Əsas Səhifə > Ölkə, Manşet > `Rahat`da bu nə RAHATÇILIQDIR: Elə bil GESTAPO rejimidir...

`Rahat`da bu nə RAHATÇILIQDIR: Elə bil GESTAPO rejimidir...


11-09-2023, 09:20
`Rahat`da bu nə RAHATÇILIQDIR: Elə bil GESTAPO rejimidir...
DİA.AZ: - "05.09.2023 tarixində alış-veriş üçün Rahat market Nərimanov filialına daxil olmuşdum. İçəridən gələn qışqırma səsinə doğru irəlilədim və gördüm ki, ağ köynəkli bir şəxs firma işçisinin üstünə hamının içində qışqırır. “Bu vitrini belə yığmırlar, qələt edib sənə bunu öyrədən” və s. Ətrafda bir neçə marketin əməkdaşı və 10-15 müştəri dayanıb yaranmış problemin həll olunmasına baxırdıq". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında Rəna Babayeva adlı istifadəçi giley edir.

`Rahat`da bu nə RAHATÇILIQDIR: Elə bil GESTAPO rejimidir...

Narazı vətəndaş daha sonra yazır: "Şəxsin kim olduğunu soruşdum mağaza rəhbəridi dedilər. Şikayət etmək üçün adını soruşdum demədilər. “Rəhbər” dedikləri şəxsə yaxınlaşıb adını soruşdum. “Narahat etdik?” Sualını verdi. “Mağazada hamını narahat etdiz. Bir işçi ilə belə tərzdə danışmağa haqqınız yoxdu” dedim. “Firma işçisidir, sən işinlə məşğul ol” deyərək həddimi bildirib getdi. Digər ağ köynəkli şəxsə yaxınlaşıb rəhbərin adını soruşdum, nə öz adını, nə də rəhbərin adını təqdim etmədi. Şikayət edəcəm dedim və kassaya aldıqlarımın ödənişini etmək üçün yönəldim. 2-ci şəxs arxamca qaçaraq gəlib kassirlərə heç kim ad verməsin deyə qışqırdı. Mənə isə “çıx bayıra” dedi. Orada mübahisə yarandı artıq səsimi qaldırdım. Bütün kassirlər və müştərilər həmin gün mağazada olanlara şahiddirlər. Yerindəcə Rahat marketin qaynar xəttinə zəng edib şikayətimi bildirdim və geri dönüş gözlədiyimi bilirdilər. Artıq bir neçə gündür ki, cavab yoxdur deyə şikayətimi buradan edirəm.
Adlarını belə söyləməyə qorxaq, işçi və müştəri ilə danışıqda mədəniyyətsiz və ən əsası Novruz kimi rəhbəri olan(adını sonradan başqa mənbədən öyrəndim), digər şəxs kimi tərbiyəsiz işçisi olan bir mağazadan alış-veriş etmək nə dərəcədə doğrudur?!
Arzum budur ki, həmin şəxslərin ailə üzvlərinə və yaxınlarına iş yerlərində və getdikləri yerde beləcə davranış göstərərlər.
Ümid edirəm ki, həmin şəxslər haqqında lazımı tədbiri görərlər".

İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt