bu gün, 10:15 |
|
|
|
• Braziliyalı mütəxəssislər AZAL-ın təyyarəsinin qara qutularının təhlilinə başlayıblar - Braziliya mediası
Bu gün, 10:10 |
|
|
|
• Haftonidəki YAŞIL TERROR: Niyə səsini çıxaran yoxdur? - ETİRAZ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Erməni ordusunda “süni intellekt tağımı” yaradılır - KİV
Bu gün, 09:59 |
|
|
|
• "Qoy yeni ildə də bizi güldürsün!" - REPLİKA
Bu gün, 09:52 |
|
|
|
• Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb
Bu gün, 09:47 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb
Bu gün, 09:40 |
|
|
|
• 2025-ə rektorsuz girən universitetlər: Yeni təyinatlar GÖZLƏNİLİR - SİYAHI
Bu gün, 09:25 |
|
|
|
• Abşeronda satmadığı YER QALMAYIB... - İTTİHAM VAR...
Bu gün, 09:21 |
|
|
|
• "Qadına sahib çıxmaq kişinin borcudur"
Bu gün, 09:18 |
|
|
|
• Petrosyanın şok çıxışı: Azərbaycanlıları qovduq ki... - VİDEO
Bu gün, 09:14 |
|
|
|
• 14 saylı poliklinikada tibbi arayış zülmü - NARAZILIQ VAR...
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşın təcili tibbi yardım DƏRDİ... - AXI NİYƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Əmək pensiyasından tutulmalar nə qədər qanuni və əsaslıdır... - Ekspert danışır...
Bu gün, 08:51 |
|
|
|
• Tanınmış yazar AZƏRİQAZ-a OD PÜSKÜRDÜ - "Zavod-zad işlədirik?.."
Bu gün, 08:47 |
|
|
|
• "Poeziyaya, şeirə qarşı bu aqressiv, ironiyalı, aşağılayıcı münasibət hardan qaynaqlanır?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:37 |
|
|
|
• Keçmiş deputatdan rektora ATMACA... - "Şəkildən də görəcəksiniz ki..."
Bu gün, 08:34 |
|
|
|
• Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər - KİV
Bu gün, 07:24 |
|
|
|
• Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? - ŞOK İSİMLƏR
Bu gün, 07:18 |
|
|
|
• “Bu halda Fransa təyyarələri vurula bilər” - Türk dövlətindən Parisə xəbərdarlıq
Bu gün, 07:12 |
|
|
|
• Vaşinqton İsrailə 8 milyard dollar dəyərində silah və sursat sata bilər - “Axios”
Bu gün, 06:56 |
|
|
|
|