Rusiyanın bombardmançı təyyarələri Suriyada İŞİD mövqelərini məhv edib
Tarix: 2-11-2017, 10:00 |
Çap et
Rusiyanın Tu-22M3 bombardmançı təyyarələri Suriya Respublikasında terrorçuların mövqelərinə aviazərbələr endirib. FaktXeber.com-un məlumatına görə, bu barədə RF Müdafiə Nazirliyi xəbər yayıb.
Bildirilir ki, Rusiya ərazisindəki aviabazadan havaya qalxan 6 döyüş təyyarəsi İran və İraqın üzərindən keçərək Suriyanın Əbu-Kamal şəhərində terrorçuların dayaq məntəqələrini və silah anbarını məhv ediblər.