“Rusiya ilə İsrail Suriyada döyüşə hazırlaşır” – İsrail nəşrindən şok iddia
Tarix: 7-08-2021, 09:06 | Çap et
Suriyadakı Rusiya qoşunları ilə İsrail ordusu arasında tezliklə toqquşmalar baş verə bilər. Ovqat.com xəbər verir ki, məlumatı İsrailin "NZİV" nəşri yayıb. Məlumata görə, İsrail hərbçiləri də bunu istisna etmir, Suriya ərazisində Rusiya ilə hərbi toqquşmaların baş verə bilməsini “real ehtimal” olaraq dəyərləndirirlər. Nəşrin iddia edir ki, Rusiya hərbi mənbələrinin bu yaxınlarda verdiyi bəyanatlar da Moskvanın Suriyadakı "Hizbullah" və İranın hədəflərinə qarşı İsrail avia zərvələrinə yanaşmasını dəyişdirə biləcəyinə dair spekulyasiyalara yol açır. İsrail ilə Rusiya arasındakı vəziyyətin dostanə olsa da, kövrək və mürəkkəb xarakter daşıdığını xatırladan nəşr yazır: “İyulun 19-da İsrail Suriyadakı "Hizbullah"a və İrana bağlı obyektlərə hücum etməyə başlayıb. Rusiyanın Suriyadakı Döyüşən Tərəflərin Barışdırılması Mərkəzinin sədr müavini kontr-admiral Vadim Kulit bildirib ki, Rusiya raketdən müdafiə sistemləri Hələb şəhəri yaxınlığında yerləşən obyektlərı hədəfə alan 8 İsrail raketindən 7-ni vurub. Kulitin sözlərinə görə, bir neçə gün sonra İsrail Xüms yaxınlığındaki Suriya hədəflərinə daha dörd raket atıb və onların da hamısı zərərsizləşdirilib. İsrailin yüksək rütbəli hərbçiləri rus zabitinin fikirlərini şərh etməyib, lakin Suriya saytlarında və sosial şəbəkələrdə bu məlumatların geniş yayılması narahatlıq yaradır”. Nəşr iddia edir ki, bir çox israilli müşahidəçilər rus kontr-admiralının iddialarına şübhə ilə yanaşır və məlumatın səhihliyinə inanmırlar. Londonda yerləşən ərəb xəbər saytı “Şərqül-Əsvat” isə bəyan edib ki, adı çəkilməyən bir rusiyalı məmur ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra Moskva Vaşinqtona İsrailin Suriyadakı fəallığının artmasından narazı olduğunu bildirib.
“Lakin İsrailin Suriyadakı hərbi əməliyyatlarından, eləcə də Rusiyanın İsrail raketlərinə qarşı mübarizədə möhtəşəm uğur əldə edilməsindən ABŞ-ın narahat olduğuna dair heç bir əlamət yoxdur. Halbuki, bu məlumatların hər hansı biri vəziyyəti tamamilə dəyişə bilər və ikisi də doğrudursa, Amerika Birləşmiş Ştatlarının və İsrailin bu vəziyyətlə barışacağına inanmaq çətindir. Amma əgər iddialar şişirdilibsə, onda Rusiyanın bu cür bəyanatlarının məqsədi nədir?”, - deyə sual verən nəşr xatırladıb ki, Vadim Kulit məlumatları mötəbər mənbə kimi səsləndirib və açıqlamasına görə heç bir töhmət də almayıb: “Rusiya liderləri Kulitin bəyanatını nə açıq şəkildə təkzib, nə də təsdiq etdilər, bu da iddiaların strateji məqsədlər üçün verildiyi ideyasını gücləndirir”. Nəşrin fikrincə, Rusiyanın bu cəsarətli addımı həm ABŞ-da, həm də İsraildə hakimiyyət dəyişikliyi ilə əlaqədardır. “Putin, ehtimal ki, İsrailin təcrübəsiz liderlərinin qətiyyətini yoxlamaq istəyir və Baydenin Moskvaya qarşı daha az barışdırıcı yanaşması ilə Suriyada müəyyənləşdirilmiş kövrək balansın öhdəsindən gəlməyə çalışacaq. Bu balans Tramp administrasiyasının 2017-ci ildə Rusiya ilə əldə etdiyi razılaşmaya əsaslanır”, - “NZİV” qeyd edib. Müəllifin fikrincə, ABŞ-la Rusiya arasında əldə edilmiş bu balans siyasəti İranın dəstəklədiyi "Hizbullah" da daxil olmaqla İsrailə düşmən olan silahlı qüvvələrə Suriyanın cənubunda yeni yaradılmış təhlükəsiz zonada fəaliyyət göstərməyə imkan verir. Bununla yanaşı, əldə edilən atəşkəs razılaşması həm də ABŞ və Rusiyanın İŞİD-lə mübarizədəki səylərini zəiflədir. Nəşr Rusiya ilə İsrailin Suriya məsələsində qarşı-qarşıya gəlməsinin əsl səbəbinə də aydınlıq gətirib. Məqalədə bildirilir ki, indiyədək İsrail Suriyadakı Bəşər Əsəd və İrana bağlı hədəflərə hücum edərkən Rusiyanın bölgədəki hərbi kontingentini məlumatlandırırdı. Lakin məlumatlandırmadan cəmi bir neçə dəqiqə sonra hücum başlayırdı. Bu da hücum anında İran və Suriya qüvvələri ilə bir yerdə olan rus hərbi mütəxəssislərini də təhlükə altında qoyurdu. Başqa sözlə, İsrail avia hücumlar zamanı rus hərbçilərinin hədəf nöqtəsində olmasını nəzərə almır, onlara məhəl qoymurdu. Üstəlik, İsrail konkret hansı hədəfi vuracağını da tam bəyan etmirdi. Bu da Suriyada İran, Suriya və “Hizbullah”la birgə fəaliyyət göstərən rus hərbçilərinin həyati təhlükəsini artırırdı. Görünür, Rusiya da məhz öz hərbi qulluqçularının təhlükəsizliyi naminə İsraildən gələn aviahücumlara qarşı müdafiə sistemlərini aktivləşdirib. Belə bir vəziyyətdə, sözsüz ki, İsrailin Rusiyanı hücumlarla bağlı məlumatlandırmasının da mənası qalmır. Nəşrin iddiasına görə, məhz bu səbəbdən Tel-əviv Suriyada Rusiya ilə hərbi-diplomatik əlaqələrini kəsib. Məqalədə bildirilir ki, İsrailin rus hava hücumundan müdafiə tədbirlərinə laqeyd qalması mümkün deyil və bu, davam edərdə, Tel-əvivin birbaşa rus birliklərini hədəfə alma ehtimalı doğur. Rusiya-İsrail arasındakı insidentin böyüməsi isə ABŞ üçün böyük problem yarada və onun da insidentə müdaxilə etməsini şərtləndirə bilər. Çünki Vaşinqton belə vəziyyətlərdə öz starteji müttəfiqini yalnız qoymur. Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23 |
|
|
|
|