“Çin yürüşü”nə mane olan Kremli nə gözləyir? - Rusiya məsələsi...
Tarix: 1-07-2021, 08:32 | Çap et
Hər dəfə amerikalı alim Frensis Fukuyamanın “Tarixin sonu” əsəri müzakirə ediləndə ağlıma bir fikir gəlir: axı, hələ nə Orta Şərqdə ədalət bərpa olub, nə də Rusiya dağılıb. Tarixin sonu üçün çox erkən deyilmi?
Əksər dini fundamental hekayələrdə dünyanın sonunun – yəni qiyamətin Orta Şərqdə ədalətin bərqərar olmasından sonra yaxınlaşacağı deyilir. Dünyanın az qala yarısı da öz ədalətini Rusiyanın dağılmasından sonra gözləyir. Hətta bunu xalqların gözlədiyi ədalətə bağlamayanlar da var. ABŞ-ın milli təhlükəsizlik üzrə sabiq prezident müşaviri, məşhur strateq Zbiqnev Bjezinski “təbiət çox ədalətsizdir, Rusiya haqq etmədiyi şəkildə resursların çoxuna sahibdir” deməkdən çəkinmirdi. Bir sözlə, Rusiya məsələsi təkcə demokratiya, xalqların əzilməsi məsələsi deyil, həm də elə demokratiya və xalqların əzilməsi məsələsidir. Söhbət təkcə Rusiyada yaşayan xalqlardan getmir. Rusiyanın kölgəsində olan və yolu bu kölgədən keçən xalqlardan gedir. Azərbaycanın tanınmış diplomatı və şərqşünası, mərhum dövlət müşaviri Vəfa Quluzadə də coğrafiyada bir çox müsbət dəyişikliyi Rusiyanın çökməsi, dağılması ilə bağlayırdı. O, Kremli indiki mahiyyəti ilə suyun qarşısında yatmış əjdahaya bənzədirdi.
Doğrudan da, Rusiya dağılmalıdırmı?..
Bu suala fəlsəfi, hətta siyasi cavab vermək indi çox çətindir, ona görə ki, Rusiya bir siyasi buzlaqdır, onun parçalanması və ya əriməsi bizi hansı yeni orqanizmlərlə üz-üzə qoyacaq, bunu dəqiq bilmək, proqnozlaşdırmaq çətindir. Fəqət, Rusiyanın atını hansı tərəfə səyirdəcəyi də məlum deyil.
Bir sözlə, Rusiyanın dağılması artıq bir çox mərkəzlərin qiyamət hekayəsinə çevrilib. Yəni dünyadan öncə Rusiya. Bunu Qərbin məsələlərin həll tərzində Kremli aqressiyaya əl atmağa imkan verməmək taktikasından da sezmək olur. Kreml dünyaya ötürdüyü mesajların cavabını daxili siyasi-iqtisadi sahələrdə alacaq.
Rusiya Çini qorudu
Əslində bu yazının məqsədi Çinin Rusiya ilə münasibətlərini aydınlaşdırmaqdır. Çünki hazırda Qərbin ən ciddi rəqibi Çin olsa da, siyasi leksikonda daha çox Rusiya hallanmaqdadır. Rusiya sanki Çinə olan təpkiləri özünə çəkməklə məşğuldur. Məsələn, ötən əsrin sonları və bu əsrin birinci onilliyində ABŞ-ın Rusiyaya münasibəti tamam başqa idi. Vaşinqtonda o zaman belə qənaətdə idilər ki, hazırda sivilizasiya üçün iki mühüm təhdid var: fundamentalizmin yayılması və Çinin artan iddiaları. Hər iki problemin həllində Rusiya ciddi müttəfiq ola bilər. Pentaqonun strateqləri Rusiyanı modern bağlantı mərkəzlərindən biri hesab edirdilər. Daha doğrusu, ikincisi. Ancaq 2010-cu ilin iyununda Rusiyanın o zamankı prezidenti Dmitri Medvedevin ABŞ-a rəsmi səfərindən sonra Vaşinqton demək olar ki, xəyal qırıqlığına uğradı. Amerikalılar ruslarla anti-Çin planlarında heç cür razılaşa bilmədilər. Rusiya dövlət adamları ABŞ-ın bu ölkəyə ciddi sərmayə (şimalda infrastruktur layihələri üçün) təkliflərini ölkəni daxildən dağıtmaq və ya udub, həzm etmək planı kimi yozdular. Vaşinqtonda düşünürdülər ki, Medvedev Putindən daha liberal adamdır və Çin təhlükəsini başa düşür. Amma sonradan ABŞ mediası bu təklifləri alan Medvedevin “mən bunu Vladimir Vladimiriçlə məsləhətləşməliyəm” reaksiyası ilə bütün ümidləri suya atdığını yazırdı. Məhz o zaman tam aydın olmuşdu ki, Rusiyaya olan ümidlər boşuna olduğu kimi, ona verilən imkanlar da yersiz olub və artıq Rusiya xeyli güclənib. O, nəinki indi Çinlə mübarizədə müttəfiq deyil, hətta “Çin yürüşü”nə qarşı bir maneədir. İndi Qərbin bir nömrəli işi bu yolun üstündəki iri qayanı hansısa şəkildə parçalayıb, yolu təmizləməkdir. Çünki onu bütöv şəkildə tərpətmək mümkün kimi görünmür.
Çinlilər məsələyə Konfutsinin su təliminin prinsipləri ilə baxırlar. Onların fikrincə, xarici aləmlə toqquşmaya getmədən Çin iqtisadi gücünü artırmalı, Rusiya ilə Qərbin toqquşmasına hazır olmalıdır. ABŞ isə bir an öncə Orta Asiya, Xəzər bölgəsi, Cənubi Qafqaz, İran və Rusiyanın demokratikləşməsini istəyir. Bu plan işləyərsə, bəlkə Çinin qarşısını öz sərhədlərində almaq baş tutar.
Bir sözlə, nə qədər ki, Rusiya “Çin yürüşü”nün qarşısını kəsməklə məşğuldur, deməli, özünün sonunu yaxınlaşdırmağa doğru çalışır. O sonu isə Çin hamıdan daha böyük maraqla gözləyir. Müəllif: Seymur Həzi //pressklub.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
|