Əsas Səhifə > Ölkə, Manşet > Ağalar Vəliyev növbəti dəfə də DEPUTAT OLACAQ?

Ağalar Vəliyev növbəti dəfə də DEPUTAT OLACAQ?


23-11-2022, 10:43
Ağalar Vəliyev növbəti dəfə də DEPUTAT OLACAQ?
DİA.AZ: - Ağalar Vəliyev növbəti dəfə də DEPUTAT OLACAQ?.. DİA.AZ bildirir ki, həqiqətən də bu sual kifayət qədər aktualdır və burada söhbət təkcə Ağalar Vəliyevdən getmir, həm də onun kimi daha bir neçə cibində mandat gəzdirənimiz var ki, bu gün Milli Məclisin kürsülərini boşu-boşundan məşğul etməkdədirlər... Onların sırasında Ülvi Quliyevi, Cavanşir Feyziyevi və daha bir neçəsini də xatırlada bilərik ki, əslində öz bizneslərinin başında dayanaraq daha faydalı ola bilərlər. Amma maləsəf həm də deputatdırlar...
DİA.AZ olaraq qeyd edək ki, “Azəraqrartikinti” ASC sədri Ağalar Vəıliyevin adını ayrıca olaraq xatırlatmağımız da səbəbsiz deyil. Məsələn, dünən "cumhuriyyet.az" portalı geniş bir araşdırma materialı ilə çıxış edərək aşağıdakı məqama diqqət çəkdi. Sayt yazırdı:
"Milli Məclisin iclaslarında demək olar ki, danışmayan millət vəkilinin sessiya və iclaslarda iştirakının nə mənası var? “Azəraqrartikinti” ASC-nin rəhbəri və onun kimi danişmayan biznesmen deputatlar öz rəhbərliyindəki qurumun işləri ilə məşğul olsa daha yaxşı olmazmı? Bu gün “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin görüləsi o qədər işləri var ki…"
Bununıa bağlı diaaz.space olaraq yuxarı instansiyaların nə düşündüyünü öyrənməyə çalışdıq. Qeyd edək ki, rəsmi olaraq kimsə danışmaq istəməsə də, redaksiyamızı bilgiləndirən mənbə iddia etdi ki, növbəti seçkilərdə təkcə Ağalar vəliyev yox, daha bir neçə biznesmen-deputatın parlamentdən kənarda qalacağı gözləniləndir. Bu barədə diaaz.space-a danışan mənbə qeyd edir:
"Ağalar Vəliyev bu gün böyük biznes adamıdır. Onunb Milli Məclisdəki mövcudluğu əvvəlki siyasi ab-havaya uyğun idi. Yəni keçmiş PA rəhbəri Ramiz Mehdiyevin təşəbbüsü ilə Ağalar Vəliyev kimiləri mandat qazanırdı. İndi isə situasiya tamam fərqlidir. Hakimiyyət siyasi partiyalar haqqında qanun bazasına da əl gəzdirir. Yəni növbəti seçkilərdə bir çox şeylər dəyişəcək ki, onların sırasında biznesmen deputatların məsələsi də var..."

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt