Ərdoğanın 16 ildir məğlub olmayan partiyasının sirri
Tarix: 16-08-2017, 08:08 | Çap et
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ildönümüdür. AK Parti 2001-ci ildə Türkiyədə siyasi xaosun davam etdiyi bir dövrdə yaranıb və ötən 16 ildə bütün seçkilərdə qələbə qazanıb. Hazırda ölkə parlamentinin 550 mandatında 317-si, eləcə də prezident postu bu partiyaya məxsusdur.
Mərkəz sağda dayanan AKP Türkiyədə siyasi istiqrarın olmadığı, hökumət böhranlarının davam etdiyi bir dövrdə yaranıb. Məhz bu dövrdə Türkiyədə xalqın ardıcıl böhranlar və dəhşətli inflyasiyadan yorulduğu, bu səbəbdən də siyasi partiyalara, siyasətçilərə ümidinin itdiyi bir zamanda meydana yeni, ancaq kökləri olan, xalqın əsas kütləsinin tələb etdiyi bir qüvvə kimi AKP çıxır. Partiyanın əsas hədəf kütləsi mühafizəkar dindar camiə idi. Hansı ki, həmin dövrdə dünyada da baş verənlərin təsiri ilə müsəlman aləmində, o cümlədən Türkiyədə dindarlıq sürətlə yayılır, əhalidə İslama, dini təmsil edən qüvvələrə böyük simpatiya yaranmışdı. Belə bir vaxtda əsasən mühafizəkar camiədən çıxmış, rəhbər heyətdə təmsil olunanların əksəriyyətinin bağlanmış Fəzilət Partiyasında mühüm postlarda təmsil olunmuş, müəyyən siyasi təcrübə və mühafizəkar kimliyə sahib siyasətçilər idi.
AK Partiyanın təsisçi heyətində olan Abdullah Gül, Bülənd Arınc və başqa şəxslər bundan əvvəl Rifah və Fəzilət partiyalarında mühüm postlarda təmsil olunmuş, parlament üzvü seçilmiş şəxslər idi. Ancaq partiyanın əsas uğurlarının müəllifi heç şübhəsiz ki, 3 illik qısa fasilədən sonra yenidən partiyaya rəhbərlik edən hazırkı prezident Rəcəb Tayyib Ərdoğandır.
2001-ci ildə Fəzilət Partiyasının bağlanmasından qısa müddət sonra partiya quruculuğuna başlayan keçmiş partiya üzvləri ikiyə bölünür. Türkiyədə siyasi islamçılığın ideya və praktiki lideri Nəcməddin Ərbakan uzun sürən siyasi fəaliyyət və təzyiqlərdən sonra siyasətdən çəkildi. Bundan sonra Fəzilət Partiyasının daha sərt xətt tərəfdarları Səadət Partiyasını qurdular. Nisbətən mülayim xətt tərəfdarları isə Ərdoğan və Abdullah Gül başda olmaqla AKP-ni qurdular. İki partiyanın təsis tarixləri arasında bir aydan da az müddət var. Bundan başqa Xalqın Səsi və Ana Vətən partiyalarının üzvləri də AKP-nin quruluşunda iştirak edib. Bu səbəbdən də Səadət Partiyasından fərqli olaraq AKP daha geniş camiəni əhatə edə bildi. Bundan başqa partiyanın lideri, 1994-97-ci illərdə İstanbul bələdiyyəsi sədri olan Rəcəb Tayyib Ərdoğanın xarizmatik lider olması, dini kimliyi, İstanbuldakı fəaliyyəti və nəhayət 1998-ci ildə söylədiyi şeirə görə 10 ay həbsdə yatması onun irəli çıxmasına səbəb oldu.
Məhz bu səbəbdən də 2002-ci ilin 3 noyabrında keçirilən ilk parlament seçkilərində AKP sensasiya sayıla biləcək qələbə qazanır və uzun müddətli fasilədən sonra Türkiyədə ilk təkbaşına hökumət quran partiya olur. 34,29 faiz səs qazanan AKP parlamentdə əzici üstünlük qazanaraq 365 mandat əldə edir. 2007, 2011 və 2015-ci il (iyun və noyabrda keçirilən seçkilərdə - K.R) seçkilərində AKP qələbə qazanıb və hər dəfə parlamentdə çoxluğu əlində saxlaya bilib.
Bundan başqa 2007 və 2014-cü il prezident seçkilərində AKP öz namizədi ilə gedib. Birinci dəfə parlamentdə keçirilən səsvermə nəticəsində Abdullah Gül, ikinci dəfə isə ümumxalq səsverməsi ilə Ərdoğan Türkiyə prezidenti seçilib. Bundan başqa 2004, 2009 və 2014-cü ildə keçirilən seçkilərdə AKP Türkiyədə bələdiyyələrin böyük əksəriyyətində qələbə qazanaraq yerlərin çoxunu götürüb. Hazırda 30 böyük şəhər bələdiyyəsindən 18-də sədr hakim partiya üzvüdür. Ümumilikdə Türkiyədə seçkilərdə seçicilərin 50 faizi AKP-yə səs verir. Bunu sonuncu - aprelin 16-də keçirilən Konstitusiya referendumu da təsdiqlədi.
Ancaq referendumda AKP gözləniləndən az səs qazandı. Bununla da Konstitusiya dəyişikliyinə nail olsa da, ümumi olaraq partiyanın səslərinin azalması kimi qiymətləndirdi. Bu səbəbdən də gözlənilənin əksinə olaraq hazırda AKP rəhbərliyi qarşıya əsas hədəf kimi 2019-cu ildə keçiriləcək seçkilərdə itirilmiş səsləri bərpa etməkdir. Çünki 2019-cu ildə Türkiyə həm prezident, həm də bələdiyyə seçkilərinə gedəcək və bu seçkilər ölkə üçün həlledici əhəmiyyət daşıyacaq.
AKP mərkəz sağda dayanan və Türkiyədə siyasi sistemdə hakim olan düşüncəni dəyişən bir partiya oldu. Artıq Türkiyədə qanunlar və qərarlar 16 il əvvəlkindən xeyli fərqlənir. Doğrudur, hökumət bu fərqliliyi islahat və yenilənmə adlandırır. Ancaq eyni zamanda laik kəsim, eləcə də milliyyətçi və Atatürkçü camiə AKP-ni mövcud sistemi dəyişməkdə ittiham edir. Türkiyədə dəyişikliklər olsa da, (bunu inkar etmək mümkün deyil - K.R) sistem dəyişikliyindən danışmaq tezdir.
Ancaq faktdır ki, Ərdoğan və onun rəhbərlik etdiyi partiya Türkiyədə siyasi, hüquq və digər daha əvvəl mühafizəkar camiənin üzünə bağlı olan qurumların qapılarını açdı. Bunun müsbət tərəfləri olsa da. Mənfi tərəfləri də oldu. Ancaq bu qaçılmaz idi. Çünki AKP-nin iqtidar olması məhz Türkiyədə ildən ilə güclənən mühafizəkar kəsimin xidmətləri idi. Hələlik Türkiyədə yüksələn xətt üzrə gedən bu tendensiya ildən ilə AKP-yə qələbələr gətirir. 2002-ci ildə çalxalanan, iqtisadi və siyasi xaosdan yorulan, 1998-ci il fevral hərbi çevrilişindəki repressiyalarda əzilmiş Türkiyə toplumu Ərdoğan və AKP timsalında öz xilasını gördü və bu səbəbdən mühafizəkar camiə AKP ətrafında səfərbər oldu. Qapı-qapı, hər evə gedərək insanları, xüsusən də inanclı kəsimi AKP-nin qələbəsinə inandıran, onların səslərini alan AKP səfərbərliyi bu gün də güclüdür. Bunu 2016-cı il 15 iyul qiyam cəhdi də sübut etdi. Analizlər də göstərir ki, Türkiyədə mühafizəkar camiədən yenidə bir güclü alternativ parlamayana qədər seçkilərin favoriti AKP olaraq qalacaq.
Kənan RÖVŞƏNOĞLU \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05 |
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Dünən, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Dünən, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Dünən, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Dünən, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Dünən, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Dünən, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Dünən, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Dünən, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Dünən, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Dünən, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Dünən, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Dünən, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Dünən, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Dünən, 16:58 |
|
|
|
• Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Dünən, 16:56 |
|
|
|
• Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Dünən, 16:55 |
|
|
|
• “Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Dünən, 16:48 |
|
|
|
• Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Dünən, 16:46 |
|
|
|
• Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Dünən, 16:43 |
|
|
|
• “Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Dünən, 16:24 |
|
|
|
• Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Dünən, 16:18 |
|
|
|
• Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Dünən, 16:17 |
|
|
|
• Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Dünən, 16:14 |
|
|
|
|