“Taliblər” öz “damarlarını” doğrayacaqlar? – İNANILASI DEYİL
Tarix: 2-09-2021, 10:50 | Çap et
Əfqanıstana “imperiya qəbiristanlığı” deyilir - ölkənin bütün tarixində heç bir dünya dövləti burada öz hökmranlığını qura bilməyib. Uğurun sirri isə yerli insanların davamlı müqavimətidir. Son onilliklər ərzində dünya əfqanların nəinki partizan müharibəsində, həm də tiryək istehsalı və emalı sahəsində uğur qazandığını anladı. Beynəlxalq narkotik bazarındakı heroinin demək olar ki, hamısı Əfqanıstandan gəlir. Son vaxtlara qədər “Taliban” narkotik istehsalına nəzarət edir və inkişaf etdirirdi. İndi isə “Taliban” bu gəlirli fəaliyyəti məhdudlaşdırmağa hazır olduqlarını bəyan edir.
Bu iddiaların arxasında nə dayanır? Yeni Əfqanıstan hökuməti özü üçün bu qədər əhəmiyyətli gəlir mənbəyindən məhrum olmağa hazırdırmı?
AYNA xəbər verir ki, Rusiyanın “Lenta.ru” media resursu “Taliban”ın qlobal heroin sənayesindəki rolunu, Əfqanıstanda tiryəkin əsas kənd təsərrüfatı məhsuluna necə çevrildiyini və ABŞ-ın son 20 il ərzində yerli narkotik biznesini niyə məğlub edə bilmədiyini araşdırıb. Araşdırmanı təqdim edirik:
“Heroin” sözü, 19-cu əsrin sonunda Almaniyanın “Bayer” firmasının öskürək dərmanı olaraq istehsal etdiyi “diasetilmorfin”in ticarət adıdır. Dərmanın yan təsiri o qədər güclü bir eyforiya yaradıb ki, ona "qəhrəmanlıq maddəsi" adı verilib. Ancaq bu addan başqa heç bir qəhrəmanlığı yoxdur: bu, bəşəriyyətə məlum olan ən qorxunc dərmanlardan biridir.
2015-ci ildən 2020-ci ilə qədər dünyada ümumi heroin Əfqanıstanda istehsal edilib. Narkotik istehsalı üçün əsas xammal olan tiryək sahələri əsasən ölkənin cənubunda, “Taliban” döyüşçülərinin ən çox təsir etdiyi əyalətlərdə yerləşir. Onların himayəsi altında narkotik sənayesi inkişaf edib.
2017-ci ilin statistikasına görə, BMT tərəfindən Əfqanıstanın heroin biznesinin ümumi dövriyyəsi 6,6 milyard dollar olaraq qiymətləndirildi. Mütəxəssislərin hesablamalarına əsasən, 400 min əfqan tiryək istehsalı və emalı ilə məşğul idi. Bu rəqəm Əfqanıstan İslam Respublikasının Ordusunun şəxsi heyət sayından çox idi. BMT-nin 2018-ci il məlumatlarına görə, narkotik ticarəti ölkənin ÜDM-nin 11 faizini təşkil edir.
2021-ci ilin avqustunda ölkədə hakimiyyəti ələ alan “Taliban” gözlənilmədən iddialı bir bəyanat verdi: heroin sənayesinə son!
“Həm vətəndaşlarımızı, həm kişiləri, həm qadınları, həm də beynəlxalq ictimaiyyəti narkotik istehsalına icazə verməyəcəyimizə inandırırıq. Bundan sonra heç kim heroin alveri ilə məşğul olmayacaq”, - deyə tanınmayan Əfqanıstan İslam Əmirliyinin rəsmi nümayəndəsi Zəbihullah Mücahid bildirdi.
Beynəlxalq ictimaiyyət “taliblər”in qadın hüquqları və söz azadlığı ilə bağlı dediklərinə inanmadığı kimi, bu məsələdə də “Taliban”a etibar etmir.
Əvvəlki illərdə, “Taliban” bir səbəblə narkotik ticarətini müdafiə etdiyini açıqlayırdı: heroindən gələn gəlir onların hərbi uğurlarında rol oynayır.
Asılılıq sənayesi
2021-ci ilin avqustunda ənənəvi geyimli silahlılar bir-birinin ardınca Əfqanıstanın böyük şəhərlərinə girdi və demək olar ki, heç bir müqavimətlə qarşılaşmadılar. ABŞ-dan təlimat alan Əfqanıstan Ordusu silahlarını və zirehli maşınlarını tərk edərək qaçdı və hətta “taliblər”ə təslim oldular. Buna “Taliban” qırğın etmədən nail oldu - yeganə istisna əsir əsgərlərin edamı idi.
Demək olar ki, “qansız fəth” üçün “Taliban” yerli hakimiyyət orqanları ilə böyük bir iş apardı: 2021-ci ilin yazında ABŞ qoşunlarının çıxarılmasının vaxtı məlum olandan sonra “Taliban” nümayəndələri vilayət rəhbərləri ilə danışıqlara başladılar, razılıq əldə etdilər. Bu, kənardan kağız üzərində “təcavüz etməmək haqqında müqavilə”yə oxşasa da, əslində qubernatorlar “taliblər”i silahla təchiz etməyə və vaxtı gələndə qoşunlarını geri çəkməyə razılaşmışdılar. Bunun müqabilində “Taliban” onlara toxunulmazlıq və əlbəttə ki, böyük pul təzminatı verdi.
Partizan həyat tərzi sürən “Taliban” məmurlara rüşvət vermək və silah almaq üçün pulu haradan aldı? Onlar həm də Əfqanıstanın zəngin olduğu mineralların icazəsiz çıxarılmasına nəzarət edən və eyni zamanda bütün ərazilərdə ticarət və nəqliyyat yollarını vergiyə cəlb etməklə tanınırlar. Ancaq əllərində olan texnologiyalar, resursların satışından yüksək gəlir əldə etməyi çətinliklə təmin edir və Əfqanıstanın praktiki olaraq yoxsul əhalisindən alınan rüsumlar da çox gəlirli bir iş deyil.
Bəzi ingilis mütəxəssislərinin fikrincə, silahlıların əksəriyyəti hələ də qanuni mallardan alınan vergilərdən pul qazanır: yanacaq, tütün və digər resurslar. Lakin ABŞ-ın Əfqanıstan üzrə xüsusi müfəttişi Con Sopkonun sözlərinə görə, “Taliban” gəlirinin 60 faizə qədərini heroin ticarətindən əldə edir.
BMT-nin məlumatına görə, yaraqlıların narkotik alverindən əldə etdiyi xalis mənfəət hər il üçün 400 milyon dollardır. Demək olar ki, hər hansı bir qanunsuz psixoaktiv maddə istehsalı kimi, tiryək sahələri də başqa sahələrdə tapılmayan “super qazanc”ı təmin edir. Əfqan kəndliləri isə gəlirin yalnız dörddə birini alırlar. Bunun əhəmiyyətli bir hissəsi Avropaya narkotik gətirən qaçaqmalçılara aiddir: Rusiyaya - oradan Mərkəzi Asiya ölkələrinə, Qərbə - demək olar ki, həmişə Türkiyə və Balkan ölkələri vasitəsilə.
Uzun illərdir ki, pulemyotlu və uzun saqqallı kişilər narkotik alverində böyük paya sahibdirlər. “Taliban” bu işlə məşğul olan ilk təşkilat deyil. Onlardan əvvəl Sovet İttifaqı ilə döyüşən ücahidlər də bu işlə məşğul idilər.
"Tiryək yetişdirməliyik və satmalıyıq - hamısı müqəddəs müharibəmiz üçündür" demişdi bir cihadçı lider 1986-cı ildə “The New York Times” nəşrinə. ABŞ-dan silah alan cihadçılar xaş-xaş tarlalarının sahiblərindən külli miqdarda vergi toplayır, rədd cavabı qəbul etmirdilər: tiryək əkmək istəməyənləri ölüm cəzası ilə təhdid edirdilər.
Daxili istehlak
Əfqanıstanda ABŞ qoşunları göründükdən və “Taliban” xaş-xaş tarlalarına nəzarət edən əsas qrupa çevrildikdən sonra istehsal həcmi xeyli artdı. 1990-cı illərin ortalarında Əfqanıstanda təxminən 50 min hektar tiryək plantasiyası becərildi. On il sonra, 2005-ci ildə bu sahə iki dəfə artaraq 100 min hektardan çox, səkkiz il sonra, 2013-cü ilə qədər yenidən iki dəfə artdı. Bununla da narkotik ticarəti Əfqanıstan iqtisadiyyatının çox əhəmiyyətli bir hissəsinə çevrildi.
Ölkədə daha çox heroin var və indi bütün “məhsul” Əfqanıstandan çıxmır – çıxış koronavirus pandemiyası səbəbindən məhduddur. 2005-ci ildə ölkədə təxminən 200 min tiryək və heroin asılısı vardı, 2009-cu ildə onların sayı bir milyona çatdı. 2015-ci ildə BMT narkotik aludəçisi olan əfqanların təxmini sayını 1,9-2,4 milyon civarında göstərdi.
Normal həyat tərzindən uzaqlaşmış narkomanlar tənha, lakin mərkəzi yerlərdə toplaşırlar: bu yerlərdən biri paytaxt Kabildəki “Pul və Suxta” adı ilə tanınan körpünün altıdır. Bir neçə min insan daim zibil və cır-cındır arasında narkotik istifadə edir. Heroin epidemiyası qadınlara da yoluxub - bu maddəni ağrıkəsici olaraq istifadə edirlər və uşaqlar narkoman valideynlərdən nümunə götürürlər.
Ölkədə ixtisaslı dərman terapevtləri və sosial müdafiə mexanizmləri yoxdur. Buna görə də “Taliban” bir növ "reabilitasiya proqramı" həyata keçirir: narkotik aludəçilərini öz sıralarına götürür: İslam teologiyasını bilən militantların onlarla işlədiyi ucqar dağlıq ərazilərdə vaxt keçirirlər. Onlar bir neçə həftəlik təbliğat və ayıqlıqdan sonra normal həyata qayıda bilərlər. Ancaq təxminən iki nəfərdən biri “Taliban”a qoşulmağı və cihada başlamağı seçir.
Əbədi xaş-xaş
Aydındır ki, “Taliban” bütün Əfqanıstan əhalisini narkotik asılılığından qoruya bilməz. Qarşılarına belə bir məqsəd qoyduqları və qoyacaqları ehtimalı da yoxdur. Narkotik sənayesinin təkcə əcnəbilərə deyil, həm də yerli əhaliyə ziyan vurduğuna baxmayaraq, bir gün “doza”sız dayana bilməyənlər narkotiklə mübarizənin əleyhinə çıxırlar. ABŞ tiryək iqtisadiyyatına qarşı mübarizədə böyük miqdarda enerji və pul xərcləyib. Rəsmi mənbələr bu rəqəmin 8 milyard dollar olduğunu bildirir. “Heç bir səy - nə plantasiyaların məhv edilməsi, nə basqınlar, nə də əsas nöqtələrin bombalanması - amerikalıların mübarizəsinin nəticə verməsinə imkan tanımadı. Bütün cəhdlərimiz heç bir nəticə vermədi”, - deyə 2016-2019-cu illərdə ABŞ Mərkəzi Komandanlığının rəhbəri olmuş Cozef Votel qeyd edir.
Əksinə, bu, rəsmi Kabilə və xarici müttəfiqlərinə qarşı əlavə düşmənçiliyi artırdı. Bütün rifahı tiryəkdən çox qazanc götürməklə təmin olunan “fermer”lər istehsallarına zərər vurmaq cəhdlərinə görə “Taliban”la daha yaxşı əlaqəyə girməyə başladılar.
“Taliban”ın “narkotik sənayesinə son” vədini eşidənlər 2001-ci ili xatırlayırlar. Həmin il Əfqanıstan heroin istehsalında mühüm bir mərhələ yaşadığını açıqladı. 2000-2001-ci illərdə ölkədə narkotik istehsalını məhdudlaşdırmağa çalışdılar. Sonra ixrac üçün tiryək yetişdirilməsinə qadağa tətbiq etdilər və əkin sahələrini on dəfədən çox azaltdılar: 82 min hektardan 8 min hektara qədər.
Amma ABŞ Narkotiklərlə Mübarizə İdarəsi bunun heç də xoşniyyətli jest kimi qiymətləndirilə bilməyəcəyinə işarə etdi. Bu, 11 sentyabr hücumundan sonrakı aylarda baş verdi: onlar ABŞ-ın hücumunu gözləyirdilər və bu təhlükənin fonunda narkotikin qiymətini kəskin artırmaq qərarına gəldilər. Məhsuldarlıq aşağı düşdükcə qiymət rekord həddə yüksəldi. Bölgədə təxminən 95 dollara satılan bir kiloqram tiryək 746 dollaradək bahalaşdı. Eyni zamanda, əsas xammal ehtiyatları hələ də “Taliban” tərəfindən idarə olunurdu. Ehtimal olunur ki, o anda “Taliban” özünə "maliyyə yastığı" yaratdı.
“Brookings” İnstitutunun araşdırma mərkəzindən Uanda Felbab-Braun o dövrdə “Taliban”ın tiryək fermerləri arasında geniş qəzəbə səbəb olduğunu və nəzarət etdiyi bölgələrdə təsirini riskə atdığına diqqət çəkib. ABŞ-ın plantasiyaları məhv etməyəcəyi aydın olduqda, istehsal tezliklə əvvəlki ölçülərinə çatdı: artıq 2002-ci ildə xaş-xaş tarlaları 74 min hektar ərazini tuturdu. Məsələ burasındadır ki, ölkədə davam edən düşmənçiliklər iqtisadi böhranı daha da ağırlaşdırmışdı, əhali yoxsulluq içərisində idi və getdikcə daha çox pula ehtiyac vardı. Bu səbəbdən xaş-xaş tarlaları getdikcə artdı.
“Biz kənarda dayandıq və “Taliban”ın ən çox maliyyələşdirilən təşkilat olmasına icazə verdik. O dövrdə ABŞ və müttəfiqləri qoşunlarını geri çəkdi və tiryək istehsalı ilə mübarizə aparmadı. Bu, narkotik istehsalında hədsiz artıma səbəb oldu”, - deyə adının çəkilməsini istəməyən Ağ Ev rəsmilərdən biri “Reuters”ə bildirib.
İş təkcə heroinlə məhdudlaşmır: Əfqanıstan uzun müddətdir həşiş tədarükçüsüdür və son illərdə əfqanlar demək olar ki, eyni dərəcədə təhlükəli uyuşdurucu olan metamfetaminin istehsalında istifadə edilən efedra bitkisini becərməyə başlayıblar.
Dünya taxıl anbarı
İyirmi il əvvəlki təcrübə göstərir ki, “Taliban” narkotik istehsalına qarşı qətiyyətli addımlar ata bilər. Lakin bu addımı atmaqla maraqlanmırlar. BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbəri Sezar Qudesin sözlərinə görə, Kabil narkotik aludəçiləri onun məhsullarından asılı olduğu kimi, “Taliban” da sənayedən asılıdır.
Tiryək əkinləri üçün xarici subsidiyaların dayandırılması zəmanətli və təsirli tədbir olaraq göstərilir: “Taliban” Türkiyə, İran, Rusiya və digər dövlətlərdən onminlərlə əfqan kəndlisinin, məsələn, buğda əkdikləri təqdirdə itkilərini kompensasiya etmələrini gözləyir. Amma istəklərinin əksinə - əks proses müşahidə olunur: Əfqanıstan iqtisadiyyatının maliyyə infuziyasından asılı olan ölkələr “Taliban”la əməkdaşlığa tələsmir və ya maliyyəni dondurublar.
Bunun da müəyyən səbəbləri var. “Taliban”ın ölkədə asayişi qoruya bilməsi şübhələri artır. Məsələn, avqustun 26-da Kabildə onlarla qurbanı olan terror aktları fonunda “taliblər”in gücü kövrək görünür. “Taliban” tezliklə hakimiyyəti möhkəmləndirməsə, ortaya çıxacaq xaos ölkədəki iqtisadi böhranı daha da dərinləşdirəcək. Bu isə o deməkdir ki, narkotikdən gəlir əldə etmək ehtiyacı artacaq və Əfqanıstanın narkotik trafiki kəsilməyəcək. Əksinə, daha da güclənəcək.
Zəruri qeyd: Tərcümə AYNA-ya məxsusdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Bu gün, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Bu gün, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Bu gün, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Bu gün, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Bu gün, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
|