“Ərdoğan anladı ki, Putinlə şahmat oynamaq da təhlükəlidir” - NƏ BAŞ VERİR?
Tarix: 30-06-2022, 15:47 | Çap et
NATO-nun Baş katibi Yens Stoltenberq rəhbərlik etdiyi təşkilatın sammitində Rusiyaya qarşı sərt açıqlamalar səsləndirib. Deyib ki, Rusiya Alyans üçün birbaşa təhdid sayılacaq və bu, NATO-nun gələcəyini qurmaq üçün plana çevriləcək, yeni Strateji Konsepsiya qəbul ediləcək. Baş katibin sözlərinə görə, Rusiya artıq öz sərhədlərində NATO-nu görməyə adət etməlidir və bundan qurtuluşu yoxdur. DİA.AZ xəbər verir ki, Böyük Britaniyada yaşayan həmyerlimiz, tanınmış jurnalist Zülfüqar Rüfətoğlu AYNA-ya müsahibəsində NATO sammiti, Rusiya və Ukrayna ətrafında cərəyan edən hadisələr, eləcə də regional vəziyyət barəsində təəssüratlarını bölüşüb.
- NATO-nun Baş katibi Rusiyanı dünya üçün təhdid adlandırıb və bəyan edib ki, şimal qonşumuz NATO sərhədlərində yaşamağa alışmalıdır. Bu, gerçək təhdiddir, yoxsa imitasiya?
- NATO-nun Baş katibi tamamilə haqlıdır. İndi Rusiyanın bütün Avropa ilə sərhədləri onun NATO ilə sərhədlərinə çevrilir. Ukraynada müharibədən əvvəl Putin NATO-nun sərhədlərdən geri çəkilməsini tələb edirdi, amma əkisinə, NATO Moskvanın daha da yaxınlığına gəldi. Ümumiyyətlə, son hadisələrdə daim Putinin istədiklərinin əksi baş verir. Çünki tədricən Avropada, Qərbdə, elə dünyanın çox yerlərində Rusiya təcavüzkar bir ölkə kimi ad çıxarıb və yaxın gələcəkdə onun vəziyyəti daha da ağır olacaq. Finlandiya və İsveç NATO-ya üzv olduqdan sonra alyansın Rusiya ilə ümumi sərhədinin uzunluğu 2550 kilometrə çatacaq. Baltik dənizi NATO-nun gölməçəsinə çevriləcək.
Rusiyanın Ukrayna müharibəsində - elə indinin özündə əsgər qıtlığı keçirdiyini görürük. 2550 kilometrlik sərhədi qorumaq üçün hardan əsgər tapacaqlar - bu da məlum deyil. Elə indinin özündə Rusiya müharibəyə etnik-milli azlıqları göndərir. Üstəlik NATO Avropadakı çevik reaksiya qüvvələrinin sayını 40 min əsgərdən 300 min əsgərə çatdırmağı planlaşdırır. Həm də nəzərə alın ki, bütün bu proseslər Putinin təcavüzü ilə yanaşı olaraq çox sürətlə gedəcək.
- Stoltenberqin açıqlamasında daha bir diqqətçəkən məqam Çinlə bağlıdır. Doğrudanmı Rusiyaya qarşı embarqolar Çinə qarşı hücumun başlanğıcı və tərkib hissəsidir?
- ABŞ və NATO Rusiya ilə yanaşı Çini də təhlükə hesab edir. Bu, ilk növbədə Çinin Tayvanı hədələməsi ilə bağlıdır. Lakin Çin belə məsələlərdə həmişə ehtiyatlı tərpənib. Çin müxtəlif beynəlxalq tədbirlərdə Rusiyanı dəstəkləsə də, ona konkret əməli dəstək vermək niyyətində deyil. Pekin Putinə açıq şəkildə bildirib: “Sən bu müharibəni qurtarandan sonra tam mənasında əməkdaşlıq edə bilərik”. Çin üçün ticarət portnyoru və bazar kimi ABŞ qat-qat daha önəmlidir. ABŞ ilə Çin arasında ticarət dövriyyəsi 2020-ci ildə 700 milyard dollar təşkil edib. Çinin Rusiya ilə ticarəti 155 milyard dollar civarındadır. Çin Rusiyanın Qərbə qarşı mövqeyindən faydalana bilər, lakin onu heç vaxt özünə bərabərhüquqlu müttəfiq hesab etməyəcək. Ticarət dövriyyəsinə görə Rusiya heç Çinin 10-cu dərəcəli partnyoru da deyil. Çin indiki halda Rusiyaya özünün geosiyasi əlaltısı kimi baxır.
- Türkiyənin İsveç və Finlandiya ilə bağlı qərarı dünya gündəmini məşğul edən əsas mövzulardandır. Türkiyənin son qərarını necə qarşılayırsınız?
- Türkiyə lap əvvəldən Finlandiya və İsveçin NATO üzvlüyünü bloklayanda onun əsas tələbləri bu iki ölkədən yox, ilk növbədə ABŞ-dan idi. Yoxsa əsas məsələ PKK deyildi. PKK-nın davamçıları Qərbi Avropanın bütün ölkələrində var. Bəlkə də, onların sayı ən çox elə Britaniyadadır. Halbuki Ankaranın Londonla yaxşı münasibətləri mövcuddur. Daha doğrusu, Ərdoğan əsas güzəştlərə ABŞ-dan nail olmaq istəyirdi. Türkiyənin ABŞ-dan 40 ədəd F-16 qırıcısı, təkmil texnologiyalar kimi gözləntiləri var.
Ərdoğanın öz inadından kifayət qədər tez geri çəkilməsi iki amillə bağlı ola bilər: Birincisi, ehtimal ki, Ərdoğan Baydendən əksər tələblərinə müsbət cavab ala bilib. İkinci amil isə Rusiya ilə bağlıdır. Ərdoğanın Putinlə daim praktik, soyuq, düşünülmüş münasibətləri olub, amma bunlar heç vaxt dost olmayıblar və ola da bilməzlər. Ərdoğan da kifayət qədər avtoritar adamdır, amma Ukraynaya təcavüzdən sonra başa düşüb ki, Putinlə hətta şahmat oynamaq da təhlükəlidir. Yəni başa düşüb ki, bu adam tamamilə ağlını itirib. Belə olan halda Türkiyə özünün təbii müttəfiqləri sırasında yerini möhkəm saxlayır.
- Rusiyanın postsovet məkanına təzyiq imkanlarını artıracağı, onları bir "çətir altına" yığacağını söyləyənlər də var. Bu iddiaları bölüşürsünüzmü?
- Bəli, Rusiyanın ətrafındakı halqa daralır. Putin də bunu gözəl anlayır. Amma Putin onu da başa düşür ki, başladığı oyundan bircə addım geri çəkilsə, taxt-tacını və hətta başını itirəcək. Rusiyada çarlara məğlubiyyətləri bağışlamırlar. Putinlə artıq əl tutub görüşən, söhbət edən də yoxdur. Ona görə də, Mərkəzi Asiyada mənasız tədbirlər keçirir ki, heç olmasa yaxın qonşuları bunun hələ güclü olduğunu hiss etsinlər. Amma əsas məqsəd özünü göstəməkdir, yəni “baxın, mən də kişilərlə oturub-dururam”. Bu mənadan Tokayevin Peterburqdakı forumda Putinin üzünə sözünü şax deməsini oyun hesab eləmirəm. Əvvəla Rusiya rəsmiləri, deputatları dəfələrlə Qazaxıstan adında dövlətin olmadığını bəyan ediblər. Belə bəyanatlar Putinin icazəsi və tapşırığı olmadan verilmir. Ona görə də Tokayev sözünü belə bəyanatların əsl müəllifinin üzünə dedi.
Putində adi “məhəllə uşağının” acıq vermək kimi ucuz variantların olduğunu hamı bilir. O, həmin foruma moderator kimi Marqarita Simonyanı əbəs yerə dəvət etməmişdi. Qazaxıstanı təhqir edən birisinin arvadını foruma dəvət eləmək Putinin aləmində elə “xox” gəlmək kimi bir şey idi. Amma Tokayev onun cavabını verdi. Çünki Tokayev də başa düşür ki, geriyə yol yoxdur, artıq rusun qabağından qaçmaq olmaz. Ona görə də bəyan elədi ki, “biz ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını pozmayacağıq”.
Məncə, tədricən bütün keçmiş sovet respublikalarının rəhbərləri bu addıma gələcəklər. Artıq bu gün Özbəkistandakı bir şirkətə Rusiyanın hərbi sənayesi üçün xaricdən mikrosxem aldığına görə ABŞ sanksiyaları qoyulub. Mən hətta düşünürəm, elə bir məqam çata bilər ki, bütün MDB liderləri sözü bir yerə qoyub Putinə hansısa formada ultimatum versinlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm” – Elçin Göyçaylı DANIŞDI
Bu gün, 15:16 |
|
|
|
• Məktəbdə direktor və kollektiv arasında QALMAQAL - “Tfu üzünüzə, arsızlar”
Bu gün, 15:13 |
|
|
|
• “Mənə hücumu o sifariş edib” - Ramal Aslanov da həbs edilib
Bu gün, 15:10 |
|
|
|
• Aygün Bəylərin ailəsində qalmaqal: Bacılar arasında gərginlik və ittihamlar - “Sağlığında yaxınlaşmayanlar indi şou göstərirlər”
Bu gün, 15:06 |
|
|
|
• Naxçıvan təhsil nazirinə yeni müavin təyin olunub - SƏRƏNCAM
Bu gün, 14:58 |
|
|
|
• "Təhkim" olunmağı və "təhkimçi" olmağı rusdan öyrəndik, amma... - REPLİKA
Bu gün, 14:55 |
|
|
|
• Azərbaycanın bütün şərtləri ədalətlidir - ŞƏRH
Bu gün, 14:52 |
|
|
|
• "Casus işi" üzrə məhkəmə başladı: Martin Ryan hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 14:51 |
|
|
|
• Xalqımızın qəhrəman övladlarına verdiyi dəyərin növbəti təzahürü - İsrafil Kərimovun yazısı
Bu gün, 14:47 |
|
|
|
• "Sevilya" ilə anlaşan Juninyo İspaniyaya yollanır
Bu gün, 14:44 |
|
|
|
• Hayların köhnə bayatılarla narahatlıq duymaları təəccüblü deyil -RƏY
Bu gün, 14:02 |
|
|
|
• İran hədəf, Ermənistan vasitə: - Cənubi Qafqazdakı təhlükəli ssenari
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycan şirkəti kapitalından 6.4 milyon manatı geri götürür
Bu gün, 13:58 |
|
|
|
• “Bu həddə çatdırmaq lazım deyil”
Bu gün, 13:04 |
|
|
|
• Ombudsmanın Çağrı Mərkəzi bayram günlərində də fəaliyyətini fasiləsiz davam etdirib
Bu gün, 13:00 |
|
|
|
• COVID-dən daha təhlükəli Metapneumovirus QAPIDA – Bu ölümcül virus nədir, necə QORUNAQ?
Bu gün, 12:58 |
|
|
|
• "Azərbaycanda icra məmuru institutu hüquq-mühafizə orqanları arasında ən bərbadıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya qərar verdi: azərbaycanlıların işi çətinləşdi... - Bakının cavabı ləngimədi
Bu gün, 12:47 |
|
|
|
• Bakıdan yeni tələb: "Sülh sazişi" danışıqlarına bu da əlavə olundu - GƏLİŞMƏ
Bu gün, 12:46 |
|
|
|
• Hava bəzi yerlərdə arabir yağıntılı olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Tanınmış həkimdən qadınlara: - Etməyin, çox iyrənc görünürsünüz!
Bu gün, 12:39 |
|
|
|
• Suriyanın yeni hakimiyyəti kürd yaraqlılarından silahı yerə qoymağı tələb edib - "Hürriyet"
Bu gün, 12:37 |
|
|
|
• Sabiq maliyyə nazirinə hökm oxundu - O, məhkəmədə Seymur Talıbova verdiyi pulun məbləğini açıqladı
Bu gün, 12:32 |
|
|
|
• Xalq artistinin nəvəsi vəfat etdi - FOTO
Bu gün, 12:30 |
|
|
|
• Ermənilər YENƏ BAŞLADI: Mövqelərimiz ATƏŞƏ TUTULUB... - QAŞINIRLAR...
Bu gün, 12:29 |
|
|
|
• 2024-cü ildə hansı ölkə xoşbəxt olub?
Bu gün, 12:27 |
|
|
|
• Qəfil halı pisləşən alimin xəstəxanaya verməyə də PULU YOXDUR... - "Ölüm anında ani düşündüm ki..."
Bu gün, 12:22 |
|
|
|
• SOCAR-ın “Petkim”ə investisiyalarının həcmi açıqlanıb
Bu gün, 12:16 |
|
|
|
• Tanınmış milyonçuya qarşı dələduzluqda ittiham olunan şəxslərdən biri ölüb - TƏFƏRRÜAT
Bu gün, 12:03 |
|
|
|
• "Reklam xatirinə işlər görmək, zahiri effektlər yaratmaq mahiyyəti dəyişmir" - Tahir Kərimli AYNA-nı tənqid etdi
Bu gün, 11:57 |
|
|
|
• "Ermənistan" layihəsi başa çatdı: Bakının sülh şərtləri dəyişir... - keçmiş nazir ŞƏRH EDİR
Bu gün, 11:51 |
|
|
|
• Rusiya ordusu Ukraynanın Kuraxovo şəhərini ələ keçirib
Bu gün, 11:47 |
|
|
|
• Əsl erməni faciəsi və qəddarlığı... - ƏLAHƏZRƏT FAKT!
Bu gün, 11:46 |
|
|
|
• Şəkidəki seçkilərdə `OĞRU` MARAĞI... - FOTOFAKT
Bu gün, 11:45 |
|
|
|
• Petrosyanın açıq etirafları... məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır
Bu gün, 11:37 |
|
|
|
• Novayaepoxa.com və Yenicag.info saytları 8 yaşında
Bu gün, 11:35 |
|
|
|
• Yəqin icra başçısı bundan xəbərsizdir... - YOXSA...
Bu gün, 11:32 |
|
|
|
• Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 11:18 |
|
|
|
• İctimai nəqliyyat kimlər üçün pulsuz olacaq? - ARAŞDIRMA
Bu gün, 11:16 |
|
|
|
• “Amin Mərdəkanski”ni qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:09 |
|
|
|
• Nəcəfli sanki Talıbova SƏDAQƏT ANDI İÇİB... - NARAZILIQ VAR...
Bu gün, 11:04 |
|
|
|
• "Naxçıvana maneəsiz gediş-gəliş xalqımız üçün həyati və strateji əhəmiyyət kəsb edən məsələdir" - deputat
Bu gün, 11:01 |
|
|
|
• Vurulmuş təyyarə: haqlı tələblər və haqsız tənələr - Görünəni odur ki...
Bu gün, 10:59 |
|
|
|
• Yeni ildə sülh gözləntisi: ümidlər, risklər və əngəllər - İNCƏLƏMƏ
Bu gün, 10:58 |
|
|
|
• “Lukaşenko məndən üzr istədi, dedi, zavodu vur” – Zelenski
Bu gün, 10:57 |
|
|
|
• Prezident təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Bu gün, 10:55 |
|
|
|
• Dövlətə xəyanətə görə həbs edilən şəxsin mühakiməsi başlayır - DTX əməliyyatı
Bu gün, 10:54 |
|
|
|
• Beynəlxalq “IQ” testinə görə Azərbaycan Gürcüstandan çox geridə qaldı... - Ermənistan isə...
Bu gün, 10:52 |
|
|
|
• Azərbaycanda xəstəxanada xəyanətin üstü açıldı: Qadın evli kişi ilə... - VİDEO
Bu gün, 10:51 |
|
|
|
• Fars-molla rejimi İŞ BAŞINDA: Bu dəfə təxribata əl atdılar... - guya Azərbaycanda...
Bu gün, 10:47 |
|
|
|
|