Əsas Səhifə > Ölkə, Manşet > 28 May NQÇİ-də işçilərə YEZİD ZÜLMÜ...
28 May NQÇİ-də işçilərə YEZİD ZÜLMÜ...15-10-2023, 10:45 |
DİA.AZ: - "Araşdırılmasına ciddi ehtiyac duyulur. Yazılanlar doğrudursa, haqqında yazılan rəis ölkə qanunvericiliyini pozduğu üçün ciddi məsuliyyət daşıyır. Yaxud da bu halda kimsə daha "yekə rəis" olmaq istəyir !? Yox?" DİA.AZ bildirir ki, bunu öz paylaşımında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı qeyd edib. Hüquq müdafiəçisi 28 may NQÇİ, 3 saylı NQÇS (yəni DDÖ-3) işçisinə istinadən növbəti acınacaqlı vəziyyət haqda məlumat paylaşıb. Neftçinin müraciətində deyilir: "Həqiqətən də biz boğaza yığılmışıq . 3 saylı Dərin Dəniz özülündə su problemi bitmək bilmir. Su çənlərində 30-40 ton su var, 5 gündür hamamları bağlayıblar, çimməyə icazə vermirlər. Bəhanə də onu gətirirlər ki, su yoxdu. Axı su var: 30-40 ton su var. Dənizin ortasında bu ağır iş qrafikində neyləyək, necə eləyək axı biz fəhlələr? Platformanın rəisi Şahin Əliyev "gestapo rejimi" yaradıb burda, nə vaxt işə gəlir dərhal hamamları bağladır. Amma 2 gündən bir özü öz otağındakı hamamda çimir. Biz yazıq fəhlələr gecə-gündüz demədən işləyirik, iş qurtarandan sonra hamamı açın: çimmək istəyirik, deyəndə "su yoxdur" deyir. Hər ay belədir... Bu 3 saylı platformada su problemi heç vaxt həll olunmur. Allaha and olsun, bədənimiz səpib allergiya vermişik əməlli-başlı. İyrənirik özümüzdən artıq. Nə paltar yumağa icazə verilmir, nə də çimməyə. Amma özü bu gün qəşəngcənə geyinib-keçinib, üz-başını qırxıb, duxu da vurub getdi evinə. Xahiş edirəm, bunun bir yolunu tapmağa köməklik edin bizə. Ayın 8-dən su üzü görmürük. Çənlər doludur. Hərəsində 15 ton su var, açmırlar krantları.. Burda HİX-in rəis müavini Məhəmməd İbrahimov var , platformanın rəis müavini Şahin Əliyev var... bütün mühəndislər yuxarıda otaqlarında çimirlər... Biz fəhlələr, QƏYTS-in fəhlələri, TQB-3-ün fəhlələri su üzünə həsrət qalmışıq. Mühəndislər geyinir-keçinir, üz-başları tərtəmiz gəzirlər, fəhlələr itin zülmünü çəkir... Allaha and olsun biabırçı gündəyik.." İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |