MƏMURLAR BİR AİLƏYƏ CƏHƏNNƏM ƏZABI YAŞADIR
Tarix: 5-12-2013, 15:12 | Çap et
Azərbaycanda bəzi məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi halları davam edir. Onlar insanları sıxışdırmaq, təzyiqlər etmək, rahatlıqlarını pozmaqla məşğul olur, özlərindən aşağı səviyyədə dolanan insanlara qarşı sayğısız yanaşırlar. Bu da sonda xalqın dövlətdən narazı salınması ilə nəticələnir. Hər hansısa bir vəzifəyə təyin olunan bəzi məmurlar həmin vəzifənin əbədi olacağını zənn edərək vəzifə səlahiyyətlərindən şəxsi maraqları naminə istifadə etməklə ictimai maraqları nəzərə almır. Sonda bu şəxsin etdiyi hər hansısa bir özbaşınalıq aşağı təbəqənin zərbə almasına gətirib çıxarır.
Bu cür çıxılmaz vəziyyətdən biri də paytaxt Bakının mərkəz hissəsində-Yasamal rayonunda yaranıb. Burda bir ailə demək olar ki, bəzi məmurlar tərəfindən “gözümçıxdıya” salınıb. Söhbət Yasamal rayonunun Hüseyn Cavid prospekti, ev 1-də yaşayan ailədən gedir. Redaksiyamıza müraciət edən, həmin ünvanda yaşayan, uzun illər şəkərli diabet xəstəliyindən əziyyət çəkən Məlahət Babayeva artıq bu ünvanda yaşamağın imkansız olduğunu deyir. Məlahət Babayeva deyir ki, artıq o ailəsilə birlikdə bərbad vəziyyətdə yaşayır. Səbəb isə rayonda bəzi məmurların onlara qarşı amansız mövqeyidir.
Yasamal məmurları ailə ilə prinsip aparır
Şikayətçinin dediyinə görə, o ailəsi ilə birlikdə uzun illərdir ki, həmin evdə yaşayır. Amma, son bir neçə ildə Yasamal rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin məmurları tərəfindən sıxışdırılır. Belə ki, birliyin rəhbərliyi prospektdəki bütün zibil yeşiklərini həmin ünvana, həyətin qarşısına qoydurub. Nəticədə Məlahət Babayevanın mənzilinin qarşısı zibilxanaya çevrilib: “Özüm 10 ildir ki, şəkərli diabet xəstəsiyəm və yaşamağım “insulin” iynəsindən asılıdır. Tez-tez təngnəfəsliyim tutur, nəfəs almağım çətinləşir. Zibilxananın bizim mənzilin qarşısına köçürülməsi vəziyyətimi daha da ağırlaşdırır. Şəhərin mərkəzində mənzilimdə həşəratlardan dayana bilmirik. Ev təmiz antisanitar vəziyyətə düşüb. Dəfələrlə həyətimin qarşısını pul verib təmizlətdirmişəm ki, natəmizlik aradan qalxsın. Amma, heç bir faydası yoxdur. Əksinə, Mənzil Kommunal Təsərrüfatı Birliyi mənzilimin qarşısını daha da biabırçı vəziyyətə salıb”.
Məlahət xanım deyir ki, bir neçə il əvvəl evinin qarşısında cəmi bir zibil yeşiyi quraşdırılıb ki, bura da bütün məhəllə sakinləri zibil töküblər. Bununla bağlı xahiş edib ki, vəziyyəti ağır olduğu üçün zibil yeşiyini başqa yerə köçürsünlər. Amma, əksinə, xahişdən sonra həmin ərazini əməlli-başlı zibilxana ediblər: “Ağır xəstə olduğum üçün xahiş etdim ki, həmin zibil yeşiyini qapımın ağzından götürüb bir az kənara qoysunlar. Bu kiminsə xoşuna gəlmədi və evimin qarşısını tam zibilxanaya çevirdilər. İndi başqa məhəllələrdəki zibil yeşiklərini də gətirib qoyublar qapımın ağzına. Nə iydən evə girmək olur, nə həşəratlardan yaşamaq. Vəziyyətimiz tam acınacaqlıdır. Heç kim də bizim vəziyyətimizi nəzərə almır. Tam çarəsiz vəziyyətdə qalmışıq. Əvvəllər yalnız öz məhəlləmizin sakinləri həmin yeşiyə zibil atırdısa, indi bütün prospekt mənzilimin qarşısını zibilxana edib. Heç kimə heç nə deyə bilmirəm”.
Milyonçular məhəlləsində zibilliklər içərisində yaşayan ailə
Məlahət xanım deyir ki, məhəllədəki sakinlərin əksəriyyəti imkanlı məmurlar olduğundan Mənzil Kommunal Təsərrüfatı Birliyi onlara söz deyə bilmir və onların evlərinin qarşısındakı zibil yeşiklərini yığışdırıb. Əvəzində isə həmin zibil yeşiklərini bir yerə-onun evinin qarşısına gətirib qoyublar: “Məmurların evlərindən başqa burda “Ağ çiçəyim” gül mağazası, “Sevimli dad” kolbasa və sosis mağazası və iki iri restoran var. Həmin obyektlərin də zibilləri bura atılır: “Heç bir obyektin qarşısına zibil yeşiyi qoymurlar. Hamısı bizim qapının girişindədir. “Sevimli dad”ın vaxtı keçmiş malları, tullantı, iylənmiş ətlər bu zibil yeşiyinə atılır. Artıq dözə bilmirik. Evdə hamımız xəstəliyə tutulmuşuq. 6 nəfərlik ailə üzvümdən biri də sağlam deyil. Zibil yeşikləri bura qoyulandan hamımız yoluxucu xəstəliklərə tutulmuşuq. Zibilliyin bütün bakteriyaları, həşəratlarla birlikdə bizim evə dolur. Artıq belə yaşamaqdan iyrənirik. Məhəllədəki 3-4 mərtəbəli villaların yaxınlığı qalır, bütün zibil yeşiklərini bizim həyətə gətirib qoyurlar. Bu qədər də saymamazlıq da olmaz axı? Biz də insanıq, biz də bu ölkənin vətəndaşlarıyıq, bizim də Azərbaycanda, doğma vətənimizdə yaşamağa haqqımız var. Amma, məmurlar bizə bu haqqı çox görürlər. İmkan vermirlər ki, xəstə vəziyyətdə də olsa öz evimizdə sakit yaşayaq”.
2 və 3 yaşlı körpələr bakterioloji xəstəliyə düçar olub
Məlahət xanımın dediyinə görə, zibil yeşikləri hərdən bilərəkdən yandırılır da. Zibillər yananda isə bütün bakteriyalar evə dolur, nəinki həyətdə, heç evdə də nəfəs almaq olmur. Evdə iki azyaşlı nəvəm var. Nəvələrimin birinin 3, digərinin isə 2 yaşı var. Demək olar ki, həmin zibilliyin üfunət və bakteriyalarından hər həftə onları xəstəxanalarda yatırdırıq. Hər həftə bir xəstəlik tapırlar. Hər ikisi zibil yeşiklərinin üfunətindən bakterioloji xəstəliklər tapıb. İkisinin də bağırsağında bakteriyalar var və müalicə olunmalarına baxmayaraq onları bu bakteriyalardan azad edə bilmirik. Günümüz xəstəxanalarda uşaq müalicə etdirməklə keçir. Evimdə sakit, problemsiz yaşaya bilmirəm”.
Evi olan ailə kirayə köçmək məcburiyyətində qalıb
Məlahət Babayeva deyir ki, yaşadığı ərazidə 3 yaşayış binası var. Həmin binaların həyətlərində isə zibil yeşikləri qoymaq üçün kifayət qədər ərazi var. Amma, icra məmurları bu binaların həyətlərindəki zibil yeşiklərini də onların mənzillərinin qarşısına köçürüb: “Burada 525-ci məhəllənin də zibillərini gətirirlər. Çünki, həmin məhəllənin də zibil yeşikləri həyətlərdən götürülüb və bizim qapıya qoyulub. İndi ərazidəki restoranlar da, 3 yaşayış binasının sakinləri də, “Sevimli dad” mağazası, “Ağ çiçəyim” gül salonu və yaxınlıqdakı məmurlar da zibillərini onun evinin qarşısına tökür, özü də pərakəndə halda: “Buna kim dözər? Məmurlar niyə belə öznaşınalıqlar edirlər bilmirəm. Artıq iş o həddə çatıb ki, az qalırıq evi bağlayıb gedib başqa ərazidə kirayədə yaşayaq. Evin ola-ola bu qədər ailə üzvlərimlə kirayə ev axtarmaq məcburiyyətində qalmaq biabırçılıqdı”.
Ailə “bomj”lar və küçə itlərinin qorxusundan evinə gedə bilmir
Şikayətçi DİA.AZ-a deyir ki, zibil yeşiklərinin onun evinin qarşısına qoyulması buranı bomjların da məskəninə çevirib: “Axşamlar burda bir biabırçı vəziyyət yaranır ki, artıq evimizə də getməyə qorxuruq. Təsəvvür edin, axşam saatlarında zibil yeşiklərinin ətrafı küçə itləri ilə dolu olur. Həmin itlər bu zibil yeşiklərini eşib-tökür, “Sevimli dad”ın atdığı iylənmiş ətləri yeşikdən çıxarı sürüyür. Ətrafı üfunət iyi götürür. Hələ bu harasıdır. Axşam bir də evə gələndə görürsən ki, qapının qarşısında iki-üç nəfər zibillikdə eşələnən, səfil həyatı yaşayanlar yatıblar. Onlar da zibillikdən nəsə axtarır tapır, onu yeyir, spirtli içki qəbul edib yıxılır qapının ağzına. Hava qaralanda neçə dəfələrlə olub ki, onları görüb qorxmuşuq, uşaqları onların qorxusundan həyətə buraxa bilmirik. Nəvələrim təmiz hava üzünə həsrət qalıb”.
Zibillərin yandırılması iki dəfə ailəni ölümlə üz-üzə qoyub
Ev sahibi bildirir ki, zibilliyin onun evinin qarşısında olması nəticəsində iki dəfə evi yanma təhlükəsilə üzləşib: “İki dəfə zibil yeşiklərində güclü yanğın olub. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən dəstəsinin köməyi ilə söndürülüb. Hər iki hadisə zamanı az qalıb ki, alov bizim və qonşuların evlərinə keçsin. Lakin yanğınsöndürənlər bunun qarşısını alıb. Zibil yeşikləri qoyulan yerdə uzunömürlü şam ağacları var idi. Yanğın zamanı həmin ərazidəki onlarla şam ağacları yandı”.
Çarəsiz qalan Məlahət Babayeva ailəsilə birlikdə prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya müraciət edib və ailə üzvlərinin bu bəladan qurtarması, zibil yeşiklərinin ərazidən götürülməsi üçün onlardan yardım istəyir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kredit daha çox hansı sektora yönəlib? - AKTUAL
Bu gün, 18:16 |
|
|
|
• Diplomların tanınmaması normaldır... - ÇÜNKİ...
Bu gün, 18:04 |
|
|
|
• “Embraer” təyyarələri nə qədər təhlükəsizdir? – Qəza tarixi
Bu gün, 17:52 |
|
|
|
• Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı - VİDEO
Bu gün, 17:41 |
|
|
|
• AZAL-dan MATƏM PAYLAŞIMI - "Onların ağrısı bizim də ağrımızdır..."
Bu gün, 17:31 |
|
|
|
• “Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” - Etibar Məmmədov
Bu gün, 17:21 |
|
|
|
• Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ - TƏFƏRRÜAT
Bu gün, 17:15 |
|
|
|
• Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib - Zaxarova
Bu gün, 17:13 |
|
|
|
• "Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" - Emalatxanada 10 nəfərin öldüyü partlayışla bağlı MƏHKƏMƏ
Bu gün, 17:06 |
|
|
|
• Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... - BU, HƏDDSİZLİKDİR!!!
Bu gün, 17:02 |
|
|
|
• Təyyarə qəzasından sağ çıxan şəxs: - "Havada olarkən partlayış səsi eşitdik"
Bu gün, 16:57 |
|
|
|
• “Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü
Bu gün, 16:46 |
|
|
|
• Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub - FOTO
Bu gün, 16:43 |
|
|
|
• Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı - FOTO
Bu gün, 16:40 |
|
|
|
• Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR -“Prosesi 2026-cı ilə qədər uzatmaq istəyir”
Bu gün, 16:37 |
|
|
|
• Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ - VİDEO
Bu gün, 16:33 |
|
|
|
• Sədri dəyişən metropolitendə nə dəyişəcək? - "Stansiya və depoların sayı artırılmalıdır, əlaqəli xətt qurulmalıdır"
Bu gün, 16:30 |
|
|
|
• “İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” - 5 şəhidi , 70 müharibə iştirakçısı olan kəndin sakinləri çarəsiz vəziyyətdədir
Bu gün, 16:27 |
|
|
|
• Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... - ŞƏRH
Bu gün, 16:22 |
|
|
|
• Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var - Prezident İlham Əliyev
Bu gün, 16:20 |
|
|
|
• Matəm günündə dərs olacaq? - RƏSMİ AÇIQLAMA
Bu gün, 16:19 |
|
|
|
• Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? - "Bu, nə təfəkkürdür?.."
Bu gün, 16:01 |
|
|
|
• Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:59 |
|
|
|
• Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər - ŞƏRH
Bu gün, 15:57 |
|
|
|
• Sabiq deputatı Fərhad Qəribov vəfat edib
Bu gün, 15:55 |
|
|
|
• Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... - AKTUAL
Bu gün, 15:54 |
|
|
|
• Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir - ADLAR
Bu gün, 15:51 |
|
|
|
• Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır - TƏFSİLAT
Bu gün, 15:42 |
|
|
|
• 67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub
Bu gün, 15:41 |
|
|
|
• Dekabrın 26-da Azərbaycanda matəm elan edilib - SƏRƏNCAM
Bu gün, 15:33 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə ilk onlar kömək ediblər - HƏR BİRİNƏ MİNNƏTDARIQ!
Bu gün, 15:31 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq - Putin
Bu gün, 15:27 |
|
|
|
• Yeni Klinika TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil edilib - QƏRAR
Bu gün, 15:23 |
|
|
|
• Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır - SİYAHI
Bu gün, 15:10 |
|
|
|
• Bakı 3 dəfə xəbərdarlıq edib: Hücum silahları sərhədə gətirildi - GƏLİŞMƏ
Bu gün, 15:08 |
|
|
|
• Fövqəladə hallar naziri və rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstandadır - FOTO
Bu gün, 15:05 |
|
|
|
• Astana sakinləri Azərbaycan səfirliyinin önünə gül dəstələri gətirirlər - FOTO
Bu gün, 15:04 |
|
|
|
• 32 nəfər sağdır, vəziyyəti ağır olanlar var
Bu gün, 14:50 |
|
|
|
• Prezident İlham Əliyevin təyyarəsi Moskva üzərindən geri qayıdıb
Bu gün, 14:34 |
|
|
|
• Faciə ilə bağlı YEKUN RƏQƏMLƏR... - BAŞIN SAĞ OLSUN, VƏTƏN!
Bu gün, 14:20 |
|
|
|
• Paşinyan qəza ilə bağlı başsağlığı verdi - FOTO
Bu gün, 14:16 |
|
|
|
• Makronun Azərbaycan nifrətinin əsas SƏBƏBİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• Paşinyan erməni cəmiyyətini çaşdırır - Belə getsə, 2028-ci ilədək sülh sazişi imzalanmayacaq
Bu gün, 14:00 |
|
|
|
• Minlərlə manat yenə havaya sovrulub - AXI NİYƏ?..
Bu gün, 13:58 |
|
|
|
• Pilot niyə təyyarəni Xəzərə endirmədi? - Üç səbəb
Bu gün, 13:11 |
|
|
|
• Bu məktəbdə Yeni il şənliyi üçün 120 manat tələb olunur - Məktəbdənsə deyirlər ki...
Bu gün, 13:07 |
|
|
|
• Trampın pis avazı, 4 ölkəyə qarşı iddia - Bu gedişlə ABŞ “dünya jandarmı” olmaq istəyəcək
Bu gün, 13:04 |
|
|
|
• AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin ailə üzvləri üçün qaynar xətt yaradılıb - DİQQƏT!
Bu gün, 13:01 |
|
|
|
• Təyyarəmiz Qroznıya Ukrayna dronlarına görə ENƏ BİLMƏYİB? - AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan ölkəyə geri qayıdıb - məsələlər dövlət başçısının nəzarəti altındadır
Bu gün, 12:57 |
|
|
|
|