Rusiya “Batka”nı devirmək istəyir? – Minskdə skandal həbslər
Tarix: 15-06-2020, 07:59 | Çap et
Belarusda avqustun 9-na təyin olunmuş prezident seçkiləri yaxınlaşdıqca, siyasi proseslər qızışır. Ölkə prezidenti Aleksandr Lukaşenkodan əlavə 13 şəxs imzatoplama kampaniyasına başlayıb. Onların arasında Belarus Sosial-Demokrat Qramadası Partiyasının sədri Sergey Çereçen, ərinə seçkilərdə iştirak qadağan olunan Svetlana Tixanovskaya, həmçinin “Belqazprombank” idarə heyətinin sabiq sədri Viktor Babariko da var. Bu namizədlər arasında hazırda diqqətlər sonuncunun üzərinə yönəlib. Belə ki, “Belqazprombank” Belarusun sistem əhəmiyyətli 3 bankından biridir. Bankın səhmlərinin 49,82 faizi Rusiyanın “Qazprom” şirkətinə, 49,82 faizi ona məxsus “Qazprombank”a, 0,266 faizi “Qazprom transqaz Belarus”a, yalnız 0,098 faizi Belarus dövləti adına Energetika Nazirliyinə aiddir. Yəni faktiki olaraq, bank Rusiyaya məxsusdur.
İyunun 11-də Belarus Dövlət Nəzarət Komitəsinin maliyyə təhqiqatları departamentinin əməkdaşları bankın ofisinə gələrək, axtarış və həbslər həyata keçiriblər. Bankın rəhbərliyinə qarşı vergidənyayınma, xüsusilə iri həcmdə cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması maddələri ilə cinayət işi qaldırılıb.
Son 20 ildə “Belqazprombank”a Viktor Babariko rəhbərlik edib. May ayında o, prezident seçkilərinə qatılması ilə əlaqədar vəzifəsindən istefa verib. Babariko hesab edir ki, bank rəhbərliyinə qarşı başladılan cinayət işi “siyasi sifarişli”dir: “Mən bunu yolverilməz hesab edirəm. Çünki prezidentliyə namizədlərə qarşı hər hansı qeyri-qanuni təzyiq alətlərindən istifadə Belarus Respublikasının qanunvericiliyinə ziddir”.
İyunun 12-də Lukaşenko özü “Belqazprombank”da aparılan həbslərdən danışıb. O bildirib ki, qaldırılmış cinayət işi üzrə 15 nəfərədək adam həbs olunub: “Bu bankla bağlı təhqiqat 2016-cı ildən başlanıb. Pulların xaricə çıxarılması, xaricdə hesablar, əmlak aşkarlanıb – Kiprdə, Latviyada hesablar, Londonda mülklər... Lakin xaricilər bizə zəruri məlumatları yalnız ötən ilin dekabrında verdilər. Ondan sonra hüquq-mühafizə orqanları işi sürətləndirdilər, suallar yarandı. Allaha and içirəm ki, seçkiqabağı bu, mənə lazım deyil. Ona görə də bağıracam: yalnız zəif adam kimdənsə qorxub vəziyyəti gərginləşdirər. Mən heç kimdən qorxmuram”.
“Qazprom” və “Qazprombank” Minskdə baş verənlərə qəti etirazlarını bildiriblər. Onların birgə bəyanatında Belarus Mərkəzi Bankının “Belqazprombank” rəhbərliyini dəyişmək qərarını ölkə və Avrasiya İqtisadi İttifaqının qanunvericiliyinin pozulması kimi qiymətləndirilib: ““Belqazprombank”ın səhmdarları öz hüquqlarının müdafiəsi və qanuni maraqlarının qorunması üçün bütün hüquqi vasitələrdən istifadə edəcəklər. Həmçinin səhmdarlar müştərilərin maraqlarının müdafiəsi və bankın maliyyə stabilliyini təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirirlər”.
“Belqazprombank”ın həbs olunan menecerlərindən 4 milyon dollardan yuxarı pul və 500 min dollarlıq qiymətli kağızlar götürülüb. Belarus Dövlət Nəzarət Komitəsinin yaydığı açıqlamada həbs olunan şəxslərin mütəşəkkil cinayətkar qrup halında fəaliyyət göstərdiklərinə dair tutarlı dəlillərə malik olduqları bildirilir. Açıqlamada həmçinin bu fəaliyyətdə V.Babarikonun da iştirakına dair sübutlarının olduğu qeyd edilir. Babariko isə bildirib ki, bütün gəlirləri qanunidir və onlara görə bütün vergilər ödənilib: “Mənim guya ki, cinayət iştirakçısı olduğumu deyirlər. Mənim bütün pulum və əmlakım qanuni yollarla əldə edilib, hamısı üçün vergi ödənilib”.
O həmçinin deyib ki, həbs olunanlar onun dostlarıdır və onlardan götürülən pullar da ona məxsusdur: “Mənim 3 dostumu tutub dindiriblər. Daha sonra onları şübhəli şəxs kimi saxlayıblar”.
Babariko bildirib ki, maliyyə vəsaitlərini hər ehtimala qarşı bölərək saxlamaları üçün dostlarına verib.
Lukaşenkonun mətbuat katibi Natalya Eysmont RBK-ya açıqlamasında artıq tutulan şəxslərin öz cinayətlərini etiraf etdiklərini və V.Babarikoya qarşı ifadə verdiklərini deyib.
Lukaşenkonun özü isə rəqibini “yaramaz” adlandırıb, onun prezident seçkilərinə məsuliyyətdən yayınmaq üçün qatıldığını bildirib: “Niyə başını soxub bu prosesə? Ona görə ki, gəlib qollarına qandal vurulacağını bilirdi. Bizdə, bildiyiniz kimi, vicdan məhbusu adını qazanmaq üçün siyasətə qatılmaq dəbdədir”.
Qeyd edək ki, hələ “Belqazprombank” rəhbərliyi həbs olunmazdan iki gün əvvəl Lukaşenko Rusiyadakı oliqarxların Belarusda müxalifəti maliyyələşdirdiklərini deyib: “Rusiya oliqarxlarının hesabına maliyyələşənlər anladılar ki, onlar Rusiya oliqarxlarının pulu ilə hakimiyyətə Belarusun radikal müxalifətini aparırlar”.
Belarus prezidentinin açıqlamalarına Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cavab verib: “Oliqarxlar - siyasi iddiaları olan sahibkarlardır. Mənə bizim ölkəmizdə oliqarxların olduğuna, həmçinin onların Belarusda nə iləsə məşğul olduqlarına dair fakt məlum deyil”.
Mətbuat katibi həmçinin bildirib ki, Kremldə Belarusdakı prezident seçkiləri kampaniyasının gedişini böyük maraqla izləyirlər: “Bu seçkiləri ləkələyəcək nəsə görmürük”.
Qeyd edək ki, son aylarda Belarus prezidenti israrla Rusiyadan, “Qazprom”dan onlara satılan qazın qiymətinin aşağı salınmasını tələb edir. Rusiyanın qazı Avropaya Belarusdan daha ucuz satdığını deyən Lukaşenko dəfələrlə məsələ qaldırıb. Hətta prezident Vladimir Putin bu tələbə əməl olunmayacağını açıq bildirsə də, Belarus tərəfi geri çəkilmir. Bir müddət öncə “Qazprom” rəhbəri Aleksey Miller Belarusun qaza görə şirkətə 165 milyon dollar borcunun yığıldığını, onun ödənişinin təmin ediləcəyi halda yalnız gələn il üçün qazın qiymətinə yenidən baxılmasının mümkün olduğunu açıqlayıb. Belarus tərəfi isə heç bir borcunun olmadığını bəyan etməklə yanaşı, Rusiyadan hazırda alınan qazın qiymətinin aşağı salınmasını istəyib.
Belə görünür ki, Lukaşenko V.Babarikonun “Qazprom”un dəstəyi ilə seçkilərdə ona problem yarada biləcəyini hesablayaraq “Belqazprombank” rəhbərlərinin həbsini təşkil edib. Baş verənlər həmçinin Rusiyanın Belarusdakı seçkilərdə mövqeyinin heç də tam olaraq Lukaşenkodan yana olmadığından xəbər verir. Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00 |
|
|
|
• Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57 |
|
|
|
• İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53 |
|
|
|
• Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41 |
|
|
|
• UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39 |
|
|
|
• Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36 |
|
|
|
• Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32 |
|
|
|
• ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28 |
|
|
|
• Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23 |
|
|
|
• Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05 |
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Dünən, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Dünən, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Dünən, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Dünən, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Dünən, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Dünən, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Dünən, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Dünən, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Dünən, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Dünən, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Dünən, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Dünən, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Dünən, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Dünən, 16:58 |
|
|
|
|