Əsas Səhifə > Ölkə, Manşet > Bu millətin AZAL ÇİLƏSİ... nə zaman BİTƏCƏK?

Bu millətin AZAL ÇİLƏSİ... nə zaman BİTƏCƏK?


7-07-2022, 09:31
Bu millətin AZAL ÇİLƏSİ... nə zaman BİTƏCƏK?
Sosial platformada AZAL-ın xeyrinə bir ifadə görmək olmur. Hamı tənqid edir. Şirkətin inhisar siyasəti insanları boğaza yığıb. Yaxın ölkələrə belə, dəyərindən bir neçə dəfə baha bilet almaq lazım gəlir. diaaz.space bizimyol.info-ya istinadla xəbər verir ki, “Buta” loukoster kimi fəaliyyətə başlayanda səyahətsevərlər çox ümidlənmişdi. Bir tərəfə 29 avrodan biletlər reklam olunurdu. Azacıq keçəndən sonra məlum oldu ki, hamısı nağıldır. Ucuz biletlər yoxa çıxdı. AZAL bütün pəncərələri yavaş-yavaş tıxamağa başladı.

Tənqidlərin sayı-hesabı yoxdur. AZAL-ın sosial platformadakı səhifələrinə yazılanları oxumaq kifayətdir. Camaat o qədər bezib ki, hətta qarğış yazırlar. Xaricdə işləyənlər yaxınlarını görmək üçün vətənə qayıda bilmir. Türkiyədə təhsil alan tələbələr əvvəlcə Naxçıvana, sonra İğdıra gedir, oradan İstanbula yola düşürdü. AZAL bunun da qarşısını aldı. Sədərək sərhəd-buraxılış məntəqəsi bağlandı. Son günlər Türkiyə tərəfə keçməyə imkan tapanlara geriyə bu yolla qayıtmamaq tovsiyə olunur.

AZAL yeni reallıq yaradıb. Gürcüstanda doğulub Azərbaycanda yaşayırsınızsa, ora qohumlardan birinin yasına gedirsinizsə, biletə azı 500 manat verməlisiniz. Məsələn, 4 nəfərlik ailənin xərcləri 2000 manatdan çox edir. Halbuki şəxsi avtomobillə gedəndə benzinə uzağı 60-70 manat çıxar. Təxminən 30 dəfə fərqdən söhbət gedir.

Səyahətsevərlər Gürcüstanla quru sərhədlərin açılmasını daha çox arzulayır. Çünki Tbilisidən, Kutaisidən Avropaya uçmaq üçün geniş imkan var. Qonşu ölkədə köhnə qitəyə 50-60 manata biletlər təklif edirlər. AZAL-ın ümidinə qalsaq, gərək onda evdə hər kəsə 1000 manatdan baha bilet alınsın. Ailəvi istirahət tam mümkünsüz görünür.

Gürcüstana biletlərin qiymətlərinə nəzər yetiririk. İyulda qonşu ölkəyə gedib-gəlmək 650 dollardan ucuz deyil. İndidən avqusta səfər planlaşdırsaq, pula bir az qənaət edə bilərik. Amma niyə bir şirkət ölkə vətəndaşlarını açıq-aşkar soymalıdır? Nə üçün onlara qarşı belə saymazlıq nümayiş olunur? Tənqidlər artdıqca sanki AZAL da acığa düşür. Keçən ay Gürcüstana biletlər heç bu qədər baha deyildi. AZAL sanki bilərəkdən belə siyasət yürüdür. İnsanlarla çarəsizlik sindromu formalaşdırılır.


Geri qayıt