Türkiyə Krımı ələ keçirməyi planlaşdırır. FaktXeber.com-un məlumatına görə, bu barədə Ukraynanın «Svoboda» neonasist partiyasının rəhbəri Oleq Tyaqnibok bəyan edib. Siyastəçi ekstremist «Krım-tatar xalqının Məclisi» təşkilatının liderlərinin azadlığını şərh edərkən belə deyib.
«Türkiyənin Krıma qarşı iddiaları var. Onlar buranı özlərinin tarixi ərazisi hesab edir və istisna etmirəm ki, bir, beş, on ildən sonra, yaxud yaxın perspektivdəTürkiyə nəinki milli muxtariyyət, hətta ayrı bir dövlət yaratmaq yolunda addımlar atacaq», - deyə o, NewsOne kanalına müsahibəsində bildirib.
Tyaqnibokun sözlərinə görə, belə bir perspektiv özündə böyük təhlükəni gizlədir, çünki Ukrayna prezidenti tərəfindən təsdiqlənən Konstitusiya dəyişikliyi, Krım qaytarıldıqdan sonra yenidən itirilməsinə gətirə bilər.
Qeyd edək ki, Ukraynaya səfər edən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan həmkarı Pyotr Poroşenkoya Krımı Rusiya ərazisi kimi tanımayacağına vəd vermişdi. Üstündən bir neçə gün keçdikdən sonra isə Türkiyə Krım gəmilərinin öz limanlarına büraxmadı.
Xatırladaq ki, 2014-cü ilin mart ayında referendum nəticəsində Krım Rusiyanın tərkibinə ilhaq edilmişdi.