Əsas Səhifə > Ölkə, Manşet > Şəmkirin icra başçısından Mehriban xanım Əliyevaya şikayət olundu

Şəmkirin icra başçısından Mehriban xanım Əliyevaya şikayət olundu


8-09-2014, 12:28
Şəmkirin icra başçısından Mehriban xanım Əliyevaya şikayət olundu
DİA.AZ: - Şəmkir rayonunun Həzi Aslanov küçəsi ev 82-də yaşayan Əmiri Alanaq Seyranə Oruc qızı tərəfindən DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Şəmkirdəki obyektinin icra başçısı tərəfindən qanunsuz olaraq söküldüyünü iddia edən narazı vətəndaş diaaz.space-a yazır:

“Mənə məxsus rayonun Cahangir Rüstəmov küçəsi ərazisində yerləşən, 49 kvadrat metr ölçüsü olan Qadın bərbərxanasını İcra başçısı Nazim Veysov qanunsuz olaraq dağıtdırmışdır. Abadlıq işı adı altında aparılan bu talançılığın məqsədi ancaq o olmuşdur ki, həmin ərazidə olan marketin sahəsi böyüdülsün ki, bu da başçının özünə məxsusdur. Mənə başqa yerdən torpaq sahəsi versələr də, ancaq dağıdılmış bərbərxananın burada tikilməsinə kömək edilmir.

Halbuki bərbərxana sökülməmişdən əvvəl belə razılaşdırılmışdır. Mən icra başçısı Nazim Veysovun qəbulunda olanda məni kobud söyüşlərlə söyüb təhqqir elədi. Dedi ki, hara istəyirsən şikayət et, onsuz da şikayətlər icra olunması üçün bura gələcək, mən də sənə bərbərxana tikən deyiləm.

İcra başçısı Nazim Veysovun başı qarışıb talançılıqla kapital toplamağa, ona görə də yadına rayonun sakinlərinin probleminin həlli düşmür. Rayonda şəxsən icra başçısına məxsus çoxlu sayda ticarət obyektləri, istehsal mərkəzləri var. Nazim Veysov icra başçısı yox, kommersant kimi qabaqcıldır. Bütün bunlara baxmayaraq tamahkar icra başçısı mənim kiçik bərbərxanamı dağıtdırıb. İldən çoxdur ki , bizim ailəni işsiz, çörəksiz qoyub. Bunu Allah da götürməz.

Mən Mehriban xanım Əliyevaya mətbuat vasitəsi ilə müraciət edirəm. Hörmətli Mehriban xanım, Sizdən xahiş edirəm, mənim qanunu əmlakımı dağıtdıran İcra başçısı Nazim Veysov barədə tədbir görülməsinə tapşırıq verəsiniz , mənim qadın bərbərxanamı tikib özümə versin”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt