Göyçay sakini dərdini KİMƏ DESİN? .....                     “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı .....                     Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə .....                     Estetik əməliyyatlar epidemiya şəklini alıb .....                     Azərbaycanda şirkət açmağın xərci nə qədərdir? .....                     Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? .....                     "Xoşbəxtəmsə, söhbət bağlanıb..." .....                     Pentaqon silahlanır .....                     Avtomobil bazarında bu maşına tələbat artdı... .....                     Xankəndidə “cızılan plan” Tiflisə yönəldi .....                     “Bunsuz sülh olmayacaq!” .....                     Makronun təşəbbüsü keçmədi .....                     Sülh heç üfüqdə də görünmür .....                     Üçtərəfli görüşdə fiasko: .....                     Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil .....                     Milli kimliyimizə təhlükə: .....                     “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” .....                     Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək .....                     “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” .....                     Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... .....                     Xaçmaza yeni polis rəisi təyin olunub .....                     “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” .....                     “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” .....                     Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər .....                     “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” .....                     Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı .....                     Bəşər Əsədin həyat yoldaşının .....                     MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! .....                     Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur .....                     “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” .....                     Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur .....                     Sement ixracı bu il Azərbaycana 48 milyon dollar .....                     Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi .....                     Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib .....                     "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..." .....                     Axşam.az 12 yaşında! .....                     27 il talayasan... VƏ CƏZASIZ QALASAN... .....                     “LukOyl” benzin əvəzinə su satır? .....                     Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? .....                     İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı .....                 

İCRA BAŞÇISI MƏMUR OVUNA ÇIXIB
Tarix: 25-10-2013, 11:02 | Çap et
İCRA BAŞÇISI MƏMUR OVUNA ÇIXIB
KÖHNƏ HEYİFLƏRİ ÇIXMASI ÜÇÜN FÜRSƏT YARANIB

Məlum olduğu kimi bir neçə ay bundan əvvəl Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Akif Səlimov təyin edilmişdir. Yerli mənbələrin kütləvi informasiya vasitələrinə təqdim etdikləri məlumatlarda isə iddia olunur ki, hətta bu qısa müddət ərzində belə, yeni İcra başçısının fəaliyyəti artıq laçınlılar arasında böyük narazılıqları yaranmasına səbəb olub. Məlumatlarda xüsusilə vurğulanır ki, Akif Səlimovun yarıtmaz kadr siyasəti rayon əhalisini faktiki olaraq iki rəqib düşərgəyə bölüb. Belə ki, İcra başçısının özünə yeni komanda formalaşdırmaq yönümündə rayon sakinləri arasında etnik ayrı seçkiliyə yol verdiyini bildirən mənbələr, məhz bu cəhətdən vəziyyətin son dərəcə mürəkkəbləşdiyini, hətta bu zəmində konfliktli situasiyaların da yarandığını diqqət mərkəzinə çəkirlər. Yeri gəlmişkəm ölkə mətbuatında yayımlanan məlumatlara görə də A.Səlimov Laçın RİH-nin yeni başçısı təyin olunduqdan dərhal sonra bu qurumun strukturunda əksər məsul postları tutan şəxsləri, o cümlədən hümanitar məsələlər üzrə müavin Bəsti Nəcəflini, aqrar məsələlər üzrə müavin S.Məmiyevi, ümumi şöbənin müdirü N.Nəcəfovu, RİH-nin komendantı Şakir İbrahimovu, Mədəniyyət və Turizm şöbəsinin müdiri İ.İlyasovu öz vəzifələrindən azad etmişdir. Məlumatlarda bildirilir ki, həmin vəzifələrə Akif Səlimova yaxınlığı ilə seçilən kadrlar təyinat almışlar. Bu arada belə bir məqamı da etiraf etmək lazımdır ki, əslində hər bir yeni icra başçısının qarşıda duran vəzifələri daha effektiv şəkildə icra etmək məqsədilə özünə yeni işçi heyət formaıaşdırmağa həm hüquqi, həm də mənəvi haqqı vardır. Bu şərtlə ki, həmin proses digər vətəndaşların hüquqlarının pozulmasına yol açmasın. Yerli mənbələr tərəfindən təqdim olunan məlumatlarda isə Akif Səlimovun yeni komanda yaratmaq üçün kadr seçimini məhz etnik mənsubiyyət kriteriləri əsasında həyata keçirdiyi iddia olunur. Məlum olduğu kimi Azərbaycanda etnik mənsubiyyət zəminində vətəndaşlar arasında ayrı-seçkiliyə yol verilməsi olkə qanunları ilə qadağan olunub. Digər tərəfdən isə yüksək vəzifəli məmur tərəfindən nümayiş etdirilən belə mövqe kütlə daxilində dərhal öz ardıcıllarını taparaq daha böyük və təhlükəli fəsadlara yol aça bilər. Məhz bu səbəbdən hər hansı RİH başçısının dövlət və ümumxalq mənafeylərinə zidd milli-etnik “siyasəti” yolverilməzdir və bu kimi halların qarşısı dərhal və qətiyyətlə alınmalıdır. Bu olaylarda təəccüb doğuran bir cəhət də məhz elə bundan ibarətdir ki, uzun illər polis orqanlarında işlədiyi bildirilən Akif Səlimov özü də bu sadə həqiqətləri yaxşı bilməlidir. Bununla belə onun dövlət orqanına işə qəbul zamanı etnik mənsubiyyət əsasında seçim həyata keçirmək ideyası, dolayısı ilə əhali arasında milli-etnik zəmində ədavətin qızışdırılması cəhdləri kimi qiymətləndirilməyə bilməz.Yerli mənbələrdən daxil olan başqa bir məlumatda isə Akif Səlimovun həm də vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vətəndaşların hüquqlarının pozulması ilə müşayiət olunan qisasçılıq və əvəz çıxma kimi qeyri-etik davranış formalarına yol verdiyi bildirilir. Məsələn, qeyd olunur ki, 121 saylı Laçın Dairə Seçki Komissiyasının sədri Ş.Paşayevin bu vəzifədən kənarlaşdırılmasını yerli sakinlər artıq üç il davam edən ədavətin məntiqi nəticəsi kimi qiymətləndirirlər. Məlumatlara görə, 2010-cu ildə Akif Səlimov 121 saylı Seçki Dairəsindən Milli Məclisə deputat kimi öz namizədliyini irəli sürmüşdü. Bildirilir ki, həmin vaxt kifayət qədər səs toplaya bilməyən A.Səlimov buna görə məhz Laçın RİH-nin keçmiş icra başçısının və Dairə Seçki Komissiyasının sədrinin məsuliyyət daşımalı olduqlarına özünü inandırıb. İndi isə əlinə düşən imkandan istifadə edən başçı qısa müddətdə komissiya sədrinin dəyişdirilməsinə nail ola bilib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47
Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41
Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37
Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30
Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28
"Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23
Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21
Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19
Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14
“Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12
Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09
Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22
Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19
Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00
Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56
“Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53
Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48
“4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43
Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43
“Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31
“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10
Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02
“Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00
Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58
Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01
MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57
Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50
“Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26
Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22
Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07
Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Dünən, 12:03
"Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Dünən, 11:48
Axşam.az 12 yaşında!
Dünən, 11:47
27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Dünən, 11:42
“LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Dünən, 11:34
Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Dünən, 11:27
İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Dünən, 11:25
Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Dünən, 11:20
Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Dünən, 11:02
ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Dünən, 11:00
Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Dünən, 10:48
Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Dünən, 10:38
`Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Dünən, 10:37
AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Dünən, 10:18
Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Dünən, 10:10
Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Dünən, 10:08
"Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Dünən, 10:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru