Bakıda yeni tikinti şirkəti yaradılıb .....                     “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” .....                     Xose Bernardo narkotik aludəçisidir? .....                     Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi .....                     Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib .....                     Ermənistanın yersiz ambisiyası .....                     Ermənistanda himn qalmaqalı: .....                     “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” .....                     Tiktoker Fatimə ev dustaqlığına buraxıldı .....                     Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? .....                     Ermənistan Rusiyanı və İranı necə aldatdı?! .....                     Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi .....                     "Xozeyn" ləqəbli tiktoker .....                     Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb .....                     Əhmədian əslində Ermənistana mesaj ötürur .....                     “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” .....                     Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib .....                     İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK .....                     Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz .....                     "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı .....                     “Sea Breeze”ə yaxın şirkət yaradılıb .....                     "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı" .....                     Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir .....                     Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? .....                     “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” .....                     BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb .....                     Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə .....                     Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin .....                     Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? .....                     Gülzar Qurbanova virusa yoluxub .....                     "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, .....                     Müsavat Partiyası Sabir Rüstəmxanlıya .....                     “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” .....                     Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb .....                     Paşinyan Putinlə vidalaşır .....                     İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək .....                     Bakı İrəvandan istədiyini bu yolla alacaq .....                     Avropa yenə burnunu Ermənistana SOXDU: .....                     Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı .....                     Mərdan Əliyev vəzifəsindən azad edildi .....                 

İranda şairin həbsdə ölümünə görə aclıq aksiyası keçirilir
Tarix: 2-02-2022, 11:04 | Çap et
İranda şairin həbsdə ölümünə görə aclıq aksiyası keçirilir
İranda bur qrup siyasi məhbusun tanınmış şair və kinorejissor Bəktaş Abtinin ölümünə etiraz olaraq iki həftədir həbsdə aclıq aksiyası keçirdiyi bildirilir. Abtin ötən ayın əvvəlində Evin həbsxanasında COVID-19-a yoluxandan sonra vəfat edib. İnsan haqları ona adekvat tibbi xidmət göstərilmədiyini deyir, ölümünə görə hakimiyyəti ittiham edirlər.

48 yaşlı dissident yanvarın 8-də vəfat edib. Həkimlər ürək xəstəliyindən əziyyət çəkən Abtini xəstəxanaya köçürməzdən öncə tibbi koma vəziyyətinə salmışdılar.

Abtin tanınmış yazar, azad söz müdafiəçisi idi.

Yalnız su içirlər

Onun ölümündən bir neçə gün sonra bir qrup siyasi məhbus aclıq aksiyasına başlayıb. Aksiyanın məqsədi İran həbsxanalarında məhbuslarla sistematik pis rəftara, onlara tibbi xidmətin göstərilməməsinə etirazdır.

Yanvarın 16-da Evində altı məhbusun yeməyi və su içməyi dayandırdığı bildirilir. Bir neçə gündən sonra onlar su içməyə başlayıblar, amma yeməkdən imtina ediblər. Azı daha üç məhbusun aksiyaya qoşulduğu bildirilir.

Abtinin üzv olduğu İran Yazıçılar Dərnəyi məhbusları aclıq aksiyasını dayandırmağa, həyatlarını təhlükəyə atmamağa çağırıb.

“Bu aclıq aksiyası haqda İranda və dünyada məlumatlar yayıldı, bu isə məhbusların Bəktaş Abtinin cinayətkar qətlinə etiraz etmək niyyətinə çatdığını göstərir”, – qurumun bəyanatında deyilir.

Amma çağırışa baxmayaraq, altı məhbus həbsxana administrasiyasının təzyiqinə, özlərinin səhhətinin pisləşməsinə baxmayaraq, yeməkdən imtinanı davam etdirirlər. Bunu AzadlıqRadiosu-na məhbuslardan bəziləri ilə təmasda olan mənbə deyib.

Tibbi xidmət göstərilmir

Anonimlik şərtilə danışan mənbənin sözlərinə görə, məhbuslar gələcəkdə belə insidentlərin önlənməsi üçün Abtinin “qətli” üçün məsuliyyət daşıyanlara qarşı “çəkindirici” tədbirlər tələb edirlər.

Mənbə deyir ki, həbsxana rəsmiləri məhbusların zəng etməsini, ziyarətçi qəbulunu əngəlləyir. Məhbuslara deyilib ki, yalnız aclığı dayandıracaqları halda onlara tibbi xidmət göstəriləcək.

Bir məhbusun yeməsi üçün təzyiq məqsədilə o, qeyri-siyasi məhbusun saxlandığı kameraya, daha ikisi isə Evindən Böyük Tehran Mərkəzi Penitensiar Sisteminə köçürülüb. Sonuncuda vəziyyətin “qorxulu” olduğu bildirilir.

“Bu siyasi məhbuslar dünyaya İran həbsxanalarında qaynamaqda olan fəlakət barədə xəbərdarlıq etməyə çalışırlar”, – Nyu Yorkdakı İranda İnsan Haqları uğrunda Mərkəzin icraçı direktoru Hadi Gaemi radioya deyib.

Abtin İran Yazıçılar Dərnəyi (İYD) ilə əlaqələri və iddia olunan siyasi qətl qurbanlarının məzarlarına ziyarətləri ilə bağlı altı illik həbs cəzası çəkirdi. O, “hökumətə qarşı propaqanda”da suçlu bilinib. Bu dərnək üzvləri hakimiyyətin mütəmadi təzyiqinə məruz qalır.

PEN America onlara mükafat verib

Abtin 2020-ci ilin sentyabrından İYD-nin iki heyət üzvü – Rza Xəndan Məhabadi və Keyvan Bajənlə birlikdə həbs olunub. Oktyabrda PEN America təşkilatı bu üç yazıçıya 2021 PEN/Barbey Yazmaq Azadlığı Mükafatını təqdim edib

Abdinin koronavirus pandemiyası dövründə həbsi insan haqları qurumları tərəfindən sərt tənqid olunmuşdu.

“O, Evin həbsxanasında səhlənkarlıqla üzləşməsəydi, ölümünün qarşısını almaq tamamilə mümkün idi. COVID təbii qatildir, amma İran hökuməti Abtinin ölümünə kömək elədi, hər addımda ona səbəb oldu”, – PEN America-nın baş icraçı rəsmisi Suzanna Nozel yanvarın 8-də deyib. Nozel Abtinin sağlıq problemlərinə baxmayaraq həbsxanada saxlanmasının “effektiv ölüm hökmü” anlamına gəldiyini vurğulayıb.

“Abtinə tibbi xidmət göstərilməyib, onun yanaşı xəstəlikləri gözardı olunub, bəzən çarpayıya qandallanıb”, – bəyanatda vurğulanırdı.

“Vəziyyəti o qədər pis idi ki...”

Abtinin qardaşı Arman Kazıminin sözlərinə görə, qandallar onun topuqlarını əzib, şairə psixoloji stress yaşadıb. Hətta Abtin hərəkət edə, danışa bilməyəndə belə, çarpayıya buxovlanıb.

Kazımi də hakimiyyəti Abtini xəstəxanaya daha tez göndərmədiyinə görə tənqid edib.

“Qardaşım xəstəxanaya aparılanda vəziyyəti o qədər pis idi ki, ağzından çıxan bir neçə sözü eşidə bildik”, – o, yanvarın 26-da Hadese24.ir xəbər saytına deyib.

Abtinin ölümündən bir həftə öncə siyasi məhbus Adil Kianpur Əhvaz şəhərində Şeyban həbsxanasında vəfat edib. O, milli təhlükəsizlik ittihamları ilə üç il həbs cəzası çəkirdi, özü həbsinə etiraz olaraq bir həftə aclıq aksiyası keçirmişdi.

İran ədliyyəsi isə Kianpurun aclıq aksiyası keçirmədiyini, xəstəxanaya köçürüləndən sonra qəfil öldüyünü bildirib.

Həbsxanalarda ölümlər

“Pandemiya dövrüdür və təkcə bir ay içində İranda iki siyasi məhbus vəfat edib, biri COVID-19-dan, digər aclıq aksiyasından sonra. Qanunsuz həbs olunmasaydılar, heç biri həyatını itirməzdi”, – Gaemi vurğulayıb.

O, İran hakimiyyətini siyasi məhbusların hamısını azad etməyə çağırıb.

İran həbsxanalarında pis rəftar, döyülmə, işgəncə, eləcə də adekvat tibbi xidmətin olmaması səbəbindən onlarla məhbusun öldüyü bildirilir. Amnesty International insan haqları təşkilatı ötən il qeyd edirdi ki, 2010-cu ilin yanvarından İran hakimiyyəti həbsxanada azı 72 ölümlə bağlı hesabat verə bilməyib.

Qurum İran məhkəmə sistemində şəffaflığın olmaması səbəbindən həbsxanalar real ölü sayının daha böyük olduğunu bildirir.

Son illər bir neçə siyasi məhbus, o cümlədən tanınmış fəallar Nəsrin Sutude və Nərgiz Məhəmmədi həbslərinə, həbsxana şəraitinə etiraz olaraq aclıq aksiyaları keçiriblər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02
“Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48
Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44
Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40
Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20
Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00
Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58
“Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04
Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Dünən, 18:02
Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Dünən, 17:54
Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Dünən, 17:51
Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Dünən, 17:48
"Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Dünən, 17:46
Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Dünən, 17:44
Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Dünən, 17:31
“ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Dünən, 17:29
Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Dünən, 17:28
İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Dünən, 17:15
Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Dünən, 17:12
"German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Dünən, 17:09
“Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:05
"Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Dünən, 17:01
Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Dünən, 16:59
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Dünən, 16:58
“2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Dünən, 16:54
BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Dünən, 16:51
Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Dünən, 16:49
Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Dünən, 16:47
Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Dünən, 16:20
Gülzar Qurbanova virusa yoluxub
Dünən, 16:17
"Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Dünən, 16:16
Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Dünən, 16:14
“Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Dünən, 16:12
Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:08
Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Dünən, 16:05
İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Dünən, 16:03
Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Dünən, 16:00
Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Dünən, 15:59
Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Dünən, 15:58
Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Dünən, 15:57
Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Dünən, 15:53
Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Dünən, 15:49
"Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Dünən, 15:46
Açıq mesajın şifrəsi - Hələlik 1:0
Dünən, 15:44
Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Dünən, 15:42
Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Dünən, 15:40
“Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Dünən, 15:39
Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Dünən, 15:24
Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Dünən, 15:22
“Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Dünən, 15:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru