Pakistan terrorunun pərdəarxası: `Taliban`ı kimlər və niyə fəallaşdırır? - TƏHLİL
Tarix: 31-03-2016, 11:21 | Çap et
İlin əvvəlindən bu yana Pakistanda üç terror hadisəsi baş verib. Martın 27-də Pakistanın ikinci ən böyük şəhəri olan Lahorda partlayışın törədilməsi 70 nəfərin qətli və 300-ə yaxın insanın yaralanması ilə nəticələndi.
Lahor partlayışına görə məsuliyyəti “Taliban” təşkilatı öz üzərinə götürdü. Budəfəki terror aktının əsas fərqləndirici xüsusiyyəti ondan ibarət idi ki, partlayış xristian əhalisinin Pasxa bayramı ilə bağlı toplandığı meydanda həyata keçirilmişdi və ölənlərin əksər hissəsi xristian dininə sitayiş edən pakistanlılar idilər.
Bundan əvvəl, yanvarın 20-də Pakistanın şimalında yerləşən Çarsəddə şəhərindəki Baça Xan universitetinə terrorçular tərəfindən silahlı hücum təşkil olunmuş, nəticədə 15 dinc sakin qətlə yetirilmiş, 50-ə yaxın insan isə yaralanmışdı. 6 fevral tarixində isə Pakistanın Kvetta şəhərində baş vermiş partlayış nəticəsində 9 nəfər ölmüş, 40-a yaxın insan yaralanmışdı. Hər iki hadisəyə görə “Taliban” hərəkatı məsuliyyəti öz üzərinə götürmüşdü.
Ümumi fikir ondan ibarətdir ki, terrorçuların Pakistan ərazisində mütəmadi qaydada həyata keçirdikləri terror aktları İslamabadın Əfqanıstanla sərhəddə “Taliban” hərəkatına qarşı apardığı mübarizə ilə bağlıdır. Təbii ki, bu fikir həqiqəti əks etdirə bilər, ancaq eyni zamanda Talibanın Pakistanda birdən-birə fəallaşmasının arxasında daha dərin köklərin dayandığını da istisna etmək lazım deyil.
Burada söhbət Yaxın Şərqdə son dövrlərdə gərginliyin artması və Pakistanın bu proseslərə cəlb olunmasından gedə bilər. 2015-ci ilin əvvəlində Səudiyyə Ərəbistanı Yəməni “xusidlərdən azad etmək” adı ilə bu ölkəyə müdaxilə qərarına gəldi. Ər-Riyad 34 müsəlman ölkəsindən böyük bir hərbi koalisiyanı öz ətrafında toplamağa nail oldu. Faktik olaraq, bu, İranın başçılıq etdiyi şiə birliyinə qarşı ittifaqa daxil olmuş sünni dövlətlərin hərbi koalisiyası idi. Amerika başda olmaqla Qərb dövlətləri koalisiyaya qoşulmasalar da, birmənalı şəkildə yeni ittifaqa dəstək verdilər. Əvvəllər İranın nəzarətində olan Yəmənin Səudiyyə Ərəbistanının nəzarətinə keçməsi Avropaya aparan əsas dəniz ticarəti yolunun sünnilərin əlinə keçməsi anlamına gəlirdi.
Lakin bu məsələdə İran üçün ən çox təhlükə yaradan məqam nüvə silahına malik Pakistanın Ər-Riyadın başçılıq etdiyi koalisiyaya qoşulması idi. Belə ki, Pakistanın dənizə çıxış imkanları olan güclü hərbi donanmasının mövcudluğu və İranla həmsərhəd olması Tehran üçün ciddi təhlükə yaradırdı. Koalisiya yaranan ilk vaxtlarda Pakistan rəhbərliyi çox qərarlı görünsə də, bir neçə terror hadisəsindən sonra koalisiya qoşulmaq məsələsini parlamentin müzakirəsinə çıxarmaq qərara alındı.
2015-ci ilin aprel ayında Pakistan parlamenti Yəmənə qarşı hərbi əməliyyatlara qoşulmamaq qərarına gəlsə də, Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə təhlükə yaranacağı təqdirdə Ər-Riyadla vahid cəbhədə mübarizə aparacağını vurğulamağı unutmadı. Bu, o demək idi ki, Pakistan Səudiyyə Ərəbistanına qarşı müharibə elan edən dövlətə qarşı müharibəyə qoşulacaq.
2016-cı il Səudiyyə Ərəbistanında 46 şiə din xadiminin edam olunması xəbərinin yayılması ilə start götürdü. Aralarında nüfuzlu şiə lideri Nimr ən-Nimrin də olduğu din xadimlərinin edam edilməsi Ər-Riyadla Tehranın münasibətləri yenidən gərginləşdirdi. Tehranda ərəblərin səfirliyinə hücumun həyata keçirilməsinə cavab olaraq Ər-Riyad İranla diplomatik münasibətləri kəsdi. Gərginlik o həddə çatdı ki, artıq növbəti müharibənin başlanacağı barədə proqnozlar səslənməyə başladı.
Bu vəziyyət Pakistanı avtomatik olaraq Səudiyyə Ərəbistanının hərbi tərəfdaşı etdiyi üçün Tehran konfrantasiyanın dərinləşməsindən ehtiyatlandı. Çünki müharibənin başlaması İranın iki cəbhədə vuruşmalı olması anlamına gəlirdi. Üstəgəl, Qərb birmənalı Səudiyyə Ərəbistanını dəstəkləməsə də, yaranmış vəziyyət Vaşinqtona Ər-Riyadın yanında olmasını diktə edirdi.
Bu hadisələrdən sonra Pakistanda ard-arda terror hadisələri başladı. Diqqət çəkən məqamlardan biri isə xristian əhaliyə qarşı partlayışın törədilməsidir. Bu, ilk baxışda, Pakistanın qarışıqlıqdan sitifadə edib, ölkədən xristianların çıxarılmasına səy göstərdiyi fikrini yarada bilər. Ən azı, ölkədə xristianlara qarşı müsəlmanların düşmən mövqedə olduqları fikri formalaşır. Belə vəziyyət, Pakistana dəstək verən Qərb dövlətlərinin İslamabadla münasibətlərinin sərinləşməsinə gətirib çıxara bilər.
Ehtimal etmək olar ki, Amerikada yeni prezident seçildikdən sonra Suriyaya “İŞID-la mübarizə məqsədilə ” NATO-nun hərbi qüvvələri yeridiləcək. Təbii ki, Ər-Riyad Suriya ərazisinə qoşun yeridilməsi kampaniyasından kənarda qalmaq istəməyəcək. Lakin görünən odur ki, Pakistanın sünni ərəblərin tərəfdaşı kimi Yaxın Şərqə gəlməsi nə Amerika, nə də şiə ittifaqının maraqlarına uyğundur. Odur ki, Pakistanın sərhədində terrorçuların fəallaşması İslamabadın xeyli müddət öz regionundan kənara çıxmasına mane olacaq. AzVision.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Bu gün, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Bu gün, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Bu gün, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
|