ƏSAS PROSESLƏR HAKİMİYYƏTİN İÇİNDƏ BAŞ VERƏCƏK
Tarix: 25-10-2013, 09:38 | Çap et
ARTIQ MÜXALİFƏTLƏ HESABINI ÇÜRÜTMÜŞ İQTİDARDAN GÖZLƏNTİLƏR
DİA.AZ: - Artıq prezident seçkiləri geridə qalıb. Yeni hökumət də formalaşıb. Hər halda, bütün bu faktlar siyasi müstəvidə, həm də iqtidariçi münasibətlərdə yetərincə gərilmiş emosiyaların, toqquşan maraqların üzərinə su səpilməsi üçün kifayət etməkdədir. Və hiss olunanı da budur. Bütün narazılar baş verənlərə boyun əymiş kimi görünürlər. Elə hakimiyyətə özünü opponent kimi təqdim edən müxalifətdəkilər də. Beləcə, İlham Əliyev 20 il əvvəl mərhum prezident Heydər Əliyevin başlatdığı bir siyasəti davam etdirə bilməsi üçün növbəti fürsəti yaratmış oldu.
Müxalifət nə etməli?
Hər halda, bu gün müxalifət liderləri üçün kifayət qədər açıq mənzərə mövcuddur. Nəyin necə baş verməsindən asılı olmayaraq real olanı, görüntüdə olanı budur ki, artıq hazırki müxalifət hansısa formada dəyişiklik edəcək iqtidarda olmadığından bu müxalifətin iqtidar ola bilməsi üçün nə zamansa şəraitin yetişəcəyi inandırıcı deyil.
Müxaliflərdən fərqli olaraq isə hakimiyyət kifayət qədər ciddi görünür. Bütün proseslərdə. Hər kəs bu seçki prosesində əsas olaraq bir məsələni müşahidə etdi. Hakimiyyətdə oturanlar öz mövqelərini qoruya bilmələri üçün hər xırda detala nə qədər ciddi yanaşdısa, bunun əksinə olaraq rəqib kimi təqdim olunan müxaliflər hətta ciddi olanlara belə dırnaqarası baxdılar.
Və bu da ilk başdan sezildi. Təsəvvür edin, çox ciddi ajiotaja nail olmuş müxaliflər Milli Şura adlı qurumlarına hər kəsin yalnız yaxşı kinoçəkən kimi tanıdığı Rüstəm İbrahimbəyovu rəhbər seçdilər, onu vahid namizəd elan etdilər.
Rüstəm İbrahimbəyov isə özünün çəkdiyi filmlərində olduğu kimi girişdiyi prosesdə daha çox kadr arxasında qalmağa üstünlük verdiyini nümayiş etdirdi. O, hələ Milli Şuranın vahid namizədi olarkən çox ciddi məqamda Bakıdan ona telefon açan jurnalistlərə «əlimdə daha ciddi işlərim var, montajla məşğulam» deməsiylə baş qəhrəman yox, epizodik rola «çəkilmək istədiyini» nümayiş etdirdi.
Əslində həmin ərəfədə Rüstəm İbrahimbəyov artıq BAŞ QƏHRƏMAN kimi missiyasını bitirmişdi. Və onun üzərinə düşən missiya ənənəvi müxalifət qüvvələrini çıxılmaza salmaq idi. Həmin çıxılmaz isə Kremllə rəsmi Bakının anlaşmasına qədərki mərhələ idi.
Bir neçə gün əvvəl Milli Şuranın sonuncu vahid namizədi Cəmil Həsənli «Milli Şuranı Rusiya yaradıb deyənlər, bu gün Rusiyanı təbliğ edirlər» ittihamını irəli sürdü ki, bu ittihamı ilə də sanki «Milli Şuranı Rusia yaratmayıb» demək istəyirdi.
Halbuki hörmətli Cəmil müəllim də yaxşı bilirdi ki, Milli Şuranı elə həqiqətən də Rusiya yaradıb. Sadəcə olaraq artıq Cəmil Həsənliyə ötürüləndə Milli Şura Rusiyaya lazım deyildi. Kremlin başbilənləri istəklərinə çatmışdılar, rəsmi Bakıdan istədiklərini ala bilmişdilər və istifadə olunmuş Milli Şura artıq Kremlin marağında olmadığından, hətta ruslar asanlıqla Milli Şuranın müəlliflik hüququnu Azərbaycanın yerli SOSİAL SİYASİ SİFARİŞİnə «təslim etməyə» də hazır idilər və bunu etdilər də. Yəni necə istəyirsiniz elə də təqdim edin. Artıq Rusiya istəyinə çatıb və Milli Şuradan istədiklərini alıb.
Rusiyanın istəyində o deyildi ki, Milli Şuranı hakimiyyətə gətirsin və bu qurumun hesabına Azərbaycanı nəzarətində saxlasın. Çünki Kremldə oturanlar da hər şeyi yaxşı bilirdilər. Və ən əsası Milli Şuradakıları yaxşı tanyırdılar. Məgər günü bu gün də müxalifət adına çıxış edənlərimiz bizlərə SSRİ-dən miras qalmayıblarmı? Hər halda, SSRİ-nin varisi olan ruslar öz miraslarının hansı bezin qırağı olmasının fərqində idilər. Hərgah ki, bu ifadə Cəmil Həsənlinin çox acığına gəlir…
Fakt ondan ibarətdir ki, müxalifət istifadə müddəti bitmiş bir təşkilat - Milli Şura hesabına özünün istifadə müddətini uzatmağa çalışır. Ki, bu da ağlabatan deyil. Artıq sürət əsridir və arxasınca baxdığımız qatara yetişməmiz də qeyri mümkündür.
«Nə etməli» sualının cavabı isə müxaliflər üçün çox sadədir: yır-yığış…
Hakimiyyət nə edəcək?
Bax, əsas sual budur. Bu gün daha çox düşünməli olduğumuz sual bundan ibarətdir. Hakimiyyət nə edəcək?.. Çünki bu gün hər şey hakimiyyətin atdığı addımlardan asılıdır. Müxalifətin atdığı və atmaq istədiyi addımlardan yox. Bu gün müxalifətin hətta ən kütləvi və ən səs-küylü hesab etdiyi aksiyalar yalnız bir neçə yüz polis işçisi üçün dərd ola bilər. Onlar əlavə olaraq nobata çıxırlar. Geniş planda müxalifətin aksiyaları da iqtidar üçün təhlükəli deyil, daha dəqiqi təhlükə hesab olunmur.
Ona görə də iqtidardakılar Bakı meriyasına müxalifətlə istədiyi qədər gizlənpaç oynamağa imkan da tanıyıblar. Və Hacıbala Abutalıbovun kantoru da bu imkanından gen-bol istifadə edir. Bir gün «müxalifətin müraciət-məktubu bizə yetişməyib» deyir və bununla da «radikal ovqatlı» Milli Şura üzvlərinin aksiyalarını bir həftəlik yubatmış olur. Sonradan icazə verilir. Yəni bu o deməkdir ki, aksiya olacaqsa, müxalifətin dediyi yox, Hacıbala Abutalıbovun istədii vaxt olacaq. Artıq Milli Şuranın muhattabı hakimiyyət yox, Hacıbala Abutalıbovdur… ən uzağı Bakı şəhər Baş Polis İdarəsi…
Elə buna görə də nəzərlər hakimiyyətin nə edəcəyinə zillənib. Hakimiyyət isə etdiyini etməkdədir. Nazirlər Kabinetini formalaşdırdı. Maraqlı idi ki, bu prosesə də müxalifət irad tutdu. Və ən anlaşılmayanı da bu idi. Cənablar, məgər siz hakimiyyətə gəlmişdiniz ki, İlham Əliyev də öz hökumətini, öz komandasını məhz SİZİN İSTƏK VƏ ARZULARINIZA uyğun şəkildə formalaşdırsın?
Yəni anlaşılan deyil ki, nədən müxalifətdəkilər İlham Əliyevin hansısa məmurundan imtina etməməsini qəzəblə qarşılayırlar. Niyə də imtina etməlidir ki? Bu gün hökumətin tərkibində saxlanılan hansı məmuru İlham Əliyev hakimiyyətini hansı məqamda axsadıb? İstənilən bir siyasi qüvvəni əsas düşündürən məqamlardan biri və həm də birincisi məgər hakimiyyəti qorumaq deyilmi? Təbii ki, belədir. Və əgər kimsə əksini düşünürsə, o zaman 1992-ci ildə qaldığını etiraf etmək zorundadır. Çünki məhz həmin dönəmdə əsas hədəfdən yayınma oldu.
Siyasətin nəzəriyyəsində də birinci qayğı əgər hakimiyyətin qorunmasıdırsa və sonrakı etapda plan və siyasi arzuların, siyasi niyyətlərin gerçəkləşdirilməsi dönəmi başlayırsa, o zaman nədən bu gün İlham Əliyevin təsdiq elədiyi Nazirlər Kabineti tərkibinə kimlərsə iradla baxmalıdır?
Və bu anlaşılmaz mövqelərilə artıq siyasi müxalifətlə haqq-hesabını çoxdan çürütmüş iqtidarın təbii ki, əsas qayğılarının öz daxilində olduğu daha çox görünənidir. Deməli, qarşıdakı illərdə biz iqtidarın çölünə yox, içinə baxmalı olacağıq. Kim nəyi necə edir?..
Azər - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Suriyanın yeni sahibi NECƏ DAVRANACAQ... - Hər kəsi YAXŞI TANIYIR...
Bu gün, 08:19 |
|
|
|
• Ceyhun Bayramov Serbiyaya səfər edib
Bu gün, 08:17 |
|
|
|
• `Azercell` istehlakçı hüquqlarını NECƏ POZUR... - NARAZILIQ VAR...
Bu gün, 08:14 |
|
|
|
• Makronun BATIRDIĞI FRANSA... - İNCƏLƏMƏ
Bu gün, 07:15 |
|
|
|
• İranın sərhəddə 150 minlik ordusu var, ancaq Azərbaycan… - GƏLİŞMƏ
Bu gün, 07:11 |
|
|
|
• "HƏMAS, Hizbullah, İslami Cihad bizim deyil" - Xamenei İranın proksi qüvvələrindən imtina etdi
Bu gün, 06:19 |
|
|
|
• Ermənilərdən “Dubay şokoladı” ilə bağlı ŞOK iddia: Şuşa detalı - Rəsmən xəstədirlər...
Bu gün, 06:17 |
|
|
|
• "Valmarket Şəbəkə Supermarket" dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:12 |
|
|
|
• Dezinformasiya ilə necə mübarizə aparaq? - AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ - "Sputnik Georgia"
Bu gün, 00:43 |
|
|
|
• İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:36 |
|
|
|
• Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Dünən, 22:39 |
|
|
|
• "İçim parça parçadır"
Dünən, 22:34 |
|
|
|
• "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Dünən, 18:37 |
|
|
|
• Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Dünən, 18:35 |
|
|
|
• Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Dünən, 18:33 |
|
|
|
• Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Dünən, 18:28 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Dünən, 13:57 |
|
|
|
• Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Dünən, 13:55 |
|
|
|
• Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Dünən, 13:22 |
|
|
|
• "Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Dünən, 13:19 |
|
|
|
• “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Dünən, 13:04 |
|
|
|
• Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Dünən, 12:39 |
|
|
|
• "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Dünən, 12:37 |
|
|
|
• Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Dünən, 11:17 |
|
|
|
• Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Dünən, 11:15 |
|
|
|
• "Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Dünən, 11:13 |
|
|
|
• Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Dünən, 11:10 |
|
|
|
• Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:08 |
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Dünən, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Dünən, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Dünən, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Dünən, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Dünən, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Dünən, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Dünən, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Dünən, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Dünən, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Dünən, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Dünən, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Dünən, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Dünən, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Dünən, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Dünən, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Dünən, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Dünən, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
21-12-2024, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
21-12-2024, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
21-12-2024, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
21-12-2024, 17:56 |
|
|
|
|