Aİ liderləri Belarusla bağlı təcili sammit keçirəcəklər
Tarix: 19-08-2020, 08:21 |
Çap et
Avropa İttifaqına üzv olan 27 ölkənin dövlət və hökumət başçıları Belarusdakı vəziyyəti müzakirə etmək üçün çərşənbə günü videokonfrans formatında təcili sammit keçirəcək və Aİ-nin rəsmi Minsklə bağlı gələcək siyasətini müəyyən edəcəklər.
“Report” xəbər verir ki, sammitin keçirilməsini Litva və Polşaya irəli sürüb.
Qeyd edək ki, avqustun 14-də Avropa İttifaqına üzv olan 27 ölkənin Xarici İşlər nazirləri Belarusdakı mövcud vəziyyətlə bağlı videokonfrans keçiriblər.
Görüşün sonunda nazirlər Belarus hakimiyyətində olan rəsmi şəxslərlə bağlı “qara siyahı”nın hazırlanmasına dair qərar qəbul ediblər.
Adı “qara siyahı”ya düşənlərin Avropa İttifaqına üzv dövlətlərin ərazisinə daxil olması qadağan ediləcək, Avropa Birliyindəki bank aktivləri dondurulacaq.