"Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..." .....                     Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... .....                     Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU .....                     Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək .....                     "Əvvəllər toya kəllə qənd aparardılar... .....                     Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ .....                     Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar .....                     ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı .....                     "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq" .....                     Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb .....                     Öcalanın çağırışından sonra PKK təslim olmasa... .....                     Samir Şərifov bir kadr kimi .. .....                     "Çay susevən məhsuldur, su isə çox bahadır..." .....                     Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb .....                     "Suriya artıq İran üçün dəhliz olmayacaq" .....                     Muxtar Babayevin məqsədi nədir? .....                     Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı .....                     "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." .....                     Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... .....                     Əməkdar artist sevginin rengini tapıb .....                     İran çətin durumda: o, Bakıya qurban verilir? .....                     Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq .....                     İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib .....                     Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ .....                     DİQQƏT! Bu sosiskaları almayın! .....                     BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır .....                     Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... .....                     Xainin dəyişməyən xisləti .....                     Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... .....                     "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." .....                     Azərbaycanla sərhəddə yeni İran təhlükəsi .....                     “Yüzminlərin haqqı yenidən pozuldu” .....                     "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram" .....                     İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv .....                     Ağstafada SEÇKİ BAZARLIĞI... .....                     “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?” .....                     Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı .....                     İran Ermənistana qoşun yeridir? .....                     Daha bir xanım liposaksiyanın qurbanı oldu .....                     Tehranın “hücumuna” Bakıdan əks-həmlə: .....                 

Səudiyyə Ərəbistanının “qonşularla sıfır problem” açılımı – Səbəb və məqsədlər
Tarix: 5-05-2021, 08:31 | Çap et
Səudiyyə Ərəbistanının “qonşularla sıfır problem” açılımı
Dünən axşam Türkiyə Prezident Rəcəb Tayib Ərdoğanla Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz arasında telefon danışığı olub.

Ovqat.com Türkiyənin Prezident Aparatının Rabitə (İlətişim) Başkanlığına istinadən xəbər verir ki, telefon söhbətində iki ölkə arasındakı münasibətlər və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib.

Bəs bu telefon zəngi Yaxın Şərqdə hansı dəyişikliklərə səbəb ola bilər?

Prezident Ərdoğanla kral Salman arasında telefon danışığını şərh edən fəlsəfə elmləri doktoru, siyasi şərhçi Aydəm İsmayılov Ovqat.com-a açıqlamasında iki dövlət arasındakı münasibətlərin yenidən yaxşılaşdırılması cəhdinin təzə xəbər olmadığını, 21 Noyabr 2020-ci ildən başladığını bildirib: “Bilirsiniz ki, ABŞ-da son prezident seçkiləri noyabr ayının 3-də keçirilmiş və Baydeninmi, yoxsa Trampınmı qalib gəldiyi mübahisələri həftələrcə sürmüşdü. Noyabrın ikinci yarısında açıqlanan son səssayma məlumatlarında Baydenin qazandığı qəti yəqin olmuşdu. Səudiyyə kralı ilə Türkiyə prezidentinin uzun aradan sonra ilk telefon danışıqları da məhz bu zaman diliminə düşür. Ötən ilki telefon danışığında tərəflər iki ölkə arasındakı münasibətlər müzakirə etmiş və problemləri həll etmək üçün dialoq kanallarının açıq saxlanılması barədə razılığa gəlinmişdi. Təbii ki, bu telefon danışığında hər iki dövlətin, xüsusilə də Səudiyyə Ərəbistanının yeni ABŞ liderinin gözlənilən regional siyasətindən duyduğu narahatlığın önəmli rolu vardı. Məlum olduğu kimi, ABŞ-ın bundan əvvəlki lideri Donald Tramp Səudiyyə Ərəbistanı ilə çox yaxın əlaqələr qurmuş, hətta prezident seçildikdən sonra ilk səfərini Riyada etmişdi. Bilirsiniz ki, ilk səfərlər adətən strateji müttəfiqlərə edilir və Tramp bu addımı ilə Səudiyyə Ərəbistanına böyük önəm verdiyini ortaya qoymuşdu. Səudiyyə krallığı da bu səfərdən sonra özünü regional güc mərkəzi kimi hiss etmiş və bölgə dövlətləri ilə münasibətini xeyli gərginləşdirmişdi. ABŞ-ın yeni prezidenti Co Baydenin isə ərəb krallığına münasibəti birmənalıdır və Vaşinqton-Riyad arasında gərginliyin yaşanacağı sirr deyildi. Necə ki, Bayden prezident kürsüsündə oturduqdan qısa müddət sonra Səudiyyə vətəndaşı olan jurnalist Qaşıqçının öldürülməsi ilə bağlı kəşfiyyat məlumatlarını ictimailəşdirdi və bu raportda açıq şəkildə vəliəhd-şahzadə Məhəmməd bin Salmanın adı qətlin sifarişçisi kimi hallanırdı. Görünür, bu aqibəti əvvəlcədən görən krallıq region dövlətlərlə yaxın münasibətlər qurmağa çalışır və ilk addımı da Türkiyə ilə əlaqələri bərpa etməklə atmaq istəyirdi”.

Aydəm İsmayılovun fikrincə, Səudiyyə Ərəbistanı ötən ilin noyabrında Türkiyə ilə dialoq kanallarının açıq tutulması barədə razılaşmaya sadiq qaldığını bu il atdığı bəzi addımlarla sübuta yetirib: “Təsadüfi deyil ki, son 3 həftə ərzində kralla prezident iki dəfə telefonla danışıb və liderlər müxtəlif sahələrdə əməkdaşlıqlar barədə müzakirələr aparıblar. Bu da onların 2020-ci ilin noyabrında əldə etdikləri razılığa uyğun addım atdıqlarını göstərir”.

Həmsöhbətimiz Riyadın təkcə Türkiyə ilə deyil, hətta regiondakı ən qatı düşməni İranla da münasibətləri yaxınlaşdırmaq istiqamətində bəzi addımlar atdığına hazırlaşdığına inanır. “Ötən həftə Səudiyyə Ərəbistanının əsas siyasi iradəsi sayılan vəliəhd-şahzadə Məhəmməd bin Salman telekanallardan birinə verdiyi müsahibədə İrana dostluq mesajı göndərərək demişdi: "İran qonşu bir dövlətdir və biz onunla yaxşı və müstəsna münasibətlər qurmaq istəyirik. İranın rifah içərisində yaşamasını və onunla qarşılıqlı maraqlar əsasında əlaqələr qurmaq istəyirik". Məhəmməd bin Salmanın bu açıqlamaları Riyadın regional dövlətlərlə bağlı siyasətində çox əhəmiyyətli dəyişikliklərə gedəcəyini göstərir. Bəzi məlumatlara görə, Riyadla Təl-əviv arasında da gizli tutulan bir sıra əlaqələrin açıq şəkildə bəyan edilməsi gözlənilir. Bütün bu siyasətlər Riyadın “xarici siyasətdə o problem” strategiyasını mənimsədiyindən xəbər verir”.

A.İsmayılov inanır ki, Səudiyyə Ərəbistanının “qonşularla sıfır problem” diplomatik açılımını yalnız ABŞ-dan qorxusu ilə izah etmək doğru deyil, onun perspektiv iqtisadi siyasəti də bu məsələdə müəyyənedici amil kimi mühüm rol oynayır: “Son zamanlar dünya bazarında enerji daşıyıcılarının ucuzlaşması Riyad qarşısında ciddi problemlər yaratdı. Yaxın dövrə qədər dünyanın ən çox neft hasil edən dövləti kimi tanıdığımız Səudiyyə krallığı hasilatı artırdıqca qiymətlərin düşdüyünü gördü. Nəticədə yalnız neftlə uzağa gedə bilməyəcəyini anladı. Odur ki, rəsmi Riyad da bizim kimi qeyri-neft sektoruna keçməyə qərar verdi. Amma bizdən fərqli olaraq Səudiyyə Ərəbistanının əkinə yararlı torpaq sahələri yoxdur. Bu ölkədə yalnız sənaye müəssisələrini inkişaf etdirmək olar. Sənaye dövlətlərinin isə qarşısında çox ciddi problemlər dayanır. Başlıca problem istehlak bazarı uğrunda rəqabətdir. Uzun əsrlərdən bəri dünyanın bütün istehlak bazarını əlində cəmləşdirən Qərb və yeni dövrdə böyük sənaye nəhənginə çevrilən Çinlə rəqabət aparmaq üçün ilk növbədə yaxın ətrafdakı ölkələri gözdən keçirməlisən. Səudiyyə Ərəbistanı isə hardasa bütün qonşu dövlətlərlə düşməndir. Sözsüz ki, bu anlayışla qonşuda öz məhsullarını sata bilməzsən.

Üstəlik, Səudiyyə Ərəbistanının qonşularla düşmənçilik siyasətinin maliyyəti də böyük olur. ABŞ-dan, Qərb ölkələrindən aldığı silahlar bəzən onun valyuta ehtiyatlarını belə çətin vəziyyətə salır. Ən əsası isə, indiyədək 100 milyardlarla dollar xərclədiyi silahlar ona uğur da qazandırmayıb. Bu qədər böyük silah və maliyyə gücünə rəğmən dünyanın ən kasıb ölkələrindən sayılan Yəmən üzərində belə, üstünlük əldə edə bilməyib - hətta bütün ərəb ölkələrini öz ətrafında birləşdirməsinə baxmayaraq. Əlbəttə, bu uğursuzluqda region dövlətlərinin, xüsusilə İranın Yəmənə verdiyi dəstək də önəmli rol oynayıb. Düşmən olduğu digər dövlət olan Qətərə isə Türkiyə yardım edir. Səudiyyə Ərəbistanı Liviyada da Türkiyə ilə əks cəbhələrdədir və bu müharibədə də məğlub vəziyyətə düşüb. Riyadın müharibələrə xərclədiyi kapitallar, sözsüz ki, onun yeni iqtisadi strategiyasının büdcəsini daraldır və dövlət kimi perspektivini təhlükə altına atır”.

Siyasi şərhçi məhz bu səbəbdən də Riyadın qonşu dövlətlərlə, xüsusilə Türkiyə və İranla bağlı siyasətində yumşalma diplomatiyasına önəm verdiyini düşünür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Bu gün, 20:14
Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Bu gün, 20:13
Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Bu gün, 20:08
Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27
"Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25
Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21
ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40
"Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34
Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35
Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30
Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12
"Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08
Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03
"Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49
Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45
Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38
"Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34
Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30
Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25
İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21
Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18
İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14
Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14
DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12
BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09
Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58
Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55
Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52
"Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36
Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29
“Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25
"Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18
İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16
Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14
“Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54
Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48
İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46
Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44
Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09
Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05
Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05
Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00
Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17
Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00
Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55
Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru