Əsas Səhifə > Ölkə, Manşet > Naxçıvanlılar Fuad Nəcəfli ilə də Vasif Talıbov kimi davranmaq istədilər...
Naxçıvanlılar Fuad Nəcəfli ilə də Vasif Talıbov kimi davranmaq istədilər...28-12-2022, 10:46 |
DİA.AZ: - "Eşitdiyimə görə, Naxçıvanın yeni rəhbəri Fuad Nəcəfli dünən bir qrup ictimaiyyət nümayəndəsini qəbul edib, şikayətlərini dinləyib. Bəzi "ağsaqqal"lar "xan" ənənələrinə sadiq qalaraq Fuad Nəcəfli barədə bəy tərifi deməyə çalışıblar. O isə bəy tərifi eşitmək üçün toplantı keçirmədiyi diqqətə çatdırıb və qonaqları şikayətlərini dilə gətirməyə çağırıb". DİA.AZ bildirir ki, bu iddia ilə əslən Naxçıvandan olan araşdırmaçı-jurnalist Heydər Oğuz çıxış edib. Jurnalist daha sonra qeyd edir: "Toplatıda bəzi icra başçıları və Vasif Talıbov rejiminin baş "leşyeyəni" Azər Zeynalov da iştirak edib. Baş "leşyeyən" məclislərdə başda otura-otura Vasif "xan"ın başını yedi. Hətta onun istefa ərizəsini də özü oxudu. Qorxuram, indi də yeni rəhbərin yanında tez-tez görünə-görünə ona da eyni taleyi yaşada. Barmaqlıqlar arxasında oturmalı olanların yeri səhv düşəndə toplumun nizam-tərəzisi pozulur. Nizam-tərəzi olmayan yerdə isə bütünlüklə idarəetmə və cəmiyyət çökür". DİA.AZ bildirir ki, bu arada Naxçıvandan gələn daha bir maraqlı informasiya da diqqətləri cəlb edib. Yazıçı-jurnalist Oktay Tahirli Naxçıvandan aldığı son informasiyanı paylaşıb: "Naxçıvandan maraqlı xəbərlər gəlməkdədir. Dünən Talıbovlara məxsus şirkətin binası dövlətə təhvil verilib. Təhvil prosesində Xanın qardaşı Məhərrəm Talıbovun öz ofisini boşaltmağı camaatda gülüş doğurub. Bu işdə ona heç kömək etmək istəmədiyindən Məhərrəm özü stol-stulları boşaltmalı olub. Sonda isə Məhərrəm Talıbovla xadimənin arasında mübahisə düşüb. Xanın qardaşı yarımçıq çay qabını da götürmək istəyəndə, xadimə qabı onun əlindən alıb,deyib: -Gözüdoymazlar! Bu çayı burda da içmək istəyənlər var. 27 ildir bu xalqı soydunuz, doymadınız, indi yarımçıq çaya da göz dikirsiniz?" İddia olunan hər iki faktla bağlı diaaz.space olaraq istənilən maraqlı tərəfin mövqeyini işıqlandırmağa hazırıq... Geri qayıt |