Əsas Səhifə > Ölkə, Manşet > "İrşad Electronics" 2 manata görə 50 MANAT CƏRİMƏ YAZDI...

"İrşad Electronics" 2 manata görə 50 MANAT CƏRİMƏ YAZDI...


10-02-2022, 10:43
"İrşad Electronics" 2 manata görə 50 MANAT CƏRİMƏ YAZDI...
DİA.AZ: - "Şikayətim "İrşad telekom"dandır. 1 illik kreditlə telefon almışam. 6-7 ayını artıq ödəmişəm. 2-3 ay olar ki işimi itirmişəm. "Sakraşeniya"ya düşmüşəm". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Ramal Mahmudov adlı istifadəçi giley edir.

"İrşad Electronics" 2 manata görə 50 MANAT CƏRİMƏ YAZDI...

Daha sonra narazı vətəndaş yazır: "2-3 ay ərzində də ödənişlərimi etmişəm, amma 2 manat əksik ödəniş etmişəm. Həqiqətən də pulum yox idi. İndi o 2-3 manatı gecikmə yazib 40-50 manatlıq cərimə hesablayıblar. İndi də etdiyim ödənişləri cəriməyə çıxırlar.

Yenidən əlavə gecikməyə düşürəm. Mən bunu onlara dəfələrlə bildirsəm də, heç bir köməklik göstərmirlər. "Kömək edə bilmərik" deyirlər. Mənimsə tək istədiyim 2-3 manata görə yığılan cərimələrin silinməsi idi, mən ödənişlərimdən boyun qaçırtmırdım. Amma bundan sonra ödəməmək qərarına gəlmişəm.

Onsuz da zülümlə dolanıram, işsiz-gücsüz... borc tapıb pul ödəyirəm, onu da ceriməyə hesablayırlar".

DİA.AZ bildirir ki, bir başqa şikayətçi - Aygün Quliyeva isə eyni ünvanda aşağıdakıları qeyd edir:

"İrşad Electronics" 2 manata görə 50 MANAT CƏRİMƏ YAZDI...

"Oktyabrda noutbuk almışam və nasaz çıxıb. 5 ayın içində 3 dəfə servisdə olub, hər dəfəsində də 20 gündən artıq saxlayıblar təmir üçün. Nə pulumuzu geri verirlər, nə də yenisi ilə əvəz edirlər. Sonuncu dəfə dekabrın 28-də təmirə verdik, yenə də adapterlə bir yerdə. Axır çarəsiz qalıb dünən gedib komputeri texniki servisdən götürmüşük, bu dəfə de adapteri unudublar anbarda qalıb.

Mən ilk dəfə idi belə məsuliyyətsiz şitkətə rast gelirəm, bir məsul şəxs tapılmır ki bizim problemimizi həll etsin. Bir sözlə, çox peşmanam ki bu şirkete xeyir verib ordan alış-veriş etmişəm".

Hər iki iddia ilə bağlı diaaz.space olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...


Geri qayıt