Əsas Səhifə > Ölkə, Manşet > Sonra deməyin ki, niyə BİR GƏLƏN BİR DƏ GƏLMİR...

Sonra deməyin ki, niyə BİR GƏLƏN BİR DƏ GƏLMİR...


21-08-2023, 10:07
Sonra deməyin ki, niyə BİR GƏLƏN BİR DƏ GƏLMİR...
DİA.AZ: - Turizm sezonu başlayar-başlamaz ölkəmizdəki obyektlərdən də gileylər bir-birinin ardınca düzülməyə başlayıb. Atıq vətəndaş şikayətlərindən bir dastan da bağlamaq olar. DİA.AZ bildirir ki, amma b8una rəğmən əlaqədar qurumları hansısa tədbir görən kimi müşahidə etmək də olmur. Yəni görmək olmur ki, hansısa rəsmi şəxs məsələn vətəndaş gileyinin əsas favorit çaları olan BAHA QİYMƏT məsələsinə bir aydınlıq gətirsin.

Ölkəmizdəki turizm obyektlərinin nə keyfiyyətli xidməti ilə özüynə bilirik, nə də ucuz qiyməti ilə. Ona görədir ki, bu gün hər kəs quru sərhədlərin açılmasını səbirsizliklə gözləyir və bu gün hökumətin sərhədləri bağlı tutaraq yerli turizmi inkişaf etdirmə cəhdləri daha çox avtoritar mahiyyət daşıdığından fə RƏSMİ İNHİSARÇILIQ anlamına gəldiyindən heç də daimi uğurla nəticələnə bilməz və təbii etirazlara nədən olmaqdadır.

Biz isə belə bir şəraitdə növbəti vətəndaş şikayətini təqdim edirik. "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda üzləşdiyi bahaçılıqdan giley edən Əli Rəhimov adlı istifadəçi "Şahdağ Hotel & Spa"dakı bahaçılıqdan giley edir.

Narazı vətəndaş yazır: " `Şahdağ hotel & spa`da "Sədərək" Ticarət Mərkəzində 5 manata olan şortikə 55 manat qiymət qoyublar. Day bu ağ oldu da..."

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...

Geri qayıt