Əsas Səhifə > Ölkə, Manşet > Heydər Əsədov Əli Bayramovu nədən həbsə göndərə bilmədi?

Heydər Əsədov Əli Bayramovu nədən həbsə göndərə bilmədi?


23-06-2014, 13:17
Heydər Əsədov Əli Bayramovu nədən həbsə göndərə bilmədi?
DİA.AZ: - Deyəsən, Heydər Əsədov keçmiş kənd təsərrüfatı naziri, hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasovun qurduğu sistem qarşısında acizliyini etiraf etməli olacaq. Hər halda, görünəni budur və bu gün nazirlikdə cərəyan edən olaylar da iddia olunanların sübutu kimi qəbul edilə bilər.

DİA.AZ-a bu barədə danışan KTN-dəki mənbə bildirir ki, Heydər Əsədov ilk əvvəl islahatçı-nazir kimi fəaliyyətə başlasa da, artıq vəziyyət tamamən dəyişib:

«O da İsmət Abbasovun kadrları ilə işləmək, İsmət Abbasovun yolu ilə getmək zorunda qalıb. Çünki burada oturuşmuş korrupsiya və rüşvət mexanizması faliyyət göstərir. Heydər Əsədov yalnız pulyığanları öz adamları ilə dəyişdi, «gəlir yerləri» ilə bağlı isə heçi bir tədbir görülmədi. Yəni yenə də kadrlar köhnə sistemlə, köhnə şərtlərlə işləyir. «Yuxarıların payı» vaxtlı-vaxtında çatdırılır».

Mənbə diaaz.space-a ilginc bir faktı da açıqlayıb: «KTN-nin nəzdindəki «Aqrolizinq»lə bağlı korrupsiyaya qarşı mübarizə idarəsi elə faktları ifşa etdi ki, bu faktlara görə nəinki Heydər Əsədovun bu günlərdə yola saldığı «Azrolizinq»in sabiq şefi Əli Bayramovu, hətta hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasovun özünü belə həbs etmək olardı. Amma göründüyü kimi, həbs olunanlar xırda məmurlardır. Hətta yerlərlərdə «Aqrolizinq»in işçilərinə qoşularaq dövlətin pulunu mənimsəyən icra başçılarına belə güldən ağır söz deyilmir. Bu isə o deməkdir ki, bütün bu baş verənlərdə başlıca maraqlı tərəf kimi qəbul edilən DÖVLƏTİN ADAMI - yeni nazir Heydər Əsədov artıq ram edilib».

Mənbə iddia edir ki, Heydər Əsədovun sayəsində Əli Bayramov vəziyyətdən qurtula bildi: «Bunun müftə olaraq baş gəldiyini iddia etmək ən böyük ağılsızlıqdır».

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt