Putin üçün həyəcan siqnalı... .....                     "İstəyənin bir, verməyənin iki üzü qara... .....                     Ermənistandakı silahlar kimə tuşlanacaq? .....                     İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi .....                     Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş .....                     Yeni virusa yoluxanların 43 faizi ölür? .....                     “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" .....                     "Mən sənətdə olanda sən yox idin" .....                     İsrail Azərbaycana yeni səfir təyin edib .....                     "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..." .....                     Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... .....                     Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU .....                     Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək .....                     "Əvvəllər toya kəllə qənd aparardılar... .....                     Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ .....                     Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar .....                     ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı .....                     "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq" .....                     Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb .....                     Öcalanın çağırışından sonra PKK təslim olmasa... .....                     Samir Şərifov bir kadr kimi .. .....                     "Çay susevən məhsuldur, su isə çox bahadır..." .....                     Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb .....                     "Suriya artıq İran üçün dəhliz olmayacaq" .....                     Muxtar Babayevin məqsədi nədir? .....                     Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı .....                     "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." .....                     Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... .....                     Əməkdar artist sevginin rengini tapıb .....                     İran çətin durumda: o, Bakıya qurban verilir? .....                     Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq .....                     İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib .....                     Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ .....                     DİQQƏT! Bu sosiskaları almayın! .....                     BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır .....                     Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... .....                     Xainin dəyişməyən xisləti .....                     Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... .....                     "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." .....                     Azərbaycanla sərhəddə yeni İran təhlükəsi .....                 

NATO Ukraynanı Qara dənizdə tək qoyub aradan çıxıb? – ABŞ “yox” deyir, Polşa və Bolqarıstan isə ayrı fikirdədir
Tarix: 2-04-2021, 11:40 | Çap et
NATO Ukraynanı Qara dənizdə tək qoyub aradan çıxıb?
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Rusiya ilə münaqişə zamanı Vaşinqtonun Kiyevə dəstək verməyə hazır olduğunu bildirib.

Ovqat.com xəbər verir ki, Ukraynanın Müdafiə Nazirliyi iki ölkənin nazirlərinin telefon danışıqlarının yekunlarını şərh edən açıqlamasında belə deyilir.

Məlumata görə, "ABŞ-ın müdafiə naziri Ukraynalı həmkarına bildirib ki, Rusiyanın təcavüzü genişlənərsə, ABŞ Ukraynanı tək qoymayacaq və Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzkar niyyətlərinin reallaşdırılmasına imkan verməyəcək".

Pentaqon da bu məlumatı təsdiqləyib. Qurumun sözçüsü Con Kirbi dünən keçirdiyi mətbuat konfransında ABŞ Müdafiə naziri cənab Ostinin "Ukraynanın şərqində Rusiyanın təcavüzkar və təxribatçı hərəkətlərinin artmasını" pislədiyini bildirib. "O, həmçinin ABŞ-ın rus təcavüzünə qarşı daha səmərəli qorunmaq üçün Ukrayna Silahlı Qüvvələrinin potensialının yaradılması prinsipinə sadiqliyini təsdiqləyib", - deyə Con Kirbi jurnalistlərlə söhbətində bildirib. Pentaqon sözçüsünün bu fikirləri ABŞ Müdafiə Nazirliyinin saytında da dərc olunub.

Cənab Kirbi ABŞ-ın Ukraynanın təhlükəsizliyi üçün Kiyevə 2015-ci ildən indiyədək 2 milyard dollardan çox vəsait ayırdığını vurğulayıb (Azərbaycanın son Qarabağ döyüşlərinə bundan dəfələrlə artıq xərci çıxdığını xatırlatmaqda yarar var).

Xatırladaq ki, Ukrayna ilə Rusiya arasındakı ziddiyyətlər martin 26-da Donetskinin Şumi kəndində baş verən qarşıdurmada 4 Ukrayna əsgərinin öldürülməsi ilə yenidən qızışıb və tərəflər sərhədlərə qoşun birləşmələrini toplamağa başlayıblar. Xüsusilə Rusiyanın Ukrayna sərhəddinə xeyli sayda canlı qüvvə və texnika toplaması Kiyevdə ciddi narahatlıqla qarşılanıb, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Ruslan Xomçak ard-arda açıqlamaları ilə həyəcan təbili çalıb, təhlükənin miqyasını bütün dünyaya duyurub. Ukrayna ordusunun Ali Baş Komandanının martın 30-da Ali Rada üzvləri qarşısındakı çıxışı beynəlxalq birlik tərəfindən xüsusi diqqətlə qarşılanıb. O, həmin çıxışında Rusiyanın Ukrayna sərhədindəki qoşunları artırdığını bildirib və bunu Ukraynanın milli təhlükəsizliyinə qarşı ciddi təhdid adlandırıb. General onu da vurğulayıb ki, əldə etdiyi məlumata görə, RF Silahlı Qüvvələri bölgəyə təxminən “28 taktiki batalyon qrupu” göndərilib və onların böyük əksəriyyəti Bryansk, Voronej bölgələri ilə Krım yarımadasının ətrafında yerləşdirilib.

Xomçakın bu həyəcan siqnalından sonra Ukraynanın digər dövlət qurumları da prosesə qoşulub və beynəlxalq gücləri dövriyyəyə girməyə çağırıblar. Xüsusilə Ukrayna Ali Radasının səs çoxluğu ilə qəbul etdiyi bəyannamə ciddi rezonans doğurub. Beynəlxalq birliyi Donbassdakı son qarşıdurmalar səbəbi ilə Rusiyaya qarşı təzyiqləri artırmağa çağıran bəyannaməyə ilk reaksiyanın ABŞ-dan gəldiyi bildirilir. Məlumata görə, Bayden rəhbərliyi baş verənlərdən Rusiyanı cavabdeh tutub. Belə ki, Dövlət Departamentinin sədri Antoni Blinken ukraynalı həmkarı Dmitro Kulebaya zəng edərək ona Vaşinqtonun dəstəyini çatdırıb. Departament sözçüsü Ned Prays bu telefon danışıqları ilə əlaqədar yazılı açıqlama verərək bildirib ki, “Blinken Donbass və Krımda davam edən Rusiyanın təcavüzü qarşısında Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz bağlılığını bir daha təsdiqləyib."

Xomçakın çağırışına NATO ölkələri də laqeyd qalmayıblar. Onun çıxışından dərhal sonra ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi araya girərək, iki ölkədəki həmkarları ilə Donbassdakı vəziyyəti müzakirə ediblər. Müzakirələrə Rusiya və Fransa prezidentləri ilə yanaşı Almaniya kansleri Angela Merkel də qoşulub.

Beynəlxalq qüvvələrin dövriyyəyə girməsindən sonra Ukraynanı Donbass Əlaqə Qrupunda təmsil edən Leonid Kravçuk bəyanat verərək tərəfləri yenidən atəşkəs rejiminə qayıtmağa çağırıb. Əlaqə qrupundakı Ukrayna nümayəndə heyətindən digər üzvü Aleksey Arestovic ölkənin “Espreso” televiziyasına bir açıqlama verərək, məsələnin prezident səviyyəsində müzakirəsinin davam etdiyini bildirib və “Kravçukun təklifinin hazırda nəzərdən keçirildiyini” vurğulayıb.

Atəşkəsə qayıdış müzakirələrinin davam etdiyi sıralarda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ukraynanı təhdid edən açıqlamaları Moskvanın bu gərginliyi davam etdirmək niyyətində olduğunu göstərir. Sergey Lavrov Rusiyanın “1. Kanal”ına müsahibəsində Putinin bir fikrini xatırladaraq deyib: "Prezident Vladimir Putin bu yaxınlarda demişdi, amma bu sözlər indi də qüvvədədir; Donbassda yeni bir müharibə başlatmağa çalışanlar Ukraynanı məhv edəcəklər".

Moskvanın bütün təhdidlərinə baxmayaraq, rəsmi Kiyev antirus mövqeyindən əl çəkmək niyyətində deyil. Ötən gün Ukrayna hökumətinin Rusiya ilə turizm sahəsində əməkdaşlıq müqaviləsindən çıxdığı məlum olub. Sözügedən müqavilənin iki ölkənin hökumətləri arasında 1999-cu ildə imzalandığı bildirilir. Bundan əvvəl isə Kiyev Rusiyadan buğda, günəbaxan yağı, kağız və yuyucu vasitələrin idxalına qadağan qoyub. Hökumətin 29 mart tarixində yayımlanan qərarı 10 gün sonra qüvvəyə minəcək.

Görünən budur ki, son zamanlar Qara dənizdəki hərbi qüdrətlərini artıraraq Ukraynaya dəstək verən və onu işğal altındakı ərazilərini qurtarmağa təşviq edən NATO qüvvələri Rusiyanın ciddi dirənişi qarşısında geri çəkilib, problemin hərbi yolla deyil, yenə iqtisadi basqılarla həllinə qərar veriblər. İstər Kravçukun “atəşkəs geri dönüş” təklifi, istərsə də Ukrayna hökumətinin Rusiyaya qarşı sanksiya qərarları da bundan xəbər verir.

Zənnimizcə, NATO qüvvələrinin geri çəkilməsi Qara dənizdə keçirdikləri “Dəniz qalxanı-2021” hərbi manevrində qarşılaşdıqları rus sürprizləri ilə əlaqədar ola bilər. NATO-nun hərbi əməliyyatları getdiyi sıralarda Rusiya özünün Qara dəniz donanmasındakı bütün sualtı gəmilərini “xidmət post”larına göndərmiş və donanmanın saz vəziyyətdə olduğunu nümayiş etdirmişdi. Rusiyanın səsdəniti sürətli raketləri ilə təchiz olunmuş bu sualtıların baş verəcək döyüş anında ciddi təhdidə çevriləcəyinə şübhə yox idi. Bununla da kifayətlənməyən Rusiya təlimlərin keçəcəyi Krım yarımadasına da iki hərbi gəmisini çıxarmış və NATO donanmasının gözü qarşısında düşmən qüvvələrini necə zərərsizləşdirə biləcəyi ssenarisini nümayiş etdirmişdi. Çin “Sohu” nəşrinin iddiasına inansaq, “Admiral Makarov” və “Admiral Essen” freqatlarının gözlənilməz “təlimləri” NATO gəmilərinin hərəkətlərini məhdudlaşdırmış və onların Krıma yaxınlaşmasına mane ola bilmişdilər. Məhz bu sürprizlərlə eyni zamanda Rusiya ordusunun Ukraynaya qarşı təzyiqləri də artmışdı.

Ukraynanın və digər Baltikyanı ölkələrin NATO qüvvələri tərəfindən yetərli səviyyədə müdafiə olunmadığı digər Şərqi Avropa hərbçilərinin də gözündən yayınmır. Polşanın ehtiyatda olan generalı Valdemar Skşipçak nəinki Ukraynanın, həmçinin bütün regionun NATO müttəfiqləri tərəfindən tərk edildiklərinə inanır və region dövlətlərini öz başlarının çarələrinə baxmağa çağırır. O, Rusiyaya qarşı birgə dirəniş göstərmək üçün region ölkələrinin hərbi alyansının yaradılmasının tərəfdarıdır.

Polşanın “Defence 24” nəşrinin məlumatına görə, Skşipçak NATO-nun Baltikyanı ölkələri Rusiyadan qorumaq üçün kifayət qədər iş görmür və bir neçə təyyarə və tank rotası göndərməklə Moskvanı təcavüzkar siyasətdən çəkindirməyin mümkünlüyünə inanmır. General Şimali Atlantika İttifaqının hazırda da ABŞ-ın keçmiş prezidenti Donald Trampın müttəfiq ritorikası ilə hərəkət etməsinin, həmçinin Türkiyənin Rusiya ilə yaxın əlaqələrinin və Almaniya ilə Fransanın ikili mövqeyinin bölgədə böhran yaratdığını vurğulayıb.

“Vəziyyət çox ağırdı, NATO tarixində belə bir şey olmayıb. Özümüz təşkilatlanmasaq, yaxın bir neçə ildə Avropadakı hərbi-siyasi vəziyyət bizim əleyhimizə tamamilə dəyişilə bilər”, - polşalı general bu qənaətdədir.

Generala görə, belə ağır vəziyyətdə Skandinaviya və Baltik dənizi ölkələrinin müdafiə potensialının inteqrasiyası Rusiya Federasiyası üçün “çəkindirici amil” rolu oynaya bilər.

Verilən digər bir məlumatlara görə, Bolqarıstan hərbi yetkililəri də Ukraynaya Rusiyanın “əsəbləri ilə oynamamağı” məsləhət görüblər.

Ukrayna ətrafında yaranmış böhrana bu aspektdən nəzər salanda ABŞ rəsmilərinin Kiyevə niyə tez-tez onun qarşısında içdikləri “əhdə vəfadarlıq və sədaqət” andını xatırlatması təsadüfi görünmür və məşhur atalar sözünü yada salır: “Dedin, inandım, təkrarladın, şübhələyə düşdüm, and içdin, yalan danışdığın aydın oldu”.

Heydər Oğuz,
Ovqat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40
"İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30
Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26
İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24
Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21
Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25
“Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
"Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16
İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10
"Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14
Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13
Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08
Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27
"Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25
Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21
ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40
"Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34
Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35
Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30
Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12
"Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08
Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03
"Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49
Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45
Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38
"Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34
Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30
Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25
İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21
Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18
İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14
Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14
DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12
BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Dünən, 03:09
Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Dünən, 02:58
Xainin dəyişməyən xisləti - AKTUAL
Dünən, 02:55
Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Dünən, 02:52
"Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Dünən, 02:36
Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Dünən, 02:29
“Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Dünən, 02:25
"Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Dünən, 00:18
İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Dünən, 00:16
Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Dünən, 00:14
“Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
11-01-2025, 23:54
Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
11-01-2025, 23:48
İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
11-01-2025, 23:46
Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
11-01-2025, 23:44
Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
11-01-2025, 17:09
Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
11-01-2025, 17:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru