Kreml Tatarıstanın “xüsusi statusunu” ləğv edir
Tarix: 12-08-2017, 09:24 | Çap et
Rusiyanın RBK xəbər agentliyi yazır ki, Kreml Moskva ilə Tatrıstan arasında səlahiyyətlərin bölgüsünə dair sazişin müddətini uzatmaq niyyətində deyil.
Avqustun 11-də müddəti başa çatan müqavilənin uzadılmasını Rusiya prezidenti Vladimir Putindən Tatarıstan Respublikası Dövlət Şurasının deputatları xahiş etmişdilər.
2007-ci ilin 11 avqustunda imzalanmış bu müqavilənin müddəti 10 il idi. Lakin indi Rusiya rəsmiləri bildiriblər ki, Moskva nə bu müqavilənin müddətini uzatmaq, nə də yeni müqavilə imzalamaq niyyətində deyil.
Bu da bildirilir ki, Kreml hüquqi məsələlər üzrə xüsusi komissiyanın yaradılması fikirndə də deyil. Kremldəki mənbələr RBK agentliyinə bildiriblər ki, hüquqi uyğunsuzluqlar Tatarıstan Respublikasının öz konstitusiyasına bağlıdır və bu məsələləri Kazanın özü həll edə bilər.
Yeni müqavilənin imzalanması məqsədilə hüquqi komissyanın yaradılması üçün Vladimir Putinə iyulun 11-də Tatarıstan Respublikası Dövlət Şurasınımn deputatları müraciıət etmişdilər.
Deputatlar bildirirdilər ki, müqavilənin olmaması Moskva və Kazan arasında səlahiyyətlərin bölüşdürülməsinə dair müəyyən problemlər yaradır.
Söhbət Tatarıstan Konstitusiyasının 1-ci maddəsindən gedir. Bu maddədə deyilir ki, Tatarıstan və Rusiya arasında münasibətlər səlahiyyətlərin bölüşdürülməsinə dair müqaviləyə əsaslanır.
Konstitusiyaya görə bu maddə parlament tərəfindən dəyişdirilə bilməz. Maddənin dəyişdirilməsi üçün ümumxalq referendumunun keçirilməsi tələbi mövcuddur.
Tatarıstan Dövlət Şurasının sədri Farid Muxametşin RBK agentliyinə deyib ki, bu məsələ sakit, qarşılıqlı hömət və etimad şəraitində federal mərkəz olan Moskva ilə subyekt Tatarıstan arasında müzakirə olunmalıdır.
O deyib ki, bu məsıələ referenduma çıxarılarsa respublika əhalisinin əksəriyyəti Konstitusiya maddəsinin dəyişidirilməsinin əleyhinə səs verəcək.
Muxametşin deyib ki, Tatarıstan bu məsələni istər Moskvada, istərsə də Kazanda müzakirə etməyə hazırdır.
Tatarıstan rəsmiləri deyirlər ki, Moskva məsələyə hələ də baxılmamasını Putinin dövlət-hüquq idarəsinin rəisi Larisa Brıçevanın yay məzuniyyətindən qayıtmaması ilə izah ediblər.
Respublika statusundan quberniyaya gedən yol
Lakin BBC-nin Rus xidməti yazır ki, Moskvanın müqaviləni təzələmək istəməməsi daha dərin və fundamental səbəblərlə bağlıdır.
Tatarıstan və Çeçenistana xüsusi status vermək qərarı hələ Sovet İttifaqı çökəndə verilmişdi. Çünki Rusiyanın bu iki subyekti yeni federasiya müqaviləsini imzalmaq istəmirdi.
Beləliklə, 1992-ci ildə Çeçenistan və Tatarıstan Rusiya Federasiyası tərkibində “xüsusi status” əldə etmişdilər.
Səlahiyyətlərin bölüşdürülməsi və ya xüsusi statusa dair müqavilə başlanğıcda Tatarıstana geniş muxtariyyət verirdi, lakin getdikcə daha çox simvolik xarakter daşımağa başlamışdı.
Nəhayət 1994-cü ildə Rusiya və Tatarıstan prezidentləri Boris Yeltsin və Mintimer Şaymiyev arasında “idarəetmənin bölüşdürülməsi və səlahiyyətlərin qarşılıqlı paylaşılmasına” dair müqavilə imzalanmışdı.
Bu müqavilə Kazana torpaq, resurslar üzərində müstəsna sahiblik hüququ verirdi. Tatarıstan öz dövlət orqanlarını yarada, büdcəsini tərtib edə bilərdi. Müqavilə ilə Tatarıstanın hətta vətəndaşlıq statusu tətbiq etmək və öz beynəlxalq siyasətini formalaşdırmaq hüququ vardı.
Lakin Yeltsindən sonra hakimiyyətə gələn Vladimir Putin elə ilk gündən yerli haklimiyyətlərin lüzumsuz səlahiyyətlərinin azaldılması yolunu tutmuşdu.
2000-ci ilin avqustunda birinci müddətə prezident seçilən Putin federal və yerli qanunlar arasındakı uyğunsuzluğu saat mexanizmi olan bomba ilə müqayisə etmiş və demişdi ki, bu uyğunsuzluqlar dərhal aradan qaldırılmalıdır.
Həmin vaxtdan etibarən Kreml tədricən xüsusi səlahiyyətlərin ləğvinə başlayıb.
2003-cü ildə qəbul edilmiş qanuna görə, Moskva və regionlar arasındakı müqavilələr təkrar olaraq federal qanunlarla təsdiqlənməlidir.
Bundan sonra Tatarıstan tədricən özünün simvolik hüquqlarından məhrum edilməyə başladı. Məsələn, Tatarıstan prezidentinin iki dili bilməsinin icbariliyi və Tatarıstan vətəndaşlığı barədə maddələr ləğv olundu.
2000-ci illərin ortalarında Tatarıstanın xüsusi statusu ilə mübarizəyə Rusiyanın Volqaboyundakı xüsusi nümayəndəsi Sergey Kiriyenko da qoşulmuşdu. Nəhayət elə onun vaxtında, 2007-ci ildə uzun müzakirələrdən sonra 10 il müddətinə yeni müqavilə imzalanmışdı. Bu müqavilədə artıq Yeltsinin verdiyi azadlıqlardan çox azı qalırdı.
Hətta Kadırov da qəbul edib ki, ölkədə bir prezident olar
RBK agentliyi isə yazır ki, indi Moskva ola bilsin Tatarıstan hökumətinə “prezident” termininin saxlanmasında güzəştə gedə bilər. Tatarıstan millət vəkilləri Putinə məktubda bu məsələnin mühümlüyünü xüsusi vurğulayıblar.
Lakin Kremldə adının çəkilməsini istəməyən mənbə RBK-ya bildirib ki, Tatarıstan başçısı üçün “prezident” termini yalnız hazırkı prezident Rustam Minnixanovun hakimiyyəti dövrünün başa çatmasınadək saxlana bilər. Minnixanovun prezidentlik müddəti 2020-ci ildə qurtarır.
RBK-nin təhlilində deyilir ki, Tatarıstan hazırda başçısı prezident olan yeganə federasiya subyektidir.
Rusiyada qəbul edilmiş qanuna görə bütün federasiya subyektləri prezident postunu 2015-ci ilədək ləğv etməli idilər.
Lakin daha sonra bu möhlət 2016-cı ilin yanvarınadək uzadılmışdı. Bunu məxsusi olaraq Tatarıstan üçün etmişdilər.
Buna baxmayaraq Tatarıstan da güzəştə getmək niyyətində olana oxşamır. Kazan hələ də respublika başçısını prezident adlandırır.
Yenə də adının çəkilməsini istəməyən Kreml rəsmisi RBK-ya bildirib ki, Tatarıstan prezident Putinin verdiyi siqnalı eşitməlidir.
2015-ci ilin dekabrında Putin bildirmişdi ki, hətta Çeçenistan da “ölkədə bir prezident olar” prinsipini qəbul edib.
Bununla yanaşı, Putin əlavə etmişdi ki, “biz tatar xalqının istədiyi seçimi qəbul etməyə hazırıq”.
Politoloq Vitali İvanov RBK agentliyinə müsahibəsində deyib ki, Moskva prezident titulunu Şaymiyevə, 70 illik yubileyində hədiyyə etmişdi, lakin Minnixanov Putin qubernatorundan başqa bir şey deyil.
Kazan Federal Universitetinin konfliktologiya kafedrasının müdiri Andrey Bolşakov RBK-ya deyib ki, 1994-cü ildə Moskva və Kazan arasında müqavilə imzalananda vəziyyət tamam başqa idi, amma indi mərkəz güclənib və subyektlərlə münasibətlərini müqavilələr üzərində qurmağı düşünmür.
Amma Bolşakov bunu da qeyd edib ki, söhbət həssas məsələdən gedir. Əslində müqaviləni uzatmaqla Moskva heç nə itirməzdi. Bir də unutmaq olmaz ki, tatarlar Rusiyada sayca ikinci böyük millətdir və onların rəyini qulaqardına vurmaq bütün hallarda mümkün olmayacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05 |
|
|
|
• Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02 |
|
|
|
• Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05 |
|
|
|
• Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19 |
|
|
|
• Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17 |
|
|
|
• ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15 |
|
|
|
• İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13 |
|
|
|
• Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09 |
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Dünən, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Dünən, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Dünən, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Dünən, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Dünən, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Dünən, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Dünən, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Dünən, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Dünən, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Dünən, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Dünən, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Dünən, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Dünən, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Dünən, 16:58 |
|
|
|
• Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Dünən, 16:56 |
|
|
|
• Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Dünən, 16:55 |
|
|
|
• “Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Dünən, 16:48 |
|
|
|
• Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Dünən, 16:46 |
|
|
|
• Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Dünən, 16:43 |
|
|
|
• “Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Dünən, 16:24 |
|
|
|
• Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Dünən, 16:18 |
|
|
|
• Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Dünən, 16:17 |
|
|
|
• Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Dünən, 16:14 |
|
|
|
|