ABŞ və Kanada Türkiyəyə sensor satışını niyə yasaqlayır? - İLGİNC
Tarix: 27-10-2020, 08:48 | Çap et
Kanada hökuməti öz şirkətlərinə “Bayraktar” PUA-ların (dronların) istehsalı üçün nəzərdə tutulan hərbi texnologiyaların (optik sensorların) Türkiyəyə satışını yasaq edib. ABŞ-dakı “Viasat” şirkəti də müharibə səbəbindən bu PUA-larda istifadə edilən rabitə sistemlərinin Türkiyəyə tədarükünü dayandırıb. Həmin texnologiyaların PUA-ların “beyni”nin formalaşmasında mühüm rol oynadığı deyilir. Belə qadağalar “Bayraktar”ların istehsalına neqativ təsir edə bilərmi? Türkiyə milli hərbi sənaye kompleksinin alternativləri varmı həmin texnologiyalara qarşı?
Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, son illərdə Türkiyənin Müdafiə Sənaye Kompleksinin sürətlə inkişafı artıq heç kimdə təəccüb hissi oyatmır: “Türkiyənin PUA istehsalına təkan verən elə qadağalardır. İllər öncə NATO müttəfiqlərindən, İsraildən yeni silah sistemləri idxal etməkdə çətinliklərlə qarşılaşan Türkiyə əsas səylərini yerli sənayenin inkişafına yönəltdi. Bundan sonra ərsəyə gələn yeni nəsil avadanlıqları döyüş əməliyyatlarında uğurla nümayiş etdirir. 1990-cı illərdə Türkiyənin pilotsuz vasitələr parkı əsasən müttəfiqlərindən əldə etdiyi, lakin heç də müasir olmayan, bir nəsil əvvəlki PUA modellərindən ibarət idi. 2000-ci illərdə ABŞ Konqresi tərəfindən ”Predator" və “Reaper” zərbə PUA-larının Türkiyəyə satışına icazə verilməməsi, sonradan İsraillə münasibətlərin gərginləşməsi Ankaranı milli pilotsuz vasitələrin inkişaf prosesini sürətləndirməyə vadar etdi. Bu gün Kanadanın Türkiyəyə optik sensorları, ABŞ-ın rabitə sistemlərini tədarükünün dayandırılması da bu istiqamətdə görülən işləri yubandıra bilər, amma durdurması mümkün deyil. Məsələ Kanada və ABŞ-la bitmir. Türkiyənin hərbi sənaye müəssisələri var. Türkiyə kimi nəhəng bir dövlət daxili istehsalı gücləndirmək iqtidarındadır. Ziyanı ABŞ və Kanada görəcək. İndiki məqamda itirən ABŞ-ın təsiri altında olan Kanadadır. Dünyada sensor istehsal edən şirkətlər çoxdur və həmin cihazlar Kanadada istehsal edilən analoqlarından geri qalmır".
Hərbi ekspert deyib ki, hələ ötən ilin oktyabrında Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış Pınarı” əməliyyatı ilə əlaqədar Kanada hökuməti Türkiyə ordusunun başlatdığı antiterror əməliyyatını dəstəkləmədiyini bəyan etmişdi. Bundan öncə isə Çexiya, Fransa, Almaniya, Norveç, Finlandiya və Niderland Türkiyəyə silah satışını dayandıracağını açıqlamışdılar. Bütün bunlara baxmayaraq, Türkiyə hərbi sənayesi zəifləməyib, əksinə, güclənib. Bu gün Azərbaycan Ordusunun istifadəsində olan zərbə PUA-ları uğurla döyüş əməliyyatlarında istifadə edilir.
Açıq mənbələrdə “Baykar” şirkəti tərəfindən hazırlanaraq istismara verilən “Bayraktar TB 2" taktiki zərbə PUA-sı haqda müfəssəl məlumatlar var. Hərbi ekspert Ədalət Verdiyev ordu.az saytında bu haqda geniş yazı ilə çıxış edib. Həmin yazıda ”Baykar" şirkətinin istehsalı olan PUA-ların istifadəçiyə bir çox imkanları bir yerdə təqdim edən inteqrasiya olunan şəbəkə bazalı kompleks olduğu vurğulanır.
Kompleks “Bayraktar TB2" PUA platformasından, yerüstü idarəetmə stansiyasından, məlumat terminalından, uzaqdan görüntü terminalından, aerodrom avadanlıqlarına və generatora malik qoşqu vasitəsindən ibarətdir. ”Baykar"ın texnoloji imkanları sayəsində kompleksin bütün detalları yerli və milli marka altında istehsal olunur.
Taktiki sinfə aid zərbə tipli “Bayraktar TB2" PUA-sı kəşf və müşahidə missiyaları üçün ”orta hündürlükdə uzun müddət" (MALE) uçuş üçün təsnifə aiddir. Üç ədəd avionika sistemi və sensor füzyon arxitekturası ilə tam avtonom taksi, qalxma, enmə və normal kreyser uçuşu qabiliyyətinə malikdir. 200000 saatdan çox uçan TB2 2014-cü ildən Türkiyə Silahlı Qüvvələrində, jandarma və polis sistemində fəal istismar edilir. Hazırda 110 ədəd “Bayraktar” platforması güc strukturlarında xidmət göstərir. “Bayraktar TB2" Türkiyə aviasiya tarixində 27 min 30 fut yüksəkliyə qalxmaqla havada 27 saat 3 dəqiqə qalaraq zaman və hündürlük kimi iki əsas rekordu birdən qırdı. ”Bayraktar TB2" də bu kriteriya üzrə ixrac edilən ilk PUA adını da daşıyır.
TSQ-nin istifadəsinə təqdim olunan “Bayraktar TB-2" PUA-sı Türkiyənin təhlükəsizliyinin təmin edilməsində aktiv istifadə edilir. Qırıcı təyyarələrin hədəfə hücumunu asanlaşdırmaq üçün tətbiq edilən PUA-ya getdikcə daha çox sifariş gəlir. Qətərdən sonra Ukrayna 6 ədəd belə PUA sifariş verib, hazırda müqavilə icra olunmaqdadır. Bu müqavilələrin imzalanmasına səbəb kimi, həm sərhəddən kənarda TSQ-nin keçirdiyi döyüş əməliyyatında, həm də PKK-ya qarşı antiterror əməliyyatlarında bu PUA-ların uğurlu tətbiqi göstərilir. Türkiyə Daxili İşlər Nazirliyi də 11 ədəd ”Bayraktar" platforması əldə edib.
Ciddi PUA ailələrinin ixracatçısı olmaqla bərabər, 100 illik aviasiya istehsal tarixinə malik Ukraynanın kifayət qədər ciddi bir rəqiblə müharibə vəziyyətində olarkən Türkiyə pilotsuz zərbə vasitələrinə ehtiyac duyması “Baykar” şirkətinin böyük uğuru hesab edilməlidir. Hazırda Qətərdən başqa digər bir Yaxın Şərq ölkəsi ilə də bu PUA-ların satın alınmasına dair danışıqların getdiyi barədə qeyri-rəsmi məlumatlar mövcuddur.
Taktiki uçuş xüsusiyyətləri
Uzunluğu: 6.5 m;
Hündürlüyü: 2.2 m;
Qanad açılımı: 12 m;
Kütləsi: 650 kq;
Faydalı yük kütləsi: 55 kq;
Mühərrik: 1xRotax 912 (daxili yanma);
Mühərrikin gücü: 100 at gücü;
Sürəti: 250 km/saat;
Kreyser sürəti: 120 km/saat;
Uçuş yüksəkliyi: 8000 metrdən yüksək;
Havada qalma müddəti: 27 saat;
Fəaliyyət radiusu: 150 km.
Faydalı yükü 4 ədəd lazerlə idarəolunan raket;
Yanacaq tutumu 300 l benzin;
Üstün xüsusiyyətləri
Tam avtomatik uçuşa nəzarət;
3 ehtiyat modula malik avtopilot sistemi;
Yerüstü sistemlərdən asılı olmayaraq tam avtomatik qalxma və enmə;
GPS asılılığı olmadan daxili sensor vasitəsilə naviqasiya imkanı;
Marşrut üzrə tam avtomatik uçuş;
Daxili sensor dəstəyi ilə həssas avtomatik qalxma və enmə;
Tam avtomatik parklanma;
Yarıavtonom uçuş rejimlərinə dəstək;
Səhvlərə dayanıqlı və 3 ehtiyata malik sensor tətbiqi;
Çarpaz ehtiyata malik YKİ sistemi;
Orijinal aktuator bölmələri;
Orijinal lityum bazalı batareya bölmələri.
Texniki imkanlar
Uyğun rabitə məsafəsi;
LOS;
Qalxma və enmə;
Avtomatik buraxılış;
Dəyişdirilə bilən EO/IR/LD avadanlıqlar və ya çoxməqsədli AFAR.
Kəşfiyyat, fasiləsiz havadan müşahidə və s. kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirən PUA-ya Türkiyənin “Roketsan” şirkətinin MAM-L və MAM-C milli və smart döyüş sursatları inteqrasiya edilib.
“Bayraktar TB2" zərbə PUA-sı quraşdırılan lazer nişangahı ilə hədəfləri yüksək dəqiqliklə nişan alaraq, daşıdığı dörd ağıllı raketlə hədəfi məhv edə bilir. ”Bayraktar TB2" hədəfə yaxın ərazilərə zərər verməmək üçün sürətli “gör və məhv et” funksiyasına malikdir. Kompleksin bu xüsusiyyəti mülki əhalinin təhlükəsizliyinin prioritet təşkil etməsinə imkan verir.
PUA-nın real zamanda müşahidə və videoarxivləmə (BGAM) sistemi yüksək qətnaməli canlı görüntülərin eyni vaxtda çox sayda istifadəçi tərəfindən izlənilməsinə imkan verir. BGAM istifadəçilərə şəbəkə və ya mobil tətbiqi istifadə etməklə planşetdə canlı görüntüləri etibarlı şəkildə izləməyə imkan verir.
Bütün canlı görüntülər BGAM sistemi tərəfindən 30 dəqiqəlik qovluqlarda avtomatik olaraq arxivlənir. İstifadəçilər canlı görüntüləri seyr edərkən həm qeydlər edə bilərlər, həm də bu qeydlərə bir çox etiketlər əlavə edə bilərlər. Bu qeydlər və etiketlərlə arxiv videolarında axtarış aparmaq da mümkündür. Döyüş tapşırıq mətni bu qeydlərlə yaradılaraq ünvana (icracıya) göndərilə bilər. Arxiv sənədləri tarix və verilənlərə görə skan edilə bilər.
Sistem canlı və arxiv görüntülərə girişin etibarlılığını təmin etmək üçün avtomatik olaraq müvəqqəti parollardan istifadə edir və bununla da görüntü serverinə icazəsiz giriş önlənir.
Görüntü transfer sisteminə inteqrasiya edilə bilən əlavə mobil tətbiq sayəsində canlı yayımları “Windows” platforması olan mobil cihazlarda da izləmək mümkündür. Yüksək təhlükəsizlik məqsədilə şəbəkədə yayımlar mobil cihazlara tam şifrələmə və tək istiqamətli məlumat transferi (diod tətbiqi) yolu ilə etibarlı şəkildə ötürülür.
Yerüstü idarəetmə stansiyası
Yerüstü idarəetmə stansiyası aşağıdakılara malikdir:
NATO Spek ACE-III qorunma xüsusiyyətlərinə;
Radio Sistemləri;
Daxili rabitə sistemləri;
Tənzimlənən qüllənin çalışma sürəti;
Pilot konsolu;
Faydalı yük operatorunun konsolu;
Gürüntü qiymətləndirmə konsolu;
Şkaf tipli kabinetlər;
Güc qurğusu, filtrlər;
Enerji təchizatı bölmələri;
Hərbi tipli iki ədəd kondisioner qurğusu;
NBC Filtrasiya sistemi.
“Baykar”ın hazırladığı mobil yerüstü mobil idarəetmə stansiyası (YİS) “Bayraktar TB2" platformasına bazadan uzaqda yerləşən ərazilərdə idarəetməni təmin edir. Mobil YİS-dəki güclü rabitə antenləri ”Bayraktar TB2" PUA-larına mövcud bölgələrə enmə və qalxma imkanı verməklə uçuş radiusunu genişləndirir.
Mobil YİS NATO-nun ACE III standartına uyğun qorunma səviyyəsinə, 12 m-ə qaldırıla bilən hidravlik anten platformasına, avtomatik anten yönləndirici sistemlərə, bütün bu sistemlərə hərəkətlilik verən və hidravlik dayaqlara malik güclü bir yük maşınından ibarətdir. “Baykar” orijinal dizayna malik mobil yerüstü idarəetmə stansiyası, sensor və nəzarət sistemləri sayəsində qısa müddətdə və etibarlı şəkildə hazırlanaraq istifadəyə verilə bilir. PUA-nın istehsalı və ixracı davam edir. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02 |
|
|
|
• Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56 |
|
|
|
• Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53 |
|
|
|
• “Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank
Bu gün, 12:50 |
|
|
|
• İranın Zəngəzur planı üzə çıxdı - Dəhlizi əngəlləmək üçün bu yola əl atdılar
Bu gün, 12:47 |
|
|
|
• Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır - Pritçin
Bu gün, 12:46 |
|
|
|
• "Başqası ilə eşq yaşayırdı" - Həyat yoldaşını qətlə yetirən şəxs
Bu gün, 12:43 |
|
|
|
• NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! - İran ABŞ-la qolboyun olan İrəvanı sükutla seyr edir, Rusiya isə...
Bu gün, 12:39 |
|
|
|
• İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... - FOTO
Bu gün, 12:34 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib
Bu gün, 12:32 |
|
|
|
• Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"
Bu gün, 12:30 |
|
|
|
• Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - TƏFƏRRÜAT
Bu gün, 12:25 |
|
|
|
• Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək - DETALLAR
Bu gün, 12:22 |
|
|
|
• “1 milyon əsgər Azərbaycana gələcək” – növbəti çərənləmə
Bu gün, 12:19 |
|
|
|
• Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub - ƏMR
Bu gün, 12:16 |
|
|
|
• Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Bu gün, 12:14 |
|
|
|
• Atası oğlunu öldürəni bağışladı, məhkəmə isə… - Hökm
Bu gün, 12:10 |
|
|
|
• "Bu ölkələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar" - deputat
Bu gün, 12:05 |
|
|
|
• "Oğlu Lalə Şövkətin adından yalan danışır, partiya ləğv edilməyib" - Əvəz Temirxan
Bu gün, 11:54 |
|
|
|
• Tehranda 17 yaşlı azərbaycanlı qızın böyük plakatı asıldı
Bu gün, 11:41 |
|
|
|
• Azərbaycanlı Dağıstanın Bakıdakı nümayəndəsi təyin edildi - FOTO
Bu gün, 11:38 |
|
|
|
• "Türkiyə mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirməyi gözə almaz" - deputat
Bu gün, 11:35 |
|
|
|
• Dövlətə, xalqa xidmət, dövlət başçısına sədaqət belə olurmu?! - ETİRAZ VAR...
Bu gün, 11:29 |
|
|
|
• Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?
Bu gün, 11:21 |
|
|
|
• ABŞ Azərbaycan-Ermənistan sərhədinə QOŞUN YERİDİR - Bu, binokullu avropalılar deyil...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda sahibkarlara dövlət adından VERGİ TƏLƏSİ... - NARAZILIQ VAR...
Bu gün, 11:11 |
|
|
|
• Dövlət klinikalarında niyə YER TAPILMIR? - “Xəstə qalıb ortada, biz yer axtarırıq”
Bu gün, 11:01 |
|
|
|
• Saatlı Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə hökm oxundu - DETALLAR
Bu gün, 10:56 |
|
|
|
• Hüseynbala Mirələmovun səhhəti PİSLƏŞDİ - AÇIQLAMA
Bu gün, 10:53 |
|
|
|
• "Bayden vida nitqində ölkələrə necə zərər verdiyini açıqladı" - Rusiya XİN
Bu gün, 10:51 |
|
|
|
• Türkiyə prokurorluğu Flora Kərimovanın plastik cərrahla bağlı şikayətini icraata götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:48 |
|
|
|
• BNMİ-nin əməkdaşları 33 kiloqram narkotik vasitə aşkarlayıb - FOTO, VİDEO
Bu gün, 10:47 |
|
|
|
• Hazırlaşın: Türkləri İrəvanın qapısında qarşılayacağıq – Şarmazanov
Bu gün, 10:45 |
|
|
|
• Amerika bununla bizim strateji tərəfdaşımız olmur - Badalyan
Bu gün, 10:39 |
|
|
|
• “Binokl diplomatiyası” bölgədə gərginlik yaradır - İndi də sərhədimizə FİLİN DİŞİSİ (ABŞ) gəlir...
Bu gün, 10:37 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini ABŞ da öz qonşularına qarşı tətbiq edəcək? - NƏ BAŞ VERİR?
Bu gün, 10:29 |
|
|
|
• SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancında ARTIM OLUB - Sıravi işçilər isə...
Bu gün, 10:26 |
|
|
|
• Maliyyə nazirinin gec təyin olunmasının ölkəmizə FƏSADLARI - ARAŞDIRMA
Bu gün, 10:19 |
|
|
|
• ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq - Finlandiya XİN
Bu gün, 10:15 |
|
|
|
• Zəngəzur uğrunda SAVAŞ... - Bakının marağında deyil, amma...
Bu gün, 10:07 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57 |
|
|
|
• ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45 |
|
|
|
• "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43 |
|
|
|
• Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37 |
|
|
|
• `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28 |
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
• Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20 |
|
|
|
• Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19 |
|
|
|
• Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• 200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
|