Kreml onları bir çətir altına yığa biləcəkmi – MƏKRLİ PLAN
Tarix: 25-03-2022, 10:50 | Çap et
NATO-dan verilən məlumata görə, Belarus tezliklə Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibəyə qoşula bilər: “Minsk artıq genişmiqyaslı işğalda iştirak etmək üçün addımlar atır. Belarusun münaqişəyə qoşulma ehtimalı çoxdur. Çünki Vladimir Putinin dəstəyə ehtiyacı var”.
NATO rəsmiləri bildirirlər ki, Belarusun müharibədə iştirakı ilə bağlı yekun qərar Moskvada veriləcək: “Söhbət Lukaşenkonun nə istədiyindən getmir. Söhbət ondan gedir ki, Putin regionda daha bir qeyri-sabit ölkə istəyir”.
Ukrayna Müdafiə Nazirliyi açıqlama yayıb ki, Rusiya və Belarus hərbi texnikası Belarus ərazisi boyunca fəal hərəkət edir və Ukrayna sərhədlərinə toplanır. Rəsmi Minsk bu iddiaları təkzib etsə də, Ukrayna bununla bağlı videolar yayıb.
Bu arada, Rusiya Prezidenti Vladimir Putin Bosniya və digər Avropa dövlətlərinə müraciət edərək, onları NATO-ya üzv olmaqdan çəkinməyə çağırıb. Kreml bəyan edir ki, belə bir addım Moskvanı hərəkətə keçməyə təhrik edəcək və həmin ölkələr də Ukraynanın aqibəti ilə üzləşəcək. Bu isə öz növbəsində Üçüncü Dünya müharibəsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərini və müttəfiq dövlətləri gələcəkdə bu müharibəyə cəlb edə bilərmi? Bu məqsədlə hansı təzyiq rıçaqlarından istifadə edə bilər? diaaz.space xəbər verir ki, AYNA mövzunu ekspertlərlə müzakirə edib.
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov AYNA-ya açıqlamasında deyib ki, üzv dövlətlərdən hər hansı birinə qarşı hərbi müdaxilə baş verdiyi təqdirdə, NATO dərhal müdaxilə edəcək: “Çünki Şimali Atlantika Alyansı bununla bağlı öz üzərinə öhdəlik götürüb. KTMT-nin isə belə bir öhdəliyi yoxdur. KTMT-nin əsasnaməsinə görə, üzv dövlətlərdən hər hansı birinə təhlükə yaranarsa, o zaman bununla bağlı müzakirələr başlamalıdır. Misal üçün, Qazaxıstanda baş verən hadisələr zamanı KTMT dövlət başçıları görüş keçirdilər və bu görüşdə vəziyyətə müdaxilə etmək barədə qərar qəbul olundu. Yəni, ilk növbədə mütləq müzakirələr keçirilməlidir. Bu müzakirələr əsnasında hər bir ölkə öz mövqeyini bildirə bilər”.
“Rusiya ilə Azərbaycan arasında müttəfiqlik bəyanatının üçüncü və dördüncü bəndlərində də qeyd olunur ki, iki ölkədən biri hər hansı təhlükə ilə üzləşərsə, o zaman müzakirələr başlamalıdır. Lakin bu, o demək deyil ki, Azərbaycan və KTMT üzvü olan dövlətlər Rusiya ilə birlikdə mütləq hərbi əməliyyatlarda iştirak etməlidir”, - deyə həmsöhbətimiz bildirib.
Analitikin sözlərinə görə, bu, siyasi spekulyasiyadır və Azərbaycanı təxribata çəkmək mümkün deyil: “Nəzəri cəhətdən mümkündür ki, Moskva KTMT üzvlərinin və ya müttəfiqlik bəyanatı imzaladığı Azərbaycanın onun yanında olmasını arzu etsin. Ancaq Kremlin özündə də bilirlər ki, bu, mümkün deyil. Belarusla Rusiya arasında ittifaq sazişi mövcuddur. Gələcəkdə bu iki dövlət birləşməyi nəzərdə tutur. Bununla belə, Belarusun özü də Rusiya ilə birlikdə hərbi əməliyyatlarda iştiraka razılıq vermir. Müharibənin başlamasından bir aya yaxın zaman ötsə də, Belarus hələ də aktiv şəkildə müharibədə iştirak etmir”.
“Bu halda digər dövlətləri buna cəlb etməyin nəticəsiz olduğunu Putin və komandası da başa düşür. Bu əsnada belə bir təklifin irəli sürüləcəyini ehtimal etmirəm. Hətta olsa belə, heç bir dövlət ona dəstək verməyəcək. Ortada mövcud reallıqlar var və Rusiya da bu reallıqların fərqindədir. Azərbaycan bu münaqişədə neytral tərəfdir və dəfələrlə bunu nümayiş etdirib”, - deyə Zülfüqarov vurğulayıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev də Azərbaycanın və KTMT üzvü olan dövlətlərin Ukraynaya qarşı Rusiyanın yanında yer almasını mümkünsüz sayır. O, AYNA-ya şərhində söyləyib ki, Moskvanın belə bir cəhdi olsa da, nəticəsiz qalacaq: “Belarusla digər postsovet dövlətlərini bu məsələdə eyniləşdirmək olmaz. Əvvəla ona görə ki, Belarus ortaya qəti mövqe qoyub və bu mövqe beynəlxalq siyasətdə Rusiya ilə birlikdə iştirakı özündə ehtiva edir. Hətta Belarus Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirakını da dayandırıb. Rusiya ilə ittifaq sazişindədir və hər ikisi Qərbin sərt sanksiyaları ilə üzləşib”.
“Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinin ilk dövrlərində Belarus neytrallıq nümayiş etdirirdi. Son dövrlər həyata keçirilən birgə hərbi təlimlər Belarusun da müharibədə iştirakı ilə bağlı ehtimalları artırıb. Lakin bunun baş verəcəyinə inanmıram. Hesab edirəm ki, tezliklə tərəflər razılığa gələcək və Rusiya Ukraynaya qarşı hərbi müdaxiləni dayandıracaq”, - deyə deputat qeyd edib.
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyi ortadadır: “Biz bir dövlət kimi haqlının yanında olmaqla neytrallığımızı qoruyub saxlayırıq. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan münaqişədə barışdırıcı mövqe tutublar və bu mövqeyi ilə bütün dünyaya örnəkdirlər. Əksər dövlətlərin konkret tərəf olduğu hazırkı şəraitdə məhz Azərbaycan və Türkiyənin mövqeyi alqışa layiqdir. Biz sülhdən yana olduğumuzu bəyan etmişik və bütün fəaliyyətimiz də buna yönəlib”.
“Bu xüsusda Azərbaycanın Ukraynaya qarşı hərbi müdaxilədə iştirakı qətiyyən mümkün deyil. Bu, baş verməyəcək də. O ki qaldı KTMT üzvü olan digər dövlətlərin atacağı addımlara, onlar da bu günə qədər münaqişədə tərəf kimi çıxış etməyib və Ukraynanın əleyhinə hər hansı fəaliyyətləri yoxdur. Bu, Qazaxıstana da, Qırğızıstana da, Tacikistana da aiddir. Düşünmürəm ki, onlar bundan sonra fərqli addım atacaqlar”, - deyə Məhəməliyev fikrini yekunlaşdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni ilə yeni qiymətlərlə: artım həll yolu deyil, lakin... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• Ermənistan sülh istəmirsə, bizə də lazım deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü - ANASI FƏRYAD EDİR
Bu gün, 13:34 |
|
|
|
• Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11 |
|
|
|
• Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04 |
|
|
|
• "Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03 |
|
|
|
• Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00 |
|
|
|
• İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56 |
|
|
|
• Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi - SƏRƏNCAM
Bu gün, 12:54 |
|
|
|
• Az çiskin olacaq... - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Bayden administrasiyası son həmlələrini reallaşdırır - İNCƏLƏMƏ
Bu gün, 12:51 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB - TƏFƏRRÜAT
Bu gün, 12:48 |
|
|
|
• Yaponiya "Vaqner"in rəhbərinin anasına qarşı sanksiyaları ləğv edib
Bu gün, 12:44 |
|
|
|
• Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar - “Reuters”
Bu gün, 12:41 |
|
|
|
• 2025-ci ildə BİZİ VƏ DÜNYANI NƏ GÖZLƏYİR? - Tanınmış astroloqdan ÖNGÖRÜ
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycan SƏRT KARANTİN rejiminə keçir? - NARAHATÇILIQ VAR...
Bu gün, 12:36 |
|
|
|
• Əhəd Abıyevin yeni işi məlum oldu - özündən AÇIQLAMA
Bu gün, 12:33 |
|
|
|
• Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb - AÇIQLAMA
Bu gün, 12:28 |
|
|
|
• Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı - Sevgilisini yandıran Həcərin MƏHKƏMƏ İŞİ
Bu gün, 12:24 |
|
|
|
• Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır - İDDİA
Bu gün, 12:20 |
|
|
|
• Eyni adama məxsus 4 şirkət ləğv olunur
Bu gün, 12:16 |
|
|
|
• Niftulla Məmmədlinin xanımı vəfat etdi
Bu gün, 12:15 |
|
|
|
• Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır - “Financial Times”
Bu gün, 12:09 |
|
|
|
• Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 12:08 |
|
|
|
• Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin müraciətinə baxacaq
Bu gün, 11:59 |
|
|
|
• Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? - İDDİA
Bu gün, 11:58 |
|
|
|
• İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 11:54 |
|
|
|
• "Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" - Akopyan
Bu gün, 11:52 |
|
|
|
• “Lenin elə söz deməyib” - Keçmiş prezidentə ETİRAZ
Bu gün, 11:50 |
|
|
|
• İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` - TƏFƏRRÜAT
Bu gün, 11:46 |
|
|
|
• Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? - Tevos Arşakyan
Bu gün, 11:42 |
|
|
|
• Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını Psixiatrik dispanserdə çəkəcək
Bu gün, 11:41 |
|
|
|
• Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi - BU FAKTDIR!
Bu gün, 11:40 |
|
|
|
• Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib - KİV
Bu gün, 11:38 |
|
|
|
• Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:38 |
|
|
|
• “Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” - BUNA GÖRƏ DƏ...
Bu gün, 11:35 |
|
|
|
• Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... - Artıq bələdiyyə üzvlərinin kimlikləri məlumdur...
Bu gün, 11:30 |
|
|
|
• “Xortdana oxşayıram” - Sərxan Kərəmoğlu
Bu gün, 11:20 |
|
|
|
• Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir - SDU
Bu gün, 11:18 |
|
|
|
• SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 11:14 |
|
|
|
• Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 11:00 |
|
|
|
• Məşhur idmançının məhkəməsidir - SENSASİON DETALLAR
Bu gün, 10:54 |
|
|
|
• İranın sirli generalının Bakıya qəfil səfəri - İLGİNC...
Bu gün, 10:43 |
|
|
|
• Pasiyentin həyatını heçə sayan "həkimlər" - AXI NİYƏ?..
Bu gün, 10:41 |
|
|
|
• Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı
Bu gün, 10:36 |
|
|
|
• Tələbə təqaüdləri nə vaxt artırılacaq? - Onlara endirim kartları verilə bilər
Bu gün, 10:34 |
|
|
|
• İstehsalçılar unun qiymətini açıqladı - SİYAHI
Bu gün, 10:27 |
|
|
|
• Paşinyanın saytında şokedici məlumatlar tapdım – Xzmalyan
Bu gün, 10:26 |
|
|
|
• Oskanyan Qərbi Azərbaycandan danışdı – “Bakının hədəfi budur”
Bu gün, 10:15 |
|
|
|
|