Dünyanın canı boğazında, gözü Türkiyədə - MONTRE HƏYƏCANI
Tarix: 12-04-2021, 08:10 | Çap et
Ötən həftə Türkiyə gündəmi yeni bir hərbi çevriliş təhdidi ilə çalxalandı. Gündəmə bomba kimi düşən bu xəbər - gecəyarısı 104 nəfər təqaüdə çıxmış admiralın imzaladığı bəyanat idi.
Bəs onları bu bəyanatı imzalamağa sövq edən nə idi? Bölgədə beynəlxəlq münasibətlərin gərginləşdyi bir vaxtda bu, təsadüf idimi? Yoxsa müəyyən oyunlarmı oynanılır?
Öncə gedişata nəzər salaq
Son iki həftədə dünyanın gözü Rusiya-Ukrayna münasibətlərində və Türkiyənin verə biləcəyi qərarlardadır. Bu qarışıq və gərgin dövrdə Türkiyə Cümhuriyyəti İstanbul Konvensiyasından imtina edib, boğazlar məsələsini müzakirə etdi. Rusiya Ukraynada yaratdığı separatçı rejimlərə dəstək göndərərkən, Qərb dünyası Ukraynaya tam dəstək olacağını bildirdi. Qərb həm də dəstəyini sadəcə kağız üzərində deyil, hərbi ləvazimat olaraq da göndərmək niyyətindədir. Bunun üçün Qara dənizə keçmək şərtdir.
Türkiyə isə boğazlar məsələsində hüququ olan kilid dövlətdir. Həm Rusiya ilə siyasi münasibətərini normallaşdıran Türkiyə, eyni zamanda Ukraynanın da yaxın dostudur. Ona görə də dünyanın gözü Türkiyədə və onun verəcəyi qərardadır.
9 aprel 2021-ci il tarixində Rusiya Prezidenti Vladimr Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonda mövcud böhranı dəyərləndirib və hər iki ölkə mətbuatının yazdığına görə, Putin Ərdoğandan Montre müqaviləsinə sadiq qalmasını xahiş edib.
Eyni gündə Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə səfər etdi. 10 aprel tarixində Zelenski Ankarada Ərdoğanla görüşdü və bu görüş bağlı qapılar arxasında üç saat davam etdi. Görüşdən sonra keçirilən mətbuat konfransında isə Türkiyə rəsmən və qəti surətdə Ukraynanın ərazi bütövlüyünü və mövcudiyyətini dəstəklədiyini, Krım məsələsində güzəştə gedilməyəcəyini bəyan etdi. Krım tatarlarının adının çəkilməsi də bir daha Rusiyaya verilmiş mesaj kimi qiymətləndirildi.
Böhran dönəmində admiralların çevriliş təhdidi
25 mart tarixində “TRT Türk” telekanalında Türkiyənin İstanbul Konvensiyasından çıxması ilə bağlı gündəm dəyərləndirməsi edilərkən, proqrama qatılan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop aparıcının “Bir gün bir dövlət başçısı gəlib mən Avropa İnsan Haqları Konvensiyasından çəkildim, yaxud da BMT İnsan Haqları Konvensiyasını ləğv etdim deyərsə, bunu edə bilərmi? Yaxud da, Montre müqaviləsini ləğv edirəm deyərsə, edə bilərmi” sualına “edə bilər” cavabını verdi. Burada nə Ərdoğanın adı çəkildi, nə də mövcud sistemin bu müqaviləni ləğv etmək haqqında bir fikri olduğunu açıqladı. Sadəcə başqanlıq sistemində istənilən dövlət başçısının müqaviləni ləğv etmək gücü olduğunu vurğuladı.
Üstündən bir həftə keçmişdi ki, təqaüdə çıxmış Hərbi Dəniz Qüvvələrinin admiralları bəyanat imzaladılar. Bəyanatda Türkiyə Cümhuriyyətinin Lozanna konfransından sonra Montre müqaviləsinin ikinci diplomatik qələbəsi olduğu, bölgə dövlətlərinn təhlükəsizliyi üçün bu müqavilənin önəmli olduğu və müzakirələrə çıxarılması haqqında narahatçılıq ifadə edildi. Bəyanat mətninin ən nəzərəçarpan hissəsi isə aşağıdakı oldu:
“Bu gerçəklərlə Türk Silahlı Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin bu dəyərlərin xaricinə çıxmış Atatürkün açdığı yoldan uzaqlaşma göstərilən hərəkətlərini qınayır və bütün varlığımızla qarşı çıxırıq. Əks halda Türkiyə Cümhuriyyəti tarixdə örnəkləri olan durğun və mövcudiyyət üçün təhlükəli hadisələri yaşamaq riski ilə üzləşəcək”.
Bu bəyanata Türkiyə iqtidarı ilə yanaşı muxalifət partiyaları da sərt reaksiya bildirdi. Mustafa Şəntop isə mediaya daha bir açıqlama verərək, Montre müqaviləsinin müzakirəsinin gündəmdə və müzakirə mövzusu olmadığını bildirdi.
Montre müqaviləsi və türk diplomatiyasının qələbəsi
“Boğazlar Türkiyənin dəniz məsələsi deyil, müstəqillik, təhlükəsizlik məsələsidir”, - deyirdi M.K.Atatürk.
Osmanlı dövlətinin mövcudiyyəti zamanından boğazlar məsələsi bölgə dövlətləri üçün əhəmiyyətli idi. Heç bir dövlət tam olaraq dənizlərə və boğazlara sahiblənə bilmirdi. I Dünya Müharibəsi zamanı Osmanlının bir sıra məğlubiyyətləri boğazları müttəfiq dövlətlərin istədikləri kimi istifadəsinə vermişdi. Onlar müharibə etdikləri dövlətlərə qarşı rahatlıqla hərbi gəmilər göndərə bilirdi.
Qurtuluş savaşından sonra Avropa dövlətləri ilə birgə keçirilən gərgin Lozanna konfransında 18 akt, bəyanat, protokol imzalandı ki, bunların yekun maddələrinin 23-cü bəndi boğazlar məsələsinə həsr edildi və 3 əsas maddədə yer aldı:
- Boğazlar hərbsizləşdirilir;
- Boğazlardan hərbi gəmilərin keçməsinə icazə verəcək komissiya yaradılır. Bu komissiya Millətlər Cəmiyyətinə hesabat verməlidir;
- Gələcəkdə Türkiyəyə qarşı hərbi təhdid olmaması üçün Millətlər Cəmiyyətinin, xüsusən də Fransa, İngiltərə, İtaliya və Yaponiyanın rəsmi zəmanəti verilir.
Bu müqavilə ilə boğazlar və dənizlər üzərində hakimiyyətə sahib olmasa da, müharibədən çıxmış və gələcəyi naməlum olan Türkiyə üçün müharibə apardığı böyük dövlətlərdən bu zəmanəti almaq diplomatik uğur idi. Bununla Türkiyə dənizlərdən gələcək təhlükəni sovuşdurmuş oldu. Daha sonralar isə Mustafa Kamal Atatürk hökuməti gələcəkdə Türkiyəni gücləndirmək və boğazlar məsələsinə bir də baxılacağı haqqında bir necə açıqlama vermişdi.
17 aprel 1935-ci ildə Millətlər Cəmiyyətinin fövqəladə iclasında, o zaman Türkiyə Cümhuriyyətinin xarici işlər naziri olan Tevfik Rüştü Aras Lozanna konfransında boğazlara dair qəbul edilmiş üç maddədən birinin ləğvini istədi ki, bu da boğazların Türkiyə tərəfindən silahsızlaşdırılması maddəsi idi. O, tələbini bununla izah etdi ki, Millətlər Cəmiyyətinin nüfuzu düşüb, beynəlxalq münasibətlər dəyişib, Avropa ölkələri hər an bir-biriinə qarşı müharibəyə başlaya bilər və Türkiyənin dənizlərdən təhlükəsizliyi sual altındadır. Türkiyə Cümhuriyyəti özünə qarşı təhdid və təhlükə hiss etdiyindən boğazlar məsələsinin bu maddəsinin ləğvində israr etdi və bu istəyinə nail oldu. Millətlər Cəmiyyətində təmsil olunan ölkələrin dəstəyini ala bildi və yeni konfrans keçirilməsi qərara alındı. Bircə İtaliya dəstəkləmədi...
Türkiyənin dəniz hakimiyyətinə yönəlik Montre konfransları 1936-cı ilin 22 iyununda başladı, iyulun 20-dək davam etdi. 20 iyul axşamı yekun akt qəbul edildi və müqavilə bağlandı. 29 maddə, əsas 4 sənəd və 1 protokol imzalandı. Montre müqaviləsinin qəbul edilən təməl prinsipləri aşağıdakı kimidir:
1. Türkiyənin təhlükəsizliyinin təmin olunması. Boğazlar komissiyasının ləğv edilməsi;
2. Qara dənizin və ətraf ölkələrin təhlükəsizliyinin açarının Türkiyədə olması;
3. Türk boğazlarından ticarət gəmilərinin keçiş sərbəstliyi;
4. Qara dəniz və Aralıq dənizi arasında gəmilər tənzimlənməsinə Türkiyənin nəzarəti.
Beləliklə Türkiyə diplomatik qələbə qazandı və boğazlar üzərində öz müstəqil hakimiyyətini rəsmiləşdirdi. Döyüş gəmiləri xaric bölgə dövlətlərinin ticarət gəmiləri öz bayraqları altında boğazlardan sərbəst keçə bilərdi. Əgər ticrət gəmisi boğazlardan keçən dövlət Türkiyə ilə müharibə vəziyyətindədirsə, Ankaranın tam ixtiyarı var ki, həmin gəmilərə bəzi qadağalar, limitli və icazəli keçid tətbiq etsin.
Hərbi gəmilər məsələsinə gəlincə, bu gəmilərdə tək Türkiyə üçün deyil, Qara dəniz ətrafı ölkələrin də lehinə bəzi limitlər əsas götürülürdü. Məsələn, Qara dəniz ətrafına aid olmayan xarici dövlətlərin gəmilərinə 30 tondan artıq hərbi yük daşımaq qazadan edilirdi və həmin gəmilər Qara dənizdə 21 gündən artıq qaz bilməzdi.
Bununla Türkiyə Qara dəniz ölkələrinin də təhlükəsizliyinin təminatçısına çevrildi. 1936-cı ildən sonra bu nizam belə də davam eti. Türkiyə II Dünya Müharibəsinə qatılmamaqla region ölklərini də, özünü də qorumuş oldu. SSRİ bir neçə dəfə müharibəyə çəkmək istəsə də, Türkiyə diplomatiyası təhdidlərə və vəd edilənlərə qarşı soyuq münasibət göstərməklə bir daha qələbə qazanmışdı.
Hazırda yenidən Qara dəniz regionunda münasibətlərin gərginləşməsi və beynəlxalq müstəvidə müzakirə edilməsi Türkiyəni yenidən önəmli, hadisələrin mərkəzində duran dövlət olaraq göstərməkdədir. Təqaüdə çıxmış admiralların da narahatçılığı Türkiyənin varlığı və gücü üçün başadüşüləndir. Lakin unutmaq lazım deyil ki, Türkiyədə hərbi çevirilişlər, yaxud da çevrilişlərlə hədələmələr hər zaman kənar qüvvələrin dəstəyi ilə baş verib. Regionun müharibə böhranı yaşadığı dövrdə öz dövlətini təhdid edənlərin arxasında hansı qüvvələrin olduğunu isə zaman göstərəcək. //ayna.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
• İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10 |
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Dünən, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Dünən, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Dünən, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Dünən, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Dünən, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Dünən, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Dünən, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Dünən, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Dünən, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Dünən, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
11-01-2025, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
11-01-2025, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
11-01-2025, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
11-01-2025, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
11-01-2025, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
11-01-2025, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
11-01-2025, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
11-01-2025, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
11-01-2025, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
11-01-2025, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
11-01-2025, 13:58 |
|
|
|
|