Rusiya G-20-dən qovulur: BMT və ATƏT-dən də xaric olunacaqmı? - GƏLİŞMƏ
Tarix: 28-03-2022, 10:30 | Çap et
ABŞ müttəfiqlərlə birlikdə Rusiyanın G-20-dən çıxarılması ilə bağlı müzakirələrə başlayıb. ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib ki, Rusiya artıq bu qurumda təmsil oluna bilməz: “Konkret qurumlar və konkret həll yolları ilə bağlı hər hansı əlavə bəyanatlar verməzdən əvvəl müttəfiqlərimizlə, bu qurumlardakı tərəfdaşlarımızla məsləhətləşmək və bigə qərar vermək istəyirik”.
Xatırladaq ki, Rusiya bundan əvvəl Avropa Şurasından çıxarılıb. Bir çox nüfuzlu beynəlxalq təşkilatlar Rusiyanı tərk edib. Moskvanın Birləşmiş Millətlər Təşkilatlatından (BMT) çıxarılması ilə bağlı müzakirələr gündəmə gəlsə də, Təhlükəsizlik Şurasına rotasiya yolu ilə Rusiyanın rəhbərlik etməsi bu planın baş tutmasını əngəlləyib.
Qeyd edək ki, G-20 və ya “İyirmilər qrupu” dünyanın ən böyük iqtisadiyyatına malik 19 ölkəsindən və Avropa Birliyindən (AB) ibarətdir. ABŞ, İngiltərə, Almaniya, Fransa, Avropa Birliyi, Avstraliya, Çin, Kanada, Yaponiya, İtaliya, Türkiyə, Braziliya, Hindistan, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Cənubi Koreya və Argentina ilə birlikdə Rusiya da bu qrupda təmsil olunur.
Bəzi analitiklər hesab edirlər ki, Rusiyanın dünyadan təcrid edilməsi effektiv yol deyil və bu addımlar Moskvanı daha da aqressivləşdirir. diaaz.space-ın məlumatına görə, Harvard Universitetinin məzunu, ictimai fəal Bəxtiyar Hacıyev AYNA-ya açıqlamasında deyib ki, ABŞ və Qərbin Rusiyaya yönəlik güzəştsiz siyasəti təqdir olunmalıdır: “2004, 2008 və 2014-cü ildə Qərbin yanaşması ondan ibarət idi ki, Moskvanı izolyasiya etsək, ona qarşı sərt sanksiyalar tətbiq etsək, onunla təhdid dilində danışsaq, Rusiyanı tamamilə itirə bilərik. Eyni zamanda onu aqressivləşdirmiş olarıq. Lakin 2004-cü ildən 2022-ci ilə qədər davam edən 18 illik proses onu göstərdi ki, Rusiya bunu kompromis yox, əksinə, geri addım kimi qiymətləndirir. Məhz elə buna görə də, 2022-ci ildə ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, NATO və dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları belə bir qərara gəldi ki, artıq Rusiya izolyasiya olunmalıdır. Rusiya iqtisadiyyatına yönəlik sanksiyaların tətbiq olunması Kremlin işğalçılıq siyasətinə qarşıdır. Hesab edirəm ki, bu siyasət doğrudur və alternativi yoxdur”.
Həmsöhbətimizin fikrincə, Rusiya iqtisadiyyatına yönəlmiş sanksiyalar nəticəsində oliqarxların ciddi etirazları gözlənilir: “Bu, ən çox ehtimal olunan versiyadır. Rusiyada ordunun özünün də Putin hakimiyyətinə qarşı hərbi çevriliş cəhdi ola bilər. Yaxud da sanksiyalardan təsirlənən əhali ayağa qalxa və Rusiyanı kütləvi etirazlar bürüyə bilər. İstənilən halda Rusiyanın daxilində ciddi etirazların baş qaldırması qaçılmazdır. Bu xüsusda Rusiyanın Ukraynaya qarşı təcavüzü dayandırması gözlənilir. Bütün hallarda Rusiyanın Ukrayna üzərində qələbəsi istisna edilir”.
“O ki qaldı Putinin gələcək taleyinə, heç kəs hakimiyyətdə əbədi deyil və Putin də əbədi olmayacaq. Bəzən belə iddialara rast gəlirik ki, guya Rusiya ictimaiyyəti Putini dəstəkləyir. Əslində isə belə deyil. Sadəcə repressiv metodlarla əhalinin etirazlarının qarşısını alırlar. Xüsusən 40-dan aşağı yaş qrupuna daxil olan ruslar Putini dəstəkləmirlər və onlar ilk fürsətdə onu yola salacaqlar. Hesab edirəm ki, bu, zaman məsələsidir və bu barədə danışmaq hələ tezdir”.
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli də AYNA-ya açıqlamasında söyləyib ki, Rusiya dünyaya hakimlik iddiasındadır və bütün qırmızı xətləri keçir: “Ukrayna suveren dövlətdir və onun müstəqil siyasət yürütmək hüququ var. Buna görə Ukraynanı cəzalandırmağa heç kimin haqqı yoxdur. Rusiya istəyir ki, postsovet məkanı, o cümlədən Ukrayna onun vassalı olsun. Harada əhali etirazlara qalxırsa, dərhal həmin xalqları cəzalandırır. Yanvar ayında Qazaxıstanda bunu müşahidə etdik və Rusiyanın müdaxiləsindən sonra etirazçı qazaxları qanla boğdular”.
“İndi isə Ukraynaya qarşı təcavüzə yol verir və qonşu Avropa dövlətlərini hədələyir. Ukrayna şəhərlərində soyqırım törədir, barbarlıq üsulundan istifadə edirlər. Hələ utanmadan hər şeyin plan üzrə getdiyini deyirlər. Dünya birliyinin baş verənlərə reaksiyası çox aşağıdır. Kremli nəinki hansısa beynəlxalq təşkilatdan çıxarmaq və ya ona qarşı sanskiyalar tətbiq etmək, onu daha ciddi şəkildə cəzalandırmaq lazımdır. XXI əsrdə bu, nə yanaşmadır, nə vəhşilikdir?! Ukraynada hər gün yüzlərlə günahsız insan qətlə yetirilir. Bunu hansısa cinayətkar qruplaşma yox, BMT-nin daimi üzvü olan bir dövlət həyata keçirir”, - deyə müsahibimiz bildirib.
Politoloqun sözlərinə görə, Rusiyanı nəinki G-20-dən, BMT-dən, ATƏT-dən və bütün beynəlxalq təşkilatlardan xaric etmək lazımdır: “Çünki bu ölkənin yürütdüyü siyasət bütün dünyanı təhdid edir. Təkcə qonşularına deyil, bütün bəşəriyyətə təhdid yaradır. Buna yol vermək olmaz və Rusiyanı dayandırmaq lazımdır. Nə qədər ki, bir dövlət digər ölkəyə qarşı təcavüz siyasəti yürüdür, dünya çalxalanacaq. Başa düşmək lazımdır ki, bəşəriyyətin inkişafı belə amansız və qəddar rejimlərin süqutundan keçir. Putin özünü dünyanın ağası kimi aparır və hər gün çıxıb bəyanat verir ki, hər şey plan üzrə gedir. Bu plan minlərlə günahsız insanın qətli deməkdir. Hər gün daha da irəli gedirlər və bütün Ukraynanı xarabalığa çevriməyə səy göstərirlər. Putin başa düşür ki, artıq sonu çatıb və hər vəchlə buna mane olmağa çalışır. Bu məqsədlə bütün mümkün vasitələrdən istifadə edir”.
“Lakin unudur ki, artıq onun xilası mümkün deyil. Tətbiq edilən beynəlxalq sanksiyalar bir müddət sonra Rusiyanın iqtisadiyyatını çökdürəcək və bu zaman qarşısında rus xalqını görəcək”, - deyə Hüseynli söyləyib.
Əlavə edib ki, Rusiya elitasında və oliqraxiyasında da Putinə dərin etimadsızlıq hökm sürür: “Düzdür, iddia edirlər ki, guya Rusiya ictimaiyyəti Putini və onun yürütdüyü siyasəti dəstəkləyir. Əslində isə bu, qətiyyən belə deyil. Sadəcə repressiyalar yolu ilə daxili etirazları yatırır və hələlik buna nail olurlar. Lakin bu, uzun müddət belə davam etməyəcək”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü - ANASI FƏRYAD EDİR
Bu gün, 13:34 |
|
|
|
• Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11 |
|
|
|
• Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04 |
|
|
|
• "Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03 |
|
|
|
• Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00 |
|
|
|
• İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56 |
|
|
|
• Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi - SƏRƏNCAM
Bu gün, 12:54 |
|
|
|
• Az çiskin olacaq... - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Bayden administrasiyası son həmlələrini reallaşdırır - İNCƏLƏMƏ
Bu gün, 12:51 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB - TƏFƏRRÜAT
Bu gün, 12:48 |
|
|
|
• Yaponiya "Vaqner"in rəhbərinin anasına qarşı sanksiyaları ləğv edib
Bu gün, 12:44 |
|
|
|
• Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar - “Reuters”
Bu gün, 12:41 |
|
|
|
• 2025-ci ildə BİZİ VƏ DÜNYANI NƏ GÖZLƏYİR? - Tanınmış astroloqdan ÖNGÖRÜ
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycan SƏRT KARANTİN rejiminə keçir? - NARAHATÇILIQ VAR...
Bu gün, 12:36 |
|
|
|
• Əhəd Abıyevin yeni işi məlum oldu - özündən AÇIQLAMA
Bu gün, 12:33 |
|
|
|
• Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb - AÇIQLAMA
Bu gün, 12:28 |
|
|
|
• Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı - Sevgilisini yandıran Həcərin MƏHKƏMƏ İŞİ
Bu gün, 12:24 |
|
|
|
• Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır - İDDİA
Bu gün, 12:20 |
|
|
|
• Eyni adama məxsus 4 şirkət ləğv olunur
Bu gün, 12:16 |
|
|
|
• Niftulla Məmmədlinin xanımı vəfat etdi
Bu gün, 12:15 |
|
|
|
• Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır - “Financial Times”
Bu gün, 12:09 |
|
|
|
• Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 12:08 |
|
|
|
• Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin müraciətinə baxacaq
Bu gün, 11:59 |
|
|
|
• Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? - İDDİA
Bu gün, 11:58 |
|
|
|
• İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 11:54 |
|
|
|
• "Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" - Akopyan
Bu gün, 11:52 |
|
|
|
• “Lenin elə söz deməyib” - Keçmiş prezidentə ETİRAZ
Bu gün, 11:50 |
|
|
|
• İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` - TƏFƏRRÜAT
Bu gün, 11:46 |
|
|
|
• Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? - Tevos Arşakyan
Bu gün, 11:42 |
|
|
|
• Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını Psixiatrik dispanserdə çəkəcək
Bu gün, 11:41 |
|
|
|
• Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi - BU FAKTDIR!
Bu gün, 11:40 |
|
|
|
• Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib - KİV
Bu gün, 11:38 |
|
|
|
• Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:38 |
|
|
|
• “Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” - BUNA GÖRƏ DƏ...
Bu gün, 11:35 |
|
|
|
• Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... - Artıq bələdiyyə üzvlərinin kimlikləri məlumdur...
Bu gün, 11:30 |
|
|
|
• “Xortdana oxşayıram” - Sərxan Kərəmoğlu
Bu gün, 11:20 |
|
|
|
• Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir - SDU
Bu gün, 11:18 |
|
|
|
• SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 11:14 |
|
|
|
• Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 11:00 |
|
|
|
• Məşhur idmançının məhkəməsidir - SENSASİON DETALLAR
Bu gün, 10:54 |
|
|
|
• İranın sirli generalının Bakıya qəfil səfəri - İLGİNC...
Bu gün, 10:43 |
|
|
|
• Pasiyentin həyatını heçə sayan "həkimlər" - AXI NİYƏ?..
Bu gün, 10:41 |
|
|
|
• Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı
Bu gün, 10:36 |
|
|
|
• Tələbə təqaüdləri nə vaxt artırılacaq? - Onlara endirim kartları verilə bilər
Bu gün, 10:34 |
|
|
|
• İstehsalçılar unun qiymətini açıqladı - SİYAHI
Bu gün, 10:27 |
|
|
|
• Paşinyanın saytında şokedici məlumatlar tapdım – Xzmalyan
Bu gün, 10:26 |
|
|
|
• Oskanyan Qərbi Azərbaycandan danışdı – “Bakının hədəfi budur”
Bu gün, 10:15 |
|
|
|
• "Xanım var ki, o da bu cür geyinir, amma mənə baxırlar, ona yox"
Bu gün, 10:14 |
|
|
|
• Rusiya səması üzərində 40 ədəd PUA zərərsizləşdirilib - TASS
Bu gün, 10:11 |
|
|
|
|