Məktəbdə direktor və kollektiv arasında QALMAQAL .....                     “Mənə hücumu o sifariş edib” .....                     Aygün Bəylərin ailəsində qalmaqal: Bacılar arasında gərginlik və ittihamlar .....                     Naxçıvan təhsil nazirinə yeni müavin təyin olunub .....                     "Təhkim" olunmağı və "təhkimçi" olmağı rusdan öyrəndik, amma... .....                     Azərbaycanın bütün şərtləri ədalətlidir .....                     "Casus işi" üzrə məhkəmə başladı: Martin Ryan hakim qarşısında .....                     Xalqımızın qəhrəman övladlarına verdiyi dəyərin növbəti təzahürü .....                     "Sevilya" ilə anlaşan Juninyo İspaniyaya yollanır .....                     Hayların köhnə bayatılarla narahatlıq duymaları təəccüblü deyil .....                     İran hədəf, Ermənistan vasitə: .....                     Azərbaycan şirkəti kapitalından 6.4 milyon manatı geri götürür .....                     “Bu həddə çatdırmaq lazım deyil” .....                     Ombudsmanın Çağrı Mərkəzi bayram günlərində də fəaliyyətini fasiləsiz davam etdirib .....                     COVID-dən daha təhlükəli Metapneumovirus QAPIDA .....                     "Azərbaycanda icra məmuru institutu hüquq-mühafizə orqanları arasında ən bərbadıdır" .....                     Rusiya qərar verdi: azərbaycanlıların işi çətinləşdi... .....                     Bakıdan yeni tələb: "Sülh sazişi" danışıqlarına bu da əlavə olundu .....                     Hava bəzi yerlərdə arabir yağıntılı olacaq .....                     Tanınmış həkimdən qadınlara: .....                     Suriyanın yeni hakimiyyəti kürd yaraqlılarından silahı yerə qoymağı tələb edib .....                     Sabiq maliyyə nazirinə hökm oxundu .....                     Xalq artistinin nəvəsi vəfat etdi .....                     Ermənilər YENƏ BAŞLADI: Mövqelərimiz ATƏŞƏ TUTULUB... .....                     2024-cü ildə hansı ölkə xoşbəxt olub? .....                     Qəfil halı pisləşən alimin xəstəxanaya verməyə də PULU YOXDUR... .....                     SOCAR-ın “Petkim”ə investisiyalarının həcmi açıqlanıb .....                     Tanınmış milyonçuya qarşı dələduzluqda ittiham olunan şəxslərdən biri ölüb .....                     "Reklam xatirinə işlər görmək, zahiri effektlər yaratmaq mahiyyəti dəyişmir" .....                     "Ermənistan" layihəsi başa çatdı: Bakının sülh şərtləri dəyişir... .....                     Rusiya ordusu Ukraynanın Kuraxovo şəhərini ələ keçirib .....                     Əsl erməni faciəsi və qəddarlığı... .....                     Şəkidəki seçkilərdə `OĞRU` MARAĞI... .....                     Petrosyanın açıq etirafları... .....                     Novayaepoxa.com və Yenicag.info saytları .....                     Yəqin icra başçısı bundan xəbərsizdir... .....                     Bakı həbsxanasında .....                     İctimai nəqliyyat kimlər üçün pulsuz olacaq? .....                     “Amin Mərdəkanski”ni qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb .....                     Nəcəfli sanki Talıbova SƏDAQƏT ANDI İÇİB... .....                 

Qaraqalpaqıstan hadisələri Orta Asiyanı necə təhdid edir? - Küçələrdə əsgərlər, səkilərdə qan...
Tarix: 13-07-2022, 08:09 | Çap et
Qaraqalpaqıstan hadisələri Orta Asiyanı necə təhdid edir?
İyulun əvvəlində Özbəkistanda 2005-ci ildə Əndican qırğınlarından sonra ən böyük etiraz aksiyaları baş verdi. Səbəb ölkə konstitusiyasına edilməsi nəzərdə tutulan və qəbul edilsə, Qaraqalpaqıstan Respublikasının muxtariyyətini ləğv edəcək dəyişikliklər təşəbbüsü olub. Etirazlar tez bir zamanda iğtişaşlara çevrildi və bir neçə gün dayanmadı. Hüquq-mühafizə qüvvələri ilə toqquşma nəticəsində 18 nəfər həlak olub. Asayişi bərpa etmək üçün hakimiyyət güzəştlərə getdi: parlament Qaraqalpaqıstan Respublikasının suverenliyinin qalacağına səs verdi. Buna baxmayaraq, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib ki, iğtişaşlar xarici qüvvələr tərəfindən təhrik edilib. Onun sözlərinə görə, bu, hətta bütün Mərkəzi Asiya regionunda vəziyyətin mürəkkəbləşəcəyini proqnozlaşdırmağa əsas verir. Özbəkistanda etirazların nəyə səbəb olduğu və onların Mərkəzi Asiyanı necə təhdid etdiyi barədə “Lenta.ru” saytında araşdırma dərc edilib. AYNA həmin yazını istinadla təqdim edir:

Səhra və dəniz

Qaraqalpaqstan Özbəkistanın ən böyük bölgəsidir, lakin ənənəvi səfər yerlərinə - Daşkənd, Səmərqənd, Buxara və Xivəyə üstünlük verən turistlər və səyahətçilər Qaraqalpaqıstanı çətin tanıyarlar. Ümumiyyətlə, özbəklərin özləri ölkənin şimal-qərbindəki bu periferik bölgə haqqında çox az şey bilirlər: ora ən kasıb yer olmaqla yanaşı, pis ekologiyaya malikdir və uşaqlarda çoxlu anadangəlmə xəstəliklər var. Paradoksal olaraq, Özbəkistanın müstəqilliyinin 30 ilində Qaraqalpaqıstan ən çox BMT, ÜST, UNICEF və qeyri-hökumət fondlarının marağına səbəb olub. Dünya təşkilatlarının narahatlığı onunla bağlıdır ki, regionda ən böyük ekoloji fəlakət baş verib - Aral dənizi quruyub.

Sovet dövründə bu dənizi qidalandıran çayların - Amudərya və Sırdəryanın sularından pambıq və çəltik sahələrinin suvarılması üçün istifadə olunurdu. Su ehtiyatlarının həddən artıq çıxarılması dənizin boş səhraya çevrilməsinə səbəb olub, torpaqda illərlə yığılmış kənd təsərrüfatı kimyəvi maddələri onu zəhərləyib. Toz fırtınaları insanların sağlamlığı üçün pis olan təhlükəli şoranı hava ilə aparır.

Sovet dövründə Qaraqalpaqıstanda “Barxan” biokimyəvi laboratoriyasının fəaliyyət göstərməsi vəziyyəti daha da gərginləşdirir. Labarotoriya Aral dənizinin cənub-qərb hissəsindəki Vozrojdeniye adasında yerləşirdi və 1942-ci ildən burada bioloji silah nümunələri heyvanlar üzərində sınaqdan keçirilib. Poliqon 1992-ci ildə bağlanıb, lakin torpaqdan götürülən testlər göstərir ki, hələ də ərazidə kimyəvi maddələr qarayara xəstəliyinə səbəb olur. Bu, regionda onsuz da çətin olan ekoloji vəziyyəti daha da fəlakətli edir.

Ekoloji problemlərlə yanaşı, Qaraqalpaqstanda işsizlik səviyyəsi yüksəkdir. İnsanlar işləmək üçün daha zəngin Özbəkistan bölgələrinə və ya qonşu Qazaxıstana, Rusiyaya gedirlər. Nəticədə, hakimiyyət regionun inkişafı üçün stimulları demək olar ki, itirib. Daşkənddən gələn qaraqalpaqlara dəstək üçün hansısa xüsusi tədbirlərdən danışmağa ehtiyac yoxdur. Nukus, Muynak, Kunqrad vaxtaşırı turizm proqramlarına daxil edilir, lakin onlara böyük tələbat yoxdur.

Bölgədə sosial-iqtisadi və demoqrafik deqradasiya yerli sakinlərin milli özünüdərkinin artması fonunda baş verir

İyulun əvvəlində Qaraqalpaqıstanda baş verən kütləvi etirazlar aydın şəkildə göstərir ki, bölgədə sosial-iqtisadi və demoqrafik deqradasiya yerli sakinlərin milli özünüdərkinin artması fonunda baş verir. Lakin Qaraqalpaqıstandan Özbəkistanın muxtar vilayəti kimi danışmaq tam düzgün deyil. Sovet İttifaqının dağılmasından sonra bölgə Qaraqalpaqıstan Respublikasına çevrildi, baxmayaraq ki, bundan əvvəl - 1924-cü ildən 1930-cu ilə qədər Qazaxıstan SSR tərkibində muxtariyyət statusuna malik idi. Eyni zamanda, 1993-cü ildə Qaraqalpaqıstanın Özbəkistanın tərkibinə könüllü daxil olması haqqında 20 il müddətinə dövlətlərarası müqavilə imzalanıb və muxtar respublikanın referendum yolu ilə ölkədən çıxarılması hüququ da orada təmin edilmişdir.

Həmin il qaraqalpaqlar öz konstitusiyasını, gerbini, himnini və bayrağını qəbul etdilər. Belə görünürdü ki, 30 il ərzində qaraqalpaqlar özbəklərlə tamamilə assimilyasiyaya uğrayıblar və respublikadan ayrılmaq hüququ formal xarakter daşıyır. Nə o vaxtkı Prezident İslam Kərimov tərəfindən 2005-ci ildə Əndicanda etirazların zorla dağıdılması, nə 2010-cu ildə Oşda özbəklərlə qırğızlar arasında baş verən toqquşmalar, nə də respublikada hakimiyyət dəyişikliyi və Şavkat Mirziyoyevin gəlişi muxtar respublikada narazılıq yaratdı.

Etirazların katalizatoru yerli fəal və jurnalist Dövlətmurat Tacmuratovun həbsi olub

Bölgənin müstəqilliyinin genişləndirilməsi üçün təbliğat aparan yerli fəallarla az adam maraqlanırdı. Qaraqalpaqıstana kasıb və səssiz periferiya kimi davranılmaqda davam edirdi. Heç kim gözləmirdi ki, hakimiyyətin Özbəkistanın Konstitusiyasını dəyişmək və ondan öz müqəddəratını təyin etmək hüququ ilə bağlı maddələri çıxarmaq cəhdləri kütləvi etirazlarla nəticələnəcək. Demək olar ki, rəsmi Daşkənd sürprizlə qarşılaşdı.

2021-ci ilin dekabrında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Konstitusiyaya dəyişiklik təklif edəndə Qaraqalpaqıstanın muxtariyyət statusundan məhrum edilməsindən söhbət gedə bilməzdi. Konstitusiya islahatı əsasən prezidentlik müddətinin 5 ildən 7 ilə qədər artırmaq məqsədilə başladılıb. Ana qanunda ümumilikdə 200-ə yaxın düzəlişin edilməsi planlaşdırılırdı, lakin onların hamısı formal xarakter daşıyırdı. Mərkəz özünü təhlükəsiz saxlamaq və Özbəkistan Konstitusiyasından Qaraqalpaqıstanın ayrılmasına icazə verən maddələri çıxarmaq qərarına gəldi. Görünən odur ki, bununla hakimiyyət separatizmlə bağlı müzakirələrin aparılması ehtimalının belə qarşısını almağa çalışıb. Lakin tam əksi oldu. Qaraqalpaqstanın öz müqəddəratını təyinetmə hüququ ilə bağlı müddəaların ləğvi muxtar respublikanın həm də öz gerbindən, bayrağından və himnindən məhrum olması demək idi. Kəskin sosial-iqtisadi problemlər fonunda bu atributların itirilməsi yerli sakinlər üçün də həddən artıq həssas oldu: qaraqalpaqlar özlərinin varlığını elan etdi və mərkəz onları eşitməli oldu.

Qaraqalpaqstanda baş verənlərin tam mənzərəsi aydın deyil. Sosial şəbəkələrdə iyulun 1-də keçirilən çoxsaylı etiraz aksiyalarından videolar yayılıb. Onlar göstərir ki, Konstitusiya dəyişikliklərinə qarşı nümayişlərdə on minlərlə insan iştirak edib. Ən kütləvi mitinqlər Nukus, Çimbay və Muynakda keçirilib. Etirazçılar sosial şəbəkələrdə xüsusi təyinatlıların nümayişçilərə qarşı güc tətbiq etdiyini göstərən nümayişlərdən görüntülər yayımlayırlar. İyulun 2 və 3-də etirazlar yenidən və daha güclü şəkildə alovlandı.

Şahidlərin sözlərinə görə, etirazların katalizatoru yerli fəal və jurnalist Dövlətmurat Tacmuratovun həbsi olub. O, nəşrlərində qaraqalpaq dilinin ictimai sahədə daha geniş istifadə olunmasını müdafiə edir, sakinləri öz kimliklərini unutmamağa təşviq edirdi. 2021-ci ildə o, “Qaraqalpaqlar özbəklərin çətiri altında yaşayan xalqdır” deyən məşhur özbək müğənnisi Yıldız Usmanovanı məhkəməyə verib. Eyni zamanda, 2022-ci ilə qədər Tacmuratov həm də məşhur “Telegram” kanalının administratoru oldu və özünü müstəqil jurnalist kimi göstərməyə başladı. Jurnalist iyunun sonunda Özbəkistanın Konstitusiyasına dəyişikliklərlə bağlı qanun layihəsinin dərcindən az sonra fəal insanları etiraz aksiyası keçirməyə təşviq etməyə başlayıb. O, iyulun 5-də keçirilən aksiya ilə bağlı hakimiyyətlə razılaşdığını bildirib. Amma insanlar daha əvvəl küçələrə çıxıblar. Nəticədə fəalın saxlanılması kütlənin qıcığını daha da artırıb.

“Xarici təxribatçılar” barədə konkret məlumat yoxdur

Qaraqalpaqstanda baş verənlər dəqiq məlum deyil. Regionda internet və mobil rabitədə fasilələr mövcuddur. Sosial şəbəkələrdə yerli sakinlər bildirirlər ki, hakimiyyət xüsusi olaraq internetə girişi əngəlləyir. Bununla belə, hakimiyyətin tam susmasından danışmağa ehtiyac yoxdur. Hələ iyulun 1-də Özbəkistanın Daxili İşlər Nazirliyi (DİN) respublikada ictimai asayişin bərpa olunduğunu və insidentə səbəb kimi Qaraqalpaqıstan sakinlərinin “konstitusiya islahatlarını yanlış şərh etməsi” olduğunu bildirib.

Bir gün sonra Qaraqalpaqıstan Respublikası hökuməti və Daxili İşlər Nazirliyi birgə bəyanat yayaraq, etirazçıların “dövlət institutlarını ələ keçirməyə və bununla da cəmiyyəti parçalamağa cəhd etdiklərini” açıqlayıb. Etirazçıların hərəkətlərinin qarşısı alındığı, iğtişaşların təşkilatçıları və təxribatçıların saxlanıldığı da bildirilib. Bundan başqa, bəyanatda “xaricdən gələn müəyyən qeyri-sağlam xarici qüvvələrin” vəziyyətin inkişafına təsir etmək cəhdlərindən bəhs edilir. Lakin bu “xarici təxribatçılar” dedikdə kimin nəzərdə tutulduğu barədə konkret məlumat yoxdur.

Hakimiyyət orqanlarının əmri ilə bütün Qaraqalpaqıstanda fövqəladə vəziyyət rejimi, saat 20:00-dan 07:00-a kimi komendant saatı tətbiq edilib. Hadisələrin şahidlərinin sözlərinə görə, bu, regionda vəziyyətin sabitləşməsindən danışmaq hələ tez olduğunu və yeni kütləvi etirazların istisna olunmadığını təsdiqləyir.

“Hətta İslam Kərimov bunu etməmişdi”

Yerli sakinlər Özbəkistan Prezidentinin Qaraqalpaqıstanda baş verənlərə necə reaksiya verəcəyini gözləyirdilər. Müşahidəçilər Kərimovun vaxtında olduğu kimi etirazçılara heç bir güzəştə getməyəcəyinə inanırdılar. Lakin gözlənilmədən çoxları və ilk növbədə qaraqalpaqların özləri üçün Mirziyoyevin bəyanatı sürpriz oldu. Prezident bildirib ki, əgər Qaraqalpaqıstan xalqı narazıdırsa, o zaman Özbəkistanın Konstitusiyasına respublikanın statusu ilə bağlı düzəlişlər edilməyəcək. Üstəlik, o, şəxsən regiona gedib, respublika sakinləri və yerli deputatlarla görüşüb. Mirziyoyev etiraf edib ki, toqquşmalar dinc sakinlər və hüquq-mühafizə orqanları əməkdaşları arasında itkilərə səbəb olub. Lakin o, qurbanların dəqiq sayını açıqlamayıb.

Eyni zamanda o, etiraz aksiyalarını Özbəkistanın ərazi bütövlüyünə təhdid və “bədxah qüvvələrin konstitusiya islahatlarına etiraz bəhanəsi ilə təcavüz və zorakılıq yolunu seçərək Özbəkistanda sabitliyi və stabilliyi pozmaq cəhdi” adlandırıb. Prezident sosial şəbəkələrdə yayılan küçələrdəki qan gölməçələrini “saxta görüntülər” adlandırıb. Səlahiyyətlilərin bildirdiyinə görə, nümayişçiləri dağıtmaq üçün su şırnaqlarının içindəki su qırmızıya boyanıb. Amma sakinlər bu versiyanı inandırıcı hesab etmirlər.

Qaraqalpaqıstanda baş verənləri şərh edən yerli politoloq Rafael Səttarov regionun Özbəkistandan ayrılması tərəfdarlarının çoxluğuna şübhə ilə yanaşır. İndiki etirazların mərkəzində o, sakinlərin sosial-iqtisadi problemlərdən yığılıb qalmış yorğunluğunu və hakimiyyətin vəziyyəti düzəldə bilməməsini görür. Analitikin sözlərinə görə, düzəlişlər əlavə qıcıqlandırıcı faktora çevrilib: “Hətta keçmiş Prezident İslam Kərimov səlahiyyət müddətini bərpa edərkən heç vaxt Qaraqalpaqıstanın statusuna toxunmayıb və Özbəkistan Konstitusiyasının bu respublikanın statusu ilə bağlı maddələrini dəyişməyib”.

Əgər mərkəzi hakimiyyət həqiqətən də separatizmdən qorxursa, o zaman ekspertin fikrincə, konstitusiyanı dəyişmək yox, qaraqalpaqların həyat şəraitini yaxşılaşdırmaq lazımdır: “Qaraqalpaqların artan narazılığının səbəblərinə diqqətlə nəzər saldıqda, onların narazılığının üç söz ətrafında cəmləşdiyini görmək asandır: işsizlik, su çatışmazlığı, qiymət artımı. Yəni səbəblər siyasi yox, sosial-iqtisadidir. Ona görə də qəzəbə separatizm nöqteyi-nəzərindən baxmaq düzgün olmaz”.

“Etirazlar inkişaf edə bilər, amma qaraqalpaqların etirazları bölgənin heç bir şəkildə ayrılmasına səbəb olmayacaq. Çünki bunun nə daxili, nə də xarici səbəbləri var. Lakin mərkəzin tələsik hərəkətləri ucbatından özbəklərlə qaraqalpaqlar arasında münasibətlər gələcəkdə bəzi yerlərdə problemlər yarada bilər”, Sattarov fikrini yekunlaşdırıb.

“Sonda Daşkənd və Nukus razılaşa və böhranın qarşısını ala biləcəklər”

Mərkəzi Asiya üzrə mütəxəssis, Karnegi Fondunun tədqiqatçısı Temur Umarov isə deyib ki, Qaraqalpaqstanda baş verənlər Özbəkistanda son 17 ildə ən böyük siyasi böhran sayılır: “2005-ci ildə Əndicanda siyasi böhran baş verdi. Mirziyoyev üçün Qaraqalpaqstanda baş verən hadisələr onun şəxsi “Əndican”ına, yəni bu cür böhranlı vəziyyətlərin öhdəsindən gəlmək bacarığına çevrildi”.

“Qaraqalpaqıstandakı prosesləri mərkəz özü başlayıb. Əgər hakimiyyət Özbəkistan Konstitusiyasının Qaraqalpaqstanın statusu ilə bağlı maddələrində edilən dəyişikliyin nə ilə nəticələnəcəyini başa düşsəydi, çətin ki, bu islahatla razılaşardı”, - ekspert qeyd edib.

Buna baxmayaraq, Umarov hesab edir ki, sonda Daşkənd və Nukus razılaşa və böhranın qarşısını ala biləcəklər.

Müəllif: Turan Abdulla
//AYNA//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məktəbdə direktor və kollektiv arasında QALMAQAL - “Tfu üzünüzə, arsızlar”
Bu gün, 15:13
“Mənə hücumu o sifariş edib” - Ramal Aslanov da həbs edilib
Bu gün, 15:10
Aygün Bəylərin ailəsində qalmaqal: Bacılar arasında gərginlik və ittihamlar - “Sağlığında yaxınlaşmayanlar indi şou göstərirlər”
Bu gün, 15:06
Naxçıvan təhsil nazirinə yeni müavin təyin olunub - SƏRƏNCAM
Bu gün, 14:58
"Təhkim" olunmağı və "təhkimçi" olmağı rusdan öyrəndik, amma... - REPLİKA
Bu gün, 14:55
Azərbaycanın bütün şərtləri ədalətlidir - ŞƏRH
Bu gün, 14:52
"Casus işi" üzrə məhkəmə başladı: Martin Ryan hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 14:51
Xalqımızın qəhrəman övladlarına verdiyi dəyərin növbəti təzahürü - İsrafil Kərimovun yazısı
Bu gün, 14:47
"Sevilya" ilə anlaşan Juninyo İspaniyaya yollanır
Bu gün, 14:44
Hayların köhnə bayatılarla narahatlıq duymaları təəccüblü deyil -RƏY
Bu gün, 14:02
İran hədəf, Ermənistan vasitə: - Cənubi Qafqazdakı təhlükəli ssenari
Bu gün, 14:00
Azərbaycan şirkəti kapitalından 6.4 milyon manatı geri götürür
Bu gün, 13:58
“Bu həddə çatdırmaq lazım deyil”
Bu gün, 13:04
Ombudsmanın Çağrı Mərkəzi bayram günlərində də fəaliyyətini fasiləsiz davam etdirib
Bu gün, 13:00
COVID-dən daha təhlükəli Metapneumovirus QAPIDA – Bu ölümcül virus nədir, necə QORUNAQ?
Bu gün, 12:58
"Azərbaycanda icra məmuru institutu hüquq-mühafizə orqanları arasında ən bərbadıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:55
Rusiya qərar verdi: azərbaycanlıların işi çətinləşdi... - Bakının cavabı ləngimədi
Bu gün, 12:47
Bakıdan yeni tələb: "Sülh sazişi" danışıqlarına bu da əlavə olundu - GƏLİŞMƏ
Bu gün, 12:46
Hava bəzi yerlərdə arabir yağıntılı olacaq - belə deyirlər...
Bu gün, 12:42
Tanınmış həkimdən qadınlara: - Etməyin, çox iyrənc görünürsünüz!
Bu gün, 12:39
Suriyanın yeni hakimiyyəti kürd yaraqlılarından silahı yerə qoymağı tələb edib - "Hürriyet"
Bu gün, 12:37
Sabiq maliyyə nazirinə hökm oxundu - O, məhkəmədə Seymur Talıbova verdiyi pulun məbləğini açıqladı
Bu gün, 12:32
Xalq artistinin nəvəsi vəfat etdi - FOTO
Bu gün, 12:30
Ermənilər YENƏ BAŞLADI: Mövqelərimiz ATƏŞƏ TUTULUB... - QAŞINIRLAR...
Bu gün, 12:29
2024-cü ildə hansı ölkə xoşbəxt olub?
Bu gün, 12:27
Qəfil halı pisləşən alimin xəstəxanaya verməyə də PULU YOXDUR... - "Ölüm anında ani düşündüm ki..."
Bu gün, 12:22
SOCAR-ın “Petkim”ə investisiyalarının həcmi açıqlanıb
Bu gün, 12:16
Tanınmış milyonçuya qarşı dələduzluqda ittiham olunan şəxslərdən biri ölüb - TƏFƏRRÜAT
Bu gün, 12:03
"Reklam xatirinə işlər görmək, zahiri effektlər yaratmaq mahiyyəti dəyişmir" - Tahir Kərimli AYNA-nı tənqid etdi
Bu gün, 11:57
"Ermənistan" layihəsi başa çatdı: Bakının sülh şərtləri dəyişir... - keçmiş nazir ŞƏRH EDİR
Bu gün, 11:51
Rusiya ordusu Ukraynanın Kuraxovo şəhərini ələ keçirib
Bu gün, 11:47
Əsl erməni faciəsi və qəddarlığı... - ƏLAHƏZRƏT FAKT!
Bu gün, 11:46
Şəkidəki seçkilərdə `OĞRU` MARAĞI... - FOTOFAKT
Bu gün, 11:45
Petrosyanın açıq etirafları... məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır
Bu gün, 11:37
Novayaepoxa.com və Yenicag.info saytları 8 yaşında
Bu gün, 11:35
Yəqin icra başçısı bundan xəbərsizdir... - YOXSA...
Bu gün, 11:32
Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 11:18
İctimai nəqliyyat kimlər üçün pulsuz olacaq? - ARAŞDIRMA
Bu gün, 11:16
“Amin Mərdəkanski”ni qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:09
Nəcəfli sanki Talıbova SƏDAQƏT ANDI İÇİB... - NARAZILIQ VAR...
Bu gün, 11:04
"Naxçıvana maneəsiz gediş-gəliş xalqımız üçün həyati və strateji əhəmiyyət kəsb edən məsələdir" - deputat
Bu gün, 11:01
Vurulmuş təyyarə: haqlı tələblər və haqsız tənələr - Görünəni odur ki...
Bu gün, 10:59
Yeni ildə sülh gözləntisi: ümidlər, risklər və əngəllər - İNCƏLƏMƏ
Bu gün, 10:58
“Lukaşenko məndən üzr istədi, dedi, zavodu vur” – Zelenski
Bu gün, 10:57
Prezident təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Bu gün, 10:55
Dövlətə xəyanətə görə həbs edilən şəxsin mühakiməsi başlayır - DTX əməliyyatı
Bu gün, 10:54
Beynəlxalq “IQ” testinə görə Azərbaycan Gürcüstandan çox geridə qaldı... - Ermənistan isə...
Bu gün, 10:52
Azərbaycanda xəstəxanada xəyanətin üstü açıldı: Qadın evli kişi ilə... - VİDEO
Bu gün, 10:51
Fars-molla rejimi İŞ BAŞINDA: Bu dəfə təxribata əl atdılar... - guya Azərbaycanda...
Bu gün, 10:47
Bayden Sorosa "Azadlıq" medalı verməklə bu mükafatı dəyərdən saldı - "Fox News"
Bu gün, 10:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru