Əsas Səhifə > Ölkə, Manşet > "Azneft" rəhbərliyi işçilərin həyatını TƏHLÜKƏYƏ ATIR...

"Azneft" rəhbərliyi işçilərin həyatını TƏHLÜKƏYƏ ATIR...


10-05-2022, 09:07
"Azneft" rəhbərliyi işçilərin həyatını TƏHLÜKƏYƏ ATIR...
DİA.AZ: - "Azneft" İstehsalat Birliyinin rəhbərliyi üçün də sıravi işçilərin heç bir hüququ yoxdur. Hər halda açıqlanan faktlardan belə anlaşılır. DİA.AZ bildirir ki, Neft Daşlarında çalışan fəhlələr hər gün eyni problemi yaşasalar da, "Azneft" İstehsalat Birliyi rəhbərliyinin özbaşınalığına son qoyan yoxdur.

DİA.AZ fəhlələrin adından edilən növbəti şikayəti olduğu kimi təqdim edir:

"Azneft İB 28 May adına NQÇİ-də çalışan işçilər işə gedib gələrkən əziyyət çəkirlər. Belə ki, Zığ limanından PS-173 gəmisi ilə yola düşən neftçilər Çilov adasına 8-9 saata çatırlar.

Belə nəqliyyat isə təbii ki, ağır iş şəraitində çalışan neftçilər üçün qəbuledilməzdir. Bir müddət əvvəl ,neftçilərə başqa gəmi ilə təmin olunacaqları ilə bağlı məlumat verilmişdi. Amma hələ də bu baş verməyib".

DİA.AZ bildirir ki, əslində fəhlələrin həyatı üçün açıq təhlükə hesab olunan bu gəmi 1970-ci ildə( 52 il öncə) inşa olunub, sahilyanı gedişlər üçün nəzərdə tutulub.

Gəminin sərnişin tutumu 35 nəfərdir. Neftçilər isə deyir ki, gəmidə 55 nəfərdən aşağı sərnişin olmur.

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt