Pekindən Ankaraya və Kiyevə ard-arda zəng edildi: - İki zəngin sirri
Tarix: 14-07-2021, 11:50 | Çap et
Gözlərin Qara dənizdə NATO-Rusiya gərginliyinə yönəldiyi və “Taliban”ın Əfqanıstanda hakimiyyəti get-gedə ələ keçirdiyi bir zamanda Çin prezidenti Şi Cinpinin dünən həm Türkiyəli, həm də Ukraynalı həmkarı ilə ard-arda telefon danışıqları aparması diqqəti cəlb edir. Ovqat.com-un məlumatına görə, Şi Cinpinin Ərdoğanla telefon danışığında iki ölkənin iqtisadi əlaqələri, regional inkişaf məsələləri, xüsusilə ticarət, investisiya, enerji, nəqliyyat və səhiyyə sahələrini inkişaf etdirəcək addımlar müzakirə olunub. İki ölkə arasında regional və qlobal iqtisadiyyat, həmçinin diplomatiyanın bütün sahələrində geniş əməkdaşlıq potensialının olduğuna diqqət çəkən Prezident Ərdoğan Çin və Türkiyənin birgə yaratdığı Yüksək Səviyyəli İşçi Qrupunun ölkələr arası əməkdaşlığı sürətləndirəcəyinə inamını bildirib. Prezident Ərdoğan Çinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiklərini vurğulamaqla yanaşı, uyğur türklərinin də problemini dilə gətirib. “(Ərdoğan) Çinin bərabər hüquqlu vətəndaşları olaraq firavanlıq, azadlıq və sülh içində yaşayan uyğur türklərinin Türkiyə üçün əhəmiyyətini vurğuladı”, - Türkiyə Prezident Administrasiyasının Rabitə Başqanlığının dünən yaydığı məlumatda belə deyilir. Şi Cinpinin Ukraynalı həmkarı ilə söhbətinə də regional əməkdaşlıq öz damğasını vurub. Ukrayna Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Vladimir Zelenski söhbət zamanı Çini "Ukraynanın dünyadakı “1 nömrəli ticarət və iqtisadi tərəfdaşı" adlandırıb. Zelenski, həmçinin dəniz limanlarının infrastrukturunun inkişafı, yolların tikintisi və modernləşdirilməsi, dəmir yollarının və şəhər infrastrukturunun inkişafı üçün bir sıra layihələrin həyata keçirilməsində Çinli investorların iştirakının vacibliyini vurğulayıb. O, Ukraynanın Çinə ixracatının artırılması və kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Bundan əlavə, Zelenski Ukraynanın "Çin biznesi üçün Avropaya bir körpü" ola biləcəyinə ümid etdiyini də bildirdi. Çin Xalq Respublikasının sədri isə Ukraynanın "Böyük İnşaat" layihəsinin əhəmiyyətini qeyd edib və Çinin bu istiqamətdə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb. Söhbətdə ən diqqət çəkən məqam isə Çin liderinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirməsi olub. "Vladimir Zelenski vahid Çin məsələsində Ukraynanın mövqeyinin dəyişməz olduğunu təsdiqlədi. Çin Xalq Respublikasının Prezidenti də öz növbəsində Çinin Ukrayna xalqının seçdiyi müstəqillik yoluna hörmət etdiyini, onun suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı”, - deyə Zelenskinin mətbuat xidməti xəbər verir. Ukraynanın Krım yarımadasının Rusiya tərəfindən işğal olunduğunu, NATO qüvvələrinin məhz həm yarımadanın ərazi sularında son zamanlar intensiv hərbi təlimlər keçirdiyini nəzərə alanda Şi Cinpinin bu sözləri Pekinin də hansı tərəfdə səf tutduğu anlamına gəlir. Baxmayaraq ki, “ərazi bütövlüyünü dəstəkləmək” hətta düşmən ölkə liderlərinin də bir-birilərinə söylədiyi klassik sözlər təsiri bağışlayır, bu ənənə təmkini ilə seçilən Çin xarici siyasət anlayışına xas deyil. Pekin belə məsələlərdə “yüz ölçüb bir biçmək” tutumu ilə fərqlənir. Hətta deyilənlərə görə, 1970-ci ilin sonlarında Çin Baş nazirinə xarici səfərlərdən birində II Dünya müharibəsi ilə əlaqədar sual verilir. Çin Baş nazirinin cavabı isə hər kəsi təəccübləndirir: “Bu barədə danışmaq hələ tezdir”. Şi Cinpinin Ukraynanın infrastruktur layihələrinə investisiya yatırmaq istəyi ilə bağlı fikirləri də Rusiyanın mövqeyi ilə üst-üstə düşmür. İki gün öncə Ukrayna xalqına müraciət ünvanlayan Vladimir Putin “qardaş ölkə”nin Rusiyadan üz döndərməsi nəticəsində Avropanın ən kasıb dövlətə çevrildiyini, bunun belə də davam edəcəyini bildirməsi rəsmi Moskvanın arzu və istəklərinin ifadəsi idi. Çin isə Ukraynanın inkişafı layihələrinə kapital yatırmaqla bağlı mövqeyini açıqlamaqla sanki bu arzu və istəkləri Kremlin gözündə qoymağı planlaşdırdığını bəyan edir. Türkiyəyə gəlincə, məlum olduğu kimi, Ankara NATO-nun da istəyi ilə Əfqanıstanı öz himayəsinə götürməyi planlaşdırır. “Taliban”ın bu istəyə qarşı çıxmasına baxmayaraq, dünya ilə inteqrasiya zərurəti, habelə bu təşkilatın sponsoru və yaradıcısı olan dövlətlər (Qətər və Pakistan) Ankara ilə strateji müttəfiq sayılırlar. Üstəlik, Böyük Britaniya da dönüşüm prosesi keçirəcəyi təqdirdə “Taliban”la əməkdaşlıq edəcəyini açıq şəkildə bildirdi. Yəqin ki, bu həvəsləndirmələr “Taliban”ı da ipə-sapa yatıracaq. Rəsmi Ankaranın açıq şəkildə “Asiyanın ürəyi” adlandırdığı Əfqanıstana “Türkistanın qapısı” kimi baxması, hətta ölkənin şimal hissəsini Qərbi Türkistan coğrafiyasına aid etməsi gələcək geosiyasi layihəsinin xəbərçisidir. Türkiyə Əfqanıstandan başlayaraq, Xəzər dənizinin şərqinə qədər Orta Asiya ərazilərində Türkistan birliyi quraraq bu əraziləri Azərbaycan vasitəsilə özünə və Qərbə inteqrasiya etməyə çalışır. Prinsipcə, Rusiya ilə Çin arasında keçilməz Türk səddi yaratmaq yeni super ittifaqların qarşısını almağın da ən qısa yoludur. Təklif olunan bu layihənin alternativi “islah olunmamış Taliban” gerçəyidir ki, bu da Orta Asiyada etnik, dini qarşıdurmaların yaşanmasıdır. Nəticədə sülh baryeri qarşıdurma baryerinə çevrilər və yenə Çinlə Rusiya arasında əlaqələr kəsilər. Üstəlik, qarşıdurma xəttində Çinin “Bir Kəmər, Bir Yol” layihəsi də işlərliyini itirər. Bu vəziyyətdə Pekin üçün ən optimal yol iki fürsətdən birini əlində tutmaqdır. Yeni layihədə əslində Rusiyanın da maraqları nəzərə alınıb. İqtisadiyyatı neft və qaz ehtiyatlarını satmaqla baş girləməkdən ibarət olan Rusiyaya ən yaxşı halda Avropa ilə iqtisadi əməkdaşlığı sürdürmək fürsəti tanınıb. NATO-nun son liderlər zirvəsindən əvvəl ABŞ-ın “Şimal axını-2” layihəsinə tətbiq etdiyi sanksiyaların ləğvi, sammitdən sonra isə Co Baydenlə Rusiya prezidenti Vladimir Putinin görüşü və hər iki liderin görüşdən məmnuniyyətlə ayrılması da bunu təsdiqləyib. Görünən budur ki, başda ABŞ olmaqla Qərb dünyanın geosiyasi balansını pozmağa iddiali olan və yeni super güc kimi ortaya çıxmağı planlaşdıran iki Şərq nəhəngini fərqli maraq dairələrinə çəkərək ayırır. Həmin maraq dairələrinə gedən yollara nəzarətini isə daha etibarlı qüvvələrə tapşırır. Rusiyanın boğazı Avropa ölkələrinə, Çinin boğazı isə formalaşmaqda olan Turan Birliyinə. Heydər Oğuz, Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23 |
|
|
|
|