"Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?" .....                     Akopyan həmin oteldə 3 min manata qalıb? .....                     Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib .....                     İrəvan ordusunu "süni intellekt"li etmək istəyir .....                     Azər Baxşəliyevin həyat yoldaşı: .....                     Öcalan PKK-ya nə zaman tərk-silah çağırışı edəcək? .....                     AZAL-ın təyyarəsinə görə idarə rəisi dindirildi: .....                     Putin nüvə silahını işə salmağa hazır imiş: Rusiyanı Çin dayandırıb! .....                     Putin yenidən "Qarabağ klanı"na "stavka" edir? .....                     "Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək” .....                     Bayden korrupsiyada günahlandırılır .....                     Ukrayna Rusiyaya döyüş PUA-ları ilə hücum edib .....                     Nazarbayevin həmin sammitdə iştirakı ölkəni qarışdırdı .....                     Gürcüstan Milli Bankı ABŞ dolları ilə bağlı yeni qərar qəbul edib .....                     Bakı həbsxanasında .....                     “Söz versələr də etmədilər, küsdü..” .....                     İran Suriyadakı silahlarını Ermənistana GÖNDƏRİR .....                     İYİ Partiya DEM heyətini qəbul etmədi .....                     AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb .....                     Dnestryanı “donur”: Kremlin əmri ilə yardımdan imtina etdi .....                     Yeni il süfrəsini qurmaq neçəyə başa gəldi? .....                     Qazax RİH-də NƏ BAŞ VERİR? .....                     Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması .....                     “Made in China 2025” işə düşüb .....                     Kirayəpulunu ödəyə bilməyən Qarabağ əlili ilə məmur arasında qalmaqal .....                     Əl-Culani ABŞ-dan qoşunlarını Suriya ərazisindən çıxarması üçün İsrailə təzyiq göstərməyi tələb etdi... .....                     Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək .....                     Müəllimlər üçün ictimai nəqliyyat pulsuz olacaq? .....                     Braziliyalı mütəxəssislər AZAL-ın təyyarəsinin qara qutularının təhlilinə başlayıblar .....                     Haftonidəki YAŞIL TERROR: Niyə səsini çıxaran yoxdur? .....                     Erməni ordusunda “süni intellekt tağımı” yaradılır .....                     "Qoy yeni ildə də bizi güldürsün!" .....                     Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb .....                     Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb .....                     2025-ə rektorsuz girən universitetlər: Yeni təyinatlar GÖZLƏNİLİR .....                     Abşeronda satmadığı YER QALMAYIB... .....                     "Qadına sahib çıxmaq kişinin borcudur" .....                     Petrosyanın şok çıxışı: Azərbaycanlıları qovduq ki... .....                     14 saylı poliklinikada tibbi arayış zülmü .....                     Vətəndaşın təcili tibbi yardım DƏRDİ... .....                 

Putin Ərdoğandan 50 saniyəlik ayaqda gözlətmənin qisasınımı aldı? – Çarı intizarda qoymayın!
Tarix: 25-07-2022, 10:19 | Çap et
Putin Ərdoğandan 50 saniyəlik ayaqda gözlətmənin qisasınımı aldı?
Rusiyanın Odessa limanını vurması Vladimir Putinin Türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğandan qisas almaq niyyətindən qaynaqlana bilər. DİA.AZ-ın ovqat.com-a istinadən məlumatına görə, Ukraynalı hərbi ekspert Mixail Samus bu qənaətdədir.

Ordu, Konversiya və Silahsızlaşdırma Mərkəzinin beynəlxalq məsələlər üzrə direktor müavini olan Samusun fikrincə, Tehran sammitində Ərdoğanın rus həmkarını 50 dəqiqə gözlətməsi Putinin nüfuzunu beş quruşluq edib. Putin də Ərdoğanın cavabını onun adı ilə anılan “Taxıl dəhlizi sazişini” sabotaj etməklə vermiş ola bilər.

“Nəzərə alsaq ki, Odessaya zərbə endirmək əmrini məhz Putin verib, ola bilsin ki, o, Ərdoğanın İrandakı görüşə 50 saniyə gecikməsindən və onu açıq şəkildə alçaltması həqiqətən də çox inciyib. Bu, əslində mümkündür. Ola bilər ki, Putin bu hücumla Ərdoğanın beynəlxalq nüfuzuna zərbə endirmək istəyir. Əgər belədirsə, bu cür hücumlar davam edəcək. Çünki hərbi baxımdan “taxıl dəhlizi”nin məsuliyyətini Türkiyə daşıyır”, - ekspert bildirib.

Bu təhlükəni nəzərə alan Mixail Samus Ukraynanın çoxqatlı və mürəkkəb hava hücumundan müdafiə sistemi potensialını gücləndirməsini və öz infrastrukturunu raket zərbələrindən qorumasını vacib sayır. “Ukrayna Silahlı Qüvvələri tezliklə limanlara və körpüləri vura biləcək qanadlı və ballistik raketləri zərərsizləşdirmək üçün orta və uzun mənzilli sistemlərə ehtiyac duyur”, - deyə ekspert Kiyevə xəbərdarlıq edib.



Onun sözlərinə görə, Almaniyanın IRIS-T SLM sisteminin tədarükü yenə gecikir və bu vəziyyətdə Norveçin NASAMS hava hücumundan müdafiə sistemləri Ukraynanın köməyinə gələ bilər. Ekspert Ukrayna Silahlı Qüvvələrinin rusların Xerson yaxınlığındakı infrastruktur obyektlərinə uğurla zərbə endirməsindən sonra səmanı raketlərdən qorumaq zərurətinin kəskinləşəcəyini proqnozlaşdırır:

“Rusiya qanadlı raketləri ilə Dnepr üzərindəki körpülərimizə zərbələr endirə bilər. Ona görə də hava hücumundan müdafiə məsələləri dərhal həll edilməlidir. Alman IRIS-T SLM-lərinin yenidən ləngidiyi bir zamanda bizim NASAMS sistemlərinə daha çox ehtiyacımız yaranır. Bu müdafiə sistemlərinin alınması ideal olardı. Çünki onlar mobildirlər, çox yığcamdırlar, məsələn, infrastruktur obyektlərinin yerləşdiyi ərazilərə göndərilə bilərlər. Əslində Odessada və Dnepr üzərində mühüm funksiyaları yerinə yetirən o qədər də çox körpü yoxdur. İndi əsasən limanlar rusların xüsusilə diqqət mərkəzində olacaq”.

Ekspert hesab edir ki, limanlara gücləndirilmiş hava hücumundan müdafiə sistemləri yerləşdirməli və onların qorunma tədbirləri genişləndirməlidirlər: “Rusiyanın əlində bir neçə min raketi var (köhnə, yeni - fərqi yoxdur) və onlar həmin raketlərlə limanlara zərbə endirə bilərlər”.

Samus proqnozlaşdırır ki, Putin taxıl ixracı zərurətinin arxasında gizlənərək tezliklə Ukraynanın cənubunda atəşkəsə nail olmaqda israr edəcək.

"Onlar orada çox çətin vəziyyətdədirlər. Amma son HİMARS zərbələrindən əvvəl, məncə, rus generalları Putini əmin etdilər ki, orada dəhşətli heç nə yoxdur, nəzarət öz əllərindədir, sadəcə olaraq, Donbass uğrunda döyüş gedən zaman cənub istiqamətində hücumu davam etdirə bilməzlər. Donbasın işğalını başa çatdıran kimi ruslar qoşunlarını cənuba köçürərək yenidən Odessaya hücuma keçəcəklər. Vəziyyətləri kritikdir, nəsə etmək lazımdır”,- ekspert yekunlaşdırıb.

Qeyd edək ki, İyulun 22-də İstanbulda taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün Ukraynanın üç limanının - Odessa, Çornomorsk və Pivdennı limanlarının blokdan çıxarılması haqqında saziş imzalanıb. Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu BMT və Türkiyə ilə ayrı-ayrılıqda eyni sazişlər imzalayıblar.

120 gün müddətinə qüvvədə olacaq razılaşmaya əsasən, Odessa, Çornomorsk və Pivdennı limanlarına nəzarət tamamilə Ukrayna tərəfində qalır. Gəmilər tərəflərin təsdiq etdiyi marşrut üzrə hərbi müşayiət olmadan hərəkət etməlidir, lakin Ukraynaya gedən gəmilərdə silahların olub-olmaması yoxlanılacaq.

Maraqlıdır ki, imzalanan bu sazişə bir çox Avropa ölkələri təmkinli yanaşmışdılar. Xüsusilə alman mediası rusların bu sazişə əməl edəcəyinə inanmadıqlarını vurğulamışdı. “Volksstimme” qəzeti müqaviləni şərh edən yazısında bildirirdi:

"Bu, ümidverici addım kimi görünür. Rusiya və Ukrayna BMT-nin vasitəçiliyi və Türkiyənin dəstəyi ilə üçüncü dünyanın təcili ehtiyac duyduğu taxılın Ukraynadan ixracına imkan yaratmaq barədə razılığa gəliblər... Lakin əldə edilən razılaşma ilk növbədə niyyət bəyannaməsidir. Təbii qaz daşınmalarında təcrübələrdən də yaşadığımız kimi, Rusiya müqavilə imzalandıqdan sonra Qərbi istədiyi kimi şantaj edə biləcək. Məsələn, onlar deyə biləcəklər ki, əgər siz bizim tələblərimizi yerinə yetirməsəniz, dünyanın ən kasıb insanları təəssüf ki, aclıqdan ölməyə davam edəcəklər və bu da sizin günahızdır!"

Müqavilənin imzalanmasının ertəsi günü rus qoşunları dörd raketlə Odessaya hücum etməsi alman mediasının bu narahatlığını təsdiqlədi. Atışma nəticəsində Odessa Dəniz Ticarət Limanının infrastrukturuna ciddi ziyan dəydi. Üstəlik, Ukraynalı hərbi ekspert Mixail Samusun qənaətləri doğrudursa, bu hücum sadəcə ona görə edildi ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan rus həmkarını 50 saniyə ayaqda gözlədərək intizarda qoymuşdu.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?" - Niyaməddin Musayev
Bu gün, 13:11
Akopyan həmin oteldə 3 min manata qalıb? – Paşinyan VİDEO yaydı
Bu gün, 13:00
Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib - "ВЧК-ОГПУ"
Bu gün, 12:49
İrəvan ordusunu "süni intellekt"li etmək istəyir - TƏBİİ AĞILLA NƏ QƏLƏT ETDİLƏR Kİ...
Bu gün, 12:47
Azər Baxşəliyevin həyat yoldaşı: - "Oyanmadın"
Bu gün, 12:44
Öcalan PKK-ya nə zaman tərk-silah çağırışı edəcək?
Bu gün, 12:42
AZAL-ın təyyarəsinə görə idarə rəisi dindirildi: - Qroznı aeroportundakı çatışmazlıq ÜZƏ ÇIXDI
Bu gün, 12:30
Putin nüvə silahını işə salmağa hazır imiş: Rusiyanı Çin dayandırıb! - İLGİNC İDDİA
Bu gün, 12:28
Putin yenidən "Qarabağ klanı"na "stavka" edir? - GƏLİŞMƏ
Bu gün, 12:21
"Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək” - Sergey Markov
Bu gün, 12:20
Bayden korrupsiyada günahlandırılır
Bu gün, 12:00
Ukrayna Rusiyaya döyüş PUA-ları ilə hücum edib
Bu gün, 12:00
Nazarbayevin həmin sammitdə iştirakı ölkəni qarışdırdı - Tokayev şok detalları açıqladı
Bu gün, 11:42
Gürcüstan Milli Bankı ABŞ dolları ilə bağlı yeni qərar qəbul edib
Bu gün, 11:34
Bakı həbsxanasında MƏHKUM ÖLDÜ
Bu gün, 11:31
“Söz versələr də etmədilər, küsdü..” - Rafael Dadaşov kimdən incik getdi?
Bu gün, 11:17
İran Suriyadakı silahlarını Ermənistana GÖNDƏRİR - NƏ BAŞ VERİR?
Bu gün, 11:14
İYİ Partiya DEM heyətini qəbul etmədi
Bu gün, 11:13
AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb - DETALLAR
Bu gün, 11:11
Dnestryanı “donur”: Kremlin əmri ilə yardımdan imtina etdi - "Politiko”
Bu gün, 11:07
Yeni il süfrəsini qurmaq neçəyə başa gəldi? - ARAŞDIRMA
Bu gün, 11:06
Qazax RİH-də NƏ BAŞ VERİR? - Birinci müavin başçıya qarşı...
Bu gün, 10:47
Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması QANUNİDİRMİ?
Bu gün, 10:38
“Made in China 2025” işə düşüb - NƏ BAŞ VERİR?
Bu gün, 10:36
Kirayəpulunu ödəyə bilməyən Qarabağ əlili ilə məmur arasında qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 10:33
Əl-Culani ABŞ-dan qoşunlarını Suriya ərazisindən çıxarması üçün İsrailə təzyiq göstərməyi tələb etdi...
Bu gün, 10:29
Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək
Bu gün, 10:26
Müəllimlər üçün ictimai nəqliyyat pulsuz olacaq? - AKTUAL
Bu gün, 10:15
Braziliyalı mütəxəssislər AZAL-ın təyyarəsinin qara qutularının təhlilinə başlayıblar - Braziliya mediası
Bu gün, 10:10
Haftonidəki YAŞIL TERROR: Niyə səsini çıxaran yoxdur? - ETİRAZ VAR...
Bu gün, 10:09
Erməni ordusunda “süni intellekt tağımı” yaradılır - KİV
Bu gün, 09:59
"Qoy yeni ildə də bizi güldürsün!" - REPLİKA
Bu gün, 09:52
Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb
Bu gün, 09:47
Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb
Bu gün, 09:40
2025-ə rektorsuz girən universitetlər: Yeni təyinatlar GÖZLƏNİLİR - SİYAHI
Bu gün, 09:25
Abşeronda satmadığı YER QALMAYIB... - İTTİHAM VAR...
Bu gün, 09:21
"Qadına sahib çıxmaq kişinin borcudur"
Bu gün, 09:18
Petrosyanın şok çıxışı: Azərbaycanlıları qovduq ki... - VİDEO
Bu gün, 09:14
14 saylı poliklinikada tibbi arayış zülmü - NARAZILIQ VAR...
Bu gün, 09:08
Vətəndaşın təcili tibbi yardım DƏRDİ... - AXI NİYƏ?..
Bu gün, 09:01
Əmək pensiyasından tutulmalar nə qədər qanuni və əsaslıdır... - Ekspert danışır...
Bu gün, 08:51
Tanınmış yazar AZƏRİQAZ-a OD PÜSKÜRDÜ - "Zavod-zad işlədirik?.."
Bu gün, 08:47
"Poeziyaya, şeirə qarşı bu aqressiv, ironiyalı, aşağılayıcı münasibət hardan qaynaqlanır?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:37
Keçmiş deputatdan rektora ATMACA... - "Şəkildən də görəcəksiniz ki..."
Bu gün, 08:34
Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər - KİV
Bu gün, 07:24
Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? - ŞOK İSİMLƏR
Bu gün, 07:18
“Bu halda Fransa təyyarələri vurula bilər” - Türk dövlətindən Parisə xəbərdarlıq
Bu gün, 07:12
Vaşinqton İsrailə 8 milyard dollar dəyərində silah və sursat sata bilər - “Axios”
Bu gün, 06:56
"Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı" - deputat
Bu gün, 06:34
Öcalanla görüşlərin pərdə arxası: Terror bitir? - ŞƏRH
Bu gün, 06:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru