ABŞ və İsrailin Tehrana qarşı “B” planı - hərbi zərbə, yoxsa sanksiyalar...
Tarix: 16-10-2021, 08:58 | Çap et
ABŞ və İsrail 2015-ci il nüvə anlaşmasını xilas etmək üçün İranın danışıqlara qayıtmayacağı təqdirdə Tehranla “B” planı razılaşmasını nəzərdən keçirdiklərini bildirib. “Yeni Müsavat”ın məlumatına görə, ABŞ Dövlət katibi Antoni Blinken və İsrailin Xarici işlər naziri Yair Lapid İranın qayıtmaq təklifini rədd edəcəyi halda onlar başqa variantları müzakirə etməyə başladıqlarını açıqlayıblar.
Bu variantların nələr ola biləcəyi bildirilməyib, ancaq sanksiyaların artırılmasından gizli və ya hərbi əməliyyata qədər diplomatik olmayan geniş seçim variantları mövcuddur.
Müqaviləni bərpa etmək Bayden administrasiyası üçün prioritet idi və bu məqsəddən imtina onun xarici siyasət qaydalarına zərbə olardı. Blinken və Lapid İranın Vyanada ABŞ-la dolayı danışıqlara qayıtmağa hazır olduğunu bildirdiyi vaxtda bunu açıqlayıblar, ancaq konkret bir vaxt təyin etməyiblər.
Blinken İranın razılaşmaya qayıtması üçün fürsət pəncərəsinin bağlanmaqda olduğunu bir daha təkrarlayıb, lakin yenə də ən gec tarixi qeyd etməyib. “Zaman tükənir. İran kursunu dəyişməsə, başqa variantlara müraciət etməyə hazırıq və müttəfiqlərimiz və tərəfdaşlarımızla bu məsləhətləşmələr bu işin bir hissəsidir”, - deyə Blinken bildirib.
Lapid isə öz növbəsində İranın nüvə silahı istehsal etməsinin qarşısını almaq üçün lazım gələrsə, İsrailin hərbi gücdən istifadə edəcəyini bir daha xəbərdar edərək daha açıq danışıb. Bəs İranın Azərbaycana qarşı aqressivləşdiyi, bizə əzələ nümayiş etdirdiyi vaxtda ABŞ və İsraildən belə bəyanatın gəlməsi ekspertlər tərəfindən necə dəyərləndirilir? Bu, İranı Azərbaycanla bağlı son dövrlərdəki siyasətinə korrektələr etməyə məcbur qoya bilərmi? ABŞ və İsrailin İrana qarşı hazırladığı “B” planı nə ola bilər? Hərbi müdaxilə, yoxsa siyasi-iqtisadi təcridi daha da artırmaqla təzyiqin miqyasını çoxaltmaq?
ReAl Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a qeyd etdi ki, hazırda danışıqlar Avstriya və İsveçrədə davam edir. Onun fikrincə, ABŞ və İsraildən verilən sərt bəyanatlarda məqsəd İranı güzəştə getməyə sövq etməkdir. N.Cəfərlinin sözlərinə görə, İran şərt irəli sürür ki, 2015-ci il anlaşmasına qayıtması üçün bütün sanksiyalar birdəfəlik ləğv edilməlidir: “Eyni zamanda, dondurulmuş hesabların açılmasını tələb edir, yəni bu prosesin mərhələli həllinə razılaşmır. Amma Amerika isə istəyir ki, sanksiyalar mərhələli şəkildə ləğv edilsin”.
N.Cəfərli hərbi müdaxiləni hər zaman aktual sayır, lakin bölgə faciələrlə üzbəüz qala bilər: “Ona görə Tehran razılaşmaya qayıtmasa, daha güclü sanksiyaların tətbiqinə üstünlük verilə bilər. Ola bilər ki, İranla əməkdaşlıq edən Rusiya və Çin şirkətlərinə sərt qadağalar qoyulsun, bu da cənub qonşumuzun neft ticarətinə olduqca ciddi zərbə sayılacaq. Habelə, İrana uçuşların dayanması gündəmə gələ bilər ki, bu da böyük zərbə olar. Bundan əlavə, borcların İranın valyuta hesabları sayəsində silinməsi Tehran üçün ağır nəticə verə bilər”.
Ekspert yaranmış bu şəraitdə İranın Azərbaycanla gərginliyi yumşaltmasını zəruri sayır və bundan Tehranın fayda görəcəyini düşünür: “İranın atdığı son addımlar rasional və iqtisadi məntiqə uyğun deyil. Azərbaycan xoş məramından irəli gələrək logistika ilə bağlı qadağalara qoşulmadı, əksinə, İrana yeni yol açılması üçün 500 milyon ayırdı. Ona görə İran Azərbaycana yaxınlaşmağı üstün tutmalıydı. Çünki ticarət dövriyyəsində bizə daha çox mal satırdı, investisiyalarda irəlidədir”.
Siyasi təhlilçi Ramiyə Məmmədova İrana qarşı hərbi müdaxilənin hələ tez olduğunu düşünür: “İsrail həmişə onu vurmaqla hədələyir, amma bu iki ölkənin müharibəyə gedəcəyini düşünmürəm. Amerika və İsrail İranı sanksiyalarla şam kimi əritməyə üstünlük verirlər. Çünki hərbi müdaxilə təkcə İrana yox, regiona böyük fəlakət gətirə bilər. Amma Bayden administrasiyasının Tehranla müəyyən razılaşmalar əldə edəcəyini gözləyirəm. Bu halda sanksiyalar yumşala bilər, lakin nüvə məsələsi uzun illər üç dövlətin müzakirə masasında qalacaq”.
Misir Mülki Aviasiya Nazirliyinin nümayəndəsi, ekspert Abdullah Abdalrazik İmran axar.az-a bildirib ki, İsrail heç vaxt İranın nüvə proqramını izləməyi dayandırmayıb və bu proqramın elementlərinə qarşı bir çox təxribat əməliyyatı həyata keçirib: “Bu təxribatlardan ən böyüyü İranın nüvə proqramının rəhbəri kimi tanınan alim Möhsün Fəxrizadənin öldürülməsi idi. İsrailin misirli alim doktor Yəhya əl-Maşadın Fransadakı sui-qəsdinə, ”Osirak" nüvə reaktorunun məhv edilməsi də daxil olmaqla, İraqın nüvə proqramını sıradan çıxarmasını bacarmasına baxmayaraq, indi zaman fərqlidir. Bunu etmək üçün İsrailin regionda dəstəyə ehtiyacı var. Lakin nüvə reaktorlarını məhv etmək üçün İrana qarşı bölgədə hərtərəfli müharibə kimi sərt tədbirlərin ən azından hal-hazırda gözlənildiyini düşünmürəm". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
• Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38 |
|
|
|
• "Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Bu gün, 08:33 |
|
|
|
|