Əsas Səhifə > Ölkə, Manşet > Beyləqan rayon xəstəxanasında əcaib-qəraib işlər
Beyləqan rayon xəstəxanasında əcaib-qəraib işlər2-09-2023, 11:47 |
Gəlin etiraf edək ki, bu günləri Azərbaycan səhiyyə sistemi həftəbecərə çevirilib. Belə ki, Azərbaycan səhiyyəsinin başının ağalarının sayı artıb. Bir tərəfdən TƏBİB, bir tərəfdən səhiyyə nazirliyi özu, bir tərəfdən İcbari Tibb sığorta bizim bu ölkə səhiyyəmizin, necə deyərlər, “başında tırp əkiblər”. Adı çəkilən qurumlar Əli insanovdan, Oqtay Şirəliyevdən bizə “miras” qalan səhiyyəmizin başına hər ölçûdə, biçidə corab hörməklə məşğuldurlar. Əslində TƏBİB-in, İcbari Tibb Sığorta agentliyinin yaranmasında məqsəd əvvəldən də naxoş olan səhiyyəmizi müalicə edib xəstə yatağından qaldırmaq idisə, biz bugünləri bunun tam əksini görürîk. Hətta daha da betərini! Əvvəllər nə qədər olmasa da, tibb müəssisələrimiz xəstə halı ilə qapısından içəri girən vətəndaşlarla qayğılanır, onları müalicə və müayinə edə bilrdi. Bu gûnlərinisə qosqoca səhiyyəmizin özü icbari tibb sığorta hesabına TƏBİB-in ümüdünə qalıb. Bir sözlə, TƏBİB və İcbari Tibb Sığorta səhiyyəmizin dərdinə bir dərman olmadı ki, olmadı.Tam əksinə səhiyyə sistemində ağaların sayı çoxaldıqca, insanların da problemləri artdı, çoxaldı. Bu günləri Azərbaycan səhiyyəsini nəyləsə müqayisə etsək, onu yalnız mamaçası çox olan hamilə qadına bənzətmək olar. Necə ki, mamaça çox olanda uşaq yan gəliş edirsə, hazırda bizim ölkə səhiyyəsinin də vəziyyəti elə, yan gəlişdir. Yəni kəllə – mayallaqdır.Gəlin götürək elə Beyləqan xəstəxanasının son bir neçə aydakı vəziyyətini. Bildirilir ki, son bir neçə ayda TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs də vəziyyət ruscadır. Əvvəlki illərlə müqayisədə xəstəxana və bəzi isçilər özünü tamamilə “buraxıb”. Ələlxüsus da xəstəxananın qeydiyyat bölməsində mövcud vəziyyət ürəkbulandırıcıdır. Burda vətəndaşlar süründürməçiliyə salınır, onlara münasibətdə insanı davranışlar nümayiş edilmir. Ən dəhşətlisi odur ki, köçkün rayon sakinlərinə, (hansı ki, onlar 30 ildir ki, Beyləqan rayon ərazisində müvəqqəti qeydiyyata olmaqla məskunlaşıb yasayırlar) Beyləqan xəstəxanasında ögey münasibətlər sərgilənir, tibb müayinəyə buraxılmır və əsasıda onlara sağlamlıq haqqında arayış verilmir. Belə ki, köçkün sakinlər sağlamlıq haqqında arayış əldə etmək üçün pasport qeydiyyatı üzrə rayon xəstəxanalarına və poliklinikalara göndərilir. Və yaxud onlardan həqiqətən Beyləqan rayon ərazisində yaşadıqlarını təsdiq edəncək yasayış yeri haqqında arayış, “Qaçqınkom”dan arayış və məcburi köçkün vəsiqəsi tələb olunur. Bu sənədlər olduğu halda onlara sağlamlıq haqqında arayış verilə bilər. Köçkün statuslu sakinlərə qarşı belə bir haqsızlığı, qanunsuz tələbləri həyata keçirən isə xəstəxananın qeydiyyat üzrə starşısı Elnura və qeydiyyaçı işləyən Sevda adlı şəxslərdir. Adıçəkilən bu şəxslərin köckün sakinlərə qarşı süründürməçilik metodu illərlə rayonun inzibati ərazisində müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmış koçkünlər arasında narazılıq yaradıb. P.s. Qeyd edim ki işğaldan azad olmuş rayonlara koçürülmə prosesi yeni başlayıb. Yalnız bu tələb köçürülən köçkûnlərə şamil edilə bilər, müvəqqəti yasayış yerini tərk etməyən köckün ailələrinə şamil edilə bilməz. Məsələyə daha geniş və ətraflı şəkildə qayıdacağıq. RealMediaaz.space Geri qayıt |