Qara dənizdə Rusiya-NATO toqquşması? - TƏHLİL
Tarix: 24-06-2021, 08:11 | Çap et
Dünən Rusiya Müdafiə Nazirliyi sensasion məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilir ki, Rusiyanın keşikçi gəmisi Qara dənizdə Böyük Britaniyaya məxsus “Defender” gəmisinə (destroyer) xəbərdarlıq atəşi açıb, “Su-24 M” döyüş təyyarəsi isə gəminin hərəkət kursu istiqamətinə bombalar atıb. Rusiya tərəfi iddia edir ki, Britaniya gəmisi Krımdakı Fiolent burnu rayonunda Rusiya sərhədini pozaraq 3 km irəliləyib və bununla bağlı xəbərdarlıqlara məhəl qoymayıb: “Gəminin hərəkətini dayandırmaq üçün “Su-24 M” təyyarəsi onun hərəkət kursu iqtiqamətinə 4 ədəd OFAB-250 T qəlpə-fuqas bombası atıb. Sonra “Defender” Rusiya ərazi sularını tərk edib”.
Lakin Britaniya tərəfi Rusiya Müdafiə Nazirliyinin iddialarını təkzib edib. Britaniya Müdafiə Nazirliyindən bildirilib ki, onların gəmisi beynəlxalq hüquqa uyğun olaraq Ukraynanın ərazi sularından dinc keçid edib. Nazirlikdən qeyd ediblər ki, “Defender” gəmisinə xəbərdarlıq atəşi açılmayıb və onun yoluna bomba atılmayıb, sadəcə olaraq, həmin vaxt ruslar dənizdə atəş təlimləri keçirirmişlər.
Britaniya gəmisinin Krım akvatoriyasında üzməsi barədə Rusiya tərəfinin açıqlaması böyük ehtimalla həqiqətdir. Amma məsələ burasındadır ki, belə olsa belə, bu, Rusiya dəniz sərhədlərinin pozulması demək deyil. Çünki beynəlxalq hüquqa görə, Krım Ukrayna ərazisidir və Böyük Britaniya dövləti də Krımı Ukrayna hesab edir. Bu baxımdan hər hansı pozuculuq faktından söhbət gedə bilməz.
Qeyd edək ki, “HMS Defender” esminetsi (destroyer) 2009-cu ildə suya buraxılıb. Onun uzunluğu 152 metr, sürəti saatda 55 km-dir. Gəmidə radiolokasiya stansiyası, zenit artilleriyası və raket qurğusu quraşdırılıb. Gəmi iyunun 14-də Niderlanda məxsus “HNLMS Evertsen” hava hücumundan müdafiə freqatı ilə birlikdə Qara dənizə daxil olub. Məlum olduğu kimi, Krımın ilhaqından sonra NATO Qara dənizdə öz mövcudiyyətini artırmağa başlayıb və hər ay ittifaqa üzv ölkələrin hərbi gəmiləri dənizə daxil olur və Ukraynaya dəstək nümayişi kimi bu ölkənin limanlarına yanaşır. Bu isə Rusiyada ciddi narazılıqla qarşılanır. Rusiya hərbi rəhbərliyi NATO gəmilərinin dənizdə aktivliyinin provokasiya məqsədi daşıdığını iddia edir.
Qara dənizdə suların isinməsinin əsas səbəbi şübhəsiz ki, NATO dövlətlərinin Ukrayna ordusunun gücləndirilməsi və modernləşdirilməsi, onun hərbi dəniz donanmasının dirçəldilməsi istiqamətində atdığı addımlardır. Elə cəmi 2 gün əvvəl – iyunun 21-də məhz “Defender”ın göyərtəsində Ukrayna və Büyük Britaniya hökumətləri arasında önəmli sənəd imzalanıb. Ukrayna müdafiə nazirinin müavini Aleksandr Mironyuk və Britaniya hökumətinin müdafiə sahəsində alqı-satqılar üzrə naziri Ceremi Kvin tərəfindən imzalanmış Memorandumda hərbi gəmilərin birgə layihələndirilməsi və tikintisi, Ukrayna gəmiqayırma müəssisələrinin rekonstruksiyası və Ukrayna Hərbi Dəniz Qüvvələri üçün 2 bazanın tikintisi nəzərdə tutulur. Ukrayna prezidenti Vladimir Zelenskinin ötən ilin oktyabrında Londona səfəri zamanı imzalanmış sazişə əsasən isə Britaniya Ukrayna ordusu və hərbi donanmasının inkişafı üçün 1,25 milyard funt-sterlinq ayırıb.
Moskvanı narahat edən başqa bir məsələ 28 iyun – 10 iyul tarixləri arasında Qara dənizdə Ukraynanın iştirakı ilə keçiriləcək “See Breeze” hərbi təlimləridir. ABŞ-ın 6-cı donanmasının, NATO-ya üzv və tərəfdaş 32 ölkədən 40-a yaxın hərbi gəminin və 5 minə yaxın hərbçinin qatılacağı təlimlərdə məqsəd Ukrayna ordusu ilə ABŞ və NATO qüvvələrinin birgə fəaliyyət bacarıqlarının artırılmasıdır. Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib ki, təlimlər pərdəsi altında NATO Ukraynaya ən müasir silahlar ötürəcək. Moskva ABŞ-ı “Qara dənizdə savaş variantlarının sınaqdan keçiriləcəyi” bu təlimlərdən imtina etməyə çağırıb.
Bütün bunlar Rusiya rəhbərliyində ciddi qıcıq yaradır. Niyə? Çünki bu halda Rusiyanın əlində Ukraynanı çəkindirən yeganə vasitə olan sərt güc alətinin siyasi təsiri azalır və müqavimət imkanları artan Ukrayna Moskvanın tələblərini daha inamla rədd edir. Ukrayna nümayiş etdirir ki, o, nəinki Donbas istiqamətində hər hansı porovokasiyaları dəf etməyə hazırdır, hətta Rusiyanın bütün sərhəd xətti boyu genişmiqyaslı hücuma başlaması ehtimalından da qorxmur və zəruri müdafiə tədbirləri görür. Bu baxımdan dost və tərəfdaş ölkələrlə hərbi əməkdaşlığın inkişafı zəruridir və təbiidir. Artıq Ukrayna ABŞ, Kanada, Britaniya və Türkiyədən müasir silah və müdafiə sistemləri almağa başlayıb. Türkiyə Ukraynaya “Bayraktar” zərbə dronları satmaqdan əlavə, öz tərsanələrində bu ölkə üçün 2 ədəd korvet inşa edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın günlərdə Türkiyə hökuməti ilə bu mövzuda ciddi söhbət aparacaqlarını deyib.
Yəqin ki, Rusiya yenə turist göndərməmə şantajı, Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlərin tətbiqi, Suriyada – İdlibdə Türkiyəyə yaxın qruplara rejimin hücumlarını təşviq etmək kimi daha öncə sınaqdan keçirdiyi təzyiq metodlarından istifadə edə biləcəyini Ankaranın nəzərinə çatdıracaq.
Moskva Ukraynanın NATO-ya qəbulunu özünün qırmızı xətti elan edib. İttifaqın lider dövlətləri hələlik Putinin təhrik etməmək üçün Ukraynanı (eləcə də Gürcüstanı) NATO-ya qəbul etməkdə tələsmirlər. Amma Ukrayna ordusunun gücləndirilməsi və NATO standartlarına uyğunlaşdırılması davamlı prosesdir. Müəllif: Şahin Cəfərli
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
|