“Sən kimsən ki, dünya müharibəsində tərəf olasan?!” - GƏLİŞMƏ
Tarix: 23-07-2021, 08:20 | Çap et
Belarus Prezidenti Aleksandr Lukaşenko hədəliyici açıqlama ilə çıxış edib. O “Skay Nyus Arabya”ya müsahibəsində deyib ki, Avropa ölkələrinin Belarusa, Rusiya və Çinə qarşı hibrid hücumları Üçüncü Dünya müharibəsinə səbəb ola bilər.
“Qərb ölkələrinin Belarusun daxili işlərinə müdaxiləsi, dövlət çevrilişi təşəbbüsləri, habelə Belorus əhalisinə yönəlmiş informasiya təbliğatı nəticədə qlobal qarşıdurmaya gətirib çıxaracaq. Avropa ölkələri tərəfindən başladılan müharibənin əsas iştirakçıları Belarus, Rusiya və Çin olacaq”, - deyə Lukaşenko bildirib.
Xatırladaq ki, bir müddət öncə rəqəmsal iqtisadiyyat məsələləri üzrə Avropa komissarı Hünter Ettinger də oxşar açıqlama ilə çıxış etmişdi. Demişdi ki, Üçüncü Dünya müharibəsi tank və topsuz baş verəcək, onu gizli ordular aparacaq: “Bir şeyi dəqiq demək olar: Üçüncü Dünya müharibəsi quruda, suda və havada deyil, virtual məkanda, tanksız-topsuz baş verəcək”.
Ettinger ən böyük kibergüclər arasında Rusiya, ABŞ, Çin, İsrail və İranın adını çəkib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında bildirib ki, Üçüncü Dünya müharibəsinin başlanması bəşəriyyətin sonu deməkdir: “Üçüncü Dünya müharibəsinin yaxın müddətdə başlanması ilə bağlı təhlükə görmürəm. Heç bir ölkə tərəfindən istər Belarusa, istərsə də digər qaynar nöqtələrə hücum təhlükəsi yoxdur. Sadəcə olaraq Lukaşenkonun bu açıqlaması ölkə daxilində olan problemləri yenidən diqqətə gətirmək məqsədi daşıyır”.
“Bilirsiniz ki, ötən il Belarusda keçirilən prezident seçkiləri zamanı ciddi gərginlik yarandı. Belarus xalqı seçkilərin nəticələrinə etiraz etdi və izdihamlı aksiyalar təşkil etdi. Qərb dövlətləri ciddi şəkildə müxalifəti dəstəklədi və bu, Lukaşenkonun rəhbəri olduğu ölkəni ciddi iqtisadi-siyasi böhranla üz-üzə qoydu. Bu gün Belarusa qarşı sanksiyalar yenidən gündəmdədir və bunu önləmək üçün Belarus Prezidenti bu kimi açıqlamalarla çıxış edir”, - deyə deputat vurğulayıb.
Mollazadə dünya miqyasında yeni müharibə ehtimalı çox aşağı qiymətləndirir: “Bir məqamı nəzərə almaq lazımdır ki, bütün böyük dövlətlər nüvə silahına malikdir. Nüvə silahından istifadə riski isə bu ehtimalı heçə endirir. Üçüncü Dünya müharibəsi Yer kürəsini məhv edə bilər. Təbii ki, hazırda “soyuq müharibə”lər davam edir. Bir-birinə qarşı əks mövqedə dayanan beynəlxalq oyunçular müəyyən təzyiqlərdən istifadə edirlər. Xüsusən bu, iqtisadi xarakterlidir və rəqiblərin büdcələrini boşaltmağa yönəlib. Lukaşenko ABŞ və Qərb dövlətləri tərəfindən təqib olunur, ondan demokratik islahatlar tələbi var. O isə heç bir halda buna getmək istəmir. Düşünür ki, bu, onun hakimiyyətinin sonu ola bilər. Verdiyi açıqlamaların kökündə də məhz bu amil dayanır”.
ADİP sədrinin sözlərinə görə, Belarus dünya çapında o qədər də ciddi qüvvə deyil: “Lukaşenko elan edir ki, guya ehtimal olunan Üçüncü Dünya müharibəsinin tərəflərindən biri Belarusdur. Adını Rusiya və Çinlə yanaşı çəkir. Əslində isə bu, qətiyyən belə deyil. Belarus hazırda Rusiyanın nəzarəti altındadır və atacağı hər bir addımı, hər bir hərəkəti məhz rəsmi Kremllə razılaşdırır”.
Sabiq deputat, Ədalət Partiyasının sədri İlyas İsmayılov isə AYNA-ya şərhində deyib ki, Üçüncü Dünya müharibəsi nəinki yaxın müddətdə, ümumiyyətlə olmayacaq: “Bu gün hərbi sənaye o qədər inkişaf edib ki, yeni dünya müharibəsi faktiki olaraq mümkün deyil. Nüvə silahından istifadə riski istənilən dövləti bu müharibədən çəkindirir. Çünki hər kəs anlayır ki, bu müharibənin qalibi olmayacaq. Yer kürəsi məhv olacaq və bundan hər kəsə pay düşəcək. Bu mənada Üçüncü Dünya müharibəsi riski mövcud deyil”.
“Sadəcə “soyuq müharibə”lər var və mütəmadi olaraq bu mövzunu gündəmə gətirirlər. Məqsəd rəqiblərini xof altında saxlamaq, onlara təzyiq etməkdir. Lakin yekunda heç bir beynəlxalq oyunçu buna getməyəcək. Bu, sadəcə mənasız ritorikalardır və müəyyən məqsədlərə xidmət edir”, - deyə müsahibimiz söyləyib.
İsmayılovun sözlərinə görə, Lukaşenko başını itirib və nə danışdığının fərqində deyil: “Ötən il Belarus xalqı saxta seçkilərə etiraz edərək kütləvi mitinqlər keçirdi. Lukaşenko iqtidardan getməyin bir addımlığında idi. Respressiya maşınının gücünə hakimiyyətinin qoruya bildi. Bilir ki, təhlükə tam sovuşmayıb və hər an əhali yenidən ayağa qalxa bilər”.
“Adam da bu qədər hakimiyyətdə qalar?! Səni öz xalqın, rəhbəri olduğun dövlətin vətəndaşları qəbul etmir. Sən kimsən ki, dünya müharibəsində tərəf olasan?! Boş-boş, mənasız danışır. Yəqin ağlını itirib. Onun dediklərini ciddiyə almaq lazım deyil. Özü də bilir ki, onu devirəcəklər. Necə deyərlər, cəhənnəmə gedən özünə yoldaş axtarar”, - deyə partiya sədri fikrini yekunlaşdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23 |
|
|
|
|