Əsas Səhifə > Ölkə, Manşet > `Siyəzənneft`də DÖVLƏTİN MALINI DAĞIDIRLAR
`Siyəzənneft`də DÖVLƏTİN MALINI DAĞIDIRLAR11-03-2023, 12:05 |
DİA.AZ: - "Adını qeyd etmək istəməyən bir işçi xahiş etdi ki, "Siyəzənneft"in bu vəziyyətini təcili olaraq ictimailəşdirib Socar, Azneft İB və cənab Prezident İlham Əliyevə şəxsən müraciət edim". DİA.AZ bildirir ki, bu çağırışda tanınmış insan hüquqları müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı çıxış edib. M.Qəhrəmanlı daha sonra bildirib: "SOCAR, Azneft İB və sahə üzrə məsul şəxslər! Məndən xahiş etdilər mən də yazdım. Verilən məlumatın yoxlanılması və yaxud "ört-basdır" edilməsi isə Sizlikdir. *** -Artıq neçə aydır ki metallom daşıyanlar Siyəzənnfet NQÇİ-nin 1 -ci mədəninin 2 ci və 3 cü sahəsi,göl sahəsi adlanan ərazilərində eklipsləri,mancanaq dəzgahlarını,reduktorları,qaz konpressor qurğularını doğrayıb daşıyırlar.Başlarında da Siyəzənnfetin baş mexanniki Şahin Nəcməddinov durur.2 ay bundan öncə 40 min mtr boru yeyintisi olub ancaq heçkim cəzalandırılmayıb.Ərazidə metollom daşıyan uzun qoşqulu maşınların nömrə nişanları 10- LS – 221,50 – EB -918 dir.Bundan əlavə qoşqulu kamazların nömrə nişanları 44 – ZA -529,44 – BK -932 dir.Başlarında rəhbərlik edən opel markalı nömrə nişanı 99 – VT – 227 olan avtomobilin sahibir. Bu quyuların mancanaq dəzgahlarını doğrayıb aparıblar ; 246, 270, 725, 1601, 1602, 1603, 1604, 1605, 1606, 1607 *** İşçi onu da qeyd etdi ki, belə getsə, "Siyəzənneft"i bağlayacaqlar..." Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |