Pentaqondan Moskvaya kritik siqnal: - ABŞ və Rusiya orduları Ukraynada toqquşa bilər
Tarix: 3-04-2021, 09:21 | Çap et
ABŞ-Rusiya qarşıdurmasının növbəti plasdarmı Ukrayna ola bilər. Daha doğrusu, elə 2014-cü ildən strateji müharibə arsenalına çevrilən Ukraynanın başı üzərində yeni qara buludlar dolaşmaqdadır. “Yeni Müsavat” bildirir ki, iki supergücün mübarizəsində Qərbdən rəsmi Kiyevə açıq siyasi dəstək ifadə olunsa da, bu, hələlik sözdə görünməkdədir.
Yəni Ukrayna Rusiya qarşısında öz gücünə dayanmağa məhkum edilib. Halbuki Qərb və ABŞ daha böyük dəstək vəd etmişdilər. İndi isə Donbas istiqamətində vəziyyətin gərginləşməsi ilə ABŞ-dan Ukraynaya yenə dəstək vədləri gəlməkdədir. Belə ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Ukraynanın müdafiə naziri Andrey Taran arasında telefon danışığı olub. ABŞ müdafiə naziri öz ölkəsinin Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və Avro-Atlantik məkana inteqrasiyası ilə bağlı səylərinə dəstəyini bir daha ifadə edib. Ostin Ukraynanın şərqində Rusiyanın təxribatçı hərəkətlərini pisləyib və martın 26-da 4 əsgərin ölümü ilə bağlı ukraynalı həmkarına başsağlığı verib. ABŞ müdafiə naziri deyib ki, onun ölkəsi Rusiyaya qarşı Ukraynanın özünümüdafiə qüvvələrinin gücləndirilməsinə dəstəklə bağlı öhdəliyinə sadiqdir və Ukraynanı Rusiya ilə qarşıdurmada yalnız buraxmayacaq.
Qeyd edək ki, 2014-cü ildən bəri ABŞ Ukraynaya 2 milyard dollar dəstək verib. Ancaq faktiki onu tək buraxıb. Pentaqon rəhbərinin ukraynalı həmkarı ilə sonuncu telefon söhbətindən sonra Vaşinqton Kiyevə nə kimi dəstək olacağı maraqla gözlənilir. Rusiya ilə hərbi qarşıdurma olacağı təqdirdə ABŞ Ukraynanı yenə yalqız buraxacaqmı?
Hər halda budəfəki açıqlama Vaşinqtondan Moskvaya olduqca ciddi siqnaldır və Baydenin gəlişi ilə başlayan ikinci “soyuq müharibə” dövrünə təsadüf edir. Bu, o deməkdir ki, ABŞ və Rusiya hərbi qüvvələri Ukraynada toqquşa bilərmi? Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib ki, Rusiyanın Ukraynanın şərqindəki addımları ötən ilin iyulunda ATƏT-in vasitəçiliyi ilə əldə olunmuş sabitliyi pozur.
Siyasi təhlilçi Ramiyə Məmmədovanın “Yeni Müsavat”a sözlərinə görə, Rusiya göz qorxudur və müharibə aparmaq istəmir: “Çünki müharibələrdən yorulub. Onu da yaxşı bilir ki, Ukrayna ilə açıq müharibə NATO ilə burun-buruna dayanmaq demək olacaq. Üstəlik, Ukrayna ordusu 7 il əvvələ baxanda indi daha mütəşəkkildir, hazırdır. Doğrudur, Rusiyanın potensialı onu çox üstələyir, müqayisə oluna bilməz, amma ABŞ səhvini təkrar etməyəcək, bu dəfə dəstəyini artıracaq”.
Ekspert güman edir ki, Ukrayna Azərbaycanın 44 günlük müharibəsindən ruhlanıb: “Amma fərq budur ki, onlarla döyüşən erməni yox, rusdur. Kiyev NATO və ABŞ-ın real dəstəyini aldığına əmin olmasa, irəli getməyə çalışmayacaq. O baxımdan rus silahlarına qarşı Ukraynanın savaşı məğlubiyyətə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, Çin, Rusiya və İran arasında bir mərkəzləşmə gedir və bölgədə müharibənin alovlanması ehtimalını hələlik istisna edirəm”.
Siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, Ukraynanın şərqindəki eskalasiyaya və sərhəddə Rusiyanın aktivliyinə ABŞ-ın reaksiyası əvvəlkilərdən fərqlidir. Onun sözlərinə görə, ABŞ 2014-cu ildən fərqli olaraq Ukraynanı Rusiya təcavüzündən qorumaqda israrlı görünür: “26 martda Donetsk ətrafında atəşkəs pozuntusu və 4 Ukrayna əsgərinin həlak olması, eləcə də sərhəddə və Krım istiqamətində Rusiya ordusunun hərəkətliliyinin artmasından sonra aşağıdakı addımlar atıldı: ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Sallivan Ukrayna prezident ofisinin rəhbəri Yermak, dövlət katibi Blinken isə xarici işlər naziri Kuleba ilə əlaqə saxladı; ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargahlar Komitəsinin sədri Rusiya və Ukrayna ordularının Baş Qərargah rəisləri ilə telefon söhbəti apardı; ABŞ-ın Avropa komandanlığı döyüş hazırlığının səviyyəsini yüksəltdi; ABŞ, Britaniya və Kanadanın Kiyevdəki hərbi attaşeləri Ukrayna müdafiə naziri və Ukrayna ordusunun ölkənin şərqindəki birləşmiş qüvvələrinin komandanı ilə görüş keçirdi; NATO qərargahında üzv dövlətlərin səfirlərinin toplantısı çağırıldı; ABŞ və Ukrayna müdafiə nazirləri Ostin və Taran arasında telefon söhbəti oldu. 2014-cü ildə Krımın ilhaqı zamanı və Donetsk-Luqansk vilayətlərində aqressiv separatizm baş qaldırarkən ABŞ bu cür diplomatik aktivlik göstərməmiş və Rusiyanı çəkindirəcək hər hansı addım atmamışdı”.
Ş.Cəfərlinin fikrincə, Tramp dövründə qlobal miqyasda zəifləmiş mövqelərini bərpa edəcəklər: “İndi Rusiyanın növbəti aqressiv cəhdlərinin qarşısını ala bilməsələr, onda bu sözlərin inandırıcılığı qalmayacaq və həyata keçirəcəkləri strategiya ilk başdan zərbə alacaq. Rusiyanın təlimlər adı ilə hazırda Ukrayna sərhədlərində gəzdirdiyi qüvvələr əslində genişmiqyaslı hücum üçün yetərli deyil. Yəni sərhədlərdən Ukraynanın içərilərinə hücum üçün nəzərdə tutulmayıb və daha çox ABŞ-ı yoxlamaq, Ukraynanı qorxutmaq məqsədi daşıyır”.
Politoloq Qabil Hüseynlinin azpolitika.info-ya geniş müsahibəsində dediyinə görə, hazırda Ukrayna cavab zərbəsi hazırlayır: “Əlbəttə, Ukrayna Baş Qərargahının hansı tədbirləri nəzərdə tutduğunu mən bilmirəm, amma bildiyim qədər Ukrayna ilk növbədə Donetsk və Luqansk vilayətlərini bir-birindən ayıraraq Rusiya ilə sərhədlərə çıxmaq, dövlət sərhədini bütünlüklə nəzarətə götürmək istəyir. Bundan sonra Luqansk və Donetskdəki separatçılar, eləcə də ərazidəki rus hərbçiləri ilə məsələni birdəfəlik həll etmək niyyətindədir. ”Normand beşliyi"nin prinsipləri, eləcə də Minskdə olan əlavə razılaşmalar da buna icazə verir".
Analitik hesab edir ki, Ukrayna tək deyil, Kiyevin arxasında NATO, ABŞ dayanır: “Əgər Rusiya Ukrayna ilə bu şəkildə davranmağı sürdürsə, zənnimcə, çox qorxulu nəticələrlə üzləşəcək. Hər halda, Rusiya Ukraynaya hücum etməyə çalışsa, NATO qüvvələrilə üz-üzə dayanmalı olacaq”.
Ukraynalı politoloq Taras Berezoveç də bildirib ki, ölkəsinin müttəfiqləri vəziyyətin təhlükəli olduğunu başa düşürlər: “Yalnız onların Ukrayna rəhbərliyini düzgün istiqamətləndirə biləcəklərinə ümid qalır. Rəqib kiminlə iş gördüyünü gözəl bilir. Hər şey həddən artıq ciddidir”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
• İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10 |
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Dünən, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Dünən, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Dünən, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Dünən, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Dünən, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Dünən, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Dünən, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Dünən, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Dünən, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Dünən, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
11-01-2025, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
11-01-2025, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
11-01-2025, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
11-01-2025, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
11-01-2025, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
11-01-2025, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
11-01-2025, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
11-01-2025, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
11-01-2025, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
11-01-2025, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
11-01-2025, 13:58 |
|
|
|
|