Rusiyanı darmadağın edəcək iki silah: - “SWIFT” və “Nord Stream” bombası
Tarix: 29-04-2021, 15:08 | Çap et
“Avropa İttifaqı Rusiyanı “SWIFT” ödəniş sistemindən çıxara bilməz, çünki bu özəl bir quruluşdur və kimisə ordan ayırmaq özəl şirkətlərin səlahiyyəti daxilindədir”. Ovqat.com xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Rusiyanın “TASS” xəbər agentliyinə açıqlamasında belə deyib. O həmçinin vurğulayıb ki, “Şimal axını-2” (“Nord Stream-2”) layihəsi də mübahisəli mövzudur. “Artıq bu layihənin AB enerji mənbələrinin şaxələndirilməsinə xidmət etmədiyi aydın olub. Layihə özəl şirkətlərin məsuliyyətindədir və AB-nin onun taleyi ilə bağlı qərar qəbul etmək üçün vasitələri yoxdur”,- Borrell belə deyib.
Qeyd edək ki, dünən Avropa Parlamenti Qərb ölkələrini Rusiyanı SWIFT-dən ayırmağa, habelə "Ukraynadakı təcavüz davam edərsə" Rusiyanın nefti və qazından imtina etməyə çağırmışdı. Borrellin “TASS”-a açıqlamasından belə çıxır ki, Avropa Parlamentinin bu qərarı sadəcə tövsiyyə xarakteri daşıyır, onun həyata keçirilib-keçirilməməsi müvafiq özəl qurumların öz insafına qalıb. Bəs, Avropa Parlamentinin bu tövsiyyəsi nəzərə alına bilərmi və nəzərə alınarsa, Rusiyanı nə gözləyir? Sözü çox uzatmadan bildirək ki, Rusiyanın SWIFT-dən ayırmaq yeni və Avropa İttifaqına məxsus təklif deyil. Moskvaya qarşı ən təsirli silah kimi qiymətləndirilən bu tədbirlər artıq neçə ildir gündəmdədir və ötən il ABŞ-da keçirilən prezident seçkilərinə qatılan Cozef Baydenin seçki platformasının əsas müddəalarından idi. Bayden seçkiləri qazandıqdan sonra 2020-ci ilin dekabr ayının axırlarında etdiyi ilk çıxışlarından birində də bu məsələni yenidən gündəmə gətirmiş və ABŞ federal qurumlarına edilən haker hücumları səbəbiylə Rusiyanı SWIFT-dən çıxarmağı planlaşdırdığını bildirmişdi. Çiçəyi burnunda prezidentin bu çıxışının ardınca ABŞ Konqresində yaradılan bir işçi qrupu da Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi çərçivəsində onun beynəlxalq SWIFT pul köçürmə sistemindən çıxarılmasını tövsiyə etmişdi.
Vaşinqtondan gələn bu təhdidlər Moskvada ciddi təşviş yaratmış, Rusiya Banklar Assosasiyasının sədr müavini Aleksey Voylukov sözügedən ehtimalın baş tutacağına inanmadığını demişdi. Bankirin sözlərinə görə, belə bir qərar qəbul edilsə, Amerika şirkətləri də iş aparmaqda çətinlik çəkəcəklər. Nəzərə alsaq ki ABŞ-Rusiya arasındakı ticarət dövriyyəsi ötən ilin ilk 7 ayında cəmi 14 milyard dollar olub və onun sadəcə təxminən 8 milyardı ixracın payına düşüb, Rusiyanın çökdürülməsi üçün indiyədək 100 milyarlarla dollar xərcləyən Vaşinqton üçün bu məbləğ o qədər ciddi itki sayılmaz. Deməli, Aleksey Voylukovun nikbinliyi də əsaslı deyil. Rusiyanı çökdürməklə onun beynəlxalq bazarda tutduğu yeri dolduran ABŞ qısa müddət ərzində bu itkisini asanlıqla, özü də dəfələrlə artıq kompensasiya edə bilər. Əslində Rusiya rəsmiləri də bu təhlükəni istisna etmir, hətta bəzi qarşı tədbirlər gördüklərini gizlətmirlər. Belə ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bu yaxınlarda mətbuata verdiyi açıqlamasında Rusiyanın SWIFT ödəmə sisteminin analoqunu yaratmaq üçün bir bazaya sahib olduğunu söyləmişdi. Ondan əvvəl isə Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov, Rusiyanın beynəlxalq SWIFT sistemindən çıxması da daxil olmaqla, Qərbin bütün mümkün təhdidlərini nəzərə aldığını qeyd etmişdi.
Moskvanın SWIFT təhdidinə qarşı tədbirlərinə gəlincə, məlumata görə, ötən il Rusiya, Çin və Hindistanla bir yerdə ortaq yeni pul köçürmə sistemi üzərində baş sındırmış və bu istiqamətdə müəyyən addımlar atmışdır. “The Economic Times” qəzetinin bildirdiyinə görə, Rusiya Mərkəzi Bankı 2017-ci ildə qurulan və BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) ölkələrində pul köçürmələri üçün nəzərdə tutulan SPFS adlı ödəmə sisteminin məqsədi ABŞ-ın mümkün sanksiyalarına qarşı ticari münasibətləri sürdürməkdir. Moskvanın planına əsasən, ilk növbədə, Çinin yerli bankları arasındakı pul transferləri aparan CIPS pul köçürmə sistemini Rusiya Mərkəzi Bankına məxsus SPFS maliyyə informasiya sisteminə inteqrasiya etməklə bu problemin öhdəsindən gəlinəcəkdi. Di gəl ki, Hindistan bu sistemə keçməyə hazır deyildi və öz transfer sistemini inkişaf etdirirdi. Hindistanın yaradacağı yeni sistem sınaq mərhələsindən keçdikdən sonra onun da SPFS-yə qoşulması planlaşdırılır. Qısası, Rusiya və BRİCS-in digər üzvləri arasında yaradılması planlaşdırılan alternativ maliyyə transferi sistem hələ qurulma məhrələsindədir və uzaqbaşı bəzi inkişaf etməkdə olan dövlətlər arasında pul axışını nəzərdə tutur. İnkişaf etmiş ölkələrin bu sistemə qoşulması isə inandırıcı deyil. Rusiyanın əsas gəlirinin Avropa ölkələrinə satılan enerji daşıyıcılarının ixracından ibarət olduğunu nəzərə alsaq, BRİCS ölkələrinin birgə yaratdıqları və planlaşdırdıqları alternativ ödəmə sistemlərinin yaraya məlhəm olacağı böyük şübhə altındadır. SWIFT-dən ayrılacağı təqdirdə, Avropa ilə ticari əlaqələri kəsiləcək olan Rusiyanın itkisini isə təsəvvür etmək belə, asan deyil. ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, Rusiyanın neft idxalının 84%-i, təbii qaz idxalının isə 76%-i Avropanın payına düşür.
Rəsmi statistikaya nəzər salsaq, 2018-ci ildə Rusiyanın Avropaya ixracatı 152 milyard avronu keçmişdi. 2019-cu ildən etibarən isə ixracat sahəsində ciddi problemlərlə qarşılaşan Rusiyanın gəlirləri bir il sonra daha da azalmışdı. Ötən il Avropaya ixrac həcmi 2019-cu illə müqayisədə 34,3% azalaraq 95,2 milyard avroya düşmüşdü. Bir ildə 35%-ə yaxın geriləmə, sözsüz ki, ciddi çöküşdür və SWIFT-dən ayrılacağı təqdirdə bu nisbət daha böyüyəcək. Növbəti sual: Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin də zikr etdiyi kimi, SWIFT-dən çıxarılmaq qərarı nə Avropa İttifaqının, nə də ABŞ-ın səlahiyyətinə yox, bu sistemi yaradan özəl şirkətə aiddirsə, bəs, həmin qurumlar Avropa İttifaqının tövsiyyələri nəzərə ala bilərmi? Zənnimcə, bu suala doğru cavab vermək üçün SWIFT-in özəlliklərinə qısaca nəzər salmaq kifayətdir. SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir. SWIFT 1973-cü ildə 19 ölkədən olan 248 bank tərəfindən Belçika qanunvericiliyinə əsasən yaradılmış bir cəmiyyətdir. SWIFT banklara maliyyə əməliyyatları haqqında məlumatları təhlükəsiz, etibarlı və standartlaşdırılmış şəkildə göndərməyə və qəbul etməyə imkan verir. Banklar öz aralarında razılaşaraq beynəlxalq pul köçürmələri kimi əməliyyatları həyata keçirmək üçün ortaq bir dildən – “SWIFT kodu”dan faydalanırlar. 200-dən çox ölkədə 10 mindən çox maliyyə təşkilatı SWIFT üzvüdür. ABŞ isə SWIFT sistemində pul köçürmələrini izləyə bilir. Mütəxəssislərin fikrincə, məhz bu səbəbdən SWIFT nə qədər özəl qurum kimi görünsə də, ABŞ-dan birbaşa asılıdır. 2018-ci ildə ABŞ İranı SWIFT-dən ayırarkən, bəzi Avropa ölkələri Trampın bu qadağalarını pozmaq üçün INSTEX adlı yeni sistem yaratdılar. Amma bu sistemlə yalnız gündəlik tələbat mallarını İrana ixrac etmək mümkün oldu. Neft və qaz kimi enerji daşıyıcılarının alış-verişinə isə bu sistemi tətbiq etmək baş tutmadı. Çünki beynəlxalq enerji bazarı ABŞ dolları ilə işləyir. Hazırda dünyanın ən iri enerji hasilatçısı ABŞ olduğundan bu ənənəni dəyişdirmək asan görünmür. Eyni bazarda müxtəlif pul vahidlərinin işləməsi qarışıqlıq yaradacağından beynəlxalq oyunçuların buna gedəcəyi də inandırıcı deyil. Təsadüfi deyil ki, Rusiya ilə Çin ticarət dövriyyəsində ABŞ dollarını aradan qaldırmaq istəsələr də, ötən ilki statistik məlumatlar bu planda uğur qazana bilmədiklərini göstərir; iki ölkə arasında alış-verişlərin 55.8%-i yenə dollar üzərindən reallaşmışdı. Elə bu faktın özü də SWIFT-dən ayrılacağı təqdirdə Rusiyanın neft və qaz satışında ciddi problemlərlə üzləşəcəyinə işarədir. Avropa İttifaqının dünənki qərarında tövsiyyə edilən digər sanksiya tədbirlərindən biri də, qeyd olunduğu kimi, “Şimal axını-2” layihəsinin dayandırılması ilə bağlıdır. Məlumdur ki, bu məhdudiyyət ABŞ-ın Avropa dövlətləri qarşısında qoyduğu əsas tələblərdəndir. İlk dəfə Donald Tramp hakimiyyəti zamanı dilə gətirilən tələbə ən çox qarşı çıxan Almaniyadır. Hətta D.Tramp 2018-ci ildə keçirilən NATO toplantısında Almaniyanın bu israrçı müxalifliyini “tamamilə Rusiya tərəfindən idarə olunmaq” qiymətləndirərək demişdi: “Biz Almaniyanı Rusiyaya qarşı qorumaq üçün milyardlarla dollar xərcləyəcəyik və Almaniya isə Rusiyanı ayaqda tutmaq üçün milyardlarla dollar ödəyəcək. Bunun uyğun olmadığını düşünürəm". Avropa Parlamenti də Ukraynanın istəyi ilə ötən il 17 sentyabrda qəbul edilmiş bəyannaməsində müttəfiqləri Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə və “Şimal Axını-2” layihəsini bloklanmağa çağırmışdı. Yeri gəlmişkən, qurumun dünənki qərarında da Kiyevin mühüm rolu olduğu bildirilir.
Merkel hakimiyyəti isə “Şimal axını-2” layihəsinə önəm verməsini öz enerji tədarükünü şaxələndirmək strategiyası ilə izah edir. Halbuki, bu layihə “Şimal axını-1”-ə parallel olaraq çəkilir və hər iki boru kəmərindən birlikdə Almaniyaya ildə 110 milyard kub metr qaz nəqli nəzərdə tutulur. Bu da Almaniyanın enerji təchizatını tamamilə Rusiyadan asılı vəziyyətə sala bilər. Almaniyanın “Die Zeit” qəzetinin yazdığına görə, ABŞ da bu məntiqdən çıxış edərək, Berlinə daha ucuz qiymətə sıxılmış qaz satmaq təklifində bulunur, hətta bunun üçün tikiləcək LNG terminalı üçün 1 milyard avro investisiya ayırmağa boyun olurdu. Yeganə şərti isə Almaniyanın “Şimal axını-2”-dən imtina etməsi idi. Bu zamanadək ABŞ-ın bütün dilə tutmaları heç bir nəticə vermir, Merkel “Nuh” deyib, “peyğəmbər” demirdi. Amma bu il Rusiyaya qarşı sanksiyalar qarşısında ən böyük əngələ çevrilən Merkel hakimiyyətinin də sona çatacağı ehtimalı var. Almaniyada sentyabr ayının sonlarına keçiriləcək seçkilərdə ABŞ-ın dəstəklədiyi “Yaşıl” partiyasının qələbə çalacağı gözlənilir. Bu ilin mart ayında bəzi əyalətlərdə keçirilən təkrar seçkilərin nəticələri də bu gözləntiləri doğruldur. Məlumata görə, Baden-Württemberg əyalətində “Yaşıllar” 32.6% səs toplayaraq yarışı birinciliklə tamamladı. Reynland-Pfalz əyalətində isə seçimin qalıbi 35.7%-lə Liberal-demokratlar oldu. Baden-Württemberg əyaləti: Yaşıllar: 32.6% (2016-cı ildəki son seçki ilə müqayisədə + 2.3%) CDU: 24.1 (-2.3) % SPD: 11.0 (- 1.7)% FDP: 10.5 (+ 2.2)% AfD: 9,7 (- 5,4)V Rheinland-Pfalz əyaləti SPD: 35.7 (- 0.5) % CDU: 26.5 (- 4.1) % Yaşıllar: 9.3 (+ 4.0) % AfD: 8.3 (- 4.3) % FDP: 5.5 (- 0.7) % Freie Wähler: 5.4 (+3.2) % Tablodan da göründüyü kimi, hər iki əyalətdə də Merkelin partiyasının ciddi səs itirdiyi, “Yaşıllar”ın isə nüfuzunu artırdığı görünür. Bu partiyanın Baş nazirliyə namizədi Annalena Berbok seçki təşviqatı zamanı açıq şəkildə “Şimal axını-2” layihəsinin dayandırılmasını tələb edərək deyirdi: “Şimal axını-2” geosiyasi səbəblərdən dayandırılmalıdır. Bu şəkildə enerji siyasəti sahəsində daha müstəqil olarıq”. Görünən budur ki, Almaniyada sentyabrda keçiriləcək seçkilərdən sonra Rusiyanın olan-qalan ümidləri də tükənəcək. Heydər Oğuz, Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Bu gün, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Bu gün, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Bu gün, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
|