Sarkisyan daşnaklarla koalision hökumət qurur - TƏHLİL
Tarix: 13-05-2017, 10:07 | Çap et
Serj Sarkisyan rejimi Ermənistanda aprel seçkilərində yaşanan rəzalətdən sonra koalision hökumətin qurulması istiqamətində ilk addımını atıb. Gözlənildiyi kimi, hər zaman hakimiyyətin "əl buyruqçusu” rolunu oynayan daşnaklar yeni hökumətdə yer alacaq. Ermənistan prezidentinin iqamətgahında hakim Ermənistan Respublika Partiyası (ERP) və Daşnaksütyun Erməni İnqilab Federasiyası (DEİF) arasında koalisiyanın formalaşması ilə bağlı memorandumun imzalanması mərasimi keçirilib.
"Novosti Armeniya” yazır ki, ERP tərəfindən memorandumu partiyanın sədr müavini Armen Aşotyan, DEİF tərəfindən isə qurumun ali orqanının nümayəndəsi Aqvan Vardanyan imzalayıblar. Məlumat üçün bildirək ki, hakim respublikaçılar aprelin 2-də keçirilmiş parlament seçkisində 105 mandatdan 58-ni qazanıb. Bu, 50 faizdən çox olsa da, Respublika Partiyasının hökumət təşkil etməsi üçün başqa bir partiya ilə koalisiyaya girməsi zəruri idi. Daşnaksütyun Partiyasının malik olduğu 7 mandat hökumətin mandat sayını 63-ə çatdıraraq beşdə üç çoxluğu təmin etmiş olur. Ehtimal olunur ki, DEİF artıq əldə etdiyi 3 nazir portfelini özündə saxlayacaq və güman ki, həmin şəxslər öz vəzifələrinə yenidən təyin ediləcəklər. Hazırkı Ermənistan hökumətində Regional İdarəetmə, Təhsil və Ətraf mühitin qorunması nazirlikləri Daşnaksütyun partiyasının ixtiyarına verilib. Lakin aprelin 2-də cəmi 7 faiz səs toplayan Daşnaksütyun daha bir nazir portfelini özünə götürməyə çalışır. Daşnaklar Sarkisyandan kifayət qədər geniş maliyyə xərclərinə malik olan əmək və sosial işlər və ya səhiyyə nazirliklərindən birini istəyir. Bundan başqa, ölkənin iki vilayətinin, Araqatsont və Şirak vilayətlərini qubernatorları da daşnakdır.
Beləliklə, tənəzzülü getdikcə daha sürətli xarakter alan Ermənistan koalision hökumət yaradılmasına daha çox maraq göstərir və artıq bu istiqamətdə ilkin addımlarını atıb. Lakin erməni mediası yazır ki, yeni koalisiya Ermənistan iqtisadiyyatını fəlakətli durumdan xilas etməyə qabil olmayacaq. Hazırda daşnaklar üçün əsas niyyət hökumətdə mümkün olduğu qədər daha çox vəzifə əldə etməkdir. Hətta iddialar səslənir ki, bu partiya müdafiə naziri vəzifəsini də ələ keçirə bilər. Amma daşnakların da ölkəni tənəzzüldən xilas etməsi mümkün sayılmır.
Hazırda bu tənəzzül getdikcə dərinləşir. Ermənistanda iri şirkətlər bu fonda kütləvi ixtisarlara başlayıb. Belə şirkətlər ağır iqtisadi situasiya qarşısında kütləvi ixtisarlara gedərək xərcləri azaltmağa çalışırlar. Son aylarda nə qədər adamın işdən çıxarıldığına dair dəqiq statistika açıqlanmasa da, Maliyyə Nazirliyinin apardığı monitorinq ölkədə qeydiyyatdan keçmiş 520 şirkətin əməkdaşlarının son bir ildə 3600 nəfər azaldığını təsdiq edib. Buna paralel olaraq ölkəni tərk edənlər də artır. Ermənistan Mərkəzi Bankının sabiq sədri Baqrat Asatryan da etiraf edir ki, ölkədə mühacirət artıq bütün miqyasları keçərək ümummilli fəlakətə çevrilib və imkanı olan qaçır. Onun sözlərinə görə, kütləvi mühacirət və vətəndaşların ölkəni tərk etməsi nəticəsində yaxın 5-7 ildə Ermənistanın əhalisi yarıbayarı azala bilər.
Yeri gəlmişkən, yayılan xəbərlərə görə, müdafiə naziri Viqen Sarkisyanın baş nazir vəzifəsinə gətirilməsi üçün ictimai rəy formalaşdırılır. "Jamanak” qəzeti xəbər verir ki, Serj Sarkisyan üçün 2017-ci ilin aprel ayından 2018-ci ilin aprel ayının 9-dək bu vəzifəyə ən yaxşı və mümkün namizəd ölkənin müdafiə naziri Viqen Sarkisyandır: "Bu məqsədlə ictimaiyyətin belə böyük dəyişikliklərə hazır olması üçün böyük səylər göstərilir. Məhz bu səbəbdən Viqen Sarkisyan respublikaçıların siyahısında əvvəldə gələcək”. Nəşrin yazdığına görə, prezident səlahiyyətlərinin müddətinin bitməsinə, yəni 2018-ci ilin aprel ayına qədər partiyanın müxtəlif yürüşlər və ictimai tədbirlər keçirmək planları da var: "Həmin tədbirlər zamanı iştirakçılar Serj Sarkisyana hökumətə rəhbərlik etməsi, yəni ölkənin baş naziri olması üçün "yalvaracaqlar”. V.Sarkisyan 2018-ci il aprel ayının 9-dək öz vəzifəsindən imtina edəcək və prezident səlahiyyətlərinin müddəti başa çatdıqdan sonra baş nazir vəzifəsinə keçəcək. Bu halda, Karen Karapetyan özü üçün müvafiq vəzifə tapa bilməsə, bu proqramı pozmaq üçün əlindən gələni etməli və ya böyük məvacibli "qazanc” üçün Rusiyaya qayıtmalıdır”.
Lakin məsələ ondadır ki, baş nazir Karen Karapetyan öz postunu tərk etmək niyyətində deyil. Erməni mətbuatı xəbər verir ki, bu yaxınlarda Ermənistana gələn Avstriya "İctimai” radiosunun müxbiri Eliza Vas səfər çərçivəsində baş nazir Karen Karapetyanla görüşüb. "2018-ci ildə baş nazir kimi qalmağa və respublikanın rəhbəri olmağa hazırsınızmı” sualına Karapetyan düşünmədən "bəli, hazıram” deyə cavab verib. Ekspertlər hesab edirlər ki, Sarkisyanla Karapetyan arasında başlayan vəzifə davası Ermənistan hakimiyyətinin parçalanmasına gətirib çıxaracaq. "Haykakan jamanax” qəzeti yazır ki, onların arasında nəinki rəsmi, hətta işğüzar görüş belə keçirilmir. \\kaspi.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02 |
|
|
|
• Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56 |
|
|
|
• Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53 |
|
|
|
• “Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank
Bu gün, 12:50 |
|
|
|
• İranın Zəngəzur planı üzə çıxdı - Dəhlizi əngəlləmək üçün bu yola əl atdılar
Bu gün, 12:47 |
|
|
|
• Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır - Pritçin
Bu gün, 12:46 |
|
|
|
• "Başqası ilə eşq yaşayırdı" - Həyat yoldaşını qətlə yetirən şəxs
Bu gün, 12:43 |
|
|
|
• NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! - İran ABŞ-la qolboyun olan İrəvanı sükutla seyr edir, Rusiya isə...
Bu gün, 12:39 |
|
|
|
• İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... - FOTO
Bu gün, 12:34 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib
Bu gün, 12:32 |
|
|
|
• Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"
Bu gün, 12:30 |
|
|
|
• Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - TƏFƏRRÜAT
Bu gün, 12:25 |
|
|
|
• Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək - DETALLAR
Bu gün, 12:22 |
|
|
|
• “1 milyon əsgər Azərbaycana gələcək” – növbəti çərənləmə
Bu gün, 12:19 |
|
|
|
• Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub - ƏMR
Bu gün, 12:16 |
|
|
|
• Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Bu gün, 12:14 |
|
|
|
• Atası oğlunu öldürəni bağışladı, məhkəmə isə… - Hökm
Bu gün, 12:10 |
|
|
|
• "Bu ölkələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar" - deputat
Bu gün, 12:05 |
|
|
|
• "Oğlu Lalə Şövkətin adından yalan danışır, partiya ləğv edilməyib" - Əvəz Temirxan
Bu gün, 11:54 |
|
|
|
• Tehranda 17 yaşlı azərbaycanlı qızın böyük plakatı asıldı
Bu gün, 11:41 |
|
|
|
• Azərbaycanlı Dağıstanın Bakıdakı nümayəndəsi təyin edildi - FOTO
Bu gün, 11:38 |
|
|
|
• "Türkiyə mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirməyi gözə almaz" - deputat
Bu gün, 11:35 |
|
|
|
• Dövlətə, xalqa xidmət, dövlət başçısına sədaqət belə olurmu?! - ETİRAZ VAR...
Bu gün, 11:29 |
|
|
|
• Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?
Bu gün, 11:21 |
|
|
|
• ABŞ Azərbaycan-Ermənistan sərhədinə QOŞUN YERİDİR - Bu, binokullu avropalılar deyil...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda sahibkarlara dövlət adından VERGİ TƏLƏSİ... - NARAZILIQ VAR...
Bu gün, 11:11 |
|
|
|
• Dövlət klinikalarında niyə YER TAPILMIR? - “Xəstə qalıb ortada, biz yer axtarırıq”
Bu gün, 11:01 |
|
|
|
• Saatlı Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə hökm oxundu - DETALLAR
Bu gün, 10:56 |
|
|
|
• Hüseynbala Mirələmovun səhhəti PİSLƏŞDİ - AÇIQLAMA
Bu gün, 10:53 |
|
|
|
• "Bayden vida nitqində ölkələrə necə zərər verdiyini açıqladı" - Rusiya XİN
Bu gün, 10:51 |
|
|
|
• Türkiyə prokurorluğu Flora Kərimovanın plastik cərrahla bağlı şikayətini icraata götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:48 |
|
|
|
• BNMİ-nin əməkdaşları 33 kiloqram narkotik vasitə aşkarlayıb - FOTO, VİDEO
Bu gün, 10:47 |
|
|
|
• Hazırlaşın: Türkləri İrəvanın qapısında qarşılayacağıq – Şarmazanov
Bu gün, 10:45 |
|
|
|
• Amerika bununla bizim strateji tərəfdaşımız olmur - Badalyan
Bu gün, 10:39 |
|
|
|
• “Binokl diplomatiyası” bölgədə gərginlik yaradır - İndi də sərhədimizə FİLİN DİŞİSİ (ABŞ) gəlir...
Bu gün, 10:37 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini ABŞ da öz qonşularına qarşı tətbiq edəcək? - NƏ BAŞ VERİR?
Bu gün, 10:29 |
|
|
|
• SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancında ARTIM OLUB - Sıravi işçilər isə...
Bu gün, 10:26 |
|
|
|
• Maliyyə nazirinin gec təyin olunmasının ölkəmizə FƏSADLARI - ARAŞDIRMA
Bu gün, 10:19 |
|
|
|
• ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq - Finlandiya XİN
Bu gün, 10:15 |
|
|
|
• Zəngəzur uğrunda SAVAŞ... - Bakının marağında deyil, amma...
Bu gün, 10:07 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57 |
|
|
|
• ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45 |
|
|
|
• "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43 |
|
|
|
• Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37 |
|
|
|
• `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28 |
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
• Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20 |
|
|
|
• Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19 |
|
|
|
• Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• 200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
|