Əfqanıstan rejimi Talibanın qarşısında niyə rüsvayçı şəkildə çökdü? - TƏHLİL
Tarix: 16-08-2021, 08:49 | Çap et
12 il əvvəl elə bu günlərdə Əfqanıstanda prezident seçkiləri üzrə beynəlxalq yardım qrupunun üzvü kimi yerli vətəndaş cəmiyyəti qrupları ilə çalışırdım. Təxminən 3 ay yarımlıq müddətdə Əfqanıstanın müxtəlif siyasi qrupları, o cümlədən beynəlxalq təşkilatlar və beyin mərkəzlərinin təmsilçiləri ilə ünsiyyətdə olmaq, fikir mübadiləsi aparmaq imkanım yarandı. Həmin səfər Əfqanıstanla bağlı bir sıra fikirlərimi dəyişdi, həmçinin bu ölkənin siyasi elitasını tanımaq imkanı yaratdı. Əvvəla, ondan başlayaq ki, Talibana sadəcə terror təşkilatı demək yanlışdır. Bu qurum ölkədə üzvləri, tərəfdarları və könüllüləri olan siyasi hərəkat kimi yaranıb və fəaliyyət göstərir. Amma əfqan xalqı Talibanı sevir demək də yanlışdır. Sadəcə Talibanın digər siyasi təşkilatlardan ən ciddi fərqi bu qurumda klan, tayfa, bölgə və ya etnik kimliyin üstkimlik kimi önəm kəsb etməməsidir. Əfsus ki, ötən 20 ildə digər siyasi təşkilatlar məhz klan, tayfa, bölgə və ya etnik kimliyə önəm vermələri ilə bir-birindən o qədər də fərqlənmədilər. Hazırda uduzan əfqan siyasi elitası barədə çox şey yazmaq, bölüşmək olar. Xüsusən də Həmid Kərzai və Əşrəf Qəninin prezidentliyi dövründə korrupsiyanın çiçəklənməsini, qohumbazlıq və klançılığın idarəçilikdə əsas bəlalardan olmasını iddia edə bilərik. Amma fikrimcə ölkəni son 16 ildə idarə etmiş anti-Taliban düşərgəsi və ya elitasının parçalanmasını, zəifləməsi və son iki həftə ərzində ölkəyə nəzarətini tamamilə itirməsini 2009-cu ilin prezident seçkiləri və sonrası yaşanan olaylara bağlamalıyıq. Xüsusən də hazırda Milli Barışıq üzrə Ali Şuraya rəhbərlik edən Abdullah Abdullahın siyasi alyansına qarşı yol verilən ədalətsizliklərə nəzər salmalıyıq. Abdullah həm Kərzai, həm də Qəninin prezident seçkilərində əsas rəqibi olub. Onun digər iki siyasi liderdən fərqi budur ki, həm Sovetlər, həm də Talibana qarşı siyasi mübarizədə mücahidlərin yanında olub, mühacirətə getməyib. İki ilə yaxın dönəmdə isə Şimal Alyansının lideri Şah Məsudun xarici siyasi məsələlər üzrə müşaviri olub. Yeri gəlmişkən, 2004-cü ildə keçid höküuməti qurulundan bəri daim keçmiş mücahidlərlə mühacirlər arasında qarşılıqlı etimad və əməkdaşlıq məsləsində anlaşılmazlıq olub. Məsələn, ABŞ və beynəlxalq institutların “sevimli adamı” olan Kərzai və Qənidən fərqli olaraq, Abdullaha beynəlxalq çevrələrdə etimad uzun müddət yüksək olmayıb. Çünki suverenlik, müstəqillik və Talibanla mübarizə məsələsində Şah Məsudun xəttinin davamçısı olub.
Gələk, Abdullaha qarşı edilən haqsızlıqlara. 2009-cu ildə ciddi qanun pozuntuları ilə keçən seçkilərdə Kərzainin nəzarətində olan seçki komissiyası ilkin nəticələri açıqlamadı. Komisiya qeyri-rəsmi şəkildə beynəlxalq təşkilatlara, o cümlədən yerli siyasi qruplara bildirdi ki, Abdullah 27 faiz səs qazanıb. Amma Kərzai də 50+1 səs qazanmamışdı. Yəni, ikinci tur olmalıydı. Amma Kəzrai bundan imtina edirdi. O zaman Kabulda beynəlxalq siyasi çevrələrin çeşidli simaları görünürdü. Total siyasi təzyiq başladı. Nəticədə Kərzai geri çəkildi və ikinci turun keçiriləcəyi bəyan edildi. Abdullah isə seçki komissiyaların tərkibin dəyişməsini, Kərzainin admaları, xüsusən də qardaşı və qohumlarının yerli icra strukturlarından geri çağrılmasını tələb ediridi. Tələbi eşidlmədi və seçkiyə bir həftə qalmış namizədliyini geri götürdü. Kəzrai rüsvayçı şəkildə prezident elan edildi.
Bu olaydan Kərzai tərəfdarları və onun beynəlxalq havadarları dərs çıxarmadı. 2014-cü ilin prezident seçkilərində ilk turun nəticəsinə görə Abdullah 45 faiz, Əşrəf Qəni isə 31 faiz səs qazanmışdı. Amma ikinci turda Qənin səsləri 55 faizə qalxdı. Abdullah bütün iri şəhər və vilayətlərdə səslərin yarısından çoxunu qazanmışdı, Şah Məsudun doğulduğu Panjir vilayətində isə 87 faiz seçici ona səs vermişdi. Ölkədə anti-Taliban düşərgəsi iki yerə parçalanmışdı. Qəniyə iri şəhərlərdə rəğbətin olmadığı açıq-aşkar görünürdü. Xüsuən də keçmiş mücahidlər və hərbi qüvvələr arasında onun nüfuzu aşağı idi. Amma beynəlxalq müdaxilə nəticəsində Abudllah onun qələbəsini tanıdı və siyasi saziş imzalandı. Abdullah bu sazişə əsasən baş nazir səlahiyyətlərinə yaxın Baş İcraçı vəzifəsini tutacaqdı. Amma Qəninin komandası ilə vaxtaşırı problemləri yarandı.
Nəhayət, 2019-cu ilin oktyabrında keçirilən prezident seçkilərində analoqu olmayan olaylardan biri yaşandı. Seçki Komissiyası ilkin nəticələri 2 ay açıqlaya “bilmədi”. Yalnız dekabrın 22-də çıxıb elan etdilər ki, Qəni səslərin 50.67 (?) faizini qazanıb. 2020-ci ilin fevralında isə yekun nəticələr açıqlandı və Qəni prezident elan edildi. Bununla razılaşmayan Abdullah tərəfdarları onu prezident elan etdilər və ölkənin şimal əyalətlərində Qəniyə qarşı etimadsızlıq başladı. 2009-cu ildə başlayan anti-Abdullah düşmənçiliyi yeni siyasi böhranı gətirdi. Üç ay ərzində ölkənin Talibanın nəzarətindən kənar şimal əyalətlərində Abdullah prezident sayıldı və onun təmsilçiləri vilayət başçıları elan olundu. Nəhayət, ABŞ-ın uzun sürən təzyqilərindən sonra ötən ilin mayında bu iki liderin koalisyon höküməti quruldu. Amma bu hökumətin də ömrü bir il 2 ay sürdü.
Fikrimcə, əfqan cəmiyyətinin hazırda Talibana biganə qalması, ordunun laqeydliyi və siyasi idarəçilərin yarıtmazlığı ötən 10 ildə dərinləşən siyasi uçurumla bağlıdır. Abdullahın ötən 10 ildə beynəlxalq dəstəyi olsaydı və ya Qəni/Kərzai rejimlərinə müqavimət göstərəndə ABŞ və müttəfiqləri tərəfindən “ölkənizə yardımları kəsəcəyik” şantajı ilə üzləşməsəydi, mövcud rejim Talibanın qarşısından bu qədər rüsvayçı şəkildə çökməzdi.
Anar Məmmədli İnsan haqları müdafiəçisi //gununsesi.info//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Dünən, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Dünən, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Dünən, 09:56 |
|
|
|
|