Əsas Səhifə > Ölkə, Manşet > Vasif Talıbovun oğlundan DTX-ya ŞİKAYƏT OLUNACAQ...
Vasif Talıbovun oğlundan DTX-ya ŞİKAYƏT OLUNACAQ...19-12-2022, 10:44 |
DİA.AZ: - Son günlər Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla bağlı cərəyan edən olaylar yerli sakinləri, daha dəqiqi, bunca illər ərzində Talıbov və onun Xanədanı tərəfindən əzilən insanlarımızı ürəkləndirməklə yanaşı, onların üzə çıxaraq başlarına açıqlan oyunları ictimailəşdirmələrinə də nədən olmaqdadır. DİA.AZ bildirir ki, artıq yüzə yaxın şəxs konkret faktlarla Naxçıvan Xanından ayrı-ayrı dövlət qurumlarəına şikayətlərini təqdim ediblər və bu İFŞA PROSESİ davam etməkdədir. Biz isə Vasif Talıbovun özündən yox, oğlunda da yox... oğlunun sürücüsü və şilləvuranı olan Həsən Əhmədovdan bir şikayəti təqdim edirik. DİA.AZ bildirir ki, H.Əhmədov iş adamı Razi Orucovdan qəsb etdiyi mülkləri geri qaytarmaq istəmir. Narazı iş adamının bildirdiyinə görə, Həsən onu dilə tutub DTX-ya etdiyi şikayəti geri çəkdirməyə çalışır. Bildirilir ki, Həsən Əhmədov ötən il iş adamının əlindən bu mülklərini almışdı. 3 maşın: 1 Ford tranzit, 1 Prado, 1 Niva; 4 ev; 1 quşçuluq ferması: 385 baş xırdabuynuzlu, 107 baş iribuynuzlu, 5000 ədəd toyuq, ördək. Hazırda fermanın sənədləri Orucovlarda olsa da, onun içərisindəki mal-qara və quşlar ərşə çəkilib. Bir də “Sizin Market”in kassasında qalan 56 min 500 dollar pul. Razi Əhmədovun şikayəti əsasında Həsən Əhmədov DTX-ya dindirilməyə cəlb olunmuş, hətta bu məqsədlə paytaxta gətirilmişdi. Dindirildikdən sonra Naxçıvana qayıdan “vəliəhd şilləvuranı” qəsb etdiyi əmlakların bəzilərinin özünü, bəzilərinin isə sənədini geri qaytarmışdı. Geri qaytarılanlar: 4 evdən 3-ü. Evlərdən biri isə hələ də Həsən Əhmədovun ixtiyarındadır və o, başqasının evini “Alman apteki”nə çevirib. İş adamına isə söz verib ki, bu ay tamamlansın, gələn ayın 5-də onu da geri qaytaracaq. 3 maşından sadə Niva geri qaytarılıb. Onun səbəbi isə həmin maşının texpasportunun Razidə qalması olub. Razi Həsən Əhmədova mesaj göndərib ki, texpasportu müvafiq orqanlara verib maşınının oğurlandığı iddiasını irəli sürəcək və dolayısıyla maşın axtarışa veriləcək. “Şilləvuran” yeni sürprizlərlə üzləşməmək üçün təcili başqa bir Niva alıb Raziyə qaytarıb. Digər maşınların əvəzini isə gələn ay qaytaracağına söz verib. Məsələ burasındadır ki, “vəliəhd şilləvuranı” qəsb etdiyi bütün maşınları dərhal satıb, pulunu da xərcləyib. İndi həmin maşınları satdığı adamlardan da ala bilmir. Razinin qəsb olunmuş ferması isə nəinki ona qaytarılmır, hətta fermanın əsl sahibinə onun içərisinə girməyə belə icazə verilmir. İş adamı bu gün yenidən DTX-nın Naxçıvan Baş İdarəsinə şikayətə getməyi planlaşdırır. İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |