Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib .....                     Ermənistanın yersiz ambisiyası .....                     Ermənistanda himn qalmaqalı: .....                     “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” .....                     Tiktoker Fatimə ev dustaqlığına buraxıldı .....                     Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? .....                     Ermənistan Rusiyanı və İranı necə aldatdı?! .....                     Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi .....                     "Xozeyn" ləqəbli tiktoker .....                     Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb .....                     Əhmədian əslində Ermənistana mesaj ötürur .....                     “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” .....                     Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib .....                     İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK .....                     Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz .....                     "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı .....                     “Sea Breeze”ə yaxın şirkət yaradılıb .....                     "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı" .....                     Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir .....                     Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? .....                     “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” .....                     BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb .....                     Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə .....                     Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin .....                     Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? .....                     Gülzar Qurbanova virusa yoluxub .....                     "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, .....                     Müsavat Partiyası Sabir Rüstəmxanlıya .....                     “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” .....                     Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb .....                     Paşinyan Putinlə vidalaşır .....                     İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək .....                     Bakı İrəvandan istədiyini bu yolla alacaq .....                     Avropa yenə burnunu Ermənistana SOXDU: .....                     Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı .....                     Mərdan Əliyev vəzifəsindən azad edildi .....                     Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir .....                     Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" .....                     "Cənab Prezident mənə böyük etimad göstərib" .....                     Açıq mesajın şifrəsi .....                 

Qərb diplomatları təxliyə olunur: Ukrayna “kantrabasda tək”? - GƏLİŞMƏ
Tarix: 16-02-2022, 08:05 | Çap et
Qərb diplomatları təxliyə olunur: Ukrayna “kantrabasda tək”?
ABŞ Prezidenti Co Bayden müttəfiq ölkələrin liderləri ilə videokonfrans formatında keçirdiyi görüş zamanı deyib ki, Rusiya fevralın 16-da Ukraynaya hücum edə bilər. Vaşinqton Rusiyanın Ukraynaya hücumunun raket zərbəsi və kiberhücumdan ibarət ola biləcəyini güman edir. Sözügedən görüşdə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Polşa, Rumıniya, Fransa liderləri, həmçinin NATO-nun Baş katibi və Avropa Komissiyasının rəhbəri iştirak edib.

Bu görüşdən sonra 20-dən artıq dövlət Ukraynadakı diplomatik missiyalarını geri çağırıb. ABŞ Dövlət Departamentinin Kiyevdəki səfirliyini təxliyə edəcəyi barədə açıqlaması, onların Ukraynanın qərbinə, Polşa ilə sərhədə yaxın əraziyə köçürülə biləcəyi barədə məlumatların yayılması, Yaponiya Xarici İşlər Nazirliyinin Ukraynadakı diplomatların sayını azaltması, onları təxliyyə etməsi, İtaliya, İsveçrə, Slovakiya, Avstraliya, Səduiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn, Qətər və digər dövlətlərin də analoji addımı atması yaxın günlərdə rusların Ukraynaya hücum edəcəklərinə dair ehtimalları artırıb. DİA.AZ-ın məlumatına görə, Azərbaycanın Ukraynadakı sabiq səfiri, Ukrayna maliyyə nazirinin müşaviri, Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki Azər Xudiyev AYNA-ya şərhində deyib ki, hazırda Ukraynada sakitlikdir və xüsusi təşviş yoxdur: “Prezident Volodimir Zelenski Ukrayna xalqına müraciəti zamanı söylədi ki, heç bir halda panikaya yol vermək olmaz və panika düşmənin maraqlarına xidmət edir. Hazırda Kiyevdə və digər şəhərlərdə sakitlikdir. Hamı öz işində-gücündədir. Sərhədlər açıqdır və Ukraynaya aviasiya relsləri işləyir. Yəni, xüsusi bir təşviş yoxdur”.

“Hesab edirəm ki, panika xaricdən idxal olunur və bununla bağlı böyük geosiyasi oyun aparılır. Dünya gücləri yaranmış vəziyyətdən istifadə edərək, öz qaydalarını formalaşdırmağa çalışırlar. Ukrayna hökuməti panikanın yaranmamasında çox israrlıdır və bu yöndə ciddi addımlar atır. Xarici jurnalistlərin “Müharibəni niyə xalqdan gizlədirsiniz” sualına Zelenskinin sərt cavabı da buna misaldır”, - deyə həmsöhbətimiz bildirib.

Diplomatın sözlərinə görə, sabiq Prezident Poroşenkonun rəhbəri olduğu blok bir neçə fraksiya ilə birləşərək, bazar günündə parlamentin fövqəladə iclasının çağırılmasını tələb edirdi: “Orada cəmiyyətə konkret mesajlar verilməsinin vacibliyi qeyd olunacaqdı. Prezident Zelenski buna imkan vermədi və hesab edirəm ki, bu, çox düzgün addım idi. Parlementin sədri də Prezidentlə həmrəylik nümayiş etdirdi. Ənənəvi olaraq bazar ertəsi ali qanunverici orqan toplaşdı və cari məsələləri müzakirə etdi. Ukrayna hərbi qüvvələrinin büdcəsinin və ehtiyat qüvvələrinin artırılması istiqamətində müzakirələr aparıldı”.

“Beynəlxalq ictimaiyyətdə yaxın günlərdə Rusiyanın Ukraynaya hücum edəcəyi barədə fikirlər mövcud olsa da, reallıqda bunlar az inandırıcıdır. Rusiyanın hazırkı həssas şəraitdə Ukraynaya hücum kimi riskli bir qərar verməsi ehtimalı çox aşağıdır. Kreml bilir ki, bu addım Avropa ilə münasibətlərin korlanmasına, nəticə etibarilə “Şimal Axını 2” boru kərmərinin taleyinin təhlükə altına düşməsinə səbəb ola bilər”, - deyə Xudiyev vurğulayıb.

Əlavə edib ki, bəzi dövlətlər diplomatik missiyalarını Ukraynadan çıxarsa da, əksər ölkələr öz fəaliyyətini davam etdirir: “Bir daha qeyd etmək istəyirəm ki, fövqəladə bir narahatlıq və təşviş müşahidə olunmur”.

Azərbaycan Milli Məclisində Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə AYNA-ya açıqlamasında bildirib ki, xarici dövlətlərin öz diplomatic nümayəndəliklərini təxliyə etməsi arzuolunan tendensiya deyil: “20-dən artıq ölkə öz diplomatik korpusunu ya Ukraynadan çıxarıb, ya da onların sayını azaldıb. Bəziləri isə Kiyevdən Lvov şəhərinə daşıyır. Hesab edirəm ki, bunlar preventiv addımlardır və Ukraynanın xeyrinə deyil”.

“Mən bunu səfirliyin əməkdaşları ilə müzakirələrim zamanı da söylədim. Onlar da mənimlə razı olduqlarını bəyan etdilər. Avropanın ortasında müharibə başlamaq böyük bir məsuliyyətdir. Nəzərə alanda ki, Avropa iqtisadiyyatı qənaətbəxş səviyyədə deyil, bu, əlavə problemlərə yol aça bilər. Bütün hallarda çoxsaylı insan tələfatı və ağır iqtisadi böhrana səbəb olacaq bu müharibənin başlanmasını real saymıram. Yəqin ki, ideoloji və informasiya cəbhəsində davam edən hərbi müstəviyə keçməyəcək”, - deyə deputat söyləyib.

Onun sözlərinə görə, belə bir müharibənin başlaması dünyanın nəqliyyat sistemini də iflic edəcək: “Müharibə bütün dünya üzrə qiymətlərin artmasına, bahalaşmaya gətirib çıxaracaq. Tərəflər bütün imkanlarını itirməyib və inanmıram ki, hazırkl şəraitdə müharibəyə getsinlər”.

“Məlumdur ki, Türkiyə hazırda tarixi bir missiyanı öz üzərinə götürüb. Həm Rusiya ilə, həm də Ukrayna ilə danışıqlar aparır. Hər iki tərəf Türkiyənin vasitəçiliyində maraqlıdır və bu, danışıqlar prosesinin tükənmədiyini söyləməyə əsas verir. Müharibə ən son variantdır və bu ehtimalları səsləndirməklə tərəflər bir-birinə təzyiq etməyə çalışır. Hazırda nə oyun gedir və səfirlər niyə və hansı səbəbdən təxliyyə olunur - bu barədə qəti söz demək çətindir”, - deyə Quliyev fikrini yekunlaşdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Bu gün, 19:20
Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Bu gün, 19:00
Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Bu gün, 18:58
“Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Bu gün, 18:04
Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Bu gün, 18:02
Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Bu gün, 17:54
Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Bu gün, 17:51
Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Bu gün, 17:48
"Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Bu gün, 17:46
Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Bu gün, 17:44
Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Bu gün, 17:31
“ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Bu gün, 17:29
Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Bu gün, 17:28
İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Bu gün, 17:15
Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Bu gün, 17:12
"German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Bu gün, 17:09
“Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:05
"Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Bu gün, 17:01
Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Bu gün, 16:59
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Bu gün, 16:58
“2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Bu gün, 16:54
BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Bu gün, 16:51
Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Bu gün, 16:49
Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Bu gün, 16:47
Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Bu gün, 16:20
Gülzar Qurbanova virusa yoluxub
Bu gün, 16:17
"Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Bu gün, 16:16
Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Bu gün, 16:14
“Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Bu gün, 16:12
Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:08
Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Bu gün, 16:05
İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Bu gün, 16:03
Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Bu gün, 16:00
Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Bu gün, 15:59
Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Bu gün, 15:58
Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 15:57
Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Bu gün, 15:53
Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Bu gün, 15:49
"Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Bu gün, 15:46
Açıq mesajın şifrəsi - Hələlik 1:0
Bu gün, 15:44
Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Bu gün, 15:42
Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Bu gün, 15:40
“Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Bu gün, 15:39
Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Bu gün, 15:24
Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Bu gün, 15:22
“Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Bu gün, 15:19
Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... - "Bizə də heç olmasa 1.5 mislini versinlər..."
Bu gün, 15:14
İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi - YAP-ın namizədi idi...
Bu gün, 15:05
Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... - İLGİNC TƏFƏRRÜAT
Bu gün, 15:03
Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru