“Şimal ayısı” pəncəsini yalayır: geri çəkilmə, yoxsa aldadıcı manevr... - GƏLİŞMƏ
Tarix: 29-03-2022, 15:31 | Çap et
Rusiya Baş Qərargah rəisinin müavini Sergey Rudskoy ölkəsinin hədəfi dəyişdirdiyini, bundan sonra Ukrayna deyil, Donbassın “müstəqilliyi” uğrunda mübarizə aparacaqlarını bəyan edib. Onun sözlərinə görə, paytaxt Kiyev və digər şəhərlərin hədəfə alınması Ukrayna ordusunun diqqətini yayındırmaq strategiyasının bir hissəsidir: “Əməliyyatın birinci mərhələsi artıq başa çatdı. Ukrayna ordusunun gücü əhəmiyyətli dərəcədə azaldıldı və bundan sonra bizim əsas məqsədimiz Donbassın tam müstəqilliyinə nail olmaqdır”.
Beynəlxalq analitiklər Rusiya ordusunun zəifləməsi və Ukraynaya qarşı hərbi təcavüzü davam etdirməyə gücünün yetməməsi səbəbindən belə bir qərarın verildiyini deyirlər. Ekspertlərin fikrincə, beynəlxalq sanksiyalar fonunda hərbi xərclərin artması Kremli buna təhrik edir. Əks qənaətdə olanlar isə Moskvanın bu yolla diqqəti yayındırmağa, növbəti hücumlara hazırlaşmaq üçün vaxt qazanmağa çalışdığını söyləyirlər. diaaz.space-ın məlumatına görə, Milli Məclisin sabiq üzvü, politoloq İkram İsrafil AYNA-ya açıqlamasında deyib ki, Rudskoy əməliyyatın uğurla davam etdiyini desə də, əslində bu, qətiyyən belə deyil: “Rusiyanın Ukraynaya qarşı təcavüzünün doğurduğu nəticələrə qiymət vermək üçün müharibənin başlanğıc nöqtəsinə qayıtmaq lazımdır. 2021-ci ilin yekununda ABŞ Prezidenti Co Bayden bəyan etdi ki, 2022-ci il dünyada köklü dəyişikliklər ili olacaq və Rusiyaya qarşı müqavimət güclənəcək. Lakin il başlayan kimi Qazaxıstanda baş verən kütləvi etirazlar Rusiyanın iştirakı ilə yatırıldı. Bundan sonra belə bir təəssürat yarandı ki, postsovet məkanı Moskvanın nəzarətindədir və heç bir qüvvə regiona təsir göstərə bilməz”.
“ABŞ və Avropa rəsmilərinin Rusiyanın Ukraynaya hücum edəcəyi və bu müharibədə iştirak etməyəcəkləri barədə xəbərdarlıqları Moskvada özünə əminlik yaratdı. Kreml düşünürdü ki, Qazaxıstanda olduğu kimi, Ukraynada da bir neçə günün içərisində hakimiyyət dəyişikliyinə nail olacaq və kiçik sanksiyalarla Qərbin təzyiqlərindən yayına biləcəklər. Hətta bəzi Ukrayna şəhərlərində gül-çiçəklə qarşılanacaqları barədə xəyalları da var idi. Nəticədə isə Rusiya tələyə düşdü”, - deyə analitik bildirib.
Keçmiş deputatın sözlərinə görə, Putin və komandası anlayır ki, Rusiya çöküş ərəfəsindədir: “Düzdür, bunu etiraf etmirlər. Lakin etiraf etməsələr də, bir neçə ay sonra hansı “sürprizlərin” baş verəcəyini anlayırlar. Dəqiq bilirlər ki, dünyadan təcrid olunan rus iqtisadiyyatını qarşıda ağır və fəlakətli günlər gözləyir. Bu sosial-iqtisadi problemlər kütləvi etirazları şərtləndirəcək və Rusiya cəmiyyəti oyanacaq. Bu oyanışdan sonra isə daxildə Putinə qarşı izdihamlı etirazlar baş qaldıracaq. Rusiya Prezidenti bunu bilir və xilas yolları axtarır”.
“Putin bu gün iki seçim qarşısındadır: Ya Ukraynaya qarşı təcavüzü dayandırmalı, ya da irəli getməlidir. Birinci halda hesabat verməli olacaq, ikinci halda isə ölkəsini iqtisadi bataqlıqdan xilas edə bilməyəcək. Ukraynaya qarşı əməliyyatın birinci mərhələsinin başa çatdığına dair Sergey Rudskoyun açıqlaması blefdir. Bu, əslində məğlubiyyətin etirafıdır. Lakin unutmaq lazım deyil ki, Rusiya imperialist maraqlarından da əl çəkəsi deyil. Yəqin ki, Moskva bu məğlubiyyətini kompensasiya etmək üçün digər münaqişə ocaqları yaradacaq. Bu baxımdan postsovet dövlətləri, o cümlədən Azərbaycan maksimum təmkin nümayiş etdirməli, Rusiyanın heç bir təxribatına uymamalıdır”, - deyə İsrafil vurğulayıb.
Politoloq Mütəllim Rəhimli isə fərqli düşünür. O, AYNA-ya söyləyib ki, ABŞ və Qərb Yaxın Şərq böhranını postsovet məkanına inteqrasiya etməyə çalışır: “Hesab etmirəm ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Putin iqtidarının devrilməsi ilə nəticələnəcək. Tarixə ekskurs etsək, görərik ki, indiyə qədər heç bir ölkədə sanksiyalarla hakimiyyəti və ya sistemi dəyişmək mümkün olmayıb. Bu, nə İranda, nə Venesuelada, nə də Belarusda mümkün olub. Düzdür, iddia oluna bilər ki, bu sanksiyalar daha ciddidir və tarixdə ilk dəfədir baş verir. Lakin bir məqam da var ki, Rusiya da kifayət qədər güclü dövlətdir”.
“Təsəvvür edin ki, bir aydır Rusiyaya qarşı sərt beynəlxalq sanksiyalar tətbiq olunur, ancaq şimal qonşumuzda ciddi devalvasiya müşahidə olunmur. Təbii ki, müəyyən sosial-iqtisadi problemlər yaşanacaq, amma bu, Putin iqtidarının devrilməsi ilə nəticələnməyəcək. Əksinə, baş verənlər Putinin Rusiya daxilində mövqeyini daha da gücləndirəcək”, - deyə həmsöhbətimiz qeyd edib.
Onun fikrincə, bu münaqişə hələ uzun müddət davam edəcək və bundan ən çox ziyan çəkən Ukrayna olacaq: “Qərbin əsas ümidi odur ki, bu sanksiyalar Rusiyada kütləvi etirazlara və Putinin devrilməsinə səbəb olacaq. Lakin biz nəyin şahidi oluruq? Rusiyada keçirilən son sosioloji sorğular zamanı məlum oldu ki, rusların 71 faizi Putinə dəstək verir. Çox təəssüf ki, əksər hallarda bizə təqdim olunan informasiyanın təsiri altında mühakimələr yürüdürdük. İnformasiya məkanı əsas etibarilə Qərbin nəzarətində olduğu üçün beynəlxalq ictimaiyyətə sızan məlumatlar bir çox hallarda reallığı əks etdirmir. Hazırda Rusiyada ciddi etirazların olacağı deyilsə də, əksinə, bir müddət sonra Ukraynada kəskin etirazlar baş qaldıracaq. Əhali Zelenskidən və Ukrayna rəhbərliyindən tələb edəcək ki, müharibəni dayandırsın. Çünki heç bir ölkə uzun müddət müharibə şəraitində yaşamaq istəməz”.
Rəhimli hesab edir ki, Qərbin əsas məqsədi Rusiya amilindən istifadə edərək, Avropaya təzyiq göstərməkdir: “Son dövrlər Avropanın özündə ABŞ-a qarşı dərin etimadsızlıq hökm sürür. Bu isə Amerikaya yaxşı heç nə vəd etmir. Vaşinqton Ukrayna amilini ortaya atmaqla Avropanı nəzarətə almaq istəyir. Bu münaqişə uzun müddət davam edəcək və nəticə etibarilə Rusiyanı çökdürməyəcək”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11 |
|
|
|
• Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04 |
|
|
|
• "Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03 |
|
|
|
• Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00 |
|
|
|
• İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56 |
|
|
|
• Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi - SƏRƏNCAM
Bu gün, 12:54 |
|
|
|
• Az çiskin olacaq... - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Bayden administrasiyası son həmlələrini reallaşdırır - İNCƏLƏMƏ
Bu gün, 12:51 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB - TƏFƏRRÜAT
Bu gün, 12:48 |
|
|
|
• Yaponiya "Vaqner"in rəhbərinin anasına qarşı sanksiyaları ləğv edib
Bu gün, 12:44 |
|
|
|
• Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar - “Reuters”
Bu gün, 12:41 |
|
|
|
• 2025-ci ildə BİZİ VƏ DÜNYANI NƏ GÖZLƏYİR? - Tanınmış astroloqdan ÖNGÖRÜ
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycan SƏRT KARANTİN rejiminə keçir? - NARAHATÇILIQ VAR...
Bu gün, 12:36 |
|
|
|
• Əhəd Abıyevin yeni işi məlum oldu - özündən AÇIQLAMA
Bu gün, 12:33 |
|
|
|
• Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb - AÇIQLAMA
Bu gün, 12:28 |
|
|
|
• Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı - Sevgilisini yandıran Həcərin MƏHKƏMƏ İŞİ
Bu gün, 12:24 |
|
|
|
• Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır - İDDİA
Bu gün, 12:20 |
|
|
|
• Eyni adama məxsus 4 şirkət ləğv olunur
Bu gün, 12:16 |
|
|
|
• Niftulla Məmmədlinin xanımı vəfat etdi
Bu gün, 12:15 |
|
|
|
• Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır - “Financial Times”
Bu gün, 12:09 |
|
|
|
• Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 12:08 |
|
|
|
• Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin müraciətinə baxacaq
Bu gün, 11:59 |
|
|
|
• Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? - İDDİA
Bu gün, 11:58 |
|
|
|
• İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 11:54 |
|
|
|
• "Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" - Akopyan
Bu gün, 11:52 |
|
|
|
• “Lenin elə söz deməyib” - Keçmiş prezidentə ETİRAZ
Bu gün, 11:50 |
|
|
|
• İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` - TƏFƏRRÜAT
Bu gün, 11:46 |
|
|
|
• Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? - Tevos Arşakyan
Bu gün, 11:42 |
|
|
|
• Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını Psixiatrik dispanserdə çəkəcək
Bu gün, 11:41 |
|
|
|
• Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi - BU FAKTDIR!
Bu gün, 11:40 |
|
|
|
• Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib - KİV
Bu gün, 11:38 |
|
|
|
• Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:38 |
|
|
|
• “Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” - BUNA GÖRƏ DƏ...
Bu gün, 11:35 |
|
|
|
• Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... - Artıq bələdiyyə üzvlərinin kimlikləri məlumdur...
Bu gün, 11:30 |
|
|
|
• “Xortdana oxşayıram” - Sərxan Kərəmoğlu
Bu gün, 11:20 |
|
|
|
• Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir - SDU
Bu gün, 11:18 |
|
|
|
• SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 11:14 |
|
|
|
• Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 11:00 |
|
|
|
• Məşhur idmançının məhkəməsidir - SENSASİON DETALLAR
Bu gün, 10:54 |
|
|
|
• İranın sirli generalının Bakıya qəfil səfəri - İLGİNC...
Bu gün, 10:43 |
|
|
|
• Pasiyentin həyatını heçə sayan "həkimlər" - AXI NİYƏ?..
Bu gün, 10:41 |
|
|
|
• Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı
Bu gün, 10:36 |
|
|
|
• Tələbə təqaüdləri nə vaxt artırılacaq? - Onlara endirim kartları verilə bilər
Bu gün, 10:34 |
|
|
|
• İstehsalçılar unun qiymətini açıqladı - SİYAHI
Bu gün, 10:27 |
|
|
|
• Paşinyanın saytında şokedici məlumatlar tapdım – Xzmalyan
Bu gün, 10:26 |
|
|
|
• Oskanyan Qərbi Azərbaycandan danışdı – “Bakının hədəfi budur”
Bu gün, 10:15 |
|
|
|
• "Xanım var ki, o da bu cür geyinir, amma mənə baxırlar, ona yox"
Bu gün, 10:14 |
|
|
|
• Rusiya səması üzərində 40 ədəd PUA zərərsizləşdirilib - TASS
Bu gün, 10:11 |
|
|
|
• Hakim Pənah Kərimovu ev dustlağınıa buraxdı... VƏ ARA QARIŞDI! - MÜƏMMALI QƏRAR...
Bu gün, 09:58 |
|
|
|
|